Böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin və oğlu Əli
bəyin haqsız edam olunması Məhəmməd bəyin bəd niyyətinin nəticəsi idi.
Özündən müştəbeh Məhəmməd bəy, M.P.Vaqifin arvadı Qızxanımla gizli
məhəbbət əlaqəsi yaratmışdı. O öz xain məqsədinə çatmaq üçün maneələri
aradan asanlıqla qaldıra bildi... Vaqif və oğlu Əli bəy haqsız yerə öldürüldü.
Məhəmməd bəyin aqibəti də faciəli oldu. O, İbrahimxəlil xanın Şuşaya
qayıtması xəbərini eşitcək qarət etdiyi var-dövləti götürüb M.P.Vaqifin arvadı
Qızxammla birlikdə Qarabağdan çıxdı. Şəki hakimi Məhəmmədhəsən xana
pənah gətirdi. Çünki o, İbrahimxəlil xandan ağır cəza alacağını əvvəlcədən
bilirdi. Şəki xanı, Məhəmməd bəyi əvvəlcə hörmətlə qəbul etdi, az sonra onu
həbsə aldı və Şirvan xanı Mustafa xana təhvil verdi. Mustafa xanın qisas hissi
coşub daşdı. Atasının və qardaşının intiqamını Məhəmməd bəydən aldı.
Məhəmməd bəyi Şamaxı yaxınlığında öldürdü. Bu hadisə 1797-ci ilin sonunda
baş vermişdi.
Şuşaya qayıdan İbrahimxəlil xan Şah Qacarın nəşini İrana yola saldı. Baba
xan adı ilə taxta çıxan Fətəli şaha hədiyyə, oğlu Əbülfət xanı girov göndərdi.
Ağabəyim ağa isə (1780-1832) Fətəli şaha ərə getdi. Vətənə vurğunluq hətta
Fətəli şahın təmtəraqlı sarayında belə Ağabəyim ağanın qəlbini təmin etmədi:
Mən aşiqəm qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ, - dedi.
Ağabəyim ağa şan-şöhrətə uymamış, öz taleyinin puçluğundan acı-acı
şikayətlənmişdir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilməm ömrüm necə gəldi, necə getdi.
Ağabəyim ağanın tələbi ilə o, Tehran saray mühitindən aralı darüləman
sayılan Qum şəhərində yaşadı, orada da 1832-ci ildə vəfat etdi. 1811-ci ildə
İngiltərənin fövqəladə səfiri və onun xanımı Fətəli şah tərəfindən qəbul
edilərkən səfir Böyük Britaniya kraliçasının etimadnamə və hədiyyələrini məhz
Ağabəyim ağaya təqdim etmişdir. Çox gözəl, ağıllı, hazırcavab, geniş məlumat,
dərin bilik və yüksək tərbiyəyə malik olan Ağabəyim ağa sarayda "Banuyi-
hərəm" olmuşdur.
Ağabəyim ağa siyasi sahədə Fətəli şaha təzyiq göstərir, Rusiya - İran
münasibətlərinin yaxşılaşmasına çalışırdı. Ağabəyim ağanın İranda olması və
orada keçirdiyi həyat, müdrik qarabağlı qızının ağlı, tədbiri, zərif şeirləri
230
dildən-dilə düşdü və tarix səhifəsində yaşadı. O, Tehranda şah hərəmxanasında
deyil, din-müqəddəs mərkəz sayılan Qum şəhərində yaşadı, orada da Qarabağ
həsrətilə vəfat etdi.
Fətəli şah İbrahimxəlil xanın oğlu Əbülfət ağaya xanlıq rütbəsi verdi. O,
şahın sərdarlan sırasında xüsusi tapşırıqları yerinə yetirdi, böyük qəhrəmanlıq
göstərdi. Təəssüf ki, XIX əsrin əvvəllərində Əbülfət xanın bir neçə hərbi səfəri
öz doğma yurduna, Qarabağa qarşı çevrildi. Lakin Qarabağ naxələf övlada
layiqli cəza verdi. Əbülfət xanın anası erməni qızı idi. Bundan istifadə edən
Fətəli şah XIX əsrin ilk illərində İbrahimxəlil xanı devirmək üçün hərbi səfərə
bəzən Əbülfət xanı göndərirdi...
Beləliklə, aydın olur ki, 1797-ci il İranın Qarabağı və bütün Azərbaycan
xanlıqlarını zəbt edib özünə tabe etmək uğrunda apardığı mübarizənin kulmi-
nasiya nöqtəsidir. 1797-ci ilin yayında Ağa Məhəmməd şah Qacarın Şuşam
alması və orada öldürülməsi ümumən Zaqafqaziyada siyasi vəziyyətə təsir
göstərmişdir. Bir tərəfdən, İranda Fətəli şah Qacarın hakimiyyəti ələ alması və
Azərbaycanı itaət altına almaq səyləri, digər tərəfdən çar Rusiyasının
Zaqafqaziyada öz hökmranlığını həyata keçirmək planlarını icraya başlaması
Qarabağ xanlığını mürəkkəb siyasi yol ayrıcında qoymuşdu. Belə bir şəraitdə
Qarabağda Rusiyaya meyil daha da güclənmişdi. Rusiya oriyentasiyasının ciddi
tərəfdarı M.P.Vaqifin 1797-ci ildə öldürülməsi vəziyyəti müəyyən dərəcədə
çətinləşdirirdi. Bununla yanaşı, Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə
Şuşada öldürülməsinin təşkilində M.P.Vaqifin iştirakı versiyası da
mövcuddur...
6. QARABAĞ XANLIĞININ RUSİYA TƏRKİBİNƏ
DAXİL EDİLMƏSİ
1797-ci ildə İbrahimxəlil xan Car-Balakəndən Şuşaya qayıtdı. Ağa
Məhəmməd şahın ölümündən qəzəblənmiş İran şahlığı ilə münasibətləri
yaxşılaşdırmaq siyasəti yürütdü. Lakin İbrahimxəlil xanın 1797-1805-ci illərin
əvvəllərində İranla dinc yanaşı yaşamaq siyasəti istənilən nəticəni vermədi.
Fətəli şah öz sələfi Ağa Məhəmməd şah Qacarın cənazəsini ehtiramla İrana
yola salan və əlavə olaraq oğlu Əbülfət xanı onun himayəsinə, qızı Ağabəyim
ağanı şaha ərə verən İbrahimxəlil xana hörmətlə yanaşsa da, tezliklə onu özünə
tabe etmək üçün yollar axtardı.
Buna rəğmən İbrahimxəlil xanın Rusiyaya dostluq, itaətkarlıq siyasətində
ardıcıllıq var idi. Bu siyasət müxtəlif məktub və sənədlərdə, eləcə də 1805-ci
ilin mayında Kürəkçayda bağlanmış sazişdə öz ifadəsini tapmışdır. Rus dövləti
İbrahimxəlil xanın sədaqətini nəzərə alaraq onun əleyhinə nə XVIII əsrdə, nə
də XIX əsrin əvvəllərində heç bir güc işlətməmişdir. Buna baxmayaraq,
çarizmin milli müstəmləkə siyasətini icra edən dargörüşlü mayor Lisaneviç
231
Kürəkçay sazişindən bir il keçməmiş İbrahimxəlil xanın Rusiyaya
sədaqətinə şübhə edərək, eləcə də erməni məliklərinin, xüsusilə Məlik
Cümşüdün donosları əsasında xan ailəsi və yaxın adamları ilə birlikdə 11 iyul
1806-cı ildə Şuşa qalası yaxınlığında öldürüldü. Böyük dövlət xadimi, misilsiz
sərkərdə, Rusi-yanın sədaqətli dostu İbrahimxəlil xanın öz "dostlarının" əlilə
öldürülməsi Qarabağ ehalisini narazı saldı və onlar kütləvi etirazlarını çara
bildirdilərsə də, bir nəticə vermədi. Əksinə Lisaneviçin hərbi rütbəsi artırıldı...
O, əvvəlcə polkovnik, sonra isə general rütbəsi aldı. İbrahimxəlil xanın
qətlindən sonra oğlu general-mayor Mehdiqulu xan Qarabağ xanı təyin edildi.
Mehdiqulu xan Qarabağ xanlığının ləğvinə qədər (1822) xanlıq vəzifəsini icra
etdi...
Mirzə Camal "Qarabağ tarixi"nin yeddinci fəslini "Ağa Məhəmməd şah
öldürüldükden və İbrahim xan Balakəndən Qarabağa qayıtdıqdan sonra baş
vermiş hadisələr haqqında" adlandırmışdır. Həmin fəsildə Ağa Məhəmməd
şahın talançı hücumlarından sonra Qarabağ xanlığının dağılmış təsərrüfatının
bərpasından, xalqın güzəranını yaxşılaşdırmaq tədbirlərindən söhbət açılır.
Nəhayət, Qarabağ xanlığının Rusiya himayəsini təsdiq edən 1805-ci il
Kürəkçay müqaviləsi və İbrahim xanın öldürülməsi səbəbləri göstərilməklə
həmin fəsil tamamlanır. 1797-1804-cü illərdə İbrahim xanla Fətəli şah Qacar
arasında dostluq əlaqəsi davam edirdi. Lakin Zaqafqaziyanın çar Rusiyası
tərəfindən tutulması haqda geniş hərbi-siyasi plan bu dostluğun pozulmasına
səbəb oldu.
İbrahimxəlil xan öz vəziyyətini möhkəmləndirmək və düşmənlərin Rusiyanı
onun əleyhinə yönəltməsinin qarşısını almaq məqsədilə general-poruçik
Q.A.Potyomkinə məktub yazıb bildirdi ki, Rusiya təbəəliyini qəbul edib ona
bac verməyə hazırdır
1
.
Bu mühüm sənəd göstərir ki, II Yekaterina hələ 1783 -cü ildə bütün
Zaqafqaziyanı Rusiyaya tabe etməyə hazır idi.
İbrahimxəlil xan öyrəndi ki, knyaz Q.A.Potyomkin Asiyada xristian dövləti
yaratmaq istəyir və bu məqsədlə Qarabağ məliklərinə arxalanmaq fikrindədir.
Bu planın yerinə yetirilməsi İbrahimxəlil xan üçün hakimiyyəti itirmək demək
idi
2
.
Lakin o, Rusiya komandanlığı ilə özünü elə aparırdı ki, guya təbəəliyə
keçmək meylindədir; o, ümid verir və lakin ondan gözlənilən addımı atmırdı.
Niyyəti özünə sərfəli olan şərtlər barədə razılığa gəlmək idi. Bu məqsədlə o,
1784-cü ilin əvvəllərində Rusiyaya öz elçisi ilə məktub göndərib bildirdi ki,
himayəni xahiş edir, bununla birlikdə onun daxili işlərinə qarışılmasını istəmir.
Eyni zamanda II Yekaterina İbrahim xanla daha çox maraqlanmağa
başlamışdı. 1784-cü ilin mayında o, Q.A.Potyomkinə yazırdı: "Deyəsən,
İbrahim
1 В ах: П.Бугков. Материалы для новой истории Кавказа, ч. II., СПб., 1869,
стр.142.
2 Yenə orada, səh.l 15.
232
Dostları ilə paylaş: |