154
titulları vali -"caniĢin" titulunu əvəz edirdi (məsələn, Azərbaycanla bağlanılan
müqavilədə Utba ibn Farkad
amil adlanırdı). ĠĢğalın geniĢ Ģəkil aldığı sonrakı illərdə
artıq əmir, amil və eləcə də qazı (hakim) vəzifələri ayrı-ayrı Ģəxslər arasında
bölüĢdürüldü. Vilayətin idarəsi əmir və ya valinin baĢçılıq etdiyi və vilayətin baĢ
Ģəhərində yerləĢən divan[xana] vasitəsilə həyata keçirilməyə baĢladı: amil -vergi
iĢlərini idarə edən mülki hakim, qazı isə məhkəmə iĢlərinə baxan d ini hakim idi.
ĠĢğal gedə-gedə təyin olunan ilk caniĢinlər əvvəlki yerli hakimlərlə müqavilə
bağlayır, onlardan siyasi asılılıq və cizyə tələb edir, əvəzində isə keçmiĢ imtiyazlarını
saxlamağa boyun olur və hətta bəzən müqavimətsiz tabe olmuĢları öz köhnə
yerlərində saxlayırdılar. ĠĢğal olun muĢ Azərbaycanda da vəziyyət belə idi: əl-
Bəlazurin in məlu matına görə, Ərdəbildə iqamətgahı olan keçmiĢ Sasani mərzbanı
ərəb üsul-idarəsinə tabe olduqdan sonra öz əvvəlki iqa mətgahını və imtiyazlarını
saxlay ır, əhalidən yığdığı vergiləri isə artıq Xilafət xəzinəsinə göndərirdi.
Ərəblərin siyasi hakimiyyətini qəbul edən və vergi ödəməyi öhdəsinə götürən
Albaniya iĢxanı CavanĢir də yalnız bu yolla öz əvvəlki imtiyazların ı qoruya
bilmiĢdi. Pu l və natura ilə toplanmıĢ vergi xəlifə xəzinəsi agenti vasitəsilə ərəb
caniĢininə çatdırılırd ı. Məh z bu dövrdə iĢğal zonalarının idarəsində yerli hakimlərlə
yanaĢı, yüksək rütbəli ruhanilər - Adurbadaqanda - mobed, Albaniyada isə
katolikos iĢtirak edird ilər. Yerli üsuli-idarəyə verilən bu sərbəstlik mərkəzi
hakimiyyətin zə iflədiy i dövrlərdə ə rəblərlə bağlanılan müqavilə lərin pozulmasına
və vergilərdən imtina edilməsinə səbəb olurdu. Belə b ir hadisə Azərbaycanda da
baĢ verdi: fütuhatdan düz bir il sonra, Azərbaycanda baĢ verən çıxıĢlar müqavilən in
pozulmasına, bu isə torpaqlarımızın yeni iĢğalına gətirib çıxartd ı. Elə o vaxt Həb ib
ibn Məsləmənin və Salman ibn Rəbiənin baĢçılıq etdiyi ərəb qoĢunları bütün tarixi
Azərbaycan ərazisini, eləcə də, Cənubi Qafqazın qalan vilayətlərini tuta
bilmiĢdilər. Adətən, yeni müqavilənin Ģərtləri daha ağır olurdu, ancaq
azərbaycanlılar köhnə müqavilənin təsdiqinə müvəffəq oldular və onun Ģərtlərinə
əməl edəcəklərini bildirdilər. ĠĢğal etdikləri ərazidə əsasən iri Ģəhərləri və mühüm
qovĢaqları tutan ərəblər bu yerlərdə rabitəçi dəstələri yerləĢdirir, qalanları isə
yürüĢü davam etdirird ilər. Ərəblərin fəal hərbi ekspansiya apardığı ilkin çağlarda
daha çox fəaliyyət göstərən belə qarnizonlarda (rabatlarda) əsgərlər dördillik
icbari xid mət keç mə li id ilə r. Fütuhat tam baĢa çatdıqdan, Azərbaycanın həm
cənub, həm Ģimal hissələri bütövlükdə ərəb iĢğalı dairəsinə daxil olduqdan sonra,
belə əsgəri hissələr iri Ģəhərlərlə yanaĢı, həmçin in sərhəd zonalarında, xüsusilə
Xilafətin təhlükəli Ģimal hüdudlarında yerləĢdirild i. Belə ki, Dərbəndi tutan ərəblər
ilk növbədə onun mühüm strateji mövqeyinə diqqət yetirdilə r və burada
xəzərlərdən qorunmaq üçün güclü qarnizon yerləĢdirdilər. Elə bu dövrdə Kasak
(Qazax) kimi sonralar möh kəmləndirilmiĢ Ģəhərlərə çevrilən hərbi düĢərgələr, dağ
keçid lərində isə "bab" (qapı, darvaza) ad lanan xüsusi məntəqələr yaradıldı.
Ərəblərin möhkəmləndird iyi və hərbi hissələr yerləĢdirdiyi bu düĢərgə və
məntəqələrin əksəriyyəti hələ Sasanilər dövründən qalma id i.
155
Qarnizonda yerləĢən dəstələr nəinki hərbi xidmət göstərir, eləcə də təsərrüfat
iĢlərinə baxır, tabeliklərində olan ərazilərə nəzarət edir, müqavilədə nəzərdə tutulan
vergilərin toplanmasına, mükəlləfiyyətlərin yerinə yetirilməsinə göz olurdular.
Qarnizonların saxlanılması onsuz da Xilafətin ağır vergi boyunduruğuna düĢmüĢ yerli
əhalinin üstündə idi.
Xilafətin Ģimal hüdudlarının möhkəmləndirilməsi xəlifələr tərəfindən həyata
keçirilən köçürmə siyasəti ilə müĢayiət edildi: özlərindən əvvəlki iĢğalçıların
(iranlıların və b.) yolu ilə gedən ərəblər böyük miqdarda ərəb əhalisini həmin
vilayətlərdə məskunlaĢdırdılar.
Azərbaycanın münbit torpaqları, gözəl təbiəti çox yerdə sərt iqlim Ģəraitində
yaĢayan ərəbləri cəlb edir, öz yerlilərinin burada xəlifə qulluğunda olmasından istifadə
edənlər axıĢıb Azərbaycana gəlirdilər. Mənbələrin (əl-Bəlazuri, Ġbn əl-Fəq ih və b.)
məlu matına görə hələ "Əli ibn Əbu Talib (656-661) əl-ƏĢas ibn Qeysi Azərbaycana
hakim təyin etdikdə... o, Ərdəbildə əta və divan siyahısına salınmıĢ ərəblərdən
yerləĢdirdi... Ərəblər Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və
ġamdan olan qohumları da buraya axıĢdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir
hissəsi isə əcəmlərin torpağını satın aldı. Kəndlər həmin ərəblərin himayəsinə keçdi,
belə ki, ərəblər onları müdafiə etməli id ilər, kəndlilər isə ərəblərin yardarına
çevrildilər".
VIII yüzilin 30-cu illərinin baĢlanğıcında Azərbaycan və Ərminiyəyə yenidən
hakim təyin edilmiĢ Məsləmə ibn Əbdülməlik Dərbənd sərhəd vilayətində ərəblərin
mövqeyini daha da möhkəmləndirmək məqsədilə, artıq qeyd etdiyimiz kimi, Dərbəndi
dörd zonaya bölüb, burada Fələstin, ġam və əl-Cəzirəhin bir çox yerlərindən olan
iyirmi dörd min ərəb döyüĢçüsünü yerləĢdirdi. Bundan bir neçə il sonra, 736-cı ildə,
xəlifə HiĢam dövründə Dərbəndin hakimi təyin edilmiĢ Əsəd ibn Zafir əs-Suləmi,
"Dərbəndnamə"nin məlumatına görə, xəlifənin ona qoĢduğu dörd yüz silahdaĢı və
mü xtəlif ərəb qəbilələrindən olan adamlarla birlikdə Ģəhərə göndərildi.
Əsasən Ģimal ərəb tayfalarına iltifat göstərən Əməvi xəlifələri ilk ərəb
kolonistlərinə Azərbaycanda torpaq ayırarkən, onları oturaq həyata keçirərkən iki məqsəd
güdürdülər: əvvəla xəzinəni təqaüd xərcindən xilas edir, ikincisi, iĢğal olunmuĢ ərazilərdə
ərəblərin hakimiyyətini möhkəmləndirirdilər. Əməvilər sülaləsinin süqutundan (750) az
sonra sonuncu Əməvi xəlifələrinin arxalandıqları Ģimal ərəb tayfaları öz imtiyazlarından
məhrum oldular. Cənub ərəb tayfalarına arxalanan Abbasilər Ģimal tayfalarını tədricən
Azərbaycan və Arrandakı məskənlərindən sıxıĢdırmağa baĢladılar. A zərbaycanın
cənubunda - Təbrizdə rəvvadilər, anic və Cilbayədə həmdanilər, Bərzədə avdilər,
Nerizdə tailər,Səratda kindilər və s. məskunlaĢdılar. Beləliklə, əl-Yəqubinin sözləri
ilə desək, " Yəməndən olan [cənub] qəbilələri [Ģimallı] nizarilərin yerlərini
tutdular".
Ancaq Ģimalda, Arranda yeni sülalənin nümayəndələri orada məskunlaĢmıĢ
Ģimal tayfaları tərəfindən düĢmənçiliklə qarĢılandılar. Beyləqanda, eləcə də Bərdə,
Qəbələ, Dərbənd və bir çox baĢqa yerlərdə Abbasilərə güclü müqavimət göstərildi. Bu