146
dərhal ġirvana doğru hərəkət edib ərəblərə tabe olmaq istəməyən ġabran qalasını
mühasirəyə aldı. Neçə gün davam edən mühasirədən sonra əlləri hər Ģeydən
üzülmüĢ Ģabranlılar aman istədilər. Verilən vədə baxmayaraq qalaya buraxılmıĢ
ərəblər bütün kiĢiləri qılıncdan keçirdilər, qadın və uĢaqları isə ətraf kəndlərə
səpələdilər.
Buradan Dərbəndə yollanan Məsləmə Ģəhər divarları yanında düĢərgə
saldı. ġəhər hakimi ərəbləri qarĢılamağa çıxd ı. Dərbəndin qalasında yerləĢmiĢ
xəzər qoĢun hissələri isə heç bir maneəyə rast gəlmədən Ģəhəri tərk etdilər.
Xəzərləri sərhədyanı zonadan da çıxarmağa nail olan Məsləmə ətraf yer lərin dağlı
hakimlərindən xərac alaraq, öz qoĢunların ı Xilafətin ġimal vilayətlərindən olan
Arranın hüdudlarından kənara - xəzərlərin Bələncər, Vəbəndər və Səməndər
Ģəhərlərinə tərəf yeritdi. Ərəb lər və xəzərlər arasında qanlı döyüĢ bir neçə gün
davam etdi və ərəblərin qələbəsi ilə baĢa çatdı. Geri qayıdan ərəblər yenidən
Dərbənd qalasında sığınacaq tapmıĢ min xəzər ailəsini mühasirəyə ald ılar. Uzun
mühasirədən sonra qala ərəblərin əlinə keçdi. Məsləmə bu dəfə də qaladakı xəzər
ailələrinin Dərbənddən çıxıb getməsinə maneçilik törətmədi.
Dərbənd sərhəd vilayətində ərəblərin mövqeyini möh kəmlətmək
məqsədilə Məsləmə Dərbəndi dörd qismə (sektora) bölüb, bunların hər b irində
DəməĢqdən, Himsdən, eləcə də Fələstin, ġam və əl-Cəzirənin baĢqa yerlərindən
olan
24
min
ərəb döyüĢçüsü yerləĢdirdi. Məsləmənin tapĢırığı ilə
möhkəmləndirilmiĢ, silah və ərzaqla təchiz ed ilmiĢ Dərbənddə müsəlman
icmasının baĢçısı Mərvan ibn Məhəmməd təyin olunur. 732-733-cü ildə Azər-
baycan, Ərminiyə və əl-Cəzirənin amili vəzifəsi də ona tapĢırılır. Məsləmə özü isə,
görünür, növbəti hesabat üçün DəməĢqə, xəlifə sarayına yollanır. Əl-Kufin in
məlu matına görə, Məsləmən in getməsindən xəbər tutan xəzərlər yenidən
Dərbənddən Ģimalda o lan torpaqlarına qayıdırlar.
Yeni caniĢin Mərvan ibn Məhəmməd 40 minlik qoĢunla Bələncərə hücum
edib, xəzərləri əzir, böyük qənimətlə Dərbəndə qayıdıb, qıĢın sonunadək orada qalır.
Burada baĢ verən hadisələrin ən yaxĢı Ģərhçisi olan əl-Kufi xəzərlərə qarĢı yaz
əməliyyatını Mərvanın deyil, bu vəzifədə onu müvəqqəti əvəz edən Səid əl-HaraĢinin
baĢlaması haqqında məlumat verir. BaĢqa mənbələrlə təsdiq olunmayan bu məlu mat,
ziddiyyətli də olsa, mümkün bir fakt kimi nəzərə alınmalıdır. Əl-Kufiyə görə, ġamdan
Dərbəndə çağırılmıĢ Səid xəzərlərin üzərinə elə tez-tez hücum edirdi ki, "atının yəhəri
heç vaxt qurumurdu". Lakin görmə qabiliyyətinin pozulması onun istefa xahiĢi ilə
xəlifəyə müraciət etməsinə səbəb olur, Mərvan isə yenidən əvvəlki vəzifəsinə
qaytarılır.
Xəzərlərlə qalibiyyətli müharibə aparmaq üçün arxa cəbhənin möhkəmliyinin
vacib olduğunu dərk edən Mərvan, Cənubi Qafqazın Xilafətin real müttəfiqinə
çevrilməsi zərurətini də yaxĢı baĢa düĢürdü. Bu baxımdan onun Xilafətin Ģimal ərazisi
hesab edilən Qafqazda apardığı siyasət əvvəlki caniĢinlərinkindən fərqlənirdi. Erməni
və alban knyazlarının tam itaətinə nail olmuĢ Mərvan, çox keçmədən, zor gücünə baĢqa
147
Cənubi Qafqaz xalqlarını (gürcüləri, lakzları - ləzgiləri və b.) da özünə tabe edir. Arxa
cəbhədən nigarançılığı üzülən Mərvan 120 minlik qoĢunla Bərdənin 40, Tiflisin isə 20
fərsəxliyində yerləĢən, mənbələrdə Kasak (Kasal) adlandırılan yerdə düĢərgə salır.
737-c i il ərəb-xə zər müharibələ ri tarixinə ən gərgin dövrün baĢlanğıcı kimi
daxil olur. Ərəblərin Ģimala doğru hücum əməliyyatlarına baĢçılıq edən Mərvan
xəzərlərin üzərinə iki istiqamətdən - Dərbənd və Dəryal keçidlərindən yürüĢ təĢkil
etmək qərarına gəlir. Dərbənd qoĢununa Ģəhərin rəisi Üseyd (Əsəd) ibn Zafir əs-
Sulami, Kasakdan Dəryal keçidi vasitəsi ilə hücum edən qoĢuna isə Mərvan özü baĢçılıq
edirdi. Yolboyu yerləĢən qala və yaĢayıĢ məntəqələrini darmadağın edən qoĢunlar
Səməndər Ģəhəri yanında birləĢdilər və oradan Volqa çayının sağ sahilində yerləĢən
Xəzər paytaxtı əl-Beyda Ģəhərinə hücuma keçdilər. Xəzər xaqanı bu Ģəhərdə
möhkəmlənmiĢdi. Hücum ərəblərin tam qələbəsi ilə nəticələndi. Aman istəyən xaqan
hətta islam dinini qəbul etməyə də razılıq verdi. Ərəb mənbələrinin məlumatına görə
(əl-Bəlazuri, əl-Kufi və b.) ərəblər nəinki xəzərlərin yaĢadıqları ərazini tutdular, eləcə də
Xəzər ölkəsi hüdudlarından çıxaraq, onun qonĢuluğunda yaĢayan əs-səkləb
tayfalarına və baĢqa "kafirlərə" hücum etdilər. Əl-Kufi yazırd ı: Mərvan "daha
sonra səkləblərə və onlarla qonĢuluqda yaĢayan baĢqa cinsdən olan kafirlərə hücum
etdi, onlardan 20 min ev adam əsir tutdu, sonra irəli gedərək, Sə kalib (hərfən:
Səkləblərin) çayına yetiĢdi".
Xəzər xaqanı islam din ini qəbul etməyə boyun olsa da, müsəlmançılıq
burada yayılmadı. Belə ki, Mərvanın əsas məqsədi heç də xəzərləri doğru din
yoluna gətirmək deyil (bunun üçün heç lazımi imkan da yo x id i), onların belini
qırmaq, gö zlərin i qorxutmaq, Xila fətin Qafqazdakı iĢğal zonasından onların
ayağını kəsmək idi. Beləliklə, Xilafətin xəzərlər ü zərində qəti qələbəsini nümayiĢ
etdirən 737-ci il döyüĢü baĢa çatır. 40 mindən çox xəzər əsiri ev indən-eĢiyindən
edilib, Sa mu r və ġabran çayları a rasındakı ə raziyə köçürülür.
QıĢı Kasakda keçirən Mərvan 738-ci ilin yazında Kürü keçərək ġəkiyə
gəlir. Bu səfərdən də məqsəd ərəblərə boyun əymək istəməyən Qafqaz dağlılarını
ra m et mə k idi. Mə rvanın "dağ hökmdar larına" qarĢı baĢladığı yürüĢlər
müvəffəqiyyətlə nəticələn ir: dağlardakı qalalar çətinliklə də o lsa, uzun
mühasirələrdən sonra fəth olunur. Bu mühasirələrdən bəzisi b ir ay, bəzisi is ə Sərir
hökmdarın ın iqamətgahı kimi bir il, Ġbn əl-Əsirin dili ilə desək, "bütün yayı və
qıĢı" çəkirdi; a lınan qala lar dağıdılır, yerlə yeksan edilirdi.
Ardı-arası kəsilməyən hücumlar, ağır vergi boyunduruğu yerli əhalini
qorxuya salmıĢdı. Mənbələrin yazd ığına görə, 738-ci ildə bağlanılan müqaviləyə
əsasən Mərvan "Qumu x və Tumandan ildə 100 qul, 100 kəniz, 20 min batman
buğda, Kür və Miskincdən 14 min batman buğda və 40 min dirhəm pul, ġirvandan
20 min batman buğda və 50 min dirhəm pul alırd ı. Bütün bu vəs ait xüsusi
mühafizəxana larda saxlanılır və Dərbənd Ģəhəri əsgərlərin in maaĢına sərf
olunurdu".
QıĢı Dərbənddə keçirən Mərvan yazağzı ətraf yerlərin - ġirvanın,