Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə107/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   103   104   105   106   107   108   109   110   ...   217

224 

 

edilərək  öz  yerini tədricən ortodoksal  islam  sxo lastikasına  -  əşəriliyə  tərk  etmiĢdir. 



Əbülhəsən  əl-ƏĢəri  və  onun  ardıcılları  olan  əĢərilər  də  məntiq  və  fəlsəfə 

istilahlarından  istifadə  edirdilər.  Bununla  belə,  onlar  Allahın  atributlarının  əzəliliyini 

təsdiqləyir, lakin sifatilər kimi Ġlahiyə insan surətini isnad vermirdilər. 

Hüquq təlimlərində, mütəzililikdə və əĢərilikdə dini və dini-fəlsəfi baxıĢların 

sxolastika aspekti iĢlənib hazırlanmıĢdır. Ġslam ehkamlarının  mistik planda Ģərhi qismən 

Ģiəlikdə,  daha  geniĢ  surətdə  sufizmdə  verilmiĢdir.  Sxolastlarla  mistiklərin  gəldikləri 

nəticələr əsas etibarilə uyğun olsa da (məsələn, mütəzililər kimi  ismaililərdən də Allahın 

atributlarının əzəliliyini  inkar  edənlər  vardı)  onların tədqiqat üsulları,  metodları baĢqa-

baĢqa  idi;  mistiklər  məntiqi  sübutlara,  dəlillərə  deyil,  mistik  halda  intuitiv  idrak 

sayəsində alınan "biliklərə", "həqiqətlərə" arxalanırd ılar. 



Sufizm  (sufilik,  təsəvvüf)  VIII  əsrdə  zühd  (asketizm)  əsasında  formalaĢıb, 

müsəlman  ölkələrində  sürətlə  yayılmıĢdır.  Xilafətdə  gedən  təbəqələĢmə,  hakim 

dairələrdə  varlanmaya,  dəbdəbəli  həyat  sürməyə  güclü  meyil  göstərilməsi  müsəlman 

icmasının aĢağı təbəqələrində ciddi narazılığa səbəb olmuĢdu. Bu, öz ifadəsini ən əvvəl 

passiv formada zühddə tapdı. Zahidlər (asketlər) zəngin həyat tərzinə nifrət bəsləyərək, 

mənəvi  kamilliyi  maddi  sərvətə  qarĢı  qoyurdular.  Sufizmdə  zühddən  əlavə  fəqirlik 

prinsipi də  mühüm  yer tutur. Burada fəqirlik Allaha ehtiyac hissini ifadə edir: "Fəqirlik 

haqdan savayı heç Ģeyə möhtac olmamaqdır".  



Sufı  (əs-sufı)  termininin  mənĢəyi  müxtəlif  cür  izah  edilmiĢdir.  Orta  əsr 

müəlliflərinin,  xüsusən sufi mütəfəkkirlərin əksəriyyətinin fikrincə, bu termin suf (əs-

suf  -  "yun,  qaba  yun")  sözündən  götürülmüĢdür:  sufilər  ilahiyyatla  daha  dərindən 

məĢğul  olmaq  üçün qaba yundan  paltar geyməklə  özlərini həyati  həzzlərdən  məhrum 

etməyə çalıĢırd ılar. 

Sufizm  bütövlükdə  islam  zəminində yaranıb  inkiĢaf etmiĢdir.  Ona təsir  edən 

ideya  mənbələrinə  gəldikdə,  burada  Ģamanizm,  buddizm,  zərdüĢtilik,  xristianlıq, 

neoplatonizm və baĢqa təlimlərə oxĢar ünsürlər tapmaq olar. Sufizm yarandığı dövrdən 

ortodoksal  islama  qarĢı  müxalifətçi  cərəyan  kimi  tanınmıĢdır.  Onun nümayəndələrinin 

müddəaları  öz  yeniliyinə  və  panteist  əhval-ruhiyyəsinə  görə  bütün  müsəlman  ġərqi 

ölkələrində  böyük  sürətlə  yayılmıĢdır.  Əbu  Yəzid  əl-Bistaminin  (öl.  874)  "Mən 

Allaham,  məndən  baĢqa  ilahi  yoxdur"  ("Ənə  Allah,  la  ilahə  illa  Ənə"),  Hüseyn  ibn 

Mənsur əl-Həllacın (858-921) "Mən haqqam" ("Ənə əl-haqq") ifadələri bütün dinlərə 

açıqdan-açığa  zidd  görünürdü.  Sufi  mütəfəkkirlər  Ģiələrdən  fərqli  olaraq  ilahinin 

konkret Ģəxsdə - peyğəmbərdə, imamda, yaxud onun övladlarından birində deyil, mistik 

özünükamilləĢdirmə yolunu keçmiĢ hər hansı insanda təcəssüm etdiyini söyləyirdilər. 

Orta  əsrlərin  mötəbər  mənbələrində  IX-X  yüzillərdə  yaĢamıĢ  çoxlu 

Azərbaycan  sufilərin in  adları  çəkilir:    Hüseyn  ibn  Cibril  əl-Mərəndi,  Əbubəkr  əz-

Zəncani,  Ġbrahim  ibn  Yəhya  ət-Təbrizi,  Əbülfərəc  Əbdülvahid  əl-Varsani,  Səid  ibn 

Qasim əl-Bərdəi, Əli ibn Ġbrahim əl-Urməvi, Əbdülhüseyn əz-Zəncani, Əbuzürə əl-

Ərdəbili, Məhəmməd əl-Bakuvi və b. Həmin mütəfəkkirlərdən bəziləri guĢəniĢin ömür 

sürmüĢ, bəziləri isə ideoloji həyatda fəal iĢtirak etmiĢdir. 




225 

 

Məhəmməd  əl-Bakuvi  Hüseyn  ibn  Mənsur  əl-Həllacın  qızğın 



təbliğatçılarından sayılır.  Əbu  Abdulla  Məhəmməd  ibn Abdulla  babası  Übeydullaya 

görə  əl-Bakuvi  və  Ġbn  Bakuyə,  yaxud  Ġbn  Baku  (Bakılı),  ġirazda  yaĢadığına  görə 

ġirazi  kimi  tanın mıĢdır.  O,  "Böyük Ģeyx"  ləqəbli sufi  Ġbn  Xəfifin  (öl.  982)  tanınmıĢ 

müridlərindəndir.  Məhəmməd  əl-Bakuvi  həm  sufi  hekayətlər,  həm  də  hədislər 

toplamaqla  məĢğul  olmuĢdur.  Onun  mövcud  əsərləri  sufizm  mövzusundadır: 

"Bidayət  hal  əl-Həllac  və  nihayətuhu"  ("Həllacın  həyatının  baĢlanğıcı  və  sonu"), 

"Hikayat əs-sufiyyə" ("Sufilərin hekayətləri"), "Əxbar əl-arifin" ("Ariflərin  xəbərləri") 

və "Əxbar əl-Ğafilin" ("Qafillər haqqında xəbərlər"). 

Birinci  traktatı  L.  Massinyon  fransızcaya  tərcüməsi  ilə  birlikdə  1914-cü  ildə 

Parisdə  çap  etdirmiĢdir.  Ġkinci  traktatın  əlyazma  nüsxələrindən  biri  Ġstanbulun 

Ayasofiya  kitabxanasında  saxlanılır.  Bəzi  mənbələrdə  Məhəmməd  əl-Bakuvi 

əĢəriliyin nümayəndəsi kimi də göstərilir. Mütəfəkkirin hədislər toplaması faktı da eyni 

zamanda onun hüquqĢünas alim və s xolast olmasını söyləməyə əsas verir. 

Məhəmməd  əl-Bakuvi  ömrünün  axır  çağlarında  ġiraz  yaxınlığında  bir 

mağaraya çəkilib orada yaĢamıĢdır. Uzun ömür sürüb, 1029-cu ildən sonra vəfat etmiĢ 

mütəfəkkirin həmin yerdə məzarı "Bakuhi", yaxud "Baba Kuhi" adlanır.

1

 

Elmi-fə lsəfi fikir təbiət elmləri ilə vəhdətdə inkiĢaf edird i. PeĢəkar filosoflar 



eyni zamanda təbiətĢünas alimlər idi. Yəqub əl-Kindi və Əbunəsr əl-Farabinin əsərləri, 

habelə “Saflıq qardaĢları” (―Ġxvan əs-səfa‖) cəmiyyətinin hazırladığı traktatlar o dövr 

fəlsəfi fikrinin qiy mətli nü munələridir. 

Azərbaycanda  elmi-fəlsəfi  fikrin  in kiĢafı  o  dövrdə  ən  çox  ―Saflıq 

qardaĢları‖    cəmiyyətinin  fəaliyyəti    ilə  bağlı    olmuĢdur.  Üzvləri  Orta  Asiya, 

Azərbaycan,  Suriya  və  baĢqa  yerlərdən  toplanmıĢ  bu  gizli  cəmiyyət  X  əsrin 

sonlarında  Bəsrədə  (Ġraq)  yaran mıĢdı.  "Saflıq  qardaĢları"  camaat  arasında  təbii-

elmi b iliklə ri yayır, din i  fəlsəfiləĢdirməyə,  mü mkün qədər fə lsəfə  ilə   əvəz et məyə 

çalıĢırdılar.  Onların  fikrincə,  "Ģəriət  cəhalətlərlə  korlan mıĢ,  yanılmalarla 

qarıĢmıĢdır.  Onun təmizlən məsi və paklaĢdırılması yalnız  fəlsəfə  ilə  mü mkündür". 

ġəriət  fəlsəfə  ilə  nizamlansa  kamillik  hasil  olar.  Bu  məqsədlə  onlar  "Saf lıq 

qardaĢlarının  və  vəfa  munislərin in  traktatları"  ("Rəsail  Ġxvan  əs -səfa  və  xüllan  əl-

vəfa")  adlı  geniĢ  mündəricəli  bir  ensiklopediya  yaratmıĢdılar.  Onun  məlu m  beĢ 

müəllifindən biri azərbaycanlı Əbülhəsən Əli ibn Harun əz-Zəncanid ir. 

Dörd  hissədən  ibarət  bu  ensiklopediya,  mənbələrdə  göstərildiyi  kimi,  51 

(mövcud nüsxələrdə 52) traktatı əhatə edir. Onlardan on üçü (on dördü) riyaziyyat, 

on  yeddisi  təbiyyat,  onu  metafızika  və  on  biri  ilahiyyat  məsələlə rinə  həsr 

olunmuĢdur."Saflıq  qardaĢları"nın  təlimi  qədim  yunan  filosoflarının   və  orta  əsr 

ġərq  mütəfəkkirlərinin  ideyaların ın təsiri altında formalaĢmıĢdır. Mütəzililər  kimi, 

onlar da özlərini "ədalət əhli" ("əhl əl-ədl") ad landırırdılar. Lakin onlar mü xalifətçi  

 

1

Qeyd  etmək  lazımdır  ki,  XIX  əsrdə  Rzaqulu  xan  Hidayət  "İnsan"  və  "Kuhi" 



təxəllüslü Ģair Əli ġirazinin bir divanını səhvən Bakuviyə mənsub bi lmiĢdir. 

 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə