110
V.L.Lukonin, Q.QoĢqarlı və b.) ümumi rəyinə görə, yerli sənətkar tərəfindən
düzəldilmiĢdir. Albaniya tarixinin ilk geniĢ tədqiqatçılarından olan K.V.Trever burada
alban hokmdarı CavanĢirin təsvir olunduğunu güman edir. Onun bu gümana gəlməsinə
səbəb bir tərəfdən heykəlcikdə Sasani Ģahlarına xas olmayan elementlərin varlığı, digər
tərəfdən isə süvaridəki ikonoqrafik cizg ilərin Moisey Kalankatlının CavanĢir
haqqındakı məlumatına uyğun gəlməsidir. Azərbaycan alimləri Q.M.Əhmədov və
N.Ġ.Rzayev K.V.Treverin bu gümanının gerçək olduğunu təsdiq etsələr də, elmdə
V.L.Lukoninin (bu fərziyyəni Q.QoĢqarlı da müdafiə edir) hər halda yerli sənət
məhsulu olan bu buxurdan üzərində son Sasani hökmdarlarından birinin, ola bilsin, II
Xosrovun təsvir edildiyi fikri də mövcuddur.
Yazılı mənbələrdəki məlu matlar və arxeoloji araĢdırmaların nəticələri göstərir
ki, Azərbaycan feodal cəmiyyətinin yüksək təbəqəsinin bədii zövqü ilə məiĢətdə hədsiz
dəbdəbə xoĢlayan Sasani hakimlərinin zövq və məiĢəti arasında uyğun cəhətlər çox
idi. Moisey Kalankatlı alban hökmdarı CavanĢirin sarayını belə təsvir edir: "O,
günbəzdən tutmuĢ kandaradək hər yeri naxıĢlarla bəzətdirdi, divarlara baĢdan-baĢa
ipək parçalar çəkdirdi, kainatın ziyasını (yəni CavanĢiri) qoruyub saxlayan yataq otağının
qapısını gümüĢə tutdurdu, üzərində oyma naxıĢlar açmağı əmr etdi".
Sasanilər qiymətli əĢyalardan öz diplomatik məqsədləri üçün geniĢ istifadə
edirdilər. YeqiĢenin məlumatına görə, onlar Cənubi Qafqaza gümüĢ Ģeylər gətizdirir və
yerli hakimləri ələ almaq üçün onlara bağıĢlayırdılar. Görünür, bu və digər yollarla
(məsələn, ticarət) Azərbaycana gətirilən Sasani metal məmulatı yerli sənətkarlar üçün
nümunə olmuĢ, bu tipli məhəlli məhsulların daha keyfiyyətli istehsalına gətirib
çıxarmıĢdır. Gü man etmək olar ki, mərkəzdən gətirilən və iri Ģəhərlərdəki sənətkarlıq
emalatxanalarında hazırlanan yerli məhsullardan baĢqa, iri feodalların ehtiyaclarını
ödəmək üçün saxladıqları Ģəxsi emalatxanalarında da belə Ģeylər hazırlanırdı. Məhz
həmin emalatxanaların zəminində yaranmıĢ yerli məktəblər bu gün də Lahıcda,
Köbəçidə öz fəaliyyətlərini davam etdirirlər. Erkən orta əsrlər dövründə bu məktəblər
üçün səciyyəvi cəhət onların əsasən "müqəddəs" ağacın çoxyarpaqlı təsvirini verən
ornamentlərdən istifadə etməsi idi. Bununla yanaĢı, bu dövrdə zoomorf (heyvanĢəkilli)
formalı qablar da geniĢ yayılmıĢdı.
Dekorativ tətbiqi incəsənət abidələri arasında mühüm mövqelərdən birini daĢ
üzərində naxıĢaçma - qliptika tuturdu. Üzərində təsvirlər və yazılar olan mü xtəlif
qiymətli və yarıqiy mətli daĢlardan məmurlar, hakimlər, yüksək vəzifəli Ģəxslər, əyanlar
və kahinlər möhür kimi istifadə edirdilər. Azərbaycanda tapılmıĢ və qiymətli mineral
daĢlardan (əqiqdən, xalsedondan, ametistdən, lazuritdən, yəĢəm daĢından) düzəldilən
gemmaların (üstündə yazı və Ģəkil qazılmıĢ qiymətli daĢların) üzərində daha çox heyvan
və quĢ Ģəkilləri, əyanların və kahinlərin portretləri, mərasim səhnələri, bəzən isə
yırtıcılar tərəfindən otyeyən heyvanların parçalanması səhnələri vardır. Mingəçevirdə
tapılan möhürlərin üzərində uzan mıĢ qoyunlar, ġamaxıda tapılan möhürlərin üzərində
kiĢi büstü təsvir edilmiĢdir. Bu və bəzi digər gemmaların üzərində pəhləvi yazıları
mövcuddur. Ġstifadə edilmə məqsədlərinə görə hələ antik dövrdən üç cür gemma
111
düzəldilirdi: möhürlər, bəzəklər və göz muncuqları. Bəzən bir gemma hər üç məqsədi
güdürdü. Möhür kimi iĢlədilən gemmalar məktubların, rəsmi sənədlərin təsdiq
edilməsində istifadə olunurdu. Möhürlərin Ģəkilləri mal taylarının, bu və ya digər
ustanın hazırladığı mə mulatın üzərinə vurulur, bununla da məhsulun keyfiyyəti təsdiq
edilirdi. Arxeoloji qazıntılar ölkəmizin ərazisində xeyli möhür Ģəkli (bullalar) aĢkar
etmiĢdir. Bu möhürlərdə insan, müxtəlif heyvanlar (zebu, maral, qoyun, it, Ģir və s.) quĢlar
(xoruz, qartal, göyərçin), əqrəb, fantastik varlıqlar (qanadlı öküz, peqas -qanadlı at və
baĢqa əfsanəvi məxluqlar), mü xtəlif bitkilər, atəĢpərəstlik mehrabları, göy cisimləri,
mü xtəlif iĢarələr və s. təsvir edilmiĢdir. Bu rəsmlərin əksəriyyəti rəmzi məna daĢıyırdı
və dini etiqadla bağlı idi. Buna görə də həmin təsvirləri zərdüĢtiliyin müqəddəs kitabı
olan "Avesta"ya illüstrasiyalar kimi qiymətləndirmək mümkündür. Yeri gəlmiĢkən,
qeyd etmək lazımdır ki, qliptika nümunələri ən qədim zamanlardan son orta əsrlərədək
dinlə sıx bağlı olmuĢdur. Bu, tamamilə qanunauyğun idi və həmin məmu latın
təyinatından irəli gəlirdi. Çünki həmin əĢyalar çox zaman bədnəzərdən qorunma
vasitəsi, həmayil rolunu oynamadı. Bunlardan Ģəxsi möhürlər kimi istifadə edən
Ģəxslər, beləliklə, ö z əmlaklarını ilahi qüvvələrin himayəçiliyinə tapĢırırdılar.
Bu möhürlərdə təsvir edilmiĢ süjetlər Hörmüzə, oda sitayiĢlə bağlıdır.
Albaniya ərazisində belə süjetli möhürlərin tez-tez tapılması, görünür, Sasani
hökmdarlarının yerli əhali arasında atəĢpərəstliyi yay maq cəhdləri ilə əlaqədardır.
Azərbaycanın bu dövr zərgərlik sənəti məhsulları çeĢid çoxluğu, yüksək
sənətkarlığı və zənginliyi ilə fərqlənir. Buranın metaliĢləmə və daĢiĢləmə sənəti
məhsullarında əvvəllər antik, ellin, sonralar isə Sasani ənənələrinin təsiri güclü idisə,
zərgərlik sənəti əsas etibarilə yerli bədii ənənələr zəminində inkiĢaf edirdi.
Azərbaycanın antik dövr zərgərlik məmulatı üçün səciyyəvi olan bir çox bəzək
ünsürləri və bədii formalar sonrakı yüzillərdə daha da təkmilləĢdi. Bu cəhət özünü
Mingəçevirdə aĢkar edilmiĢ VI əsrə aid edilən qızıl sırğalarda daha parlaq göstərir. Sırğada
I—III əsrlərin mə mulatında daha çox təsadüf olunan arxaik forma - bir-birinə
lehimlənmiĢ "buğdaların" əmələ gətirdiyi kiçik piramida daha mükəmməl icra texnikası
ilə yerinə yetirilmiĢdir: əgər əvvəllər "buğda" bilavasitə sırğanın qulpuna lehimlənirdisə,
bu dövrdə artıq "buğda" ilə sırğanın əyrisi arasında içi boĢ kürəcik yerləĢdirirdilər.
Zərgərlikdə əqiqdən geniĢ istifadə edilirdi. Qafqazda ta qədimdən bu daĢın
ecazkar gücünə inam vardı. O dövrün zərgərləri sırğa düzəldərkən müxtəlif rəngli daĢların
yaratdığı estetik təsir gücündən istifadə etməyə çalıĢırdılar. Sallama qızıl tanalar çox vaxt
qaĢ üçün iĢlədilən daĢların mü xtəlif formalarını nümayiĢ etdirmək xatirinə
hazırlanırdı. Üçkünc, ellipsvari, dairəvi, düzbucaqlı və dig həndəsi formalı rəngarəng
daĢlar sırğaların dekorativ-bədii Ģəkli müəyyənləĢdirird i.
Sonralar zərgərlik məhsulların ın kompozisiyası sadələĢsə də çeĢidi artırdı.
"Yarpaq" sırğa ürək formasını alır. Belə qaĢın yerləĢdirildiyi çərçivənin yanlarında hər
birinə muncuq salınmıĢ dörd qızıl qarmaqcıq bənd edilirdi.
ġimali Azərbaycan zərgərləri baĢqa bədii-texnoloji üsuldan da istifadə edirdilər:
daĢı çərçivəyə salınır, bununla onun plastik formasını və rəngini daha qabarıq nəzərə