112
çarpdırırdılar. Əgər əvvəllər qaĢ qızıl məmulatının ayrı-ayrı quruluĢ ünsürlərinin bədii
formasını daha qabarıq göstərmək xatirinə qoyulurdusa, sonralar metal detallar daĢın
formasından asılı olmağa baĢladı.
III-VII əsrlər incəsənətinin maraqlı növlərindən biri də bədii ĢüĢə sənəti idi.
Qədim Azərbaycanda ĢüĢə istehsalı üçün zəruri olan zəngin xammal - kvarslı qum, soda,
əhəng, meĢə materialları, oda davamlı gil ehtiyatları və s. kifayət qədər idi. Metal
emalının artması da ĢüĢə istehsalının inkiĢafına təsir göstərirdi. Arxeoloji qazıntılar
nəticəsində əldə edilən ĢüĢə kürələrin varlığ ı, istehsal çıxarları, yarımfabrikatlar və s.
Azərbaycan ərazisində istehsalın bu sahəsinin geniĢ yayıldığını sübut edir. Həmçinin
məlum olur ki, erkən orta əsrlərdə burada ĢüĢəni iki texnoloji üsulla - daha qədim tökmə
və üfürmə üsulları ilə hazırlamıĢlar.
Bədii ĢüĢə məmulatı nümunələri (kuzə formalı ĢüĢə qablar, vazalar, piyalələr,
dərman və ətir qabları, qədəhlər, kuboklar, müxtəlif bəzək Ģeyləri) Mingəçevirdə,
Ġsmayıllıda, ġamaxıda, Gəncədə, Qəbələdə, Yuxarı Qarabağda və baĢqa yerlərdə aĢkar
edilmiĢdir; onu da qeyd edək ki, eramızın III əsrinə aid edilən ən qədim ĢüĢə qab
Mingəçevirdə tapılmıĢdır.
ġüĢə, bədii baxımdan daha təsirli material kimi gemmaların
hazırlan masında, qadın bəzəklərinin dekorativ ünsürlərində, qaların istehsalında
tətbiq edilirdi.
Arxeoloqlarımızın aĢkara çıxardığı ĢüĢə tapıntıları zaman keçdikcə həm yerli
bəzək Ģeylərinin, həm də qabların çeĢidlərinin mü xtəlifləĢdiyini, onların bədii
dəyərinin artdığın ı sübut edir;
IV əsrdən baĢlayaraq möhürlər, VII əsrdə halqalar, daha
sonra bilərziklər meydana çıxır. Va zalarla yanaĢı, IV əsrdən baĢlayaraq yerli piyalə və
kuzələrin, V əsrdən isə qədəhlərin istehsalı artır. Qadınlar üçün yumru, yastı, tilli
bilərziklərlə yanaĢı, eĢmə üsulu ilə hazırlanan bilərziklər göy, yaĢıl, sarı, qəhvəyi, qara və
s. rəngli ĢüĢələrdən düzəldilirdi. Belə bilərziklər dairəvi və ya üçbucaqlı en kəsiyinə
malik idi. Bəzi ĢüĢə qolbaqların ucları ilan baĢı formasında da hazırlanırd ı.
Bədii ĢüĢə ustaları keramikanın mütərəqqi bədii xüsusiyyətlərinə
yaradıcılıqla yanaĢır, özlərinin orijinal formalarını yaradır, məmulatın naxıĢlanmasının
yeni üsullarını kəĢf edirdilər. ġüĢə məmulatında dekorativ bəzək olan toxunma və
qabırğavari naxıĢlar ərazimizdə səciyyəvi olduğu üçün, onun mövzusu, çox güman ki,
ya yerli əhalinin hazırladığı keramika nümunələrindən, ya metal əĢyalardan, yaxud da o
dövr toxuculuğundan alınmıĢdı. Qabların müxtəlif ölçülərdə olması isə sübut edir ki,
ĢüĢəbiĢirən sənətkarın müxtəlif ölçüdə qəlibləri və bunlara münasib basmaları olmuĢdur.
Üzəri to xu ma naxıĢlı ĢüĢə qablar Azərbaycanın, xüsusilə onun Ģimal hissəsi olan
Albaniyanın ilk orta əsrlər dövrü üçün səciyyəvi qab nümunələri olduğundan bunlara
qazıntılar zamanı daha tez-tez təsadüf olunur. Bu qabların çoxu V-VII əsrlərin daĢ qutu
və küp qəbirlərində aĢkar edildikləri üçün tədqiqatçılarımız bu tip əĢya nümunələrini
məh z həmin dövrə aid ed irdilər.
Alimlərin müəyyənləĢdirdiyinə görə, istehsal edilən yerli bədii ĢüĢə
məmulatının keyfiyyət baxımından təkmilləĢməsi və kəmiyyətcə artması nəticəsində
113
gətirilmə kuzə və vazalar IV əsrdən etibarən yerli qablarla əvəz olun muĢdur.
Bu dövrdə daĢ, sümük, ağac və s. üzərində bədii oyma sənəti də xeyli inkiĢaf
etmiĢdi. DaĢ üzərində bədii oymanın gözəl nümunələri Mingəçevirdə, VI əsr
məbədinin qazıntıları zaman ı aĢkar olunmuĢ sütun və kapitel qalıqlarında, pəncərənin
oyuq və haĢiyələrində, divarların dekorativ tərtibatı ünĢürlərində qorunub saxlanmıĢdır.
Sütunların baĢı, pəncərə yerlərinin haĢiyələri və məbədin digər memarlıq detalları
əsasən nalvari tağ Ģəklində oyulmuĢ, sütunların dairəvi əsasları qədim keramika və
metal məmulatını bəzəyən qabırğavari naxıĢlarla örtülmüĢdür. Məbədin tikintisində
oyma sənətinin belə geniĢ tətbiqi, müxtəlif forma və çeĢidli divar bəzəklərinin -
buruqların, xonçaların, rəsmlərin olması onun zəngin tərtibatını b ir daha sübut edir.
Qəbirüstü abidələrin dekorativ tərtibatında da daĢ üzərində bədii oyma
üsulu tətbiq edilirdi. O dövrə dair tapıntılar belə abidələrdə qədim alban bəzək
motivlərindən - üzüm salxımı, altıguĢəli xonça, günəĢ, xaç, dolama və buruq Ģəkilli
xətlərdən istifadə edildiyini göstərir. Qəbirüstü daĢlarda oyulmuĢ ov, ziyafət, süvarinin
görüĢü və b. səhnələr öz plastikliyi, təsviri motivləri, habelə kompozisiya
xüsusiyyətlərinə görə Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılan tunc möhürlər
və üzük qaĢlarındakı təsvirlərlə uyuĢur. Həmin təsvirlər Sankt-Peterburqdakı Dövlət
Ermitajında saxlanan alban yazılı daĢ lövhəsindəki relyefləri də xatırladır.
O dövrdə sümük üzərində oyma sənəti də geniĢ yayılmıĢdı. Mingəçevirdə
aparılmıĢ arxeoloji qazıntılar III-IV əsrlərə aid edilən sümük daraqları aĢkar etmiĢdir.
Daraqlardan birinin üzərində məhsuldarlıq ilahəsini təmsil edən maral təsviri vardır.
Darağın o biri üzünü hərəsində üç konsentrik dairə, eləcə də ĢimĢək və ildırımın rəmzi
olan nöqtəli qoĢa dolanbac xətti və nöqtələri olan üç sıradan ibarət naxıĢ örtür. Yerli
inama görə, darağın bu naxıĢları onun sahibini bədnəzərdən qoruyurdu.
Həmin dövrə aid edilən digər sümük daraq günəĢi əks etdirən iki üfüqi
zolaqda yerləĢdirilmiĢ konsentrik dairələrlə naxıĢlanmıĢdı. Darağın qoç buynuzu Ģəklində
düzəldilmiĢ qulpu da iki konsentrik dairə ilə bəzədilmiĢdi. Darağın özü oyma xətlərlə
haĢiyələnmiĢ və səkkiz qrup konsentrik dairələrlə bəzənmiĢ iki üfüqi hissəyə ayrıl-
mıĢdı. Darağ ın əks tərəfi hamardır.
Təsərrüfat və məiĢətdə iĢlədilən taxta əĢyalar da oyma naxıĢ larla bəzədilirdi.
Azərbaycan ərazisində qədim tarixli ağaciĢləmə sənətinin bu nümunələri az tapılsa da,
əldə olunan nümunələr ağac üzərində oyma ustalarının yüksək məharətinə sübutdur. VI-
VII əsrlərə aid taxta qablar yan-yana düzülmüĢ romb və ya üçbucaqlarla naxıĢlanırdı.
Təsvir etdiyi səhnəni zənginləĢdirmək üçün usta düzəltdiyi məmulatın dairəvi forması və
hamar səthindən bacarıqla istifadə edə bilirdi. Pirsaatçay vadisindəki IV-V əsrlərə aid
edilən qədim qəbiristanlıqda aparılmıĢ qazıntılar zamanı daĢ qutu qəbirlərdə aĢkar
edilmiĢ oyma naxıĢlı taxta qədəh dövrün ağaciĢləmə sənətinin nümunəsidir.
Mingəçevirdə tapılmıĢ taxta təknə üzərində oyma üsulu ilə naxıĢlanmıĢ
"maralların qaçıĢı" rəsmi də maraqlıdır. Burada erkək maral diĢi maralı təqib edir. Bu
səhnə təknənin üzərində iki dəfə təkrar olunur. Onların arasındakı boĢluqda isə göylərin
neməti olan axar sular və məhsuldarlığı təcəssüm etdirən quĢ təsviri verilmiĢdir. Bu