152
bütün ġimal kustunu əhatə edən bu ad, ərəb hakimiyyəti dövründə, Ģimalda
Dərbənddən cənubda Zəncana qədər olan bilavasitə tarixi Azərbaycan ərazisinə aid
edilird i. Bu yerlərdə olmuĢ X əsr müəllifi Ġbn Havqəl özünün tərtib etdiyi Xəzər
dənizinin xəritəsində həmin dövrün tarixi coğrafiyasını əks etdirən məh z bu təsviri
vermiĢ, Dərbənddən Gilanadək ərazini Azərbaycan adlandırmıĢdı
1
. Onun Cənubi
Qafqaz bölgəsini təsvir edən digər xəritəsində bölgə vilayətlərin in dəqiq hüdudları
göstərilir. Cənubi A zərbaycan - Adurbadaqan Arran - Albaniyadan Araz çayı ilə
ayrılır, bilavasitə Ermən istan isə Xilat (Van) gölü ilə Araz çayının yu xarı axarı
arasında yerləĢdirilir.
Orta əsr ərəb müəlliflərinin (Ġbn Xordadbeh, əl-Bəlazu ri, əl-Yəqubi, Ġbn
əl-Fəq ih və b.) ərəb inzibati-ərazi bölgüsü barədə təqdim etdikləri material b ir
qədər qarıĢıq olsa da, biri digərini ta ma mlayan bu mə lu matla ra görə, I Ərmin iyə
adlanan ərazi ö z tərkib ində ərəblərin Arran adlandırdıq ları qədim Albaniya tor-
paqlarını (Sünik - Sisəcan - Sisakan ilə birlikdə) birləĢdirirdi. Ərəb Arran
vilayətinin tərkibinə Albaniyanın bilavasitə özündən baĢqa 644-cü ildən 1122-ci
ilədək müsəlmanların tabeliy ində olan Tiflis və onun civarları da daxil idi.
II Ərminiyə adlandırdıq ları hissəyə ərəb inzibati hakim dairələri Curzanı
(Gürcüstanın bir hissəsini), Tiflis yaxınlığında, Kür çayı sahilində yerləĢən
Suğdəbil Ģəhərini, Dərbəndin yaxınlığındakı Bab Feyruz Qubad Ģəhərini, eləcə də
Lakz vilayətini daxil edirdilər. Yalnız III və IV Ərəb Ərminiyəsi ermən ilərin
Dəbildən ġimĢatadək yaĢadıqları yerləri əhatə edird i.
Beləliklə, Xilafətin Cənubi Qafqazdakı I və II Ərmin iyə in zibati bölgüləri
Ģimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz
dağlarından Ģərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin
Arran adlandırd ıqları qədim Albaniya torpaqlarını özündə birləĢdirird i.
VIII yü zilin sonu - IX yüzilin I yarısında Xilafətin daxilində baĢ verən
hadisələr ərəb iĢğal dairələrin in Cənubi Qafqaz ərazisində yaratdıqları süni
"Ərminiyə" inzibati birləĢ məsinin faktiki olaraq ləğvinə gətirib çıxartdı. Ço x
keçmədən, bu dövrdə həm də Bizansla müharibə aparan Xilafətin zəifləməsi onun
yerlərdəki hakimiyyətini də nominallaĢdırd ı. Məhz buna görə formal olaraq
Azərbaycan, Arran və Ermənistanı birləĢdirən vahid Qafqaz caniĢin liy i - v ilayəti
yaradılsa da, əslində Xilafətin Qafqazdakı siyasi nüma-yəndəsinə - valiyə tabe olan
və ona vergi verən yerli feodallar ö z mü lkləri daxilində hakimiyyət v ə imtiyazlarını
qoruyub saxlaya b ilmiĢdilər.
X əsrin mü xtəlif illərində Azərbaycan torpaqlarında da olmuĢ əl-Ġstəxri,
Ġbn Havqəl, əl-Müqəddəsi və b. artıq köhnə inzibati bölgünün adını çəkmir, mü xtə-
1
Bu məlumatın Azərbaycanın tarixi coğrafiyası üçün əhəmiyyətini yaxĢı dərk
edən qərəzli rus alimi A.P.Novoseltsev Xəzər dövlətinə həsr etdiyi kitabın (VI., 1990) üz
cildində dərc etdirdiyi Ġbn Havqəlin xəritəsindəki bütün coğrafi adların ərəb dilindən rus
dilinə tərcüməsini də vermiĢ, yalnız ərəb qrafikası ilə qeyd edilmiĢ, Gilandan Dərbəndədək
uzanan "Azərbaycan" sözünü açmamıĢdır.
153
lif gəlmə və yerli sülalə lərin hakimiyyətləri altında olan Cənubi Qafqaz ölkə lərini -
Azərbaycan, Arran və Ermənistanı "yalnız bir
məlik - hökmdar idarə etdiyi" üçün
"vahid ərazidə" birləĢdirirdilər. Əsrin 80-ci illərində Qafqazda olmuĢ əl-Müqəddəsi
bu yerlərin hamısını birlikdə "ər-Rihab iqlimi" (yəni bölgəsi) adlandırır. Onun
sözlərincə, "ər-Rihab geniĢ və səfalı iqlimd ir. Meyvə və [xüsusilə] ü zü mü boldur.
Qiy mətlər ucuzdur... Biz bu yerləri birləĢdirə biləcək ü mu mi ad tapa bilməd iyimiz
üçün onu ər-Rihab adlandırdıq" (məzmununa görə bu söz "geniĢ yer" kimi açıq lana
bilər, N. V.).
Yenə onun məlu matına gorə, ər-Rihab iqliminin üçdə birini təĢkil edən
Arran Xəzər dənizi ilə sərhəddə axan Araz çayı arasında adaya bənzəyir, əl-Məlik
(Kür) çayı onu ikiyə bölür. Yeri gəlmiĢkən, onu deyək ki, Kür çayı Arranı sağ və
sol sahillərə böldüyü üçün Ġbn Havqəl buranı "iki Arran" adlandırırd ı. BaĢqa ərəb
mənbələri də tarixi A lbaniya ilə tarixi Adurbadaqan arasında ayrıcın Araz çayı
boyunca keçdiyini təsdiq edirlər. Belə ki, X əsr müəllifi əl-Məsudiyə görə, ər-Ras
çayı " xürrəmi Babəkin Azərbaycanda sahib olduğu əl-Bəzzeyn adlı yerlə Arrana
aid olan Əbu Musa (Qarabağ - N V.) dağı arasında axır".
Ərəblərin Arran ərazisində tabe etdikləri vilayətlər sırasında erkən ərəb
müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi və b.) alban vilayət və nahiyələri Sakas enanın
(ġakaĢenanın), Kambisenanın (Kəmb iranın), Utinin, Sisakan-Sünikin (Sisəcanın),
Xaçın ın, Mets Ġrankın (əl-Məsiranın), Mets Kuenkin (əl-M iskuanın), ġəkinin, eləcə
də ġirvanın, Layzan ın, Məsqətin, Xursanın, ġabranın, Təbəsaranın, Muğaniyənin
və b.-nın adlarını çəkirlər.
Ərəblərin iĢğalına qədər Cənubi Azərbaycanın paytaxtı Ərdəbil idi; ancaq ərəb-
xəzər müharibələrinin baĢlanması ilə Ərdəbil və onun ətraflarının gərgin döyüĢ
meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxtın
yenidən bərpa edilmiĢ Marağaya köçürülməsinə səbəb oldu. IX əsrin sonunadək, yəni
Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək bu yer vilayətin baĢ Ģəhəri oldu.
Arranın baĢ Ģəhəri isə Həbib ibn Məsləmənin ikinci yürüĢündən sonra (654-cü ildən)
bütün Qafqaz ərəb caniĢinliyinin yeni iqamətgahına çevrilmiĢ Bərdə idi.
Fütuhatın ilk çağlarında iĢğal olunmuĢ əraziyə nəzarət məqsədilə, adətən
həmin yeri fəth etmiĢ ordunun baĢçısı vali təyin edilirdi. ĠĢğalın davam etdiyi bu illərdə
həmin baĢçılar bəzən obyektiv səbəblər üzündən iĢğal etdikləri yerin idarəsini, əlbəttə
xəlifənin razılığı ilə, silahdaĢlarından birinə həvalə edir, özləri isə mərkəzin iĢğal
siyasətini davam etdirirdilər. Məsələn, Azərbaycana yürüĢün ilk iĢtirakçılarından olan
sərkərdə Bukayr, yuxarıda gördüyümüz kimi, Ģimala hərəkət əmri aldığından öz yerinə
Utba ibn Farkadı təyin edir. Həmin dövrdə amil titulu daĢıyan Utba ibn Farkad Xilafətin
Azərbaycandakı nümayəndəsi kimi Azərbaycan mərzbanı ilə müqavilə bağlayır. Amil
titulunu əsasən vergiyə nəzarət edən xəzinə qulluqçuları daĢıyırdılar. Lakin Xilafətin
siyasi tabeliyini qəbul etmiĢ iĢğal zonalarında baĢlıca məqsədin vergi yığmaq olduğu bu
ilk dövrdə həm mülki, həm hərbi hakimiyyət çox vaxt eyni adama - o yerləri fəth etmiĢ
hərbi baĢçıya həvalə edildiyi üçün amil - "vergiyə nəzarət edən" və əmir - "hərbi baĢçı"