133
bildilər. Yerli qaynağın məlumatına görə "CavanĢir böyük Ġran Ģahlığının tənəzzülü haqqında
fikirləĢərək və keçmiĢ ġərq Ģahlarının müstəbid olmalarını yada salaraq öz Ģəxsiyyətinə
xüsusi təmtəraq verdi və belə qənaətə gəldi ki, bundan sonra öz hakimiyyətini heç kəsə
tabe etməsin".
Lakin çox keçmədən barıĢığı pozan iranlılar Albaniyaya yeni qüvvələr
göndərsələr də, müttəfiq gürcü qoĢunlarının köməyinə arxalanan CavanĢir düĢmən
hücumunun qarĢısını ala bilir.
642-ci ilədək davam edən bu münaqiĢə ərəblərin Sasani imperiyasının Ģimal
vilayətlərinə hücumu ilə baĢa çatır.
§ 3. ƏRƏBLƏRĠN AZƏRBAYCANA YÜRÜġLƏRĠ
Mənbələrdəki ziddiyyətli faktlara baxmayaraq, ərəblərin Sasani imperiyasının
Xəzərsahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baĢ
verən Nihavəndin və Həmədanın fəthindən sonra mümkün oldu. Tədqiqatçıların
fikrincə (A.Ġ.Kolesnikov), əhəmiyyətinə və ciddi nəticələrinə görə ərəblər üçün çox
qələbələrdən üstün olan Nihavəndin süqutu iranlıların milli Ģüurlarına ağır zərbə
endirdi. Tarixçi ət-Təbərin in dili ilə desək, o gündən iranlıların birliyi pozuldu.
Bundan belə hər vilayətin əhalisi düĢmənlə yalnız öz vilayəti hüdudlarında döyüĢürdü.
Əl-Bəlazurinin verdiyi məlumata görə, Nihavənd döyüĢündən bilavasitə sonra ərəblər
Həmədan-Rey yolu üstündə yerləĢən, alimlərin fikrincə, o dövrdə hələ Ģəhər
səviyyəsinə yüksəlməyən və adi qalalardan olan Qum və KaĢanı tutdular. Bu
qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər Ģimala doğru
istiqamət götürdülər.
Ərəblərin A zərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu
Ģəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd
nahiyəsini iĢğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləĢdirdilər. Məhz bu
qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və Ġranın Xəzəryanı vilayətlərinə ediləcək
yürüĢlərə hazırlıq görürdülər.
Ərəb iĢğalının müsibətli nəticələrini yaxĢı dərk edən Azərbaycandan,
Deyləmdən və Reydən olan qeyri-nizami qoĢunlar Dəstəbə yaxınlığındakı Vacrud
adlı yerdə toplaĢdılar. Burada baĢ verən qanlı döyüĢü ət-Təbəri hər iki tərəf üçün ağır
itkilərinə görə Nihavənd və baĢqa böyük vuruĢmalarla müqayisə edir: "Nihavənd
vuruĢmasına bərabər, ondan geri qalmayan böyük bir döyüĢ oldu, bu böyük vuruĢmada
saysız-hesabsız adam qırıldı".
Ərəblərin qalib gəldiyi bu ağır vuruĢmada azərbaycanlı döyüĢçülərin baĢında
134
Azərbaycan mərzbanı Ġsfəndiyar ibn Fərruxzad dururdu. Reydən yarımçıq qayıtdıqdan
sonra o, seyrəlmiĢ qoĢununu Azərbaycanın Bacarvan, Miməz, Bəzz, Sərab, ġiz,
Məyanic (Miyanə) və b. Ģəhərlərindən topladığı əsgərlərin hesabına artırdı.
Nihavənd döyüĢündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin iĢğalı hələ tam
baĢa çatmamıĢ, xəlifə Ömərin (634-644) əmri ilə Bukayr ibn Abdullah və Utba ibn
Farkadın baĢçılıq etdikləri qoĢun dəstələri Azərbaycan sərhədlərini keçdilər.
Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında Ġsfəndiyarın hələ yaxĢı möhkəmlənə
bilməmiĢ dəstələri onları qarĢıladı. Mənbələrin məlumatına görə, bu, Bukayrın
Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquĢması idi. Bir neçə gün davam edən
qanlı döyüĢ ərəblərin qələbəsilə baĢa çatır. Qırılan qırılır, qaçan qaçır, Ġsfəndiyar özü isə
əsir düĢür.
Rey yanındakı döyüĢlərin ərəblər üçün müvəffəqiyyətlə baĢa çatdırılması,
xəlifənin Bukayra kömək göndərmək haqqında əvvəlki əmrinin yerinə yetirilməsinə
imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən Ġsfəndiyarın qardaĢı
Bəhramın baĢçılığı altında təĢkil olunmuĢ yeni qoĢun Utba ibn Farkadın dəs təsinə
hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram zorla qaçıb canını qurtarır.
Hələ də Bukayrın yanında əsirlikdə qalan Azərbaycan mərzbanı Ġsfəndiyar isə bu
hadisədən sonra ərəblərlə sülh müqaviləsi imzalamalı olur. Bu müqaviləyə görə
Azərbaycan əhalisi "imkanları daxilində" can vergisi - cizyə ödəməli idi; "qadınlar və
uĢaqlar, həmçinin yaĢamaq üçün vəsaiti olmayan xroniki xəstələr, dünya malından heç
nəyi olmayan zahidlər" bu vergidən azad olunurdular.
Yeni hakimiyyət Azərbaycanın bütün əhalisinə, "onun düzlərində,
dağlarında, ucqar və sərhəd yerlərində yaĢayanlarına, onların əmlakına, dini icmalarına,
qanunlarına, qaydalarına aman" verməyi öz üzərinə götürürdü.
Cərmidan yanındakı döyüĢ bu vaxtadək bir çox döyüĢləri zəfərlə baĢa çatdıran
ərəblərin Ģimala - Albaniyaya, Qafqaza olan yolunu açdı. Xəlifə Ömərin əmri ilə
Bukayr, sərkərdə Utba ibn Farkadı xəlifənin Azərbaycandakı amili vəzifəsinə təyin
edib, özü isə ilk növbədə, ərəblərin Bab əi-Əbvab ("Qapılar qapısı") adlandırdıqları
Dərbəndin fəthinə hazırlıq görməyə baĢladı; çünki ərəblər yaxĢı baĢa düĢürdülər ki,
Ģimal sərhədlərini möhkəmləndirmədən, Qafqaz keçidlərini, o cümlədən Dərbəndi öz
nəzarətləri altına almadan Azərbaycanı, eləcə də Cənubi Qafqazın baĢqa vilayətlərini
tabe etmək mümkün olmayacaq. Buna görə də xəlifənin əmri ilə Bukayr elə həmin il
Dərbənd üzərinə hücuma keçdi.
ġimal yürüĢünün çətinliklərini əvvəlcədən görən xəlifə Ömər
sərkərdələrindən Suraka ibn Əmri, Huzayfa ibn Asid əl-Qaffarini, Həbib ibn
Məsləməni, habelə Əbd ər-Rəh man və Salman ibn Rəbiə əl-Bəhili qardaĢlarını
qoĢunları ilə birgə Bukayrın köməyinə göndərdi. Dəstələr Dərbənd divarı yanında
Bukayra çatdılar. Xəlifənin əmrilə birləĢmiĢ qoĢunların komandanı təyin edilən Suraka,
Əbd ər-Rəhman ibn Rəbiə əl-Bəhilinin dəstəsini əsas qüvvənin qabağında, Huzayfa
və Bukayrın qoĢunlarını sağ və sol cinahlarda yerləĢdirdi; son zərbəni isə Salmanın
dəstəsi endirməli idi.