Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə81/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   77   78   79   80   81   82   83   84   ...   217

171 

 

Azərbaycan  ərazisindən  keçən  mühüm  yol  qovĢaqlarında  əllidən  artıq  poçt-gömrük 



məntəqəsi vardı.  Yolçu lar atlarını bu  məntəqələrdə dəyiĢir, poçt torbalarını bu və ya 

digər  yerə  aparan  qasidlər  burada  təyin  edilir,  gömrükxanalar  burada  olurdu.  Lakin 

Xilafətin  mərkəzindən,  məsələn,  Bağdaddan  keçən  yollarda bu  məntəqələr  arasındakı 

məsafə  1,5-1,7  fərsəx  (9-12  km)  idisə,  mərkəzdən  uzaqda olan  Arranda bu  məsafə  7-

11,5  fərsəxə  (42-70  km)  çatırdı.  Belə  ki,  Bərdə-Tiflis  yolunda  10,  Bərdə-Dərbənd 

yolunda  15,  Bərdə-Dəbil  yolunda  7  poçt-gömrük  məntəqəsi  fəaliyyət  göstərirdi. 

Nabələd  yolçuların  azmaması  üçün  yollarda  növbəti  Ģəhərədək  olan  məsafənin  qeyd 

edildiyi xüsusi "mil daĢları" - yolgöstəriciləri də qoyulurdu.  O dövrdə  inzibati baxımdan 

Xilafətin  Arran  vilayəti  tərkibində  olan  Tiflis  yaxınlığında  tapılmıĢ  həmin  daĢlardan 

birinin üzərində belə bir yazı həkk edilmiĢdi: "Allahın adı ilə! Tiflisdən üç mil aralı". 

Ərəb  caniĢininin  iqamətgahı  Bərdəyə  köçürüldükdən  sonra  Arran  ərazisindən 

keçən  ticarət  və  karvan  yollarının  baĢlıca  qovĢaq  məntəqəsinə  çevrilmiĢ  bu  Ģəhər, 

mühüm  ticarət  mərkəzləri  olan  Bab  əl-Əbvab  (Dərbənd),  Tiflis,  Dəbil,  Ərdəbil 

Ģəhərləri və onlar vasitəsilə baĢqa Ģimal və Ģərq ölkələri ilə birləĢirdi. 

Zəngin  bazarları  və  yerli  sənətkarların  istehsal  etdikləri  mü xtəlif  çeĢidli 

məhsulları  olan Azərbaycan  və Arran Ģəhərləri  ticarət  əməliyyatlarında  iĢtirak edərək, 

Xilafətin  Avropa  və Asiya  ölkələri  ilə  ticarət  əlaqələrinin  artmasına səbəb olurdular. 

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar Orta Asiya, Rusiya, Bizans, Ġran, Çin, 

Suriya, Fələstin, Misir və b. ölkələrin maddi-mədəniyyət nümunələrin i aĢkar etmiĢdir; 

görünür,  həmin  ölkələrdən  Azərbaycana  ĢüĢə,  zərgərlik  və  toxuculuq  məmulatı, 

gümüĢ qablar, bəzək Ģeyləri və s. gətirilird i. 

Bu  dövr  ticarətinin  inkiĢafında  Xəzər  dənizi  mühüm  rol  oynayırdı. 

Bizanslıların Qara dənizdən keçən ticarət xətlərini qapamıĢ ərəblər yeni ticarət yollarını 

Xəzərə  istiqamətləndirdilər.  Bu  isə  Abaskun  və  Astrabaddan  tutmuĢ  Dərbəndədək 

Xəzərsahili  Ģəhərlərin  sürətli  inkiĢafına  səbəb  oldu.  Xəzər  dənizi  hövzəsinin  cənub 

hissəsində gedən ticarət  inkiĢaf  etmiĢ sənətkarlıq  istehsalına  malik  olan bir  çox  Asiya 

ölkələri  ilə  geniĢ  əlaqələr  saxlayan  Bağdad,  Buxara  və  Səmərqəndin  iri  bazarlarının 

yaxınlığı sayəsində daha da artırdı. Ərəblər əvvəllər Bizansın əlində olan Xəzər-Volqa 

ticarət yoluna nəzarət  etməyə  baĢladılar.  Bizans  imperiyasının  arxalandığı  xəzərlər  isə 

ərəblər tərəfindən məğlub edildiklərinə görə yeni ana ticarət yolu üçün təhlükə təĢkil 

etmirdilər. Xəzər dənizinin ərəblərin əlində olan bütün liman Ģəhərlərinə Ġbn Havqəlin 

məlumatına görə "tez-tez bir limandan baĢqasına gedən tacir gəmiləri gəlirdi". 

Tranzit  ölkəsi  olan  Azərbaycan  digər  ölkələrlə  ticarətdə  fəal  iĢtirak  edirdi. 

Azərbaycandan olan tacirlər, eləcə də yolları buradan keçən ərəb və b. ölkələrin tacirləri 

Volqa  çayı  ilə  yuxarı  qalxaraq  Ģimala,  bulqarların  ölkəsinə gedib çıxırdılar.  Tacirlər 

orada  əllərində  olan  malın  dəyərinin  onda  biri  miqdarında  gömrük  haqqı  ödəyir, 

xeyirli alıĢ-veriĢ edirdilər; çünki islam dinini qəbul etmiĢ bulqarlar onlarla həmdin olan 

bu  tacirlərin  sövdələrinə  maneçilik  törətmirdilər.  Azərbaycanın,  Arranın  və  eləcə  də 

bütün  Xilafətin  bazarlarına  bulqar  və  burtaslardan  samur,  dələ,  tülkü  xəzləri,  dəri 

papaqlar,  oxlar,  qılınclar,  zirehli  geyimlər,  balıq  yapıĢqanı,  qullar,  bal,  mum  və  s. 




172 

 

gətirilirdi. Arrandan o zaman məĢhur olan toxuma malları aparılırdı.  Bu mallar toxucu 



müəssisələrinin məhsulları üçün bölüĢdürücü məntəqə olan Dərbənd vasitəsilə müxtəlif 

ölkələrə  daĢınırdı.  Bundan  baĢqa  Arran  Xilafətin  bütün  bazarlarında  çox  tələb  olunan 

keyfiyyətli boyaqlar və zəfəran ixrac edən ölkə idi.  

Nəinki Arranın, habelə bütün Qafqazın ən mühüm Ģəhəri olan Bərdə, akademik 

V. V. Bartolda görə, Qafqazdakı bütün ticarət yollarının və ərəblərin burada keçirdikləri 

ticarət  əməliyyatlarının  əsas  mərkəzi  və  qovĢağı,  Ģimalla  tranzit  ticarətinin  mərkəzi 

idi. 

Ərəblərin  Arranı  iĢğalınadək  Bərdədə  Sasani  mərzbanlarının  iqamətgahı  və 



alban katolikoslarının patriarxlıq taxtı yerləĢirdi. Xəlifə Os man (644-654) dövründə Ģəhər 

ərəblərin  iĢğalına  məru z qaldı.  654-cü  ildə ərəb sərkərdəsi Həb ib  ibn Məsləmən in 

Qafqa za  ikinci  yürüĢündən  sonra  Xilafətin  ġima l  vilayətlərinin  caniĢini  öz 

iqamətgahını  Dvindən  Bərdəyə  köçürdü.  Bərdə  ərəb lərin  Qafqazdakı  cani-

Ģinliyin in  mərkəzinə  çevrildi.  Lakin  hələ  Ġran-Bizans  müharibələri  dövründə 

xəzərlər  tərəfindən  dağıdıldığ ı  üçün  Əməv i  xəlifələrinin  təyin  etdiyi  caniĢinlər 

Ģəhərin  yenidən  qurulması  haqqında  əmr  verirlər.  Mənbələr  Bərdənin  bərpasını 

Xatim  ibn  Nu man  əl-Bəxili  və  ya  onun  oğlu  Əbdüləziz  ibn  Xatimin  ad ları  ilə 

bağlayırlar. 

Abbasilərin  hakimiyyət  baĢına  gəlməsi  (750)  ilə  Bərdənin  in zibati  və 

siyasi mərkəz kimi əhəmiyyəti daha da artır. 

Xilafətin  zəifləməsi,  A zərbaycanda  separatist  meyillərin  güclən məsi  ilə 

Bərdə  Ģəhəri  Xilafətin  Cənubi  Qafqazdakı  in zibati  mərkəzi  statusunu  itirir.  Lakin 

bununla  belə,  Bərdə  iqtisadi  əhəmiyyətini  sa xlaya  bilir;  ço x  keç mədən  Sacilə rin, 

942-c i ildən isə Sa larilə rin əsas Ģəhərlərindən biri olu r.  

X  əsrin  20-ci  illərində  Bərdədə  olmuĢ  ərəb  coğrafiyaĢünas -səyyahı  əl-

Ġstəxri  b ir  fərsəx  (təqr.  6  km)  eni,  bir  o  qədər  də  uzunluğu  olan  bu  böyük  Ģəhər 

haqqında  məlu mat  verirkən,  "Ġraq la  Xorasan  arasında,  Rey  və  Ġsfahandan  sonra 

Bərdədən  daha  münbit  torpaqlı,  əlveriĢli  mövqe  tutan  b aĢqa  Ģəhər  olmadığ ını 

bildirir.  Əl-Ġstəxri  dövründə  "Fars  və  Xuzistanı  ipəklə  təchiz  edən"  Bərdədə 

sənətkarlıq  və  ticarətin  inkiĢafı  yalnız  o  dövr  mənbələri  ilə  deyil,  son  illərdə 

Ģəhərdə aparılmıĢ arxeolo ji qazıntıların nəticələrilə də təsdiq edilir. 

944-cü  il  Bərdə  tarixinə  ağır  və  müsibətli  illə rdən  biri  kimi  da xil  oldu. 

Gəmilərlə  Xəzərdən Kür vasitəsilə Bərdəyə gələn rus lar

1

 Ģəhərin müdafiəsin i təĢkil 



etmiĢ Salari Mərzban ibn Məhəmmədin deyləmlilər və yerli könüllülərdən ibarət   

 

1



Bərdəyə  olan  hücum  rus  tayfalarının  Azərbaycana  ilk  hücumu  deyildi.  Mütəxəssislər  bu 

rusları  bəzən  normanlarla-skandinavlılarla,  bəzən  cənub-rus  düzlərindən  olan  dəniz  quldurlan 



("brodniki") ilə bağlayır, bəzən isə türkdilli tayfa hesab edir, hətta  onların  islamı  qəbul etmiĢ olduqlarını 

iddia edirlər. Lakin müxtəlif mənbə və ədəbiyyatın təhlili göstərir ki, 944-cü ildə Bərdəyə hücum edən 

və mənbələrin "rus"  adlandırdıqları  bu  iĢğalçılar rus knyazı  Ġqorun  (912-945) topladığı  drujinasının və 

muzdlu  qoĢununun  döyüĢçüləri  olublar. Toplu halında "rus"  adlandırılan  bu muzdlu  qoĢunun tərkibində 

ruslarla yanaĢı, milliyyətcə baĢqa tayfalara, o cümlədən türklərə mənsub döyüĢçülər də ola bilərdi. 

 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə