Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə110/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   106   107   108   109   110   111   112   113   ...   217

230 

 

olunmuĢdur.  Ərəblərin  kobudluq  və  qabalığına  istehza  və  kinayə  ilə  gülən  Ģair 



əcəmlərin,  yəni  qeyri  ərəblərin  mədəniyyətini  yüksəklərə  qaldırdığı  "siyasi  poeziya" 

janrlı Ģeirlərinin birində yazırdı: 

 

Ey adamlar, bizim qarşımızda özünüzü dartmayın,  

Nahaqqı bir yana qoyub, haqqla danışın.  

Əgər biz və özünüz barədə məlumatınız yoxdursa, 

 Soruşun ki, keçmiş vaxtlarda biz necə yaşamışıq. 

 Biz öz qızlarımızı boya-başa çatdırdığımız vaxt,  

Siz düşünmədən onları torpağa basdırırdınız. 

 

Ġsmayıl  ibn  Yasarın  məhəbbət  lirikası  ö zünün  ali  hissləri  ilə  nəzəri  cəlb 



edir; yazd ığı mədhiyyə və elegiyalar isə səmimiliyi və riqqəti ilə seçilir.  

Əl-Ġsfəhani  b izə  daha  iki  ziyalımız  -  Ġs mayıl  ibn  Yasarın  qardaĢı 

Məhəmməd  və  oğlu  Ġbrahim  haqqında qiymətli  məlu mat  çatdırır.  Onun  yazdığına 

görə Məhəmməd "öz qardaĢına bərabər" səviyyəli Ģair idi. Məhəmməd ibn Yasarın 

çoxlu  Ģeir  yazd ığını,  bu  Ģeirlərin  bəzisinə  musiqi  bəstələndiyini  xəbər  verən  əl-

Ġsfəhani,  onun  böyük  qəsidəsindən  iki  beyt  nümunə  gətirməklə  yanaĢı,  Ġs mayılın 

oğlu  Ġbrahimin  də  Ģair  olduğunu  qeyd  edir,  onun  dövrünə  qarĢı  etiraz  dolu 

beytlərini  misal çəkir. Əl-Ġsfəhaninin qeydinə görə, bu böyük qəsidədə də atasının 

yolu  ilə  gedən  Ġbrahim  əcəmlərlə,  yəni  milliyyətcə  ərəb  olmayan  öz  əcdadları  ilə 

fəxr etdiyin i gizlətmir. 

VIII  yuzilin  ortalarında  yaĢayıb  yaradan  baĢqa  bir  ərəbdilli  Ģair  Əbu-l-

Abbas  əl-Əma  haqqında  mənbələrin  verdiyi  məlu mat,  onun  Abb asi  xəlifəsi  əl-

Mənsurun  (754-775)  hakimiyyəti  zamanı  hələ  sağ  olduğunu  bildirir. 

Azərbaycandan  çox  u zaqlarda,  Xilafətin   dini  mərkəzi  o lan  Məkkədə  yaĢamasına 

baxmayaraq,  ö mrünün  sonunadək  sadiq  qaldığı  Əməvilərin  Ģərəfinə  böyük 

ustalıqla  yazdığı  Ģeirlər,  bu  sülalədən  olan  xəlifələrin  ona  DəməĢqdən  hədiyyələr 

göndərməsinə  səbəb  olur.  Əməv ilərə  həsr  olunmuĢ  mədhiyyələrdə  Əbul-Abbas 

onları  səxavətli,  igid  hökmdarlar,  islamın  qeyrətli  müdafiəçiləri  kimi  təqdim  edir. 

Hətta Abbasilər sülaləsi dövründə də Ģair öz Əməv i himayədarlarını  mədh edərək, 

onların  rəq iblərini,  xüsusilə  öz  həmvətəni  Ġsmay ıl  ibn  Yasarın  ardıcılı  o lduğu 

zubeyriləri kəskin tənqid atəĢinə tutur. 

Əbu-l-Abbas əl-Əma hədis bilicisi kimi də tanın mıĢdı. 

Ərəbdilli  azərbaycanlı  Ģairlərin  yaradıcılığ ını  tədqiq  edən  alimlər 

(G.BaxĢəliyeva  və  b.)  onların  poeziyasında  ərəblərə  xas  olmayan  sırf  milli 

xüsusiyyətləri də üzə çıxarmıĢlar. AĢkar edilmiĢdir  ki, bu Ģairlərin istifadə etdikləri 

Ģeir  ölçüsü  klassik  ərəb  poeziyasında  geniĢ  iĢlənilən  ölçü lərdən  tamamilə  seçilir. 

Qədim ərəb  mədəniyyətinə  mü kəmməl sahib ola bilmiĢ bu Ģairlər əru z vəzninin  o 

zamankı  ərəb  Ģairləri  arasında  iĢlənilən  təvil,  mədid,  bəsit,  kamil  bəh rlərindən 

deyil,  az  iĢlənən  xəfif,  səri  və  b.  bəhrlərindən  istifadə  edir,  bəzən  də  klassik  ərəb 



231 

 

Ģeri  qaydalarına  zidd  olaraq  eyni  Ģerin  iki  beytinin  hərəsini  bir  ayrı  bəhrdə 



yazırdılar. 

Bütün bunlar tədqiqatçıları belə bir nəticəyə gətirmiĢdir  ki, erkən ərəbdilli 

azərbaycanlı  Ģairlər  Musa  ġəhəvat,  Ġsmayıl  ibn  Yasar,  Əbu-l-Abbas  əl-Əma 

Azərbaycanda  anadan  olmuĢ,  burada  böyümüĢ,  ilk  təhsillərin i  doğma  diy arda 

almıĢ,  öz  xalqlarının  mədəniyyətini,  o  cü mlədən  Ģifahi  xalq  ədəbiyyatının  heca 

vəznini tam mən imsəmiĢdilər. 

Onların  poeziyasından  dövrümüzə  çatan  nümunələr  sübut  edir  ki,  iki 

mədəniyyətin  sintezindən  qidalan mıĢ,  ü mu mmüsəlman  mədəniyyətinin  ilk  poetik 

səhifələrini  yaradan  bu  Ģairlər  doğma  heca  vəznin in  təsirilə  ərəb  ədəbiyyatında 

özlərinə  məxsus  yeni  cığır  açmıĢlar.  Bu  həmçin in  sübut  ed ir  ki,  Azərbaycanın  da 

bir  vilayət  kimi  da xil  olduğu  böyük  imperiyanın  -  Xilafət in  söz  ustaları  sırasında 

görkəmli  yer  tuta  bilmiĢ  azərbaycanlı  Ģairlər  vətəndən  uzaqlarda  yaĢasalar,  ərəb 

dilində  yazsalar  da,  doğma  diyara,  doğma  elə,  doğma  mədəniyyətə  bağlı  o lmuĢ, 

bunlardan bəhrələnmiĢlər. 



 

 

 

 

§ 4. MEMARLIQ VƏ ġƏHƏRSALMA 

 

Azərbaycanda  islamın  qərarlaĢ ması  memarlığın  inkiĢafın ın  yeni 



istiqamətini  müəyyən  etdi.  Lakin  köhnə  məbədlərin  yeni  dinin  ehtiyacları  üçün 

uyğunlaĢdırılması,  məscid lərin,  mədrəsələrin,  örtülü  bazarların,  karvansaraların, 

hamamların  və  baĢqa  qurğuların  tikintisi  əvvəllər  yaranmıĢ  inĢaat  ənənələri 

əsasında  aparılırdı.  Bu  dövrün  inĢaat  sənətinin  xüsusiyyəti  kərpic  hörgüsü 

texn ikasın ın  inkiĢafı  və  təkmilləĢ məsi  id i.  DaĢın  yonulması,  daĢ  divarların  hörül-

məsi və daĢdan olan tağlı konstruksiyaların qurulması  iĢi  xeyli təkmilləĢdi.  Həmin 

iĢlər  əvvəlki  yüzillərdə  Azərbaycanda  yaranaraq  təkmilləĢ miĢ  üsullar  əsasında 

inkiĢaf edirdi. Məsələn, tarixi Arran vilayətinin və Ģimal-qərb Azərbaycanının inĢaat 

sənətində  çay  daĢlarından  və  biĢmiĢ  kərpicdən  ibarət  olan  qarıĢıq  hörgü  texnikası 

hörgünün  əsas növü  kimi  qalmaqda  idi.  Lakin  sitayiĢ  təyinatlı  tikililərin  yeni  tipləri 

yaranır və bıı tiplərlə bağlı rəsmi memarlıqla əlaqədar olaraq qurğuların görkəmində və 

formalarında mühüm dəyiĢikliklər baĢ verird i. 

VIl-X əsrlər dövründən az miqdarda abidə, o cümlədən müsəlman tipli, sitayiĢ 

təyinatlı  tikililər  qalmıĢdır.  BaĢqa  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  ilk  vaxtlar 

zərdüĢtilərin və xristianların dini obyektlərini məscidlərə çevirir, onları islamın tələbləri 

əsasında  yenidən  qururdular.  Binaların  yenidən  qurulması  adətən  köhnə  səcdəgahın 

ləğvi və mehrabın qurulması ilə məhdudlaĢırdı. Həmin dini obyektlər öz quruluĢunun 

qalan  cəhətlərində  ilkin  görkəmini  saxlayırdılar.  Beləliklə,  Azərbaycanda  həm  daxili 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə