135
Bu zaman Dərbəndin hakimi və Sasanilərin Ģimal sərhədlərinin mərzbanı
məĢhur və qədim nəslə mənsub olan ġəhriyar (və ya ġəhribərəz) idi. Azərbaycanın
cənub torpaqlarının fəthi xəbəri, Ģübhəsiz, ona da çatmıĢdı. Ərəblərin ön dəstəsinin
hücumu baĢlanan kimi, mənasız qırğının qarĢısını almağa çalıĢan ġəhriyar bu dəstənin
baĢçısı Əbd ər-Rəhmanla danıĢıqlar aparmaq üçün icazə istədi; sərkərdə Suraka ilə
görüĢdən sonra isə özünün ərəblərə tabe olduğunu bildirdi, amma "quduz düĢmənə və
əsli olmayan qaba xalqlara qarĢı" durmuĢ dərbəndlilərin can vergisindən azad olunmasını
xahiĢ etdi. Nəhayət, tərəflər, xəlifənin də təsdiq etdiyi bu imtiyazın dərbəndlilərə
verilməsinə razılaĢdılar: əli silah tutub, keçidin müdafiəsində duran və öz əvvəlki dini
etiqadlarını saxlayan yerlilər ərəb əsgəri xid mətində olduqları ilin cizyəsindən azad
edilirdilər.
Dərbəndin alınması ilə Ģimal tərəfdən təhlükəsizliyi müvəqqəti də olsa təmin
etmiĢ Suraka ibn Əmr yeni torpaqlar ələ keçirmək məqsədilə xəlifə ilə razılaĢmadan,
Bukayrı Muğan, Həbib ibn Məsləməni Tiflis, Huzayfanı Alan ölkəsi, Salman ibn
Rəbiəni isə ərəblərin Arran adlandırdıqları Albaniya üzərinə göndərir. Surakanın bu
özbaĢına hərəkəti xəlifə Öməri narazı salır. Çünki, onun fikrincə, Suraka iĢğal etmək
istədiyi yerlərin nə geniĢ ərazisini, nə də saysız qoĢununu nəzərə almamıĢdı. Doğrudan
da, göndərilən sərkərdələrdən yalnız Bukayr tapĢırığı yerinə yetirir. Muğan fəth olunur.
Qalan yerlərdə isə güclü müqavimətlə rastlaĢan ərəblər yalnız əldə edə bildikləri
qənimətlə kifayətlənməli olurlar. Muğan əhalisi ilə, görünür, artıq 644-cü ildə
bağlanılmıĢ müqavilənin Ģərtlərinə görə "gərək hər həddi-büluğa çatan bir dinar və ya
onun dəyərində cizyə ödəsin, müsəlmana qarĢı sə mimi olsun, ona [azanda] yolunu
göstərsin, bir gün-bir gecə [evində] saxlasın... Ancaq əgər onlar üz döndərib əhdi
pozsalar, axırıncı fitnəkaradək hamını təslim etməsələr, onlara aman olmayacaq".
Bu yürüĢ zamanı ərəblər xəlifə Ömərin əmrilə Dərbənddən Ģimalda olan
Xəzər torpaqlarını da tutmağa cəhd göstərdilər. Növbəti hücuma, həmin il vəfat etmiĢ
Surakanı Dərbənd sərhəd xəttinin rəisi vəzifəsində əvəz edən Əbd ər-Rəhman əl-Bəhili
baĢçılıq edirdi. Ərəb atlılarının ilk hücumu uğurlu oldu: xəzərlərin əl-Beyda Ģəhəri
tutuldu. O dövrün tarixçilərinin fikrincə bu qələbədə ərəblərin qeyri-adiliyi, hətta
ölməzliyi haqqında xəzərlər arasında yayılmıĢ əfsanənin də rolu az deyildi. Lakin çox
keçmədən bu əfsanə alt-üst oldu. Xəlifə Osmanın hakimiyyətinin (644-656) ilk ilində
də xəzərlərə qarĢı basqınları davam etdirən ərəblər növbəti hücumlardan birində
darmadağın edildilər. Əbd ər-Rəhman özü öldürüldü, qoĢun geri çəkildi. Ərəblərin
Azərbaycana birinci yürüĢü baĢa çatdı.
Beləliklə, 643-644-cü illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi
Azərbaycan ərazisinin yalnız cənub və Dərbəndədək Xəzər sahili torpaqlarını tuta
bildilər. Lakin bu iĢğalın özülü hələ möhkəm deyildi. Hətta 644-645-ci illərdə, xəlifə
Ömərin ölümündən sonra mərkəzdə baĢ verən siyasi sabitsizlikdən istifadə edən
azərbaycanlılar üsyan edərək, ərəblərin onlarla bağladıqları müqavilələrin Ģərtlərini
yerinə yetirməkdən imtina etdilər. Xilafətin yeni baĢçısı Osmanın Azərbaycana
göndərdiyi sərkərdə əl-Valid ibn Ukbanın rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin
136
Azərbaycana yeni -ikinci yürüĢü baĢlandı. Bu yürüĢdə birinci yürüĢ zamanı ad çıxarmıĢ
Salman ibn Rəbiə və Abdallah ibn ġubeyl kimi sərkərdələr iĢtirak edirdilər.
Abdallahın baĢçılıq etdiyi dörd minlik qoĢun Muğan, Bədr və Taylasana
(TalıĢana) soxularaq bu Xəzəryanı torpaqları yenidən iĢğal etdi, qənimət və əsirlərlə
əl-Validin qərargahına qayıtdı. Azərbaycan (cənub hissəsi) yenidən iĢğal, köhnə
müqavilə isə bərpa edildi. Müqavilənin Ģərtlərinə görə, azərbaycanlılar təzminatla
yanaĢı 800 min dirhəm verməyə boyun oldular.
Bu yürüĢ zamanı əl-Validin on iki minlik ön dəstəsinə baĢçılıq edən Salman
ibn Rəbiənin əsgərləri ətraf əhalini qorxutmaq məqsədilə Albaniya ərazisinə hücum
edərək, oranı talayıb çapdılar və zəngin qənimət və əsirlərlə əl-Validin qərargahına
qayıtdılar. Gevondun məlumatına görə, xəlifə orduları "Midiya (Cənubi Azərbaycan)
kəndlərini və Naxçıvan obalarını xaraba qoydular. KiĢilərin çoxunu öldürdülər,
qalanlarını isə qadın və uĢaqlarla birlikdə əsir götürdülər və Culfa keçidindən Arazın o
tayına apardılar". Yaln ız bundan sonra vəzifəsini b itmiĢ hesab edən əl-Valid
Xilafətin nümayəndəsi əl-ƏĢas ibn Qeysi Azərbaycan hakimi təyin edərək paytaxta
(Mədinəyə) qayıdır.
Elə həmin il xəlifə Os man iki Qafqaz yürüĢünün iĢtirakçısı, özünü mahir
sərkərdə kimi tanıtdırmıĢ Salmanı bu zaman Kiçik Asiya ərazisində bizanslılarla
vuruĢan Həbib ibn Məsləmənin köməyinə göndərdi. Birgə qüvvələrlə onlar
bizanslıların hücumunu dəf edərək, Qaliqala və b. Ģəhərləri ələ keçirdilər. Ərəb
tarixçilərinin (ət-Təbəri, əl-Bəlazuri, əl-Yəqubi, əl-Kufi) məlu matına görə bu yürüĢ
zamanı Həbib ermənilərin yaĢadıqları ərazidən keçərək, Gürcüstan torpaqlarına daxil
olur və Tiflisi iĢğal edir. Beləliklə, bu dövrdən, yəni 644-cü ildən, Tiflis öz civarları
ilə birlikdə Xilafətin Arran vilayəti tərkibinə daxil olur və müsəlmanların uzun müddətli
tabeliyinə keçir.
Hələ Gürcüstan hüdudlarına yetiĢməmiĢ, Salman ibn Rəbiənin altı minlik
dəstəsi Albaniyanın Sünik (Sisəcan, Sisəkan) vilayəti ərazisində Həbibdən ayrılır.
Azərbaycanın Ģimal hissəsinin tam iĢğalını baĢa çatdırmaq cəhdilə edilən yürüĢ baĢlanır.
O dövrün tarixçisi yazırdı: "Salman ibn Rəbiə onun əsgərlərinə düĢmənçilik göstərənləri
məhv edir, rastına çıxan Ģəhər və qalaları tuturdu. Sonra o, düĢməni (burada ərəblərin
düĢməni - yerli əhali idi. - N. V.) qıra-qıra Arran ölkəsindəki Beyləqan Ģəhərinə yetiĢdi".
Beyləqan cizyə ödənilməsi, əhalinin "həyatı və əmlakının", habelə "Ģəhər divar-
larının" saxlanılması Ģərtləri ilə Salmana döyüĢsüz təslim oldu. Sonra ərəb qoĢunu
Bərdəyə doğru istiqamət götürdü, lakin mənbələrin məlumatına görə bərdəlilər,
beyləqanlılardan fərqli olaraq, Ģəhər qapılarını ərəblərin üzlərinə bağladılar. Salman
Ģəhərin bir neçə fərsəxliyində axan Tərtər çayının sahilində düĢərgə salıb, müqavimət
göstərən bərdəliləri zəiflətmək məqsədilə "Ģəhər ətrafında biçini artıq baĢa çatdırmıĢ
kəndlərə qarətçi yürüĢlər təĢkil edir". Müqavimətin faydasız olduğunu baĢa düĢən
bərdəlilər də ərəblərlə sülh müqaviləsi bağlamalı olurlar. Mənbədə deyilir: "[Bərdəlilər]
Ģəhər darvazasını [Salmanın] üzünə açırlar; o, Ģəhərə daxil o lub, bir qədər orada qalır".
Ço x keçmədən, Bərdəni tərk edən ərəb süvari dəstəsi Albaniyanın Arsax, Uti,