Azərbaycan diLİ VƏ tariXİ


§ 2. BÖYÜK SƏLCUQĠLƏR ĠMPERĠYASININ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə144/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   140   141   142   143   144   145   146   147   ...   217

298 

 

§ 2. BÖYÜK SƏLCUQĠLƏR ĠMPERĠYASININ 



DAĞILMASI. ĠRAQ SƏLCUQ SULTANLIĞININ 

YARANMASI 

 

Böyük səlcuq soltanlarının hakimiyyəti  illərində (1092-1157)  mahiyyətcə 



biri digərindən asılı o lmayan ayrı-ayrı soltanlıq lara parça lan mıĢ Səlcuq dövlətin in 

tənəzzülü baĢ verdi. 

Parçalan ma nəticəsində Suriyanın (1078-1187),  Kirmanın (1041-1187) və 

Anadolunun  (1077-1307)  səlcuq  hakimlə ri 

mərkəzi  hakimiyyətdən  olan 

asılılıqlarını  aradan  qald ırdılar.  Ġmperiyanın  əsas  torpaqlarmda  -  Ġraqda, 

Xorasanda,  Qafqazda  isə  ali  soltan  taxt-tacı  uğrunda  mübarizə  baĢlandı.  Nəhayət, 

xəlifə əl-Müstəzhirin (1092-1118) vasitəçiliy i  ilə  imperiya rəs mi surətdə bölündü: 

MəlikĢahın  oğlu  Börküyarıq  soltan  elan  olundu,  ikinci  oğlu  Məhəmməd  Təpər 

Azərbaycan, əl-Cəzirə və  Diyarbəkrin  məliki o laraq qaldı, üçüncü oğlu Səncər isə 

Xorasan  məliki  oldu.  Lakin  bundan  sonra  da  MəlikĢahın  oğulları  arasında  gedən 

sülalədaxili  mübarizə ara vermədi.  Börküyarığ ın ölümündən sonra soltanlıq taxtına 

çıxmıĢ  Məhəmməd  Təpər  öz  oğlu  Mahmudu  səltənət  varisi  təyin  etdi.  Mahmud 

demək  olar  bütün hakimiyyəti  boyu  öz  qardaĢları  Toğrulun  və  Məsudun  dövlətdə 

birincilik  iddialarına  qarĢı  mübarizə  aparmalı  o ldu.  Lakin  Mah mud  üçün  baĢlıca 

təhlükə  qardaĢı  oğluna  üstün  gələrək,  ali  soltan  mövqeyini  tuta  bilmiĢ  ö z  əmisi, 

səkkizinci və sonuncu böyük səlcuq soltanı Səncər (1117-1157) idi. 

1119-cu  ildə  Xorasandan  Anadoluya  və  Suriyayadək  olan   torpaqlar,  o 

cümlədən Azərbaycan, Həmədan, Ġsfahan,  Cibəl,  Kirman, Fars,  Xuzistan, Ġraq, əl-

Cəzirə,  Diyar  Mudar,  Diyar  Rəb iə,  ġam  və  Ru m  əraziləri  soltan  Mahmuda  iqta 

kimi verild i. 

Səncərlə  Mahmud  arasındakı  ixtilaflara  son  qoyulub,  səltənət  varisinə  - 

vəliəhdə  iqta  verilməsi  haqqında  fərmanm  imzalan ma  tarixini  soltan  Səncərə 

tabeliyini  bildirmiĢ  Mahmudun  baĢçılığı  ilə  Ġraq  Səlcuq  soltanlığın ın  yarandığı 

vaxt kimi qəbul etmək olar. Lakin Mahmud, sahib olduğu əraziləri də istədiyi kimi 

idarə edə bilmird i. Onun gəncliyindən və asılı vəziyyətdə olmasından istifadə edən 

soltan  Səncər  öz  adamların ı  Mahmudun  vəziri,  baĢ  komandanı,  habelə  divan 

baĢçısı vəzifələrinə təyin etmiĢdi. Dövrümü zədək yetiĢmiĢ, Səncərin və Mah mudun 

adların ın  birgə  zərb  edilmiĢ  olduğu  sikkələr  ali  hakimiyyətin  Səncərin  əlində 

olduğunu bir daha sübut edir. 

1120-c i  ilin  iyununda  Mahmuda  qarĢı  Azərbaycan  və  Mosulun  iqtadarı 

olan  qardaĢı  Məsud  çıxıĢ  etdi.  Əsədabad  yaxınlığındakı  döyüĢdə  Məsudun 

qoĢunları  məğlubiyyətə uğradı. Mahmud qardaĢının müĢavirlərini və vəzirin i edam 

etsə  də,  özünü  bağıĢladı,  hətta  Azərbaycanda,  Mosulda  və  əl-Cəzirədə  Məsudun 

adına xütbə o xunmasına sərəncam verdi. 

1120/21-c i  ildə  IV  Dav idin  (1089-1125)  baĢçılığı  ilə  gürcü  qoĢunları 

Mahmudun hakimiyyəti altında olan ərazilərə hücum etdilər. Arran və Naxçıvanın 



299 

 

hakimi Ģahzadə Toğrulun baĢçılığ ı ilə  müsəlman hakimləri gürcülərə qarĢı çıxsalar 



da,  Tiflis  yaxın lığında  məğlubiyyətə  uğradılar.  Bununla  belə,  gürcülər  yalnız  b ir 

ildən  sonra,  1122-ci  ildə,  təqribən  500  ildən  bəri  müsəlman  hakimiyyəti  altında 

olan Tiflis Ģəhərini geri qaytara bildilər. 

Bu  hadisədən sonra  Gəncəyə  çəkilərək,  Mah mudun soltanlıq  hüquqlarını 

tanımaq  istəməyən  Toğrulun  məğlubiyyət  xəbəri  Hə mədanda  olan soltana  yetiĢdi. 

Mahmud  öz  qoĢunların ı  toplayaraq,  dərhal  Gəncəyə  yollandı.  Ġddia ların ın 

gerçəkləĢəcəyinə ümid ini itirmiĢ Toğrul qardaĢına sədaqət andı içməli oldu. 

Səlcuqilər arasında sülalədaxili çəkiĢ mələrdən istifadə edən gürcülər məhz 

bu  zaman  ġirvana  viranedici  yürüĢ  etdilər.  ġirvan  əmirlərinin  yard ımına 

arxalanaraq gürcülərə qarĢı çıxıĢ edən soltan Mahmud da öz növbəsində gürcülərlə 

onların  müttəfiq ləri olan qıpçaqlar arasında baĢ verən münaqiĢədən istifadə etdi və 

beləliklə, ġirvanda da öz hakimiyyətini möhkəmləndirə bildi.  

Lakin  Ġraq  soltanlığın ın  taxtı  uğrunda  Mahmudla  qardaĢları  arasında 

gedən çəkiĢmə lər baĢa çatmadı.  Əvvəllə r bu çəkiĢmə lərin qarĢısını a lmağa ça lıĢan 

soltan  Səncər  də,  Mahmudun  onun  əmrin i  yerinə  yetirməkdən  boyun  qaçırdığı 

vaxtdan bəri,  mübarizəni hər vasitə ilə daha da qızıĢdırırdı. 1130 -cu ildə Mah mud 

Gəncəni  və  ətrafını  iqta  hüququnda ona qarĢ ı  çıxıĢ  edən  qardaĢı  Məsuda  verməli 

oldu. 


Elə bu zaman Səncərin  istəyinə rəğmən Mahmud öz oğlu Davudu vəliəhd 

elan etdi, A zərbaycanda və Cibəldə onun adına xütbə o xunması haqqında sərəncam 

verdi.  Daha  sonra  Mahmud  Səlcuq  nəslinin  böyüyü  olan  Səncərin  iradəsinə  qarĢı 

çıxıĢ  etmək  istəməyən,  Davudu  varis  kimi  tanımaqdan  imtina  edən  xəlifə  əl-

MüstərĢidi yıxmaq qərarına gəldi.  Lakin Mahmudun 1131 -ci ildə baĢ verən ölümü 

bu niyyətin gerçəkləĢməsinə mane oldu. 

Mahmudun  ölümündən  sonra  Ġraq  soltanlığının  ta xt ı  uğrunda  mübarizə  

Marağanın  sahibi  atabəy  Ağsunqur  əl-Əh mədilin in  və  Mah mudun  vəzirin in 

yardımı  ilə  taxta  çıxarılmıĢ  Davudla  onun  əmiləri  arasında  aparıldı.  Tezliklə 

Davudla Məsud arasında barıĢıq əldə edildi.  Lakin bununla belə,  Davud xütbələrdə 

öz adının o xun masına nail ola b ilmədi və  müvəqqəti olaraq soltanlıq taxtı uğrunda 

mübarizəni  dayandırdı.  Bundan  istifadə  edən  Məsud  Mosul  hakimi  atabəy 

Ġmadəddin  Zənginin  yardım  vədin i  alaraq  Bağdada  yollandı,  lakin  hakimiyyət 

iddiasında  olan  üçüncü  Ģəxs  -  xəlifən in  rəğbət  göstərdiyi  qardaĢı  SəlcuqĢah 

tərəfindən  qabaqlandı.  Məsudla  aparılan  sonrakı  danıĢıqlar  nəticəsində  Məsudun 

soltan olacağı, SəlcuqĢahın isə vəliəhd elan ediləcəyi haqqında razılıq əldə olundu. 

1132-c i  ildə  xəlifə  yeni  soltanın  -  Məsudun  adına  xütbə  oxun ması  haqqında 

sərəncam verdi. Məsud bu sərəncamdan sonra öz atabəyi Ağsunqur  əl-Əhməd ilin in 

və xeyli türk əmirinin müĢayiəti ilə A zərbaycana qayıtdı. 

1132-c i  ildə Böyük soltan Səncər baĢ verən hadisələrə qarıĢ maq qərarına 

gələrək, Mahmudun ölümündən sonra vəliəhd elan etdiyi Ģahzadə Toğrulla birlikdə 

Ġraq  soltanlığın ın  paytaxtı  Həmədana  yürüĢ  təĢkil  etdi.  Əvvəllər  Məsudu  və 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə