141
Bu dözülməz vəziyyət xəzərlərlə münasibətləri qaydaya sala bilmiĢ I
Varaz Tiridatı imperatorla danıĢıq aparmaq üçün oğlanları Qaq ik və Vardanla 699-
cu ildə Konstantinopola getməyə vadar edir. Lakin arzu edilən müsbət nəticə
əvəzinə, Xilafətlə əlaqədə günahlandırılan alban hökmdarı zindana atılara q, 705-ci
ilədək Bizans paytaxtında saxlanılır.
Məhz bu zaman Albaniyanın özündə elə hadisələr baĢ verir ki, onlar bu
vaxtadək yaln ız vergi almaqla kifayətlənən Xilafət üsuli-idarəsinin ölkənin daxili
iĢlərinə daha fəal müdaxilə etməsinə səbəb olur. Belə ki, katolikos Yeliazar
öləndən bəri (688-ci ildən) onun yerini tutmuĢ keçmiĢ Girdiman yepiskopu Nerses
Baku r hələ də Konstantinopolda saxlanılan Varaz Tiridatın arvadı Sparaman ın
təĢviqi ilə Bizans kilsəsinin etiqad etdiyi xalkidon təlimini A lbaniyada da yaymaq
və bu addımla albanların Xilafətə deyil, Bizansa daha çox meyl göstərdiklərini
əyan etmək istəyir. Xalkidonluğun Albaniyadakı əleyhdarları, baĢda alban knyazı
ġeroy olmaq la Qəbələ, A maras və HoĢ yepiskopları, eləcə də ölkənin nüfuzlu
feodalları erməni katolikosu Ġliaya (Eliaya) mü raciət etdilər, onun Partava
(Bərdəyə) gəlməsin i, "yaraların ı sağaltmasını" xah iĢ etdilər.
Erməni
kilsəsinin
Albaniyadakı
mənafeyin in
gerçəkləĢdirilməsi
məqamının yetiĢdiyini anlayan katolikos Ġlia xəlifə Əbdülməlikə göndərdiyi
məktubunda bildirirdi: "Partav taxtında oturan indiki alban katolikosu Rum
imperatoru ilə saziĢə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir
ki, hamı din i etiqadda ona qoĢulsun, onun himayəsini qəbul etsin". Məktubun sonunda
"Allaha qarĢı günah iĢlətmiĢ" alban katolikosunun və "onunla həmfikir olan kübar
qadının" cəzalandırılması xahiĢ edilirdi.
Təbiidir ki, Bizansın Qafqazdakı mənafeyinə zərbə endirə biləcək hər bir
əməl Xilafət üçün sərfəli id i. Alban kilsəsinin Bizansın yardımına arxalanması heç də
ərəblərin ürəyincə deyildi. Buna görə də, erməni katolikosunun xahiĢlərini həvəslə
yerinə yetirən xəlifə bu addımı ilə həm Bizansın Cənubi Qafqazdakı mənafelərinə zərbə
endirir, həm də özlərinin Albaniyadakı maraqlarını güdən qriqorian ruhanilərinin
simasında müttəfiq tapırdı. Məhz bu siyasəti güdərək, "öz sadiq nökərini çoxsaylı
qoĢunun baĢında" Albaniyaya göndərən xəlifə erməni katolikosuna cavab məktubunda
qəbul etdiyi qərar haqqında belə yazırdı: " Biz əmr etdik ki, bizim ağalığımıza qarĢı
çıxmıĢ albanların [etiqadında] sizin dinə uyğun düzəliĢlər edilsin". Məktubun sonunda
xəlifə Ġliaya Bərdədə kilsə məclisi çağırmaq, dəmir qandallarla buxovlanmıĢ Nerses və
Sparamanı oraya gətirmək əmrini verir. Xilafət nümayəndələrinin də iĢtirak etdiyi bu
kilsə məclisində Nerses lənətlənir. Yerli müəllifin yazdığına görə, bundan sonra aclıq
elan edən Nerses, ġeroyu lənətləyərək 8 gündən sonra ölür. I Varaz Tiridatın arvadı
Sparama isə qaladakı həbsxanaya salınır. Xəlifənin əmri ilə baxıĢlarına görə etibarsız
sayılan və xüsusi siyahıya daxil edilən baĢqa alban knyazları da cəzaya məruz
qalırlar.
Erməni katolikosunun baĢçılıq etdiyi kilsə məclisi Dvin taxtının keçmiĢ
arxidyakonu Simeonu Albaniyanın katolikosu seçir. Simeon "Nersesin bidət dolu
142
kitablarını sandıqlara doldurub, Trtu (Tərtər) çayına" ataraq ölkədəki hərc-mərcliyə son
qoydu. Alban kilsəsi erməni kilsəsinə tabe edildi.
Elə bu zaman beĢillik Bizans əsirliyindən çətinliklə azad ola bilən I Varaz
Tiridat Albaniyaya qayıdır. Onun vətənə qayıtması ərəb-Bizans döyüĢlərinin yenidən
baĢlanması, ərəblərin Qafqazda zor siyasəti yürüdən Mərvan ibn Məhəmmədi böyük
qoĢunla Ermənistana və Albaniyaya göndərməsi ilə bir vaxta düĢür. I Varaz Tiridat
"yalnız taciklərə" (ərəblərə) vergi ödəyərək, Xilafətin süzerenliyini qəbul etsə də,
ölkənin iflasının qarĢısını ala bilmir. Albaniyaya gələn Mərvan xəlifə Əbdülməlikin
xüsusi siyahısına düĢmüĢ ġeroyu və baĢqa alban knyazlarını tutaraq, onları
Xilafətin mərkəzinə - ġama göndərir.
Bundan sonra xəlifə caniĢinləri ölkəni Ģəriksiz idarə etməyə baĢladılar.
CaniĢinin yanında bir növ məĢvərətçiyə çevrilən alban knyazı və katolikosu
müstəqil qərar qəbul etmə k imkan larından məhru m oldula r. Bu za mandan, yəni
705-c i ildən etibarən Albaniya hətta vassallıq mövqeyini də əldən verir, Ģimallı-
cənublu bütün Azərbaycan qəti Ģəkildə ərəblərin tabeliy inə keçir.
143
VII FƏSĠL
AZƏRBAYCAN ƏRƏB XĠLAFƏTĠ TƏRKĠBĠNDƏ
§ 1. ƏRƏB-XƏZƏR MÜHARĠBƏLƏRĠ VƏ ONLARIN
AZƏRBAYCAN ÜÇÜN NƏTĠCƏLƏRĠ
VIII əsrin əvvəllərində Ərəb xilafət i özünün ən qüdrətli dövrünü keçirird i.
Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar
Qafqazdakı mövqelərin i əldən vermiĢdi. Yeni Ģəraitdə Azərbaycan ki mi mühüm
strateji bazada möhkəmlən mək üçün ərəblərə yaln ız onları dəfələrlə ağ ır vəziyyətə
salan xəzərlər ü zərində qələbə lazım idi. Bu iĢdə xəlifə Əbdülməlikin 693-cü ildən
Azərbaycan, Ərminiyə və əl-Cəzirən in caniĢini təyin etdiyi qardaĢı Məhəmməd ibn
Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tab eliy ində olan
Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini
daha da möhkəmlətdi, xəzərlərə qarĢı yürüĢə çıxmaq imkan ı yaratdı.
707-708-c i ildə Məhəmməd ibn Mərvanın qardaĢı oğlu, o za man
hakimiyyət baĢında olan xəlifə I Valid in (705-715) qardaĢı Məsləmə ibn
Əbdülməlik Bizansda apardığı müvəffəq iyyətli döyüĢlərdən sonra Dərbəndi ələ
keçirmiĢ xəzərlərin üzərinə göndərild i. A zərbaycanın boyun əyməyən bütün qala
və Ģəhərlərini ələ keçirən Məsləmə Dərbəndə çatdı. La kin alın maz divarlar Ģəhəri
tutmağa mane oldu.
Xəzərlərə qarĢı uğursuzluqla baĢa çatan yeni yürüĢ iki il sonra baĢ verdi.
Elə həmin il Məhəmməd ibn Mərvanın yerinə Xilafətin Ģimal vilayətlərin in
caniĢini təyin edilən Məsləmə, eyni zamanda Bizansa qarĢı mübarizəni təĢkil
etməyi lazım bildi. Çünki, məhz Bizans ərəblər əleyhinə mübarizədə xəzərlərin
müttəfiqi id i. Nəhayət, 714-cü ildə, gərgin mübarizədən sonra Məsləmə Dərbəndi
tuta bildi. Onun qoĢunları Ģ əhəri talan edərək, Xəzər xaqanlığın ın ərazisinə
soxuldular, lakin xəzərlərin təzy iqi altında geri çəkilməli oldular. Moisey
Kalankatlının məlu matına görə, ərəb hərbi qüvvələrinin geriyə hərəkətini alban batriki
AranĢahik Vaçaqanın baĢçılıq etdiyi yerli qoĢun dəstəsi himayə etdi. Məhz bu dəstənin
kö məyi ilə xəzərlər basıld ı.
Beləliklə, Məsləmə Dərbəndi xəzərlərdən alaraq, böyük qənimətlər və
Dərbəndin alınma xəbəri ilə DəməĢqə yollandı. Ərəb ordusunun Ģəhəri tərk etməsi
xəbərini eĢidən xəzərlər isə yenidən Dərbəndə qayıdaraq, əvvəlki mövqelərini tutdular.
717-ci ildə, xəlifə II Ömərin hakimiyyəti (717-720) dövründə ilk böyük
həmlə ilə Azərbaycan ərazisinə soxulan xəzərlər qarĢılaĢdıqları azsaylı ərəb hərbi
dəstəsini darmadağın edib, ġirvanda ağalığa baĢladılar. Lakin Xatim ibn Numan əl-
Bəhilinin baĢçılığı ilə xəlifənin göndərdiyi qoĢun xəzərləri darmadağın etdi.
721-722-c i illə rdə xə lifə II Yə zidin hakimiyyəti za manı (720-724) qıpçaq
və baĢqa türk tayfaları ilə birləĢmiĢ 30 minlik xəzər ordusu yeni həmlə ilə