122
Mingəçevir məbədinə oxĢar xristian tikililəri Albaniyada hələ kilsə
qurğularının planlaĢmasının ciddi qanun-qaydalarının iĢlənib-hazırlanmadığı dövrdə
ucaldılmıĢdı. Ona görə də qanunla müəyyən olunmuĢ normalardan müəyyən sapmalar
Albaniyada erkən kilsə tikililərinin səciyyəvi cəhəti idi.
Katolikosluğun təsis olunmasından sonra kilsə binalarının tikintisi ciddi
tələblərə tabe olunmağa baĢlandı. Mxitar QoĢun "Qanunnamə"sində deyilir ki,
"kilsənin özülü pravoslavlığın qaydaları əsasında qoyulmalıdır, bu məsələdə yalnız
yepiskop və yaxud onun əmri ilə xoryepiskop və yaxud peretut haqlıdır. Kim yepiskopun
və yaxud xoryepiskopun icazəsi olmadan kilsənin özülünü qoymağa cəhd edərsə, biz əmr
edirik ki, bu cür kilsə dağıdılsın və özül yenidən qoyulsun, beləliklə, kilsə qaydasına
toxunulmaz Ģəkildə ə mə l edilsin. Bu qayda sarsılma zdır".
Mingəçevirdəki ikinci məbədin tikiliĢi ərəfəsində artıq ölkədə kilsə
tikintisinin qanunları təĢəkkü l tap mıĢdı. Məbədin tikintisi IV əsrə aid edilir. Bu
məbəd birinci məbəddən 8 metr cənubdadır. Abidə plan baxımından dördguĢəli olan
böyük zaldan ibarətdir, zalın uzunluğu 12,4 metr, eni isə 5,4 metrdir. Birinci
məbəddən fərqli olaraq bu məbədin Ģərq tərəfində nalĢəkilli absidada səcdəgah
yüksəkliyi vardır. Həmin altlıqlar taxtadan olan sütunlar üçün dayaq rolunu oynayır,
sütunlar isə tavan örtüyünü saxlayırdı.
Üçüncü məbəd V-VI əsrlərdə, bilavasitə birinci məbəd üzərində tikilmiĢdir,
ibadət zalına (12,5x5,7 metr ölçülərində) və yarımdairəvi absidaya malik olan birnefli
kilsə olmuĢdur. Çiy kərpiclərdən tikilmiĢ divarların qalınlığına əsasən demək olar ki,
məbəd tağtavanla örtülmüĢdü.
Dördüncü məbəd üçüncü məbədin xarabalıq ları ü zərində tikilmiĢdir. Bu
abidə müxtəlif zamanlarda tikilmiĢ üç binadan ibarət idi. Ġlk bina məbəd olmuĢ, məbədin
yanında əlavə tikili inĢa edilmiĢ, sonralar isə həmin binaların lap yanında üç otaqdan
ibarət olan üçüncü bina ucaldılmıĢdı. Ən böyük otaq əlavə tikili idi. Qalan 2 otaq isə
hücrə və yaxud məbədin təsərrüfat otaqları ola bilərdi. Məbəd VI-VII əsrlərə aid edilir.
Kilsə üçüncü məbədin plan quruluĢunu ciddi Ģəkildə təkrarlayır. Yeni binanın
planlaĢmasında əski məbədin planının dəqiq konturlarının dəfələrlə təkrarlanması
üsulları Qafqaz Albaniyasında ənənələrə riayət etmək tələbin i qoyan qanunun
mövcud olduğuna dair ehtimalın irəli sürülməsinə əsas verir. Bu hal Mingəçevir
ko mpleksi üçün xüsusilə səciyyəvidir. Mingəçevir bazilikalarından fərqli olaraq Oğuz
bölgəsinin Calut məntəqəsindəki birnefli kilsə daha kiçik ölçülərdə tikilmiĢdir. Lakin
bu tikilidə artıq daha mükəmməl formalar müĢahidə olunmaqdadır. Həmin formalar
sonrakı tarixi dövrdə həm memarlıq görkəmində, həm də abidələrin plan baxımından
həllində ənənəvi olmuĢdur. Məbəd V-VI əsrlərə aid edilir.
1958-ci ildə Gavurqalada (Ağdam bölgəsinin Sofulu kəndində) aparılmıĢ
qazıntılar zamanı aĢkar edilmiĢ məbəd maraqlıdır. Məbəd VI-VII əsrlərə aid olunur, ağ
daĢdan tikilmiĢdir.
Bina birneflidir, tağtavanlarla və qoĢaçatılı kirəmit damla örtülmüĢdür.
Məbədin Ģərqində eninə görə ibadət zalına bərabər olan uca döĢəməli absida vardır.
123
ġimaldan binaya düzbucaqlı otaq birləĢir. Zalın uzunluğu 11,95 metr, eni 5,25 metrdir.
Müstəqil giriĢin olmaması təsdiq edir ki, zala birləĢmiĢ düzbucaqlı otağın kilsəyə əlavə
tikili olması Ģübhəsizdir. Binada cənuba və qərbə iki giriĢ vardır.
Bu cəhət Qafqaz Albaniyasının sitayiĢ təyinatlı memarlığı üçün səciyyəvidir.
Xotavəng monastır kompleksindəki "Alban bazilikası" adlandırılan abidə bu
tipli tikilidir. Məbəd yonulmuĢ daĢdan Tərtər dərəsində, Azərbaycanın Kəlbəcər
bölgəsinin mərkəzindən bir qədər aralıda tikilmiĢdir. Məbədin xarabalıqları daxili
sütunları olmayan uzun zaldan ibarətdir. Abidənin uzunluğu 16,2 metr, eni 5,8 metrdir.
Zalın Ģərq hissəsi yarımdairəvi absida ilə baĢa çatır.
Səcdəgah absidasının hər iki tərəfində keĢiĢ cübbələrinin saxlandığı dairəvi
yer tikilmiĢdir. ĠnĢaat texnikasının və inĢaat materiallarının öyrənilməsi zamanı aydın
olmuĢdur ki, cübbələrin saxlandığı yer məbədin tikilməsindən sonra inĢa edilmiĢdir.
Həmin yerə giriĢ səcdəgah absidasındandır. Bu cəhətə ilk dəfə Albaniya memarlığında
təsadüf olunur. Görünür ki, əvvəllər tikilmiĢ məbədin ü mu mi planı memarlara qapını
ibadət zalından qoymaq imkanı yaratmadığı üçün qapı oyuğu cübbələrin saxlandığı yerə
səcdəgah absidası istiqamətində açılmıĢdır. Soldakı cübbə yerinin tədqiqi zamanı onun
tavanında Xotavəng monastırının baĢ keĢiĢ lərindən birinin - XIII əsrdə yaĢamıĢ Ter-
Atanasın yazısı aĢkara çıxarılmıĢdır. Güman etmək olar ki, məhz Ter- Atanas qədim bazi-
likaya birləĢmiĢ cübbə yerinin qurucusu olmuĢdur.
Xotavəng məbədində pəncərə oyuqları vardır. Həmin oyuqların yuxarı hissəsi
nalĢəkillidir. Qazıntılar zaman ı aĢkara çıxarılmıĢ saxsı məmulatı məbədin ilkin
tikintisini VI-VII əsrlərə aid etmək imkanı verir.
Albaniya memarlığında müxtəlif tipli zəng qüllələri mühüm yer tutur. Bu cür
qüllələrin əksəriyyəti zəmanəmizədək qalmıĢdır.
Zəng qüllələri
karvan yollarında, dağ zirvələrində, dərələrdə,
qəbiristanlıqlarda, monastır həyətlərində tikilirdi. Yalnız müqəddəs Yelisey
monastırının nəzdində 20-dən artıq zəng qülləsi vardır. PlanlaĢdırma strukturuna görə
zəng qüllələrinin iki tipinə təsadüf olunur: dairəvi və dördguĢəli. Dairəvi zəng
qüllələrinin adətən səcdəgah hissəsi olmurdu. Bu cür qüllələr Albaniyada geniĢ
yayılmıĢdı.
Gü man etmək olar ki, dairəvi zəng qüllələrində yarımqazma zəng qüllələri
üçün səciyyəvi olan taxta örtüklər tətbiq edilirdi. Bu cür zəng qüllələrinə bir çox erkən
xristian abidələrində təsadüf olunurdu. Hazırda həmin abidələrin əksəriyyəti dağılmıĢ
vəziyyətdədir və bu xarabalıqları həm müsəlmanlar, həm də xristianlar müqəddəs yer
kimi ziyarət edirlər. Sığnaq kəndindəki zəng qülləsi bu tipli tikiliyə misal ola b ilər.
VI-VII əsrlərdən etibarən Albaniyada plan baxımından dörd -guĢəli, 3-4 metr
uzunluğu, 2-3 metr eni olan zəng qüllələri yayılmağa baĢlamıĢdı. Bu zəng qüllələrinin
Ģərq tərəfində səcdəgah yüksəkliyi, qərbində isə giriĢ vardır. Divarlarda adətən bir
neçə dərin divar oyuğu olurdu. Bu zəng qüllələrinin əksəriyyətində keĢiĢlərin və
əyanların qəbirləri var idi.
Ġki səcdəgahlı absidası olan zəng qüllələri ən çox inkiĢaf etmiĢ qüllələrdən