Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə141/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   137   138   139   140   141   142   143   144   ...   217

292 

 

ġavurun kiçik oğlu,  II  Fəzlin qardaĢı Mənuçehr Aniyə göndərildi. Aninin yenidən 



ġəddadilərin  tabeliy inə  keçməsi  vahid  sülalənin  nü mayəndələri  tərəfindən  idarə 

olunan ġəddadilər dövlətinin sərhədlərini bir qədər də geniĢləndirdi.  

Bütün  XI  yüzil  boyu  Cənubi  Qafqazın  tarixində  fəal  ro l  oyna mıĢ  bu 

dövlət Bizans imperiyası, Rəvvadilər və ġirvanĢahlar dövlətləri, gürcü hökmdarları 

ilə  qarĢı-qarĢıya  durur,  Səlcuq  soltanlarının  bölgədə  yeganə  müttəfiqləri  kimi 

onların  Cənubi  Qafqaz  torpaqlarını  iĢğal  etməsi  üçün Ģərait  yaradırdı.  Məhz  buna 

görə  ġəddadilərə  xüsusi  rəğbət  bəsləyən  Səlcuqilər  bu  sülalənin  qonĢu  torpaq lar 

hesabına öz sərhədlərini geniĢləndirməsinə mane olmu rdular.  

1073-1074-cü  illərdə  II  Fə zlin  oğlu  Fəzlun  atasına  qarĢı  çıxaraq,  onu 

hakimiyyətdən  uzaqlaĢdırdı  və  ölkənin  idarəsin i  əlinə  ald ı.  Lakin  Fəzlunun 

hakimiyyəti  uzun  sürmədi.  1075-ci  ildə  öz  təbəələri  sırasında  güclü,  qüdrətli 

dövlətin  olmasını  istəməyən  Səlcuqilər  ġəddadilər  dövlətinə  son  qoymaq  qərarına 

gəlirlər.  Bu  məqsədlə soltan Məlik Ģahın əmiri  Savtəkin böyük bir qoĢunla Arrana 

göndərilir.  Göstərilən  müqavimətə ba xmayaraq,  Fəzlun, nəhayət, Arranın idarəsini 

Savtəkinə  təhvil  verməli  olur.  Əmirliyin  ərazisi  atabəyliyə  çevrilir.  MəlikĢahın 

oğlu,  Səlcuq  məliki  Məhəmməd  atabəyliyin  ilk  baĢçısı  təyin  edilir.  O,  Gəncədə 

qərarlaĢaraq  yerli  əmirlərlə  sıx  əlaqələr  yaradır,  əhali  arasında  məĢhurlaĢır. 

Azərbaycanın  tarixində  nəzərə  çarpacaq  ro l  oynamıĢ  Məhəmməd  sonralar  böyük 

soltan  taxtına  çıxmıĢ  (1105-1118),  Ġraq  soltanlığının  (1118-1194)  əsasını 

qoymuĢdu. 

Hakimiyyətdən kənar olun muĢ Fəzlun, az sonra isə atası II Fəzl Səlcuqilər 

tərəfindən  əsir  alınırlar.  Mənbələrdə  Fəzlunun  hakimiyyətinin  son  illəri  haqqın da 

çox  ziddiyyətli  və  adda-budda  məlu mat  vardır.  XI  yü zilin  anonim  gürcü 

mənbəyinə  görə,  Fəzlun  1088-ci  ilədək  Səlcuqilər  əleyhinə  mübarizə  etmiĢ, 

nəhayət  həbs  olunaraq  Bağdada  aparılmıĢ  və  1091-ci  ildə  orada  ölmüĢdür. 

Fəzlunun Bağdadda əsirlikdə öldüyünü Ġbn əl-Əsir də təsdiq edir. 

Beləliklə,  ġəddadilər dövlətinin ən mühü m əmirliy i olan Arran -Naxçıvan-

Gəncə əmirliy i süqut edir. 

Yaln ız  Ani  və  Dvində  ġəddadilər  sülaləsinə  mənsub  əmirlər  Səlcuqilərin 

vassalı kimi hələ də fəaliyyət göstərirdilər. Mənuçehrdən sonra onun nəsli təqribən 

hələ  130  il  Anidə  hakimiyyətdə  qalmıĢ  və  nəhayət,  bu  Ģəhər  gürcülərin  əlinə 

keçmiĢdi.  Dv in  ġəddadiləri  isə  1130-cu  ildə  Səlcuqilərin  zərbələri  nəticəsində 

süqut etmiĢdilər. 

 

 



 

 

 



 

 



293 

 

 



XII FƏSĠL 

 

AZƏRBAYCAN ĠNKĠġAF ETMĠġ FEODALĠZM 

DÖVRÜNDƏ (XI-XII ƏSRLƏR) 

 

§ 1. OĞUZLAR VƏ AZƏRBAYCAN XI ƏSRDƏ. SƏLCUQ 

ĠMPERĠYASININ YARANMASI 

 

Ərəb  Xilafətindən  sonra  Qərbi  Asiyada  yaranan  ən  geniĢ  ərazili  dövlət 



birləĢməsi  olan  Səlcuq  imperiyasının  meydana  çıxma,  çiçəklən mə  və  nəhayət, 

parçalan ma  dövrləri  Yaxın  və  Orta  ġərqin  bir  ço x  ölkələrinin,  o  cümlədən 

Azərbaycanın  tarixi  taleyində  mühüm  yer  tutur.  Bu  dövlət  birləĢməsinin  əsası 

Səlcuq  nəsli  nümayəndələrinin  baĢçılıq  etdikləri  oğuz  və  baĢqa  türk  tayfaların ın 

iĢğalçı yürüĢləri ilə qoyulmuĢdu. 

Azərbaycanın  feodal  dövlətlərinə  həsr  edilmiĢ  bölmələrdə  qeyd  edildiyi 

kimi,  artıq  XI  yüzilin  ilk  rübündə  oğuz  dəstələri  Cənubi  Qafqaz  ərazisində 

göründülər.  1018-  1021-ci  illərdə  Araz  çayın ı  adlayan  oğuzlar,  cənub 

istiqamətindən  Arran  torpaqlarına  girərək,  Naxçıvan,  sonra  isə  Dəbil  Ģəhərlərinə 

yetiĢdilər.  Tarixi  salnamədə  onların  1029-cu  ildə  Gürcüstandakı  böyük  ġio mqvim 

monastırın ı talan etmələri haqqında məlu mat vardır. 

Gö rünür,  məhz  bu  və  digər  uğurlar  oğuzların  öz  qüvvələrinə  olan 

inamların ı  artırdı.  Xorasanda  məskunlaĢmıĢ  oğuzlar  Qəznəvi  üsuli-idarəsinə  qarĢı 

müvəffəqiyyətsizliklə  nəticələnən  qiyam  qaldırdılar.  30-cu  illərin  əvvəllərində 

təqibdən  qurtarmağa  çalıĢan  təqribən  iki  min  oğuz  "çadırı"  (ailəsi)  Rəvvadilərin 

Cənubi  Azərbaycandakı  mü lklərinə  pənah  gətirdi.  Rəvvadi  hökmdarı  Vəhsudan 

onları təbəəliyə qəbul edib, torpaqla təmin etdi.  

Oğuzların  Xorasanda  qalan  böyük  bir  hissəsi  Səlcuq  elinin  qın ıq 

tayfasından  olan  Toğrul  bəyin  və  onun  əmisi  oğlu  Çağrı  bəyin  baĢçılığı  altında 

birləĢdi; Qəznəvi soltanının vassalları o lan bu bəylər ço x keçmədən tabeliklərində 

olan  torpaqları  geniĢləndirməyə  baĢladılar.  Qəznəvi  soltanı  Məsudun  (1031-1041) 

əks  tədbirləri  1034-cü  ildə  Xo rasanın  yeni  torpaqların ın  səlcuqların  əlinə  keç-

məsinə  səbəb oldu.  Toğrul  bəy  Nisa Ģəhərinə,  Çağrı  bəy  Dihistana,  onların  əmisi 

Arslan  Payqu  isə  Fərava  sahib  oldu.  Bu  hadisələrdən  az  sonra  Toğrul  bəy 

Səlcuqilər  sülaləsin in  ilk  böyük  soltanı  elan  edildi.  Lakin  o,  1038-ci  ildə  oğuz 

bəylərinin  iĢtirakı  ilə  çağırılan  qurultaydan  sonra  yaranmıĢ  bu  Oğuz  dövlətin in 

idarəsində  hakimi-mütləq  kimi  çıxıĢ  etməyərək,  Çağrı  bəy  və  baĢqa  oğuz  bəyləri 

ilə əlb ir hərəkət etməyə baĢladı. 

24  may 1040-c ı il gənc Oğuz dövlətinin tarixinə əla mətdar gün kimi da xil 

oldu.  Mərv  yaxınlığında  Dəndənəkan  adlı  yerdə  Qəznəvi  qoĢunlarına  qalib  gələn 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə