Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə200/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   196   197   198   199   200   201   202   203   ...   216

411 

 

və əməlləri ilə tanıĢ ola". 



ġəriət qaydalarını pozmaqda ittiham edilən qələndərilər dini  ayinlərə etinasız 

yanaĢır, namaz qılmır, oruc tutmur, rəsmi adətlərə riayət etmirdilər. 

Orta  əsrlərdə  əxilər  mü xtəlif  ictimai  mövqe tuturdular.  Mənbələrin  verdiyi 

məlu matlarda  əxi  -  kəndlidir,  tacirdir,  ətrafına  müridlər  toplamıĢ  sufidir,  ilahiyyat 

alimidir,  əmirdir,  qazıdır  və  ələlxüsus sənətkardır.  Əxi  icmaları  bəzi  s ufi  təĢkilatları 

kimi  nəzir-niyaz  hesabına  yaĢamır,  ö z  halal  zəh mətləri  ilə  dolanırdı.  Əxilər  sünni 

məzhəbinə  mənsub  sayılsalar  da,  din  azadlığına,  əqidə  sərbəstliyinə  pis  baxmırdılar. 

Əbülqasim əl-Qüşeyri fötüvvə haqqında söz açarkən yazır ki, onun nümayəndəsi evində 

yemək  yeyən  Ģəxsin  övliya,  yaxud  kafir  olmasının  fərqinə  varmır.  Bu  ideologiyanın 

əsasında humanizm, ictimai bərabərlik, sosial ədalət durur: "Fütüvvə odur ki, özün ədalətli 

olub, baĢqasının da ədalətli olmasını tələb edəsən". 

Məlamətilik,  qələndərilik  və  əxilikdən  fərqli  olaraq  sufılik  yalnız  praktiki 

deyil, nəzəri  məsələlərə də nüfuz edir, idraki  məqsəd  daĢıyırdı. Sufilərə görə, insanın 

mütləq  həqiqəti  dərk  etməsi  hissi  və  əqli  idrak  qüvvəsindən  xaricdir,  ancaq  mistik 

hallara  və  məqamlara  yiyələnməklə  mü mkündür.  Mistik  özünükamilləĢdirmədə  ilk 

mərhələ  Ģəriətdirsə,  son  məqsəd, son  mərhələ  həqiqətdir.  ġəriətdən həqiqətə  mənəvi 

gediĢ yoluna təriqət, bu yolun üstündəki  dayanacaqlara  məqamlar  deyilir.  Məqamlar  sufi 

halları  ilə  qırılmaz  surətdə  bağlıdır.  Məqam  sufinin  öz  cidd-cəhdi  sayəsində  çatdığı 

kamillik mərtəbəsidir, hal hər bir məqamı tamamlayan, yolçunu yeni məqamlara hazırlayan 

və nəhayət, haqqa qovuĢduran ətadır, ilahi vergidir. Hal ani, keçici, məqam isə nisbətən 

sabit, dayanıqlı psixoloji vəziyyət kimi səciyyələndirilir. Əbuhəfs əs -Sührəvərdi hal ilə 

məqam  arasında möhkəm hədd, kəskin fərq olmadığını xatırladaraq yazır:  "Bəzilərinə 

hal görünən Ģey baĢqalarına məqam görünə bilər". 

Təsəvvüfdə təriqət halların və məqamların qarĢılıqlı inkiĢaf  xəttini təĢkil edir. 

Hər bir sufi müridin ən ali rütbəyə yüksələnədək özünü kamilləĢdirməsi yalnız halların 

və  məqamların  birgə  müĢayiəti  ilə  həyata  keçir.  Özünəhesabat  (əl-mühasəbə), 

özünənəzarət (əl-müraqəbə) və  daxili  müĢahidə  (əl-müşahədə)  halları  və  məqamları 

bütün təriqət boyu çulğalaĢaraq təsəvvüf yolçusunu daim sarır, onu haqqa yaxın laĢdırır. 

Sufizmə  dair  mənbələrdə  hallar  və  məqamlar  ayrı-ayrılıqda  nəzərdən 

keçirilmiĢdir.  Əbuhəfs  əs-Sührəvərdi  ilk  dəfə  onları  bir-biri  ilə  qarĢılıqlı  surətdə 

araĢdıraraq göstərmiĢdir ki, hər bir məqamda hal xüsusiyyəti olduğu kimi, hər bir halda 

da məqama çevrilmək imkanı vardır. 

Mütləq fəna (əl-fəna - yox olma, tələf olma) halında insan dünya iĢlərindən 

əl çəkib, hissi aləmlə əlaqəni üzür, Allahla ünsiyyətdə olur, Allahdan baĢqa hər Ģeydə 

fanilik görür, yalnız onun varlığı ilə ö zünü var bilir, bununla da əbədiyyətə (əl-bəqa) 

qovuĢur. Əbuhəfs əs-Sührəvərdi bir mötədil sufi kimi təsəvvüfdə panteist təsəvvürü 

inkar  etmiĢdir.  Mütəfəkkir  iddia  edirdi  ki,  Əbuyəzid  əl-Bistami  "Sübhani"  ("Mənə 

Ģükür!")  və  Həllac  "Ənə  əl-haqq"  ("Mən haqqam")  deyərkən,  guya  özlərini  deyil, 

təkcə  Allahı  nəzərdə  tutmuĢlar.  O,  "Əvarif  əl-məarif‖  kitabında  yazır:  "Əgər 

bilsəydik  ki,  bu  söz  hüluldan  (Allahın  insanda  təcəssümündən)  olan  bir  Ģeyi  gizli 




412 

 

surətdə andırır, onda onları rədd etdiyimiz kimi, o sözü də rədd edərdik". 



Azərbaycanda sufizmin ifrat qoluna mənsub mütəfəkkirlərdən Əxi  Əbülfərəc 

əz-Zəncani  (öl.  1065)  daha  məĢhurdur.  Onun,  eləcə də  digər  ifrat  sufilərin  ideyaları 

zəminində Eynəlqüzat əl-Miyanəci sufizmin panteist fəlsəfəsini iĢləyib hazırlamıĢdır. 

Əslən  Azərbaycanın  Miyanə  Ģəhərindən  olan  Miyanəcilər  XI-XII  əsrlərdə 

istedadlı Ģairlər, görkəmli alimlər yetirmiĢ böyük nəsildir. Eynəlqüzat əl-Miyanəcinin 

atası  Əbubəkr  Məhəmməd  əl-Miyanəci  də  adlı-sanlı  hüquqĢünas alim  və  Həmədan 

Ģəhərinin  baĢ  qazısı  idi.  Orta  əsr  müəlliflərindən  biri  onun  haqqında  yazmıĢdır

"Fəzilətli, fəzilətlinin oğlu və fəzilətlinin atası. Yəni o, Qazı Əli əl-Miyanəcin in oğlu və 

Eynəlqüzat Abdulla əl-Miyanəcinin atasıdır". 

Əbülməali  Abdulla  ibn  Məhəmməd  əl-M iyanəci  (1099-1131)  Həmədanda 

baĢ  qazı  vəzifəsində  hörmət  qazandığından  Eynəlqüzat  (Ayn  əlqudat  -  Qazıların 

gözü) fə xri adını almıĢdır. Əbülməa li ləqəbi isə "Fəzilət lər atası" demə kdir.  

Eynəlqüzat  əl-Miyanəci  çox  kiçik  yaĢlarından  təhsilə  baĢlamıĢ,  Ömər 

Xəyyam  (1048-1131),  Əhməd  əl-Ğəzali  (öl.  1126),  Məhəmməd  əl-Cüveyni  (1057-

1135) və baĢqa görkəmli alimlərdən dövrün bütün elmlərini öyrənmiĢdir. Azərbaycan 

filosofu  elmdə  və  fəlsəfədə  çoxlarının  təsdiqlədiyi  zehniyyətə  tənqidi  münasibət 

bəsləmiĢ,  onu  nə  ortodoksal  islam  sxolastikası,  nə  də  müxtəlif  dini  cərəyanların, 

məzhəblərin teoloji  kazuistikası qane etmiĢdi.  Azadfikirli filosof bütün dinlərin eyni 

mahiyyət daĢıdığını söyləyərək onların arasında fərq qoymadan yazırdı: "Ey dost, əgər 

Ġsaya  xristianların  gözü  ilə  baxsan,  xaçpərəst  olarsan,  Musaya  yəhudilərin  gözü  ilə 

baxsan,  yəhudi  olarsan,  bəlkə  də  bütə  bütpərəstlərin  gözü  ilə  baxsan,  bütpərəst 

olarsan". 

Filosof,  mütərəqqi  ideyaları  üstündə  28-29  yaĢlarında  təqiblərə  məruz 

qalmıĢdır.  O,  özü  xəbər  verir:  "ġəhərdə  deyirlər  ki,  Eynəlqüzat  allahlıq  iddiası  edir. 

Mənim  qətlimə  fitva  veriblər...".  1128-ci  ildə  tutulub  Bağdada  göndərilən  alim  orada 

həbsxanada  yüksək  bədii-estetik  və  dərin  elmi-fəlsəfi  fikirlərlə  zəngin  "ġəkva  əl-

ğərib  anil-avtan  ila  üləma  əl-büldan"  ("Vətəndən  ayrı  düĢmüĢ  qəribin  ölkələrin 

alimlərinə  Ģikayəti")  adlı  bir  traktat  yazmıĢdır.  O,  6  may  1131-ci  ildə  Həmədana 

qaytarılaraq, dərs dediyi mədrəsədə, 32 yaĢında edam edilmiĢdir. 

Eynəlqüzat əl-Miyanəci yaradıcılığının ilk illərində daha çox ədəbiyyat, hədis, 

təfsir,  fiqh,  kəlam,  habelə  peripatetizm  məsələləri  ilə  maraqlanmıĢdır.  Mütəfəkkir  24 

yaĢından  baĢlayaraq  qələmə  aldığı  "Zübdət  əl-Həqaiq"  ("Həqiqətlərin  qaymağı"), 

"Təmhidat"  ("Müqəddimələr"),  habelə  həbsdə  yazdığı  traktatda  və  öz  dostlarına 

göndərdiyi  çoxlu  məktublarında  sufizmin  panteist  fəlsəfəsinin  mükəmməl  sistemini 

yaratmıĢdır. Panteizm Allahı mövcudatın özündə, onunla eyniyyətdə bir baĢlanğıc sayan 

fəlsəfi  təlimdir.  Eynəlqüzat  Miyanəci  bu  təlimi  iĢləyib  hazırlayarkən  ifrat  sufilərin 

panteist  əhvali-ruhiyyəli  ideyaları  ilə  təbiətĢünas  peripatetik  filosofların  təbii-elmi 

görüĢlərini məharətlə birləĢdirib ümumiləĢdirmiĢdir. 

Eynəlqüzat  Miyanəcinin  fəlsəfi  sistemində  həm  ontologiya,  həm  də 

qnoseologiya  məsələləri  tamamilə  orijinal  Ģəkildə  qoyulub  həll  edilmiĢdir.  Filosofun 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə