120
qalmıĢdır. Bazilika uzun binadır, üç nefdən ibarətdir, həmin neflər 2 cüt sütunla ayrılır.
Hər bir nef Ģərqdə xaricdən yarımdairə kimi çıxmıĢ absida ilə baĢa çatır. Daxili məkanın
uzunluğu 23 metr, eni 13,33 metrdir. Orta nef yan neflərdən xeyli ucadadır və dərin
absida ilə baĢa çatır. Yanlarda iki əlavə tikili (ibadət otağı və qurbangah) vardır.
Mərkəzi, daha ucada olan nef çatma tağla, iki yan nef isə silindrik tağlarla örtülmüĢdür.
Ġnteryerdə divarlar freskalarla bəzənmiĢdir. Bunu, freska rəsminin qalıqları təsdiq edir.
Tikilinin yuxarı hissəsində orta nefin pəncərələrindən yaxĢı iĢıqlanan daĢ üzərində
dekorativ oyma vardır.
Bu tikili Albaniya bazilikalarının yeni tipinin formalaĢdığını göstərir. Ağoğlan
kilsəsi V əsrin sonu - VI əsrin əvvəlinə aid olunan, Kaxetiyada yerləĢən Katsaret
bazilikası ilə eyniyyət təĢkil edir.
Bazilikanın ətrafında dördbucaq formalı 4 cinah qülləsi olan qala divarı
tikilmiĢdir.
Erkən orta əsr tarixçilərinin məlu matlarına görə, Albaniya hökmdarı Mömin
III Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Bir sıra iri tikililər onun adı ilə
bağlıdır. Müqəddəs Yelisey məbədi kompleksi bu tikililər arasında xüsusi yer tutur.
Həmin ko mpleksin əsas binası bazilika tipinə aiddir. Rəvayətə görə, məbəd
Albaniyada xristianlığı ilk dəfə təbliğ etmiĢ Yeliseyin Ģərəfinə tikilmiĢdir.
Moisey Kalankatlının əsərində müqəddəs Yelisey məbədinin tikintisi
haqqında məlumatlar vardır. Tarixçi, Yeliseyin Albaniya hökmdarı III Vaçaqanın
zamanında quru cəsədinin əldə olunması barədə danıĢaraq qeyd edir ki, "müqəddəs
Yeliseyin görkəminin meydana gəlməsi cəsəd qalıqlarının aparılmasını və lazım olan
yerdə dəfn olunmasını zəruri etdi, müqəddəs ierey (keĢiĢ) Stefan onun baĢını Urekan
kəndində torpağa tapĢırdı. Oradan quru cəsəd qalıqlarını müqəddəs Ners-Mihra
qardaĢlığına köçürdülər və bu yer indi Cirv iĢtek adlanır".
Gü man etmək olar ki, əvvəllər burada müqəddəĢ Ners-Mihra qardaĢlığının
kilsəsi tikilmiĢ, kilsə onların adını daĢımıĢdır. "Uzun müddətdən sonra Vaçaqanın burada
uca sütun tikdirdiyi" nəzərə alınarsa, ehtimal etmək olar ki, buradakı ilkin tikili təxminən V
əsrə aiddir.
Moisey Kalankatlının məlumatlarından belə nəticəyə gəlmək olar ki,
CirviĢtek monastırı erkən alban xristian tikililərindən biri olmuĢdur.
Ko mple ksin hal-ha zırda mövcud olan qalıqları (baĢ kilsə, yeddi zəng
qülləsi, bir sıra yaĢayıĢ və təsərrüfat binaları, habelə güclü müdafiə d ivarları) daha
sonrakı tarixi dövrün tikililəridir. Abidədəki yazılar bunu təsdiq edir. Lakin yazılar
arasında elələri də vard ır ki, burada qədim tikililərin mövcud olması fikrin in
xeyrinə dəlillər verir. BaĢ kilsənin divarında həkk olun muĢ yazıda deyilir: "Mən,
arxidyakon Serob bu müqəddəs guĢədə əvv əlki ö zül ü zərində müqəddəs apostolun
[kilsəsini] tikd irdim" . Bu ilkin tikilinin tədqiqi məqsədilə baĢ kilsənin Ģərq divarı
yanında qazıntılar aparılmıĢdır. Qazıntılar nəticəsində xeyli qədim tikinti qalıqları
və məiĢət əĢyaları aĢkar edilmiĢdir. Müəyyən olunmuĢdur ki, müqəddəs Yelisey
məbədi də 8,7 metr uzunluğunda olmuĢ üçnefli bazilika idi. Məbədin Ģərq tərəfi
121
nalĢəkilli səcdəgah absidası ilə baĢa çatırdı. Ba zilikan ın yan neflərinin sonlarında
keĢiĢ cübbələrinin saxlandığı yerlər vardır. Məbəd IX-X əsrlərdə dağıdılmıĢdır.
Qafqaz Albaniyasında və Cənubi Qafqazın baĢqa ölkələrində erkən
xristianlıq dövründə sitayiĢ təyinatlı tikililərin daha geniĢ yayılmıĢ tip i birnefli
bazilikalar olmuĢdur.
Hələ xristianlıqdan xeyli əvvəlki dövrdə meydana gəlmiĢ birnefli bazilika
tədricən xristian məbədləri üçün səciyyəvi olan müəyyən dəyiĢikliklərə məruz
qaldı: b inanın Ģərq tərəfində səcdəgah hissəsi kimi fəaliyyət göstərən əlavə tikililər
yaradılır, xırda əlavə tikililər meydana gəlirdi və s. Mingəçevir sitayiĢ ko mplek-
sindəki bazilikalarda bu cəhətlər daha aĢkar izlən məkdədir. Bu abidə 1946-cı ildə
arxeoloqlar tərəfindən Mingəçevir SES-in inĢa olunduğu ərazidə aĢkara
çıxarılmıĢdır.
Bu cür uzunsov, günbəzsiz məbədlər Albaniyanın ən erkən kilsə binaları
olmuĢlar. Ġndiyədək bu tipə aid olan abidələrdən yalnız altısı öyrənilmiĢdir. Həmin
abidələrdən dördü Mingəçevirdə, biri Gavurqala adlı qədim Ģəhər yerində, digəri
isə Xotavəng monastır ko mpleksində (Kəlbəcər rayonunda) aĢkar edilmiĢdir.
Xronoloji baxımdan bu cür abidələrin tikintisi IV əsrdə, digər daha
mürəkkəb tikililərlə eyni zamanda baĢlanmıĢ, VIII əsrədək memarlıqda
mövcudluğunu saxlamıĢdır.
Bu dövrün daha qədim tikilisi M ingəçevirdəki 1 №-li məbəddir. Bu
məbəd 3 №-li qədim yaĢayıĢ yerinin birinci - aĢağı təbəqəsində aĢkara
çıxarılmıĢdır. Plan baxımından həmin məbəd uzunluğu 19,4 metr, eni isə 7,7 metr
olan dördguĢəli tikilidir. ġərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən
salamat qalmıĢdır. Bu məbəddə səcdəgah absidası yox idi və burada qapı Ģərq divarından
qoyulmuĢdu. BaĢqa divarlarda qapı oyuğu izlərinin aĢkar olunmaması bu qənaətə
gəlməyə əsas verir. Məlum olduğu kimi, Ģərq tərəfdən giriĢ xristian tikililəri üçün
səciyyəvi deyildir. Lakin bu cəhət Albaniyanın bəzi baĢqa erkən xristian tikililərində
vardır.
1 №-li məbədin Ģimal və cənub divarlarının içərisində 6 çıxıntı vardır. Hə min
çıxıntılar ibadət edənlər üçün oturacaq rolunu oynamıĢdır. Ruhanilər üçün oturacaq
yerləri yalnız bəzi pravoslav kafedral kilsələri və patriarx kilsələri üçün səciyyəvi idi. Bu
cür yerləri, adətən, kilsə döĢəməsindən bir və ya iki pillə yuxarıda, xorun yanında,
səcdəgaha doğru səmtdə tikirdilər. Mingəçevir məbədindəki çıxıntılar məbədin ortasına
doğru yönəlmiĢdir. Bunun səcdəgahın Ģərq hissəsində deyil, məbədin ortasında yerləĢməsi
ilə bağlı olduğunu güman etmək olar. Arxeoloq R.M.Vahidovun fikrincə, səcdəgah
məbədin qərb hissəsində yerləĢirdi.
Səcdəgah absidasının olmadığı məbədlərdə qapı oyuğu, adətən, Ģərq divarında
yerləĢirdi. Bu cəhət baĢqa oxĢar abidələrdə, habelə Amarasdakı (IV əsrə aid olan)
müqəddəs Qriqoris məbədində, müqəddəs Yelisey məbədinin ilkin kompleksinin
planlaĢmasında, habelə səcdəgah absidası olmayan bir sıra zəng qüllələrində
müĢahidə edilir.