Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə145/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   141   142   143   144   145   146   147   148   ...   217

300 

 

SəlcuqĢahı  dəstəkləyən  xəlifə  əl-MüstərĢid  yaranmıĢ  vəziyyətdən  istifadə  edərək, 



Səlcuqilərin himayəsindən azad olmağa cəhd göstərdi. 

Bu zaman Səncər Həmədana yollandı; xəlifənin, Məsudun və SəlcuqĢahın 

da  paytaxta  gəliĢi  gözlən ilirdi.  Səncərdən  qorxan  xə lifə  görüĢdən  imt ina  etməyə 

çalıĢdı,  lakin onu yola çıxmağa və hətta Səncərə qarĢı çıxıĢ etməyə məcbur etdilər. 

Məsudun təkidi ilə Ġraqda soltan Səncərin adına xütbələr oxun ması dayandırıldıqda 

isə xəlifə Bağdada qayıtdı və Ģəhəri möhkəmləndirməyə baĢladı.  

Elə  həmin  il  Həmədan  yaxınlığında  Səncərin  qoĢunları  ilə  Ģahzadələrin  - 

Məsudun və SəlcuqĢahın birləĢ miĢ qüvvələri arasında baĢ verən vuruĢma Səncərin 

qələbəsilə  baĢa  çatdı.  Səncər  döyüĢ  meydanından  qaçan  Məsudu yenidən əfv  etdi 

və  Azərbaycanı  iqta  hüququnda  ona  bağıĢladı.  Məsud  Gəncəyə  qayıtdı,  II  Toğrul 

isə Ġraq soltanı elan ed ild i. 

Yenə  həmin  il  Səncərin  Məvaraənnəhr  hakimi  Əh məd  xan ın  çıxıĢını 

yatırmaq  üçün  Xorasana  getməsindən  istifadə  edən  Davud yeni  soltan  II  Toğrula 

qarĢı çıxd ı.  Ona öz atabəyi Ağsunqur əl-Əh mədili, habelə onlara qoĢulmuĢ Məsud 

yardım  edirdi.  Rəqib lər  arasında  döyüĢ  Həmədan  yaxınlığındakı  Vaxan  kəndi 

yanında  baĢ  verdi.  DöyüĢ  ərəfəsində  Davudun  bir  neçə  əmiri  qoĢunları  ilə  II 

Toğrulun tərəfinə keçdi.  Bu hadisə döyüĢün taleyini həll etdi.  Davud, onun ardınca 

isə  Gəncədən  gəlmiĢ  Məsud  Bağdada  -  xəlifə  əl-MüstərĢidin  yanına  qaçdılar.  II 

Toğrulun  qoĢunlarının  ələ  keçirdiyi  A zərbaycana  Məsud  və  Davudun  baĢçılıqları 

ilə  yürüĢ  təĢkil  edilməsi  haqqında  razılıq  əldə  olundu.  Məsudun,  Davudun  və 

xəlifən in  birləĢ miĢ  qüvvələri  A zərbaycanı  iĢğal  edib,  Həmədanı  tutdular.  Lakin 

qardaĢlar arasında olan ixtilaf II Toğrula Həmədanı və digər Ģəhərləri yenidən ələ 

keçirmək  imkanı  verdi.  1133-cü  ildə  II  Toğrul  vəfat  edir,  Həmədana  qayıtmıĢ 

Məsud isə Ġraqın və Qərbi Ġranın yeganə hakimi elan olunur. 

Hadisələrin  bu  dönüĢü  Səlcuq  Ģahzadələrini  daim  bir -birilə  toqquĢduran, 

bu  yolla  islam  dünyasının  yenidən nəinki  din i,  habelə  dünyəvi  baĢçısı  mövqeyini 

qazanmağa çalıĢan xəlifə əl-MüstərĢidi qane etmirdi. 

Ġndi  artıq  xəlifə  ilə  soltan  arasında  gedən  gizli  mübarizə  üzə  çıxmıĢdı. 

1135-c i ilin may ında  xəlifə ona qoĢulmuĢ bəzi türk sər kərdələ ri  ilə b irlikdə soltana 

qarĢı  müharibəyə  qalxdı.  Bu  müharibə  xəlifə  qoĢunlarının  məğlubiyyəti  ilə  baĢa 

çatdı. Əldə olun muĢ razılığa əsasən xəlifə dünyəvi hakim hüquqlarının hamısından 

məhru m  ed ilir,  yaln ız  müsəlmanların  din i  baĢçısı  mövqeyini  saxlayırd ı.  Paytaxt 

Bağdad  isə  Ģəhər  divarları  dağıd ıld ıqdan  sonra  Ġraq  soltanlığının  adi  Ģəhərinə 

çevrild i. 

1135-c i  ildə  Məsudun  Marağadakı  düĢərgəsində  xəlifə   əl-MüstərĢid 

ismaililər  tərəfindən  öldürüldü.  Həmin  dövrün  salnaməçiləri  xəlifənin  ölü mündə 

Məsudun  da  dəstəklədiyi  soltan  Səncərdən  Ģübhələnirdilər.  Əl-MüstərĢidin  yeni 

xəlifə  seçilmiĢ  oğlu  ər-RəĢid  atasının  Səlcuq  soltanlarına  müqavimət  siyasətini 

davam  etdird i.  Ço x  keçmədən  o,  Məsudun  adının  xütbələrdə  çəkilməsini  dayan -

dırdı,  ona  qarĢı  birgə  fəaliyyət  göstərmək  barədə  razılığa  gəld iyi  Davudun  adına 




301 

 

xütbə  o xun ması  haqqında  sərəncam  verdi.  Bağdadda  Məsuda  qarĢı,  mahiyyətcə 



Ġraq  soltanlığının  mərkəzi  hakimiyyəti  əleyhinə  xəlifə,  Davud  və  Mosul  atabəyi 

Zəngidən  ibarət  üçlər  ittifaq ı  yaradıldı.  Qəzv inin,  Farsın,  Ġsfahanın  və  digər 

yerlərin  hakimləri  də  bu  ittifaqa  qoĢuldular.  Lakin  çox  keçmədən  Bağdad  üzərinə 

hərəkət  edən  Məsudun  təzyiqi  altında  Davud,  onun  ardınca  isə  atabəy  Zəngi 

ittifaqdan çıxd ılar. Məsud Bağdada daxil olaraq, Ģəhərdən getmiĢ  xəli fə ər-RəĢid in 

əvəzinə əl-Müqtəfini xəlifə etdi. 

1136-c ı ildə Məsud Arranı (Bərdəni) ġə msəddinə iqta verdi. 

1138-c i  ildə  Ġsfahanda  sabiq  xə lifə  ə r-RəĢid  isma ililər  tərəfindən  qətlə 

yetirildi.  Həmin  dövrün  bir  çox  müəllifləri  bu  xəlifənin  öldürülməsində  də 

Səlcuqiləri günahkar hesab edirdilər. 

Bu hadisədən sonra Ġraq soltanlığında siyasi vəziyyət daha da gərginləĢdi. 

Soltan  Məsud  tərəfindən  hüquqları  məhdudlaĢdırılmıĢ  vilayət  hakimləri  mərkəzi 

hakimiyyətə  qarĢı  açıq  mübarizəyə  giriĢdilər.  Mü xalifətə  A zərbaycan  hakimi 

atabəy  Qara  Sunqur  baĢçılıq  edird i.  Səltənət  iddiasında  olan  səlcuq  Ģahzadələri 

SəlcuqĢah  və  Davud  Qara  Sunquru  müdafiə  edird ilər.  1139-cu  ildə  Qara  Sunqur 

Həmədana  doğru  irəlilədi.  O,  Məsudu,  özünün  uzaqgörən  vəziri  əl-Xazin i  edam 

etdirib,  onun  yerinə  öz  Ģə xsi  vəzirini  qoymağa  məcbur  etdi.  Ġbn  əl-Əsirin 

məlu matına  görə,  bu  zamandan  bəri,  yeni  vəziri  tərəfindən  müstəqilliyi  əlindən 

alın mıĢ  soltanın  vəziyyətindən  istifadə  edən dövlət  əmirləri  ö zbaĢına  surətdə  iqta 

torpaqlarını  ələ  keçirməyə  baĢladılar,  ona  ölkənin  quru  "soltanlıq"  adından  baĢqa 

bir Ģey qoymadılar. 

Bundan  sonra  mü xalifətin  mərkəzi  Azə rbaycana  keçdi.  Qara  Sunqurun 

israrı ilə Məsud Davudu özünün varisi elan etdi,  lakin  Davud ismaililər tərəfindən 

qətlə  yetirildi.  Məsudun  digər  rəqibi-Fars  ərazisini  fəth  edən  SəlcuqĢah,  Qara 

Sunqur  tərəfindən  həmin  ərazinin  hakimi  təyin  olunsa  da,  çox  keç mədən  bu 

vilayətin  sabiq  hakimi  Bo z  Apa  tərəfindən  öldürüldü,  Fars  vilayəti  yenidən  Boz 

Apanın əlinə keçdi. 

Bu  zaman  Gəncədə  baĢ  vermiĢ  zəlzələ,  dağılmıĢ  Ģəhərdə  bütün  ailəsi 

həlak olan Qara Sunqurun SəlcuqĢahın köməy inə getməsinə mane oldu. Zəlzələn in 

Ģahidi,  gəncəli  M xitar  QoĢ  həmin  hadisəni  belə  təsvir  etmiĢdir:  "Areq  ayın da, 

həmin  ayın  18-ci  günü,  cümədən  Ģənbəyə  keçən  gecə  (1139-cu  ilin  30  sentyabrı, 

Ģənbə),  müqəddəs Georgi bayramı günündə Tanrı qəzəbin in gücü dünyanın baĢına 

endi,  yer  özündən  çıxdı  və  dəhĢətli  təkanların  əmələ  gətird iyi  güclü  dağıntı  bu 

ölkəyə - Albaniyaya yetiĢdi. Zəlzələ nəticəsində bir ço x yerlərdə, Parisos və Xaçın 

vilayətlərinin   düz  və  dağlarında  xeyli  dağıntı  baĢ  verdi.  Ölkən in  paytaxtı  Gəncə 

onun sakinlərin i də udan cəhənnəm girdabına yuvarlandı. Torpaq öz səthinin bütün 

guĢələrində  onları  öz  ağuĢuna  almıĢdı.  Dağlıq  bölgələrdə  isə  bir  ço x  qala  və 

kəndlər  monastırları  və  kilsələri  ilə  birgə  adamların  baĢlarına  uçmuĢ,  xarabazara 

çevrilmiĢ,  saysız  miqdarda  insan  dağılmıĢ  bina  və  bürclərin  altında  qalmıĢdı". 

Ortaçağ  müəlliflərinin  (Ġbn  əl-Əsir,  Ġbn  əl-Ġbri  və  b.)  məlu matına  görə,  o  zaman 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə