Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə3/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   2   3   4   5   6   7   8   9   ...   215

VII  əsrin  əvvəllərində  Azərbaycan  Ģima ldan  gələn  xə zə rlə rin,  orta larına

yaxın  isə  cənubdan  gələn  ərəblərin  hücu mlarına  məru z  qalırdı.  Ölkəmizin   və 

xalq ımızın  taley ində  həlledici  dəyiĢikliklərə  səbəb  olan  bu  hücumlar,  nəhayət, 

Albaniyanın  dövlət  müstəqilliyinə  son qoyulması,  tarixi  A zərbaycan  torpaqların ın 

geniĢ ərazili yeni imperiyanın - Ərəb Xilafətinin tərkibinə qatılması ilə nəticələn ir. 

Azərbaycanın  vahid  dövlət  tərkib ində  olması  ölkənin  ayrı-ayrı

vilayətlərinin iqtisadi və mədəni yaxınlaĢmasın ı təmin edir.  

Feodalizmin inkiĢafı ilə kəskinləĢən sinfi mübarizə Azə rbaycan ərazisində 

də mü xtəlif formalarda təzahür edir. 

VIII  əsrin  ortalarına  ya xın  daha  da  artaraq  bütün  Xilafət  vilayətlərini

bürüyən və mərkəzi hakimiyyətə qarĢı yönəldilən d ini-siyasi hərəkat Azərbaycanda

yerli  ərəb  üsuli-idarəsini  hədəf  etdi.  Dövrün  bütün  çıxıĢları  kimi  din i  zəmində 

təĢəkkül  tapan  bu  mübarizə  siyasi  mah iyyət  kəsb  edərək,  xüsusilə  Babək

xü rrəmin in  rəhbərliy i  dövründən  ərəb  əsarətinə  və  feodal  istismarına  qarĢı

yönəldilmiĢ  qüdrətli  ü mu mxalq  hərəkatına,  sözün  əsil  mənasında,  azadlıq 

müharibəsinə  çevrilir.  Bu  hərəkat,  tabeliyində  olan  xalq larla  Xilafətin  qarĢılıq lı

münasibətlərini  kəskinləĢdird i,  ərəb  imperiyasının  parçalan ma  prosesini

sürətləndirdi.

 

IX  əsrin  sonu  -  X  əsrin  əvvəli  Ərəb  Xilafətinin  ucqarlarındakı  yerli  hakim  və



caniĢinlərin  separatizminin  güclənməsi,  mərkəzi  hakimiyyətdən  yarımasılı  və  ya

müstəqil dövlət quru mların ın yaran ması ilə əlamətdardır.  Bu dövlətlərin hakimləri 

tədricən  xəlifə  xəzinəsinə  göndəriləcək  verg ilərin  miqdarını  azaltdılar,  onu

ödəməkdən imtina etdilər və beləliklə də,  müstəqillik əldə edərək,  xəlifənin ancaq

dini rəhbərliyini qəbul etdilər.

 

Ərəb  iĢğalından  sonrakı  dövrdə  Azərbaycan  əhalisi  islamı  qəbul  etməyə



baĢladı.  Lakin  yeni  dini  ideologiyanın  Azəıbaycanın  cənub,  xüsusilə  Ģimal

hissəsində qərarlaĢması X yüzildə də davam edən, u zun çəkən bir proses oldu.

 

Xilafətin iĢğal etdiyi ölkələr, o cümlədən Azərbaycan islamlaĢdıqca yeni din bu



ölkələrin  xalqların ı  ideolo ji  cəhətdən  birləĢdirən  böyük  qüvvəyə  çevrildi.  Ġslamın

geniĢ  vüsəti  ilə  əlaqədar  bu  dini  qəbul  etmiĢ  bütün  xalq lar  kimi,  ü mu mi 

"müsəlman‖  məfhu mu  ilə  birləĢmiĢ  azərbaycanlılar  da,  xüsusilə  IX-X  əsrlərdə 

tərəqqi,  X-XII  əsrlərdə  çiçəklən mə  dövrünü  keçirən  müsəlman  mədəniyyətinin 

inkiĢafı prosesində iĢtirak etdilər.

 

XI  əsrin  70-ci  illərin in  sonunda  Azərbaycan  torpaqları  Orta  Asiyadan  Aralıq 



dənizinədək,  Qafqazdan  Ġran  körfəzinədək  olan  yerləri  ö zündə  birləĢdirən  Böyük 

Səlcuq imperiyasının tərkibinə daxil edilir.

 

Bu  dövrdə  Azərbaycan  ərazisində  cərəyan  edən  dil,  din,  ərazi,  mədəniyyət  və



iqtisadi  əlaqələr  vəhdəti  zəminində  yeni  etnik  birliyin  -  türkd illi  Azərbaycan

xalq ının fo rmalaĢması prosesi baĢa çatdı.

 

Səlcuq  dövlətinin  tənəzzülü  dövründə  yeni  növ  dövlət  birləĢ mələrinin  -



atabəyliklərin  təĢəkkülü  üçün  zəmin  yarandı.  1136-cı  ildə  ġəmsəddin  Eldəniz 


tərəfindən  əsası  qoyulan  Azərbaycan  Atabəyləri  dövləti  dövrün  ən  qüdrətli  və

mədəni dövlətlərindən oldu. 

Azərbaycanda  mədəni  həyatın  yüksəlməsi  ilə  səciyyələnən  XII  əsr 

Azərbaycan  intibahı  dövrü  hesab  edilir,  məhz,  bu  dövrdə  Azərbaycan  xalqı 

dünyaya görkəmli alimlər, Ģairlər, memarlar bəxĢ edir.

 

Taleyüklü   hadisələrlə   dolu  olan  bu  dövrün  XIX  yüzildə  Abbas qulu  ağa



Bakıxanov tərəfindən baĢlanan tədqiqi, sonralar üçcildlik "Azərbaycan tarixi"nin  I 

cild ində  təqdim  edilən  yığcam,  lakin  dərin  məzmun lu  materialla  zəngin ləĢdirilsə

də, daha sonrakı onillərdə aparılan elmi araĢdırmalar yeni  faktları, yeni  mənbələri 

üzə  çıxara  bilmiĢdir.  Azərbaycan  alimlərinin  gərgin  zəh məti,  qanı-canı  bahasına

baĢa  gələn  bu  ağır  iĢ  tariximizin  bir  ço x  o xun maz  səhifələrin i  bərpa  etdi,

xalq ımızın  ö mür  yolunu  iĢıqlandırdı,  q iy mətli  tədqiqat  iĢlərin i  ortaya  gətirdi. 

Bunlardan  akademik  Ziya  Bünyadovun  Azərbaycanın  VI-IX  əsrlər,  eləcə  də

Eldənizlər  sülaləsi  dövrünə,  Sara  xanım  AĢurbəylinin  Bakı  və  ġirvanın  tarixinə,

Sara  Qasımovanın  ərəblərə  qədərki  Cənubi  Azərbaycan  tarixinə,  Yusif  Cəfərovun 

hun  tayfalarının  Albaniya  ilə  qarĢılıqlı  əlaqələrinə,  Fəridə  Məmmədovanın  erkən

orta  əsrlər  Albaniyasının siyasi  tarixinə  və  tarixi  coğrafiyasına,  RəĢid  GöyüĢovun

Albaniyada  xristianlığın  tarixinə,  Rəhim  Vahidovun  erkən  orta  əsrlər  Mingəçevir 

tarixinə,  Nailə  Və lixan lının  Xilafətin  Azə rbaycanla  qarĢılıqlı  münasibətləri

məsələlərinə,  Məmməd  ġəriflin in  IX-XI  əsrlər  Azərbaycan  feodal  dövlətləri

tarixinə,  Saleh  Qazıyevin  Qəbələ,  Rauf  Məmmədovun  Naxçıvan,  Qara 

Əh mədovun  Beyləqan,  Hüseyn  Ciddin in  ġamaxı,  Ömər  Ġs mizadə  və  Fərhad

Ġbrahimovun  Bakı  və  s.  Ģəhərlərin  tarixinə  dair  yazdıq ları  əsərlərin  xüsusi

əhəmiyyətini qeyd etmək lazımd ır

1

.

 



Tədqiq  edilən  dövrün  tam  təsvirini  vermək  üçün  son  40  ildə

arxeoloqlarımızdan  QardaĢxan  Aslanov,  Ġlyas  Babayev,  Firudin  Qədirov,  QoĢqar

QoĢqarlı,  Nəsimi  Quliyev,  Əsgər  Əliyev,  Aləm  Nuriyev,  Abdulla  Orucov,  Fazil  

Osmanov,  Cabbar  Xəlilov  və  baĢ qalarının  tarixi-arxeolo ji  tədqiqatlarını,

MəĢədixanım  Nemətovanın  orta  əsr  epiqrafik  ab idələrimizə  həsr  etdiyi  əsərlərini,

etnoqraflardan Teymur Bünyadov, Qiyasəddin Qeybullayev, sənətĢünas alimlərdən 

Rasim  Əfəndi,  Nəsir  Rzayev,  Kamil Məmməd zadə,  Cəfər Qiyasi, d ilçi alimlərdən

Vaqif  Aslanov,  Q.Vo roĢil,  Aydın  Məmmədov,  Tofiq  Hacıyev  və  baĢqalarının,

ədəbiyyatçılardan  Həmid  Araslı,  Rüstəm  Əliyev,  Azadə  Rüstəmova,  Malik 

Mahmudov  və  onlarca  baĢqalarının  adlarını  çəkmək  və  əsərlərini  xatırlamaq 

vacibdir. 

Vətən tarixĢünaslığımızın tərkib h issəsini təĢkil edən bu əsərlərlə yanaĢı, 

1

  Adları çəkilən bu və digər müəlliflərin əsərləri haqqında kitabın sonunda təqdim 



edilmiĢ mənbələr və ədəbiyyat siyahısma bax.  


Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə