Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə72/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   68   69   70   71   72   73   74   75   ...   216

152 

 

bütün  ġimal  kustunu  əhatə  edən  bu  ad,  ərəb  hakimiyyəti  dövründə,  Ģimalda 



Dərbənddən cənubda Zəncana qədər olan bilavasitə tarixi Azərbaycan ərazisinə aid 

edilird i.  Bu  yerlərdə  olmuĢ  X  əsr  müəllifi  Ġbn  Havqəl  özünün  tərtib  etdiyi  Xəzər 

dənizinin  xəritəsində həmin dövrün tarixi coğrafiyasını əks etdirən məh z bu təsviri 

vermiĢ,  Dərbənddən  Gilanadək  ərazini  Azərbaycan  adlandırmıĢdı

1

.  Onun  Cənubi 



Qafqaz bölgəsini təsvir edən digər  xəritəsində bölgə vilayətlərin in dəqiq hüdudları 

göstərilir.  Cənubi  A zərbaycan  -  Adurbadaqan  Arran  -  Albaniyadan  Araz  çayı  ilə 

ayrılır,  bilavasitə  Ermən istan  isə  Xilat  (Van)  gölü  ilə  Araz  çayının  yu xarı  axarı 

arasında yerləĢdirilir. 

Orta  əsr  ərəb  müəlliflərinin  (Ġbn  Xordadbeh,  əl-Bəlazu ri,  əl-Yəqubi,  Ġbn 

əl-Fəq ih  və  b.)  ərəb  inzibati-ərazi  bölgüsü  barədə  təqdim  etdikləri  material  b ir 

qədər  qarıĢıq  olsa  da,  biri  digərini  ta ma mlayan  bu  mə lu matla ra  görə,  I  Ərmin iyə 

adlanan  ərazi  ö z  tərkib ində  ərəblərin  Arran  adlandırdıq ları  qədim  Albaniya  tor-

paqlarını  (Sünik  -  Sisəcan  -  Sisakan  ilə  birlikdə)  birləĢdirirdi.  Ərəb  Arran 

vilayətinin  tərkibinə  Albaniyanın  bilavasitə  özündən  baĢqa  644-cü  ildən  1122-ci 

ilədək müsəlmanların tabeliy ində olan Tiflis və onun civarları da daxil idi.  

II  Ərminiyə  adlandırdıq ları  hissəyə ərəb  inzibati  hakim  dairələri  Curzanı 

(Gürcüstanın  bir  hissəsini),  Tiflis  yaxınlığında,  Kür  çayı  sahilində  yerləĢən 

Suğdəbil Ģəhərini,  Dərbəndin yaxınlığındakı  Bab  Feyruz Qubad Ģəhərini, eləcə də 

Lakz  vilayətini  daxil  edirdilər.  Yalnız  III  və  IV  Ərəb  Ərminiyəsi  ermən ilərin 

Dəbildən ġimĢatadək yaĢadıqları yerləri əhatə edird i.  

Beləliklə,  Xilafətin Cənubi Qafqazdakı I və II Ərmin iyə in zibati bölgüləri 

Ģimalda  Tiflis  və  Dərbənddən  cənubda  Araz  çayınadək,  qərbdə  Kiçik  Qafqaz 

dağlarından  Ģərqdə  Xəzər  dənizinədək  olan  sahəni  əhatə  edir  və  əsasən  ərəblərin 

Arran adlandırd ıqları qədim Albaniya torpaqlarını özündə birləĢdirird i.  

VIII  yü zilin  sonu  -  IX  yüzilin  I  yarısında  Xilafətin  daxilində  baĢ  verən 

hadisələr  ərəb  iĢğal  dairələrin in  Cənubi  Qafqaz  ərazisində  yaratdıqları  süni 

"Ərminiyə"  inzibati  birləĢ məsinin  faktiki  olaraq  ləğvinə  gətirib  çıxartdı.  Ço x 

keçmədən, bu dövrdə həm də Bizansla  müharibə aparan  Xilafətin zəifləməsi onun 

yerlərdəki  hakimiyyətini  də  nominallaĢdırd ı.  Məhz  buna  görə  formal  olaraq 

Azərbaycan,  Arran  və  Ermənistanı  birləĢdirən  vahid  Qafqaz  caniĢin liy i  -  v ilayəti 

yaradılsa da, əslində Xilafətin Qafqazdakı siyasi nüma-yəndəsinə - valiyə tabe olan 

və ona vergi verən yerli feodallar ö z mü lkləri daxilində hakimiyyət v ə imtiyazlarını 

qoruyub saxlaya b ilmiĢdilər.

 

X  əsrin  mü xtəlif  illərində  Azərbaycan  torpaqlarında  da  olmuĢ  əl-Ġstəxri, 



Ġbn Havqəl, əl-Müqəddəsi və b. artıq köhnə inzibati bölgünün adını çəkmir,  mü xtə-

 

 



1

  Bu  məlumatın  Azərbaycanın  tarixi  coğrafiyası  üçün  əhəmiyyətini  yaxĢı  dərk 

edən  qərəzli  rus  alimi  A.P.Novoseltsev  Xəzər  dövlətinə  həsr  etdiyi  kitabın  (VI.,  1990)  üz 

cildində  dərc  etdirdiyi  Ġbn  Havqəlin  xəritəsindəki  bütün  coğrafi  adların  ərəb  dilindən  rus 

dilinə tərcüməsini də vermiĢ, yalnız ərəb qrafikası  ilə qeyd edilmiĢ, Gilandan Dərbəndədək 

uzanan "Azərbaycan" sözünü açmamıĢdır.  




153 

 

lif gəlmə və yerli sülalə lərin hakimiyyətləri altında olan Cənubi Qafqaz ölkə lərini  - 



Azərbaycan, Arran və  Ermənistanı "yalnız bir  məlik - hökmdar  idarə etdiyi" üçün 

"vahid ərazidə" birləĢdirirdilər.  Əsrin 80-ci illərində Qafqazda olmuĢ əl-Müqəddəsi 

bu  yerlərin  hamısını  birlikdə  "ər-Rihab  iqlimi"  (yəni  bölgəsi)  adlandırır.  Onun 

sözlərincə, "ər-Rihab geniĢ və səfalı  iqlimd ir. Meyvə və [xüsusilə] ü zü mü boldur. 

Qiy mətlər ucuzdur...  Biz bu yerləri birləĢdirə biləcək ü mu mi ad tapa bilməd iyimiz 

üçün onu ər-Rihab adlandırdıq" (məzmununa görə bu söz "geniĢ yer" kimi açıq lana 

bilər, N. V.).

 

Yenə  onun  məlu matına  gorə,  ər-Rihab  iqliminin  üçdə  birini  təĢkil  edən 



Arran Xəzər dənizi  ilə sərhəddə axan Araz çayı arasında adaya bənzəyir, əl-Məlik 

(Kür) çayı onu ikiyə bölür.  Yeri gəlmiĢkən, onu deyək ki, Kür çayı  Arranı sağ və 

sol sahillərə böldüyü üçün Ġbn Havqəl buranı "iki Arran" adlandırırd ı.  BaĢqa ərəb 

mənbələri  də  tarixi  A lbaniya  ilə  tarixi  Adurbadaqan  arasında  ayrıcın  Araz  çayı 

boyunca keçdiyini təsdiq edirlər.  Belə ki, X əsr  müəllifi əl-Məsudiyə görə, ər-Ras 

çayı  " xürrəmi  Babəkin  Azərbaycanda  sahib  olduğu  əl-Bəzzeyn  adlı  yerlə  Arrana 

aid olan Əbu Musa (Qarabağ - N V.) dağı arasında axır". 

Ərəblərin  Arran  ərazisində  tabe  etdikləri  vilayətlər  sırasında  erkən  ərəb 

müəllifləri  (əl-Bəlazuri,  əl-Yəqubi  və  b.)  alban  vilayət  və  nahiyələri  Sakas enanın 

(ġakaĢenanın),  Kambisenanın  (Kəmb iranın),  Utinin,  Sisakan-Sünikin  (Sisəcanın), 

Xaçın ın, Mets Ġrankın (əl-Məsiranın), Mets Kuenkin (əl-M iskuanın), ġəkinin, eləcə 

də  ġirvanın,  Layzan ın,  Məsqətin,  Xursanın,  ġabranın,  Təbəsaranın,  Muğaniyənin 

və b.-nın adlarını çəkirlər. 

Ərəblərin iĢğalına qədər Cənubi Azərbaycanın paytaxtı Ərdəbil idi; ancaq ərəb-

xəzər  müharibələrinin  baĢlanması  ilə  Ərdəbil  və  onun  ətraflarının  gərgin  döyüĢ 

meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxtın 

yenidən  bərpa  edilmiĢ  Marağaya  köçürülməsinə səbəb oldu.  IX əsrin sonunadək,  yəni 

Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək bu yer vilayətin baĢ Ģəhəri oldu. 

Arranın  baĢ  Ģəhəri  isə  Həbib  ibn Məsləmənin ikinci yürüĢündən sonra (654-cü ildən) 

bütün Qafqaz ərəb caniĢinliyinin yeni iqamətgahına çevrilmiĢ Bərdə idi.  

Fütuhatın  ilk  çağlarında  iĢğal  olunmuĢ  əraziyə  nəzarət  məqsədilə,  adətən 

həmin yeri fəth etmiĢ ordunun baĢçısı vali təyin edilirdi. ĠĢğalın davam etdiyi bu illərdə 

həmin baĢçılar bəzən  obyektiv səbəblər  üzündən  iĢğal etdikləri  yerin  idarəsini,  əlbəttə 

xəlifənin  razılığı  ilə,  silahdaĢlarından  birinə  həvalə  edir,  özləri  isə  mərkəzin  iĢğal 

siyasətini davam  etdirirdilər.  Məsələn, Azərbaycana  yürüĢün  ilk  iĢtirakçılarından  olan 

sərkərdə Bukayr, yuxarıda gördüyümüz kimi, Ģimala hərəkət əmri aldığından öz yerinə 

Utba ibn Farkadı təyin edir. Həmin dövrdə amil titulu daĢıyan Utba ibn Farkad Xilafətin 

Azərbaycandakı nümayəndəsi kimi Azərbaycan mərzbanı ilə  müqavilə  bağlayır.  Amil 

titulunu əsasən vergiyə nəzarət edən xəzinə qulluqçuları daĢıyırdılar. Lakin Xilafətin 

siyasi tabeliyini qəbul etmiĢ iĢğal zonalarında baĢlıca məqsədin vergi yığmaq olduğu bu 

ilk dövrdə həm mülki, həm hərbi hakimiyyət çox vaxt eyni  adama - o yerləri fəth etmiĢ 

hərbi baĢçıya həvalə edildiyi üçün amil - "vergiyə nəzarət edən" və əmir - "hərbi baĢçı" 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə