179
vermir.
Ərəb - xəzər müharibələrinin qızıĢdığı 723-724-cü illərdə Azərbaycanın Ģimal
vilayətlərinə yürüĢlər təĢkil edən ərəb caniĢini hərbi əməliyyatların gediĢindən asılı
olaraq tez-tez müvəqqəti iqamətgahlardan istifadə etdiyi üçün zərb yeri sadəcə olaraq
"Azərbaycan" kimi qeyd edilmiĢ dirhəmlər meydana çıxdı. ġəmkir, Qəbələ, Beyləqan,
hətta Ərdəbil və Marağa belə pulların kəsildiyi yer ola bilərd i.
Zərbxanaların Əməvi pullarını kəsməsi Hicri 131 (748-749-ci) ilədək davam
etdi. Mü xtəlif siyasi dairələrin mübarizəsi baĢa çatana, Abbasi sülaləsi nümayəndələri
Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirənədək məhəlli zərb xanalar fəaliyyət
göstərmədi. Arran ərazisində zərb edilən ilk Abbasi sikkələri Hicri 140 (757-758-ci) ildə
Yəzidiyyədə, iki il sonra isə Bərdədə kəsilən mis fəlslər o lmuĢdur.
Ġlk Abbasi xəlifələri dövründə Azərbaycan ərazisində qızıl pul kəsilməsə də,
tədavülə xeyli gümüĢ sikkə buraxılmıĢ, mis sikkələrin zərbi artırılmıĢdı.
Arxeoloqlarımız (Qara Əhmədov) Beyləqanda aparılan qazıntılar zamanı VIII əsrə və
IX əsrin I rübünə dair "Arran" adı ilə kəsilmiĢ çoxlu mis pul aĢkar etmiĢlər; bunlardan
785-787-ci illərdə Hazin ibn Xuzeymənin, 788/789, 791/792-ci illərdə Ubeydallah ibn
əl-Mehdinin, 793/794-cü ildə Xalid ibn Yəzidin, 794/795-ci ildə Musa ibn Ġsanın,
800-cü ildə Əsəd ibn Yə zid in, 802-ci ildə Məhə mməd ibn Yə zidin və b. -nın ad ına
kəsilmiĢ mis pulları qeyd etmək olar.
Kəsilən dirhəm və fəlslər öz əvvəlki ölçülərində qalmıĢ, lakin dirhəmlərin
çəkisi bir qədər düĢmüĢdü; sonralar ümumi gümüĢ böhranı ilə əlaqədar onların çəkisi
gah artır, gah azalırdı.
Abbasilər dövründə çox vaxt artıq pul kəsilən yerin konkret adı deyil,
zərb xananın yerləĢdiyi vilayətin (Azərbaycanın, Arranın və ya Ərminiyənin) adı
göstərilird i. A zərbaycan və Arranın zərb xanalarında kəsilən pulların ġərqi və Qərbi
Avropanın (Rusiya, Almaniya, Ġsveç, Norveç, Pribaltika ölkələri və b.), eləcə də ġərqin
mü xtəlif ö lkələrində aĢkar edilən dəfinələrdə tapılması bu ölkələrlə Azərbaycan
arasında gedən qızğın ticarət əlaqələrinin olduğunu sübut edir. Pul tədavülünün artması
isə mövcud ticarət münasibətlərinin daha da canlanmasına səbəb olmuĢdu.
180
§ 3. XĠLAFƏTĠN TORPAQ VƏ VERGĠ SĠYASƏTĠ
Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsuli-idarəsi
ərəblərin iĢğal dairəsinə düĢmüĢ bütün becərilən torpaqları müsəlman icmasının
mülkiyyəti elan etdi. Bu torpaqlar, əsasən, öz rəiyyətlərinə qarĢı münasibətdə bütün
hüquq və imtiyazlarını qorumuĢ əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə
bu sahibkarların müsəlman icması xəzinəsinə (beytülmala) boyun olduqları vergilərlə
kifayətlənirdilər. Lakin Azərbaycanda, habelə ərəblərə qədər Sasanilərə tabe olan
bütün baĢqa ərazilərdə əvvəllər hökmdara, onun qohumlarına və saray əyanlarına
məxsus olan torpaqların bir hissəsi, eləcə də döyüĢlərdə öldürülmüĢ və ya Sasani
dövlətinin devrilməsindən sonra öz torpaqlarını tərk etmiĢ knyaz (iĢxan) və
dehqanların malikanələri iĢğaldan sonra sahibsiz qalmıĢdı. Bu kateqoriyadan olan
torpaqlar (savafi) müsəlman icmasının baĢçısı kimi xəlifənin ixtiyarına keçir və ərəb
istilaları nəticəsində artmıĢ dövlət fonduna aid edilirdi. ĠĢğalın ilk illərində vəzifəli
Ģəxslərə, döyüĢçülərə və baĢqalarına torpaq payı bu fonddan verilirdi. Əgər "raĢidi"
xəlifələr dövründə bu torpaq payları bilavasitə xəlifələrin özləri tərəfindən verilirdisə,
artıq Əməvilər dövründə bu hüquq hər vasitə ilə torpaqları yerli sahibkarlardan
qoparmağa çalıĢan caniĢinlərə də verilmiĢdi. Mənbələrin məlumatına görə, "ərəblər
Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və ġamdan olan qohumları
da buraya axıĢdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir hissəsi qeyri-
ərəblərdən torpaq satın aldı...".
Beləliklə, tabe olunmuĢ əhalinin torpaqlarını zor-xoĢ əldə edən istilaçılar
özləri torpaq sahiblərinə, kəndlilər isə bu torpaq sahələrinin icarəçilərinə çevrild ilər.
Qaynaqlar əvvəllər Əməvilərin, sonra isə Abbasilərin ixtiyarında olan
aĢağıdakı torpaq kateqoriyaların ı müəyyənləĢdirməyə imkan verir:
1.
Əməvilərdən Abbasilərə keçmiĢ xəlifə ya soltan torpaqları -vəfat etmiĢ
və ya vəzifəsindən çıxarılmıĢ məmurların mü lklərin in müsadirə edilməsi hesabına
və ya satınalma yolu ilə tədricən artan bu torpaqlar böyük gəlirlər gətirird i. Belə
torpaqların idarəsi üçün bir neçə divan təsis edilmiĢdi.
2.
İqta (sözün ilkin mənası - paylaĢdırma, kəsilib ayrılma, pay) torpaqları
- becərilən torpaqların əksəriyyətini təĢkil edən bu kateqoriya torpaqlar Abbasilər
dövründə daha geniĢ yayılmıĢdı. Belə torpaqlar adamlara onlardan əldə edilən
gəlirlə b irlikdə xid mət müddətinə və ya ömürlük verilir, yəni torpaq iqta sahibinin
mü lkünə çevrilirdi. Lakin sahiblik hüququna heç də həmiĢə riayət olunmurdu; belə
ki, mənbələrdə qeyd olunduğu kimi, iqta öz sahibinin əlindən alına və yenidən
xüsusi divana verilə b ilərdi. Ġqta sahibləri hərbi mükəlləfıyyət daĢımır, əvəzində
vergi ödəyirdilər. Bununla yanaĢı, onlar öz torpaqlarında yerləĢən kanalları, yolları
və körpüləri təmir etməli idilər.
Sahiblik hüququndan asılı olaraq iqta torpaqları nəzəri cəhətdən iki
kateqoriyaya bölünürdü: bağıĢlanan iqta (təmlik ) Ģəxsin tam mü lkiyyətinə keç ir və
irsən ötürülürdü. Bu növ iqta adətən becərilməmiĢ və ya varisi olmayan sahiblərin