Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə105/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   101   102   103   104   105   106   107   108   ...   217

220 

 

müqəddəs  kitab  yalnız  din in  deyil,  hüququn,  Ģəriətin  və  bütünlükdə  müsəlman 



xalq larının  ideologiyasının  əsasını  təĢkil  edir.  Orta  əsrlərin  fəlsəfi,  ictimai,  siyasi, 

etik, estetik və s. görüĢlərini  Qurandan təcrid edilmiĢ halda təsəvvür etmək olmaz; 

hər bir ideolo ji cərəyan, təlim bu və ya digər dərəcədə onunla bağlıdır. 

Xilafətin  geniĢlənib  inkiĢaf  etməsi  ilə  əlaqədar  olaraq  hüquqi 

münasibətlər  formalaĢırd ı.  Ġdarəetmədə  əvvəllər  təkcə  Qurandan  istifadə  edildiyi 

halda  sonralar  sünnə  (hədislər  toplusu),  icma  (d in  xadimlərinin  yekd il  qərarı)  və 

qiyas  (məntiq i  müqayisə  üsulu)  da  müsəlman  hüququnun  -  fiqhin  əsaslarından 

oldu. Birinci iki əsasda ortodoksiya, sonrakı əsaslarda rasionalist meyillər ö zünə yer 

tuturdu.  Bu  əsaslardan  nə  dərəcədə  istifadə  edilməsindən  asılı  o laraq  hənəfilik, 

ma likilik, Ģafiilik və hənbəlilik kimi sünni hüquq məzhəblə ri (məktəblə ri, təlimlə ri) 

yaranmıĢdı.  Əks  qütblərdə  dayanan  hənəfilikdə  fikir  sərbəstliyi,  hənbəlilikdə 

mühafizəkarlıq  güclü  idi.  Sünni  fəqih lər  -  hüquqĢünas  alimlər  A zərbaycanda  da 

fəaliyyət  göstərirdilər.  Əl-Müqəddəsi  bu  alimlərin  əsasən  hənbəli  məzhəbinə 

mənsub  olduqlarını  qeyd  edir.  Əslində  mü xtəlif  hüquq  məktəblərinin  hamısının  

Azərbaycanda nümayəndələri vard ı.  Hənəfilərdən  Əbusəid Əhməd  ibn Hüseyn əl-

Bərdə i (ö l. 929),  ma likilərdən Əbubəkr Məhəmməd  ibn  Abdullah əl-Əbhəri (902-

985),  Ģafiilərdən  Yəqub  ibn  Musa  əl-Ərdəbili  (öl.  941)  və  baĢqa  azərbaycanlı 

hüquqĢünas alimlərin adına bir sıra mötəbər mənbələrdə rast gəlmək olur.  

Əh məd  ibn  Harun  əl-Bərdəi  əl-Bərdici  (844-914),  Məkki  ibn  Əh məd  əl-

Bərdəi (öl. 965),  Cəfər  ibn Məhəmməd əl-Maraği (889-967), Əbdüləziz  ibn Həsən 

əl-Bərdəi  (ö l.  935),  Musa  ibn  Ġmran  əs -Səlmasi  (ö l.  990)  kimi  mükəmməl  təhsil 

görmüĢ  alimlər  hüquqi  baxıĢların  mündəricəsin i  özlərin in  topladıqları  hədislər 

əsasında geniĢləndirdiklərinə görə bütün müsəlman ġərq i ölkələrində sayılmıĢlar. 

Bərdənin  14  fərsəxliy ində  yerləĢən  Bərdic  Ģəhərində  anadan  olmuĢ 

Əbubəkr  Əh məd  ibn  Harun  əl-Bərdici  doğma  yurdunda dövrünün zəruri biliklərinə 

yiyələndikdən sonra müxtəlif yerlərə -Ġran, Ġraq, Suriya, Misir, Əlcəzair, Hicaz və baĢqa 

ölkələrə səyahətlər  etmiĢ,  təhsilini  artırmıĢdır.  Mənbələrin  verdiyi  məlu mata  görə o, 

sakin  olduğu  yerlərdə  həm  öyrənir,  həm  də  öyrədirmiĢ.  Əhməd  əl-Bərdici  nüfuzlu 

müəllim sayılanda hələ iyirmi beĢ yaĢı tamam deyilmiĢ. Bir tarixçi yazır:  Əbu Əmr əl-

Müstəmlinin xəttində oxudum ki, o, Əh məd ibn Harun əI-Bərdicini 255 (869)-ci  ildə 

Zəhli məscidində dinləmiĢdir. 

Əhməd  əl-Bərdicinin  yaradıcılığı  dini  ideologiyaya  həsr  olunmuĢdur. 

Əbülhəsən  əd-Darəqütni  (918-995)  onu  "hədis  dayaqlarından  biri"  sayıb,  "inanılmıĢ", 

"nüfuz  sahibi"  adlandırmıĢdır.  Xətib  əl-Bağdadi  (1002-1071)  və  Əbu  Səd  əs-Səmani 

(1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini 

iĢlətmiĢlər.  Ġbn  əl-Ġmad  əl-Hənbəli  (öl.  1078)  yazır  ki,  Əhməd  əl-Bərdici  "axırıncı 

nüfuz sahiblərindən və dünya alimlərin in  məĢhurlarından idi". BaĢqa mənbələrdə isə 

o, "təkzibedilməz nüfuz sahibi", "müsəlman hüququnu dərindən bilən" alim  kimi təqdim 

olunur. 

Tarixi  mənbələrdə  Əhməd  əl-Bərdicinin  əsərlərindən  üçü  haqqında  xüsusi 




221 

 

məlumat verilir: "Mən rəvaan in-Nəbi (s) fi-1-kəbair" ("Böyük günah barədə Peyğəmbər 



əleyhissəlamın sözlərini nəql edənlər"),  "Mərifət  əl-müttəsil  min  əl-hədis  və-l-mursəl 

və-l-məqtu  va bəyan  at-turuq  as-sahiha"  ("Hədis,  mürsəl  və  məqtudan  ayrılmamıĢın 

idrakı  və  düzgün  yolların  bəyanı")  və  "Təbəqat  əl-əsma  əl-müfrədə  min  əs-sahabə 

va-t-tabiin  və  əshab  əl-hədis"  ("Əshablar,  ardıcıllar  və  hədis  müəlliflərindən  nadir 

adların  təbəqələri").  Bunlardan  axırıncı  əsər  daha  məĢhurdur.  Burada  426  Peyğəmbər 

əshabının, ardıcılının, davamçının və hədis aliminin adı, onlann mənsub olduqları yerlər 

göstərilir.  Əhməd  əl-Bərdici  traktatın  əvvəlində  onun  yeniliyinə  iĢarə  edərək  yazır: 

"Mənim  [araĢdırdığım]  nadir  adlardır.  Onlar  Peyğəmbər  əleyhissəlamın  əshablarıdır. 

Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiĢ olduğunu bilmirik". 

Bu  əsər  uzun  müddət  islam  ideoloqlarının  marağını  doğurmuĢdur.  Ġbn 

Bukeyr  əl-Bağdadi  (938-998)  ona  Ģərh  və  kiçik  əlavələr  verməklə  özünün  "Nəqd 

təbəqat  əl-əsma  əl-mü frəda"  ("Nadir  adların  təbəqələrinin  tənqidi") traktatını qələmə 

almıĢ,  bir  sıra  hüquqĢünas,  ilahiyyatçı  alimlər  ilk  mənbə  kimi  ondan  geniĢ 

bəhrələnmiĢlər. 

Sünni  fəqihlər,  xüsusən  hənbəlilər  belə  bir  fikri  q ızğın  müdafiə  edirdilər 

ki,  imam  (baĢçı,  xəlifə)  ancaq  Peyğəmbərin  mənsub  olduğu  qüreyĢ  qəbiləsinin 

üzvlərindən seçilməlidir.  Peyğəmbərin əmisi oğlu və kürəkəni  Əli  ibn Əbu Talib in 

tərəfdarlarına  -  Ģiələrə  gəld ikdə,  onlar  yalnız  Əli  nəslinin  baĢçılığın ı  qanuni 

sayırdılar. Ġlahin in insanda təcəssüm etməsini, həll olmasın ı, bir ruh kimi ayrı-ay rı 

Ģəxslərə  keçməsin i  qəbul  etmək  ifrat  Ģiə  (ğali)  firqələri  üçün  demək  o lar  ki, 

səciyyəvi  cəhətdir.  Ġfratçılıq  və  is maililik  öz  bidətçi  ideyaları  ilə  məĢhurdur. 

Məhəmməd əĢ-ġəhrəstani yazır  ki, ğalilərə  Ġsfəhanda xürrəmilər və ku zilər,  Reydə 

məzdəkilər  və  sunbadilər,  Azərbaycanda  dəqulilər  və  s.  deyilirdi.  Ġfrat  Ģiələrin 

əksəriyyəti  bütün  müsəlmanlar  üçün  zəruri  ayin ləri,  ibadətləri  icra  etmir,  cənnəti 

də,  cəhənnəmi  də  həyatın  özündə  görərək,  dünyanın  əbədiliyinə  inanırd ılar. 

Ġsmaililiyə  gəld ikdə,  o,  Ģiəliyin  ən  mürəkkəb  qolu  idi.  Mənbələrdə  göstərilir  ki, 

həmin  firqəyə  mü xtəlif  yerlərdə  batinilər,  məzdəkilər,  təlimilər,  mülhid lər 

(dinsizlər)  ad ları  verilmiĢdir.  Əlbəttə,  bu  adlanma  isma ililiy in  mü xtəlif  təlimlə ri 

müəyyən dərəcədə özündə birləĢdirməsi ilə əlaqədardır. 

Vaxtilə dördüncü xəlifə  Əli ibn Əbu Talibdən siyasətdə narazılığa görə üz 

döndərmiĢ  xaricilərin adı ilə bağlı hərəkat da orta əsrlərdə müsəlman ölkələrində , o 

cümlədən  Azərbaycanda  yayılmıĢdı.  Bütün  Əməvi  və  Abbasi  xəlifələrinə  qarĢı 

çıxmıĢ  xaricilər sonralar elm ilə də məĢğul olmuĢ, hüquqa, ilahiyyata və tarixə dair 

kitablar  yazmıĢlar.  Ġbn  ən-Nədim  (936-995)  xaricilərin  görkəmli  azərbaycanlı 

nümayəndələrindən  Əbubəkr  Məhəmməd  əl-Bərdəi  haqqında  məlu mat  vermiĢdir: 

"Əbubəkr  əl-Bərdəini  (ad ı  Məhəmməd  ibn  Abdulladır)  340-cı  (951-952)  ildə 

gördüm;  mənimlə etdiyi ünsiyyətdə mütəzili təliminə  mənsubiyyəti aydınlaĢdı.  O, 

xaricilərdən o lub, onların fəq ihlərindən id i". Mütəfəkkir tə xminən 350-ci (961) ildə 

vəfat etmiĢdir. Ġbn ən-Nədim  Əbubəkr Məhəmməd əl-Bərdəinin on dörd traktatının 

adını  çəkmiĢdir:  "Kitab  əl-mü rĢid  fi-l-fiqh"  ("Fiqhə  dair  düzgün  yol  göstərən 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə