150
§ 2. XĠLAFƏTĠN AZƏRBAYCANDA ĠNZĠBATĠ
SĠYASƏTĠ, ĠDARƏETMƏ SĠSTEMĠ
VƏ KÖÇÜRMƏ SĠYASƏTĠ
Ġspaniyadan Hindistanadək bir ço x ölkə və xalqları tabe etmiĢ ərəblər,
iĢğal etdikləri yerlərdə yeni tipli idarə sistemi qura bilmədiklərindən, bu yerlərin
əvvəlki idarə sistemlərini saxlamalı oldular. Mü xtəlif xalq lardan alınan və idarə
iĢini yüngülləĢdirmək məqsədilə çox vaxt köhnə coğrafi və ya inzibati adını
saxlayan bu ərazilər müstəqil və ya asılı ölkədən Xilafətin ço xsaylı vilayətlərinə
çevrild ilər. Bu vilayətlər, adətən həmin yerləri fəth etmiĢ sərkərdənin və ya
yürüĢün bilavasitə iĢtirakçısının idarəsi altında ərazicə yaxın torpaqları özlərində
birləĢdirirdi.
Ərəblərin iĢğalı ərəfəsində tarixi A zərbaycan torpaqları ilə yanaĢı, ġərqi
Gü rcüstanı və ġərqi Ermən istanı, Ġranın bir sıra vilayət və Ģəhərlərin i (Təbəristan,
Gilan, Dih istan, Rey və b.) də özündə birləĢdirən Sasanilərin Ģimal kustakı (kustu)
- əyaləti olan Adurbadaqan (Azərbaycan) bir inzibati vahid kimi cənubda
Həmədan, Əbhar və Zəncandan Ģimalda Dərbəndədək uzanı rdı; tədqiqatçıların
(Y.Pa xo mov, K.Trever, V.Henninq və b.) ə ksəriyyətinin 567/ 568-c i ilə a id
etdikləri Dərbənd divarlarındakı pəhləvi yazısı imperiyanın Ģimal sərhədinin
Dərbənddən keçdiyini b ir daha təsdiq edir.
Ərəblərin Qafqaza hücu mları zamanı Süniklə b irlikdə Albaniya, eləcə də
Gü rcüstanın bir hissəsi xəzərlərin əlində idi. BaĢ vermiĢ ərəb iĢ ğalı bu ölkələrin
tarixi-coğrafi əra zi bütövlüyünü saxlasa da onların in zibati adını dəyiĢdirdi. Ġlk
çağlar Azərbaycanın cənub hissəsi olan Adurbadaqan Albaniya, Ermənistan, ġərqi
Gü rcüstan və əl-Cəzirə vilayəti ilə birlikdə yeni yaranmıĢ gənc ərəb dövlətinin beĢ
vilayətindən birini təĢkil edirdi. VIII əsrin baĢlanğıcında Qafqazın iĢğal olunmuĢ
torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir
dövlət kimi ləğv edilən Albaniya ərəb vilayəti Arrana (ar-Ran, Aran) çevrildikdə,
"Ərminiyə" adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daĢıyan ərəb vilayəti öz tərkibində
təkcə Cənubi Qafqazın qalan hissəsinin fəthindən bir neçə il əvvəl iĢğal olunmuĢ
bilavasitə Ermənistanı deyil, eləcə də keçmiĢ Albaniya və Ġberiya ərazilərini də
birləĢdirirdi. Yeni ərəb inzibati termininin yuxarıda adı çəkilən ölkələrə də Ģamil edilməsi
Bizans imperatoru I Yustinianın (527-565) islahatları nəticəsində VI əsrin ortalarında
yaranmıĢ Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi. Ərəblərəqədərki inzibati
quruluĢdan miras qalmıĢ "Ərəb Ərminiyəsi" inzibati adının yaranmasına baĢqa obyektiv
səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azərbaycan torpaqlarına qədəm basmamıĢ,
artıq 639-640-cı illərdə, Mesopotamiya yürüĢü zamanı Bizansın tabeliyində olan
erməni torpaqlarını ələ keçinniĢ, ikincisi isə ərəb iĢğal zonasını idarə edən caniĢinin
qərargahını ermənilərin baĢ Ģəhəri Dəbildə -Dvində yerləĢdirmiĢdilər. Təbii ki,
özlərindən əvvəlki Bizans inzibati-idarə sisteminə varis çıxmıĢ ərəblər, baĢqa yerlərdə
olduğu kimi, burada da köhnə dövrə aid "Ərminiyə" adını saxlamıĢdılar. O da təbiidir ki,
151
iĢğal prosesində əllərinə keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində olan
zonaya qatmıĢ, bir bölgədə yerləĢən bu torpaqları birlikdə "Ərminiyə" adlandırmıĢ ,
bütün Cənubi Qafqazdakı iĢğal zonasının idarəsini Dəbildə oturan ərəb caniĢininə -
amilinə həvalə etmiĢdilər. Bu obyektiv səbəblərlə yanaĢı, qədim kitablardan faydalanan
erkən ərəb müəlliflərinin (Ġbn Xordadbeh, Ġbn əl-Fəqih və b.) islamaqədərki siryani
xristian ədəbiyyatından (məsələn, VI yüzildə yaĢamıĢ Mitilen Zaxarinin əsərindən)
istifadə etmələri də mümkündür; bu ədəbiyyatdan olan məlu mata görə Qurzan
(Gürcüstan) və Aran (Albaniya) hələ ərəblərəqədərki dövrdə "Ermənistanda olan torpaqlar"
adlanırdı (bu dövrün ən yaxĢı tədqiqatçılarından azərbaycanlı alim Z.M.Bünyadov və
erməni alimi A.N.Ter-Gevondyan bunu haqlı olaraq kilsə birliyi kimi qəbul edirlər).
VII əsrin a xırlarında ərəblərlə əks cəbhədə olan Bizansa qarĢı ideoloji
mübarizə aparan erməni din xadimlərinə etdikləri xid mət müqabilində xəlifənin
göstərdiyi iltifat və yürütdüyü qərəzli siyasət bu inzibati adın bir qədər də
möhkəmlən məsinə səbəb oldu.
Beləliklə, Sasanilər dövründə Xəzəryanı Ġran vilayətləri ilə yanaĢı, bütün
Cənubi Qafqaz vilayətlərini özündə birləĢdirən inzibati Adurbadaqan - Azərbaycan adı
ərəb hakimiyyətinin ilk dövründə Xilafətin yalnız Cənubi Qafqazda iĢğal etdiyi yerlərə
verilən inzibati Ərminiyə adı ilə əvəz olundu. Alban kilsəsinin erməni kilsəsinə tabe
edilməsi və bununla əlaqədar bütün Arran və Ermənistan xristianlarına real rəhbərliyin,
müvəqqəti də olsa, erməni katolikosunun əlində cəmlənməsi, VIII yüzilin baĢlanğıcında
Albaniyanın özünün də bir dövlət kimi süqutu xəlifə Əbdülməlik ibn Mərvanın (685-
705) baĢladığı yeni inzibati islahatın nəticəsi olan bu inzibati bölgü sistemin in həyata
keçirilməsinə Ģərait yaratdı. Onu da qeyd etməliyik ki, VI əsrdə imperator I Yustinianın
Qərbi Ermənistanda, yəni coğrafi baxımdan ərəb Ərminiyəsindən fərqlənən yerdə
həyata keçirdiyi bu inzibati bölgü (o cümlədən bu bölgünün daha kiçik vahidləri olan I-
IV Bizans Ermənistanı adları) yalnız bilavasitə ermənilərin yaĢadıqları əraziyə aid idisə,
"Ərəb Ərminiyəsi" vilayətləri indiki kimi azərbaycanlıların, gürcülərin, ləzgilərin və b.-
nın yaĢadıqları və ermənilərə dəxli olmayan Cənubi Qafqaz torpaqlarını əhatə edirdi.
Vaxtilə Bizansın tabeliyində olan erməni torpaqları kimi, ənənəvi olaraq onlar da I-IV
Ərminiyə adı ilə dörd hissəyə bölünürdü.
Xilafət qoĢunlarının ələ keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz
köhnə adlarını saxlayan bu qondarma ərazilər haqqında yalnız erkən ərəb mənbələri
məlumat verir. Maraqlı burasıdır ki, ərəblərəqədərki Bizans inzibati bölgüsü haqqında
ətraflı məlumat verən sinxron erməni mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında
heç bir xəbər vermir. Ço x güman, bu "məlumatsızlıq" bütün bölgə ərazisinin süni
Ģəkildə Ərminiyə adı ilə birləĢdirilməsindən, bu birləĢmənin isə dövrün real tarixi
coğrafiyasını əks etdirməməsindən irəli gəlirdi. Məhz buna görə bu dövr haqqında
məlumat verən ərəb mənbələri erməni torpaqları ilə birlikdə ermənilərə aid olmayan
qonĢu torpaqları da əhatə edən yeni "Ərminiyə" inzibati vahidi ilə yanaĢı,
ərəblərəqədərki Sasani inzibati vahidi "Azərbaycanın" (Adurbadaqanın) da adını
çəkirlər. Son Sasanilər dövründə Albaniya və Atropatena ilə birlikdə imperiyanın