163
yüksək səviyyəsindən xəbər verir.
Azərbaycanın təbiəti, torpaq-iqlim Ģəraiti və becərilən bitkilərin
çoxnövlülüyü öz növbəsində suvarma sistem və üsullarının müxtəlifliyinə də səbəb
olmuĢdur. Süni suvarmaya əsaslanan əkinçilik təsərrüfatı əsasən iri və kiçik çaylardan
götürülən kanal və ana arxlar vasitəsilə suvarılmıĢdır. Bu məqsədlə də çaylardan kanal
və ana arxlar ayrılır. Həmin ana arxlardan ayrı-ayrı kəndlərin əkin sahələrini suvarmaq
üçün iri və ya kiçik qol arxlar çəkilirdi. Ana arxların çəkilməsi, bəndlər tikilməsi, dəhnə
basılması çox zəh mət tələb edən ağır proses idi. Ona görə də bu iĢdə sudan istifadə edə-
cək bütün el-oba iĢtirak edirdi. Erkən orta əsrlərdə bu iĢdə əsir düĢmüĢ adamların
əməyindən də geniĢ istifadə olunurdu.
Kəhriz suvarma sistemi də Azərbaycan əkinçiliyində mühüm rol oynamıĢdı.
Suvarma mənbə və vasitəsi kimi bulaqlardan, göl və nohurlardan, quyulardan, su
anbarlarından və istillərdən istifadə olunmuĢdur.
Azərbaycanda taxıl bitkiləri arasında buğda, darı, çəltik və arpa daha geniĢ
yayılmıĢdı. VII əsrə aid bir mənbədə Albaniya ərazisində çoxlu arpanın becərild iyi
xəbər verilir.
Moisey Kalankatlı Kür çayı boyunca çoxlu taxıl bitkilərinin becərildiyini qeyd
edir. Bu məlumat arxeoloji dəlillərlə də təsdiq edilir: Ġsmayıllı rayonunun Yekəxana
kəndi yaxınlığında arxeoloqların aĢkar etdikləri taxıl qalıqlarının tədqiqi onların
əsasən çoxcərgəli mədəni arpanın mü xtəlif növlərindən birinə aid olduğunu
göstərir. Bunlarla yanaĢı ikicərgəli yabanı arpa toxumları da aĢkar edilmiĢdir. Elə
orada tapılmıĢ buğda toxumları isə yumĢaq növə aiddir. Mingəçevir arxeolo ji
qazıntıları zamanı da xeyli arpa, buğda və darı qalıqları tapılmıĢdır. Bey ləqanda IX
- X əsrlərə aid buğda, arpa və digər taxıl qalıqla rı aĢkar e dilmiĢdir. Hə min
qalıqların tədqiqi göstərmiĢdir ki, bu dövrdə Mil düzündə yumĢaq və bərk buğda
növləri becərilirdi. Əski dövrlərdən fərqli olaraq orta əsrlərdə darı daha geniĢ
yayılmıĢdı.
Bu dövrdə əsas və yardımçı b için alətlərinin daha mükəmməl və daha
rahat mü xtəlif növləri artmıĢdı. Qiy mətli tapıntılar - oraq lar, əlcəklər, dəryazlar
bunu təsdiq edir. DiĢli oraqlar və lülə sümükdən hazırlan mıĢ barmaqlıq xüsusilə
geniĢ miqyasda istifadə olunan alətlərdən idi.
Əvvəllər ləng yayılan, VIII-IX əsrlərdən baĢlayaraq coĢqun inkiĢaf yoluna
qədəm qoyan çəltikçilik Azərbaycan əhalisinin iqtisadi həyatında daha mühüm rol
kəsb etdi. Beyləqanda, X əsrə aid olan mədəni təbəqədə düyü qalıqları aĢkar
edilmiĢdir. IX-X əsrlərdə çəltikçilik ġabran, ġirvan, ġəki, Muğan-TalıĢ
bölgələrində geniĢ yayılmıĢdı. Texn iki bitkilərdən kətan və pambıq daha ço x
becərilird i. Muğan, Mil və baĢqa düzlərdə süni suvarmanın tətbiqi VIII-X əsrlərdə
kənd təsərrüfatının baĢlıca sahələrindən birinə çevrilən pamb ıqçılığın inkiĢafı üçün
xüsusilə əlveriĢli Ģərait yaratmıĢdı. Həmin dövrün qaynağında Azərbaycanda
becərilən "sonsuz miqdarda", "yaxĢı keyfiyyətli" pambıqdan danıĢılır. Sonrakı
dövrün mənbələrində pamb ığın istehsal olunduğu yerlər - Bərdə, Naxçıvan,
164
Beyləqan, Marağa və baĢqa Ģəhərlərin ətrafları da göstərilir.
Mingəçevirdəki III-VIII əsrlərə aid 3 saylı yaĢayıĢ yerindən aĢkar olunmuĢ
pambıq to xu mların ın mütəxəssislər tərəfindən öyrənilməsi nəticəsində məlu m
olmuĢdur ki, həmin dövrdə Azərbaycanda əkilən pamb ıq müasir pambıq növlərinə
çox yaxındır. Gəncə, Naxçıvan, Bərdə, Təbriz, Xoy və baĢqa Ģəhərlərdə bu pam-
bıqdan mü xtəlif parçalar to xunurdu.
Bu dövrdə becərilən texniki bitkilər arasında hələ qədim zaman lardan
Azərbaycanda əkilən qızıl boya (qırmız) özünəməxsus yer tuturdu. Ġbn Havqəlin
yazdığına görə " Varsan, Bərdə, Bab əl-Əbvab nahiyələrində və Xəzər dənizinin
ortasında (baĢqa mənbələrə görə Kür çayı mənsəbinin qarĢısında - red.) yerləĢən adada
qırmız var. O Xəzər dənizi vasitəsilə Curcana, oradan isə quru yolu ilə Hind ölkəsinə
göndərilir. Qırmız Bab əl-Əbvabın hüdudlarından Tiflisədək bütün Arranda və Arras
çayı yaxınlığından Curzan nahiyələrinədək hər yerdə vardır".
Ölkənin Ģimal vilayətlərində (əsasən Bakı və Dərbənd ətraflarında) yaxĢı
keyfiyyətli, xarici ölkələrə də aparılan zəfəran becərilirdi.
Bu dövrdə bir sıra Azərbaycan Ģəhərlərində toxuculuğun inkiĢafı ilə əlaqədar
təsərrüfatın digər sahələri ilə yanaĢı, ipəkçilik də artdı və bəzi vilayətlərdə hətta aparıcı
yer tutdu. Mənbələrdə Arranın bir çox yerlərində, o cümlədən ġirvan və ġabranda ipəyin
bol olması haqqında məlumatlar vardır. Həmin məlumatlara görə, xeyli ipəyin istehsal
edilərək ixrac olunduğu Bərdədə çoxlu ellik tut ağacları bitirdi. Erkən orta əsrlər
dövründə ipəkçiliyin inkiĢafı haqqında yerli və ərəb mənbələrində təqdim edilən material
arxeoloji tapıntılarla da təsdiq edilir. Mingəçevirdə VII əsrə aid edilən ipək parça
qalıqları aĢkar o lunmuĢdur.
Mingəçevir, Qəbələ, Örənqala və Gəncədə aparılan arxeoloji qazıntılarda
mü xtəlif toxumların tapılması Azərbaycanda bostançılığın inkiĢaf edib yayıldığını, onun
bu dövrdə artıq təsərrüfatın müstəqil sahəsinə çevrildiyini təsdiq edir. Bu yerlərdə
yetiĢən bol tərəvəz, göyərti, paxlalı bitkilər haqqında məlumat verən X əsrin ərəb
coğrafiyaçı-səyyahları "azdaqri-ərdhəri" adı ilə məĢhur olan Marağa qovununu xüsusi
qeyd etmiĢdilər.
Bu dövrdə bağçılıq da xeyli inkiĢaf etmiĢdi. Bu barədə bir çox mənbələrdə
dəyərli məlumat vardır. Ərəb səyyahı Əbu Düləfin yazdığına görə, Araz çayının
sahillərində bitən narın heç bir ölkədə tayıbərabəri yoxdur. Ġbn Havqəl Bərdədə yetiĢən
Ģabalıd, zoğal və əncirdən bəhs edir, hətta ərəb dilində yazdığı bu əsərində "Ģabalıd" və
"zoğal"ı öz yerli adları ilə verir. Bu dövrün müəlliflərinin əsərlərində dəfələrlə xurma,
püstə, badam, naringi, alma, armud, albalı, qovun, tut, gavalı, heyva, qoz və fındığın
adları çəkilir, bu meyvələrin yaĢ və qurusunun yaxın ġərqin bir çox ölkələrinə ixrac
edilməsindən danıĢılır. Subtropik bitkilərdən isə Azərbaycanda bu dövrdə daha çox
yayılanı zeytun idi.
Tədqiq olunan dövrün arxeoloji materialı bağçılığın da xeyli inkiĢaf
etdiyini təsdiq edir. Qazıntılar zaman ı Mingəçevirdə nar, Ģaftalı qalıqları, Gəncədə
qoz və fındıq qabıqları, armud və alma tumları, gavalı, badam, albalı, qaysı və