Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə111/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   107   108   109   110   111   112   113   114   ...   217

232 

 

quruluĢu,  həm  də  xarici  memarlıq  görkəmi  baxımından  yerli  xüsusiyyətlərə  malik 



məscid tipi təĢəkkül tapdı. Hazırda ġamaxıda mövcud olan Cümə məscidi, Ağsudakı və 

Sündü  kəndindəki  məscidlər  VII-X  əsrlərdə  Azərbaycanda  fəaliyyət  göstərmiĢ 

müsəlman  sitayiĢ  tikililərinin  planı  haqqında  müəyyən  təsəvvür  yaradır.  Həmin 

məscidlər  ərəb  hökmranlığı  dövründəki  planlarını  saxlamıĢ  məscidlərin  yerində 

tikilmiĢdir.  ġamaxıdakı  Cümə  məscidinin  xüsusiyyəti plan baxımından  kvadrat  formalı 

üç  zala bölünməsi,  hər  zalın ayrıca  mehraba  malik  olması  idi.  Ola bilər  ki,  məscidin  üç 

hissəli qurulması əsas, mərkəzi zalında əyanların, yan zallarında isə sadə müsəlmanların 

ibadəti  ilə bağlı olmuĢdur.  ġamaxı  məscidinin hər  bir  zalı ayrıca günbəzlə örtülmüĢdü. 

Arxeoloji  qazıntılar  nəticəsində  bu  məscidin  ərazisinə  baĢlıca  giriĢin  qalıqları  aĢkara 

çıxarılmıĢdır.  ġamaxıdakı  Cümə  məscidi  və  Ağsudakı  məscid  VIII  əsrin  tikililəridir. 

ġamaxı  məscidi  743  -cü  ildə  inĢa  edilmiĢdir.  Hər  iki  məscid  memarlıq  abidələrin in 

ġirvan qrupuna aiddir. 

Azərbaycan  memarlığında  günbəzli  tikililər  hələ  VIII  əsrə  qədərki  dövrdə 

kifayət  qədər  geniĢ  yayılmıĢdı.  Buna  görə  də  təbiidir  ki,  burada  tikilmiĢ  erkən 

məscidlərdə  günbəzli  konstruksiyalardan  istifadə  olunurdu.  Bununla  əlaqədar  olaraq 

ġamaxı  bölgəsinin  Sündü  kəndində  920-ci  ildə  tikilmiĢ  (sonralar  isə dəfələrlə yenidən 

qurulmuĢ) mərkəzi günbəzli məscid böyük maraq doğurur. Plan baxımından düzbucaqlı 

olan bu məscid günbəzlə örtülmüĢdür və dörd sütuna istinadlanır. 

Narrativ  əsərlərdə  Beyləqan,  Bərdə,  Dərbənd,  Ərdəbil,  Mərənd, Marağa, 

Urmiya,  ġirvan,  ġamaxı,  ġəmkir,  ġabran,  Gəncə,  Qəbələ,  Naxçıvan,  Təbriz 

Ģəhərlərində  VII-X  əsrlərdə  mövcud  olmuĢ  baĢqa  tikililər  haqqında  da  məlumat 

verilir. Mərənddə və Urmiyada əzəmətli saraylar ucaldılmıĢdı. 

Bərdənin,  Ərdəbilin,  Qəbələnin,  Gəncənin  və  baĢqa  Ģəhərlərin  orta  əsr 

mənbələrində  təsviri  təsdiq  edir  ki,  həmin  mərkəzlər  erkən  feodal  Ģəhərinin 

formalaĢmasının  ü mu mi  tipolo ji  prosesini  keçmiĢlər.  Meydanların  forması  və  ən 

mühüm  Ģəhər  tikililərinin  yerləĢməsi  haqqında  yazılı  mənbələrdə  təsadüf  olunan 

məlumatlar onu da təsdiq edir ki, geniĢ Ģəkil almıĢ sistemsiz tikinti iĢləri ilə yanaĢı bu 

dövrün  Azərbaycan  Ģəhərlərində  əsasən  sarayların  və  ictimai  binaların  cəmləĢdiyi 

rayonlara  da  təsadüf  edilirdi.  Əl-Müqəddəsi  Ərdəbildəki  meydanın  xaçvari  forması, 

Qəbələ  came  məscidinin  Ģəhərdəki  təpələrdən  birinin  üzərində  yerləĢməsi  haqqında 

məlu mat  verir.  Bərdəni  təsvir  edən  əl-Ġstəxri  yazır  ki,  hakimin   sarayı  came 

məscidinin  yanında,  bazarlar  isə  Ģəhər  kənarında  yerləĢirdi.  Alban  tarixçisi  Moisey 

Kalankatlı Bərdədəki xristian kilsəsi binasının yerləĢmə xüsusiyyətlərini göstərmiĢdir. 

Arxeoloji  qazıntılarla  təsdiq  edilən yazılı  mənbələr bu  zamanın  Azərbaycan 

Ģəhərlərinin  əksəriyyətində  örtülü  su  kəmərləri  və  kəhrizlərin in  saxsı  borulardan 

quraĢdırılmıĢ mükəmməl Ģəbəkəsinin fəaliyyət göstərdiyini sübut edir. Bundan baĢqa, 

ölkə  Ģəhərlərinin  çoxu  üçün  iri  və  xırda  açıq  kanallar,  arxlar  sisteminin  mövcudluğu 

səciyyəvi idi. 

Hələ  antik  müəlliflərin  əsərlərində  xatırlanan  Qəbələ  Ģəhəri  Ģərqdən 

Covurluçayla,  qərbdən  isə  Qaraçayla  əhatələnmiĢ  geniĢ  yüksəklikdə  yerləĢird i.  20 




233 

 

metrlik dərin liy i olan süni  xəndək Qəbələ Ģəhərinin ərazisin i iki hissəyə (Səlbir və 



Gavur  qalası)  ayırır.  Düzgün  olmayan  beĢbucaq  formalı  Səlbir  cənub  səmti  istisna 

olunmaqla hər tərəfdən güclü qala divarları və qüllələri ilə müdafiə olunmuĢdur. ġimal 

divarında  vaxtilə  cinahlardan  qüllələrlə  mühafizə olunmuĢ qala qapısının izləri aĢkar 

edilmiĢdir. Təxminən 400 metrlik hissəsi indiyədək qalmıĢ yol bu qapıya doğru uzan-

mıĢdı. Yol-inĢaat iĢlərinin səliqə ilə yerinə yetirilməsi diqqəti cəlb edir. Dö rd  metrlik 

eni olan yol xüsusi məqsədlə hazırlan mıĢ torpaq tökü mü üzərindədir.  

Səlbirin cənub-qərb hissəsində 14  metr ucalığ ında indiyədək qalmıĢ qüllə 

diqqəti  cəlb  edir.  Bu  qüllə  p lan  baxımından  düzbucaqlı  formaya  malikdir,  əhəng 

məh lulu ilə çaydaĢından tikilmiĢ və yonulmuĢ əhəngdaĢı ilə ü zlən miĢdir. 

Təbii  cəhətdən  Ģəhərin  nisbətən  az  mühafizə  o lunmuĢ  hissəsi  -Gavur 

qalası  daha  güclü  və  inkiĢaf  etmiĢ  istehkam  sistemi  ilə  əhatələnmiĢdir.  Qala 

divarların ın və qüllələrinin yaxĢı  mühafizə olun muĢ böyük fraq mentləri (qalıq ları) 

hərbi-inĢaat sənətinin yüksək səviyyəsini təsdiqləyir. ġəhərin  müdafiə divarların ın 

bu sahəsində plan baxımından yarımdairəvi olan qüllələrə daha ço x təsadüf edilir. 

Bu qüllələr arasındakı  məsafə bir qayda olaraq 20-25  metrdən ço x deyild ir. ġəhər 

qapısını  müdafiə  edən  qüllələr  arasındakı  məsafə  isə  20,5  metrə  bərabərdir.  Bu 

sahədə divarın qalınlığı ad i 3  metr əvəzinə  4  metrədək artırılmıĢ dır.  Əla biĢirilmiĢ 

kvadrat  kərp iclərdən  ucaldılmıĢ  divar  yaxĢ ıca  yonulmuĢ  daĢlardan   hörülmüĢ, 

kərpic  və  inĢaat  qırıntıları  ilə  möhkəmləndirilmiĢ  özüllərə  istinadlanmıĢdır. 

Qəbələnin  istehkam  qurğuları  ü mu mi  ö lçüləri  və  qüdrəti  ilə  nəhəng  Dərbənd, 

Gilgilçay  qurğularını,  erkən  orta  çağlar  Azərbaycanının  baĢqa  istehkamlarını 

xatırladır. 

ġəhər, əhalini saf bulaq suyu ilə təchiz edən, saxsı boru lardan hazırlan mıĢ, 

Ģaxələn miĢ  su  kəməri  Ģəbəkəsinə  malik  idi.  ġəhər  təpələrinin  ətəklərində  xey li 

miqdarda  kirəmitə,  əla  biĢirilmiĢ  və  mü xtəlif  ö lçülərə  malik  olan  (18x18x4,5 

santimetrdən  30x30x7  santimetrədək)  kvadrat  kərp iclərə,  üst  səthi  yüksək 

keyfiyyətli  mina  ilə  örtülmüĢ  üzlük  kə rpic lərə  təs adüf  olunur.  Tikili  qalıqların ın 

tədqiqi binaların sıx və nizamsız tikild iyini təsdiq edir.  

Erkən  orta  çağlar  Azərbaycanının  iri  Ģəhərlərindən  biri  olmuĢ  qədim 

Gəncə  Ģəhərgahı  müasir  Gəncənin  Ģimal-Ģərqindədir.  Gəncəçayın  sahillərində 

yerləĢən  Ģəhərin  sol  sahil  hissəsi  qala  divarları  və  xəndəklə  əhatələnmiĢdi.  Bu 

müdafiə  sistemi  plan  baxımından  düzgün  olmayan  formaya  malik  ço xbucaqlı  idi. 

ġəhərin  solsahil  hissəsinə  üç  böyük  çoxaĢırımlı  körpülərlə  b irləĢmiĢ  sağsahil 

hissəsində  müdafiə  divarlarının  üç  sırasının  izi  görünür.  Bunlar  Ģəhərin  ardıcıl 

surətdə inkiĢaf etdiyini  isbat edir.  Görünür, Ģəhərin daxili hissəsi içqala (istehkam) 

olmuĢdur. 

Tarixi-ədəbi təsvirlər orta çağlar Bərdəsini plan baxımından  kvadrat formalı 

iri  Ģəhər  kimi  səciyyələndirir.  ġəhərin  ətrafı  ucu-bucağı  görünməyən  bağlarla 

əhatələnmiĢdi.  Bərdədəki  tikililər  arasında  qaynar  ticarət  fəaliyyəti  ilə  fərqlənən 

çoxsaylı  örtülü  bazarlar,  karvansaralar,  hamamlar,  məscidlər,  yaĢıllığa  qərq  olmuĢ 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə