173
birləĢmiĢ qoĢununun müqavimətini qıraraq, Ģəhəri tutmuĢ, onu talan etmiĢ, müqavimət
göstərənləri qılıncdan keçirmiĢ, arvad-uĢağı əsir almıĢdılar. Bərdə Ģəhərinin
müqəddəratında həlledici rol oynamıĢ bu faciə haqqında XI əsrin əvvəllərində yaĢamıĢ
Ġbn Misqəveyh, XIII əsr tarixçisi Ġbn əl-Əsir, eləcə də yerli alban müəllifi və b. məlumat
vermiĢlər. Bu yürüĢ və onun nəticəsi olan qırğın, dağıntı və talan Bərdə Ģəhərinin
tənəzzülünü sürətləndirdi, o vaxtacan tərifi dillərdən düĢməyən Bərdə tədricən
əhəmiyyətini itird i.
Rusların yürüĢündən bir neçə il sonra, 40-cı illərin axırlarında Bərdədə olmuĢ
ərəb coğrafiyaĢünas-səyyahı Ġbn Havqəl ondan əvvəl bu Ģəhərdə olmuĢ əl-Ġstəxrinin
məlu matını təsdiq etsə də Bərdənin hələ də ağır günlər keçirdiyini bildirir: "Ruslarla
müharibə zamanından baĢlayaraq hakim dairələrin təzyiqi, ölkəni ağılsız adamların idarə
etməsi nəticəsində vaxtaĢırı baĢ verən və bu günədək davam edən basqınların törətdiyi
dağıntılara baxmayaraq Bərdənin bazar, karvansara və hamamları çoxdur". Həmin əsrin
sonlarında Bərdədə olmuĢ baĢqa bir ərəb səyyahı əl-Müqəddəsi isə on il ərzində,
mənbələrin məlumatından göründüyü kimi, yalnız xarici iĢğalçıların deyil, ara
müharibələrinin də əziyyətini çəkən, bununla belə hələ də əzəmətini itirməyən Bərdəni
"həmin iqlimin Bağdadı" adlandırır. Lakin dağıntıların izləri artıq özünü göstərirdi: əl-
Müqəddəsi bu Ģəhərə gələrkən "onun kənarları artıq dağılmıĢ, əhalisi azalmıĢdı.
Bərdənin qalası isə nizamsız halda idi".
Ərəb müəlliflərinin (əl-Ġstəxri, Ġbn Havqəl, Yaqut əl-Həməvi və b.) Bərdədə
istehsal və buradan ixrac edilən mallar, eləcə də bu nahiyənin kənd təsərrüfatı məhsulları
haqqında məlumatları da maraqlıdır; onların yazdıqlarına görə, Bərdədən "bir fərsəxdən
də az aralı olan bir yer var, adına əl-Əndərab deyirlər, Kurrah, Lasub və Naftan arasında
bir günlük yoldan çox məsafədə olan bu yer bağ və bostanlarla örtülmüĢdür, hər yer
meyvəlikdir. Orada əla fındıq (bunduk) yetiĢir, özü də Səmərqənd fındığından daha
keyfiyyətlidir. Orada yetiĢən Ģabalıd (Ģahballut) ġam Ģabalıdından daha yaxĢıdır. Onların
bir meyvəsi var, adına zoğal deyirlər, özü üvəzin meyvəsinə (əl-ğubeyra) oxĢayır,
yetiĢdikdə dadı Ģirin, yetiĢmədikdə isə acı olur. Bərdəyə ənciri Lasubdan gətirirlər, bu,
əncirin ən yaxĢı növüdür. Buradan çoxlu ipək aparırlar. Ġpəkqurdunu heç kəsə mənsub
olmayan tut ağaclarında yetiĢdirirlər. Fars və Xuzistan bu ipəklə geniĢ təchiz olunur.
Bərdənin üç fərsəxliyində Kür çayı axır. Ondan tumları əĢ-Ģurmahı (Ģahmahı-Ģamayı)
[balığını] duzlayıb, baĢqa yerlərə aparırlar... Kür çayından tutulan baĢqa balığı da ixrac
edirlər, ona əd-dəvakin (əz-zərəqan - qızıl balıq?) və əl-uĢub (əl-iĢubət) deyirlər.
Hər iki balıq bu yerlərdə olan ən yaxĢı balıq növlərindəndir. Bərdənin Bab əl-Əkrad
(Kürdlər qapısı) adlı darvazası yanında bazar günü açılan əl-Kurkiy adlı bazar var. O, bir
fərsəx uzunluğunda, bir fərsəx enindədir. Hər həftənin bazar günləri hər yerdən, hətta
Ġraqdan belə adamlar buraya axıĢır. Bu, hətta Ərdəbil yanındakı Kursurə bazarından da
böyükdür. Əl-Kurkiy adı bazar gününün öz adına üstün gəlib, çoxları həftənin günlərini
sayanda deyirlər: cümə, Ģənbə, əl-Kurkiy (bazar), bazar ertəsi, çərĢənbə axĢamı və
beləliklə, həftənin günlərini sayırlar. Bərdənin beytülmalı (xəzinəsi), ġamda olduğu
kimi, came məscidindədir. Bərdə beytülmalının qurğuĢundan damı, dəmir qapısı,
174
doqquz sütunu vardır. Hökmdarın evi Ģəhər içində, came məscidinin yanında, baza rla r isə
Ģəhər kənarında - rabatdadır...".
Xilafətin Ģimal ölkələri ilə ticarət mübadiləsində əhəmiyyətli mövqe tutan
"Qapılar qapısı" Bab əl-Əbvab - Dərbənd Arranın ikinci böyük Ģəhəri idi. Ərəb
xəlifələri Dərbəndin strateji və ticarət-ötürücü məntəqə kimi xüsusi əhəmiyyətini nəzərə
alaraq, onun azad Ģəhər statusunu saxladılar, Ģəhəri əmirlər və ya rəislər Ģurası idarə
etməyə baĢladı. Hələ 736-cı ildə xəlifə HiĢamın dövründə Əsəd ibn Zafir baĢda
olmaqla, Dərbəndə göndərilmiĢ 400 dövlət məmuru bu idarəçiliyin əsasını qoydu.
ġəhərin idarəsinə rəhbərlik edən rəislər rəisi nizamnamə çərçivəsində onun mühafızəsini
təĢkil etməli, qanun-qayda və təmizliyi gözləməli idi. Dərbənd qalasında, eləcə də
digər sərhəd qalalarında yerləĢdirilmiĢ hərbi hissələr xid mət müqabilində xəzinədən
maaĢ almır, yerli ehtiyatlar hesabına saxlanılırdılar. Xəlifənin sərəncamı ilə sərhədyanı
bölgənin "kafir" düĢmənlə üz-üzə qalan döyüĢçü - qazi əhalisinə vəqf payı kimi bütöv
vilayətlərlə yanaĢı, AbĢeronun neft və duz yataqlarından əldə olunan gəlirlər verilirdi.
Xəlifə Harun ər-RəĢid dövründə Ģəhərlilərin rifahını yaxĢılaĢdırmaq üçün Dərbəndə
Rubas çayından bir neçə kanal çəkildi, burada bağ və bostanlar salındı, dəyirmanlar
tikild i.
Xilafətin Ģimal hüdudlarında sərhəd qalası olan Dərbənd Xəzər dənizinin
ən mühüm limanı idi. ġəhər dənizin içərilərinə doğru uzanan daĢ hasarla əhatə
edilmiĢdi. Bu Ģəhərdə olmuĢ əl-Ġstəxri və Ġbn Havqəlin məlu matına görə "Bab əl-
Əbvab sahil Ģəhəridir. Ortasında gəmilərin yan alması üçün körpü var. Körpü ilə
dəniz arasında hər iki yandan qoĢa divar çəkilmiĢdir. Belə ki, gəmilərin giriĢ yolu
dar və çox girintili-çıxıntılıd ır. GiriĢ... zəncirlən miĢdir... heç bir gəmi icazəsiz
buraya nə daxil olur, nə də çıxır".
VIII-IX əsrlə rdə geniĢlənmiĢ ticarət Xila fət xə zinəsinə xeyli gəlir və
mənfəət gətirird i. Buna görə də Dərbəndin hakim dairələri ehtiyatı əldən vermədən
Xilafətin yalnız hərbi-strateji deyil, ticarət mənafelərinin də keĢiyində dururdular.
"Dərbəndnamə"dəki məlu mata görə, ehtiyatlı dərbəndlilər Ģəhərin müdafiə
sisteminin quruluĢunu gizlətmək məqsədilə xəzər xaqanının Dərbəndə göndərdiyi
elçilərinin gö zlərin i bağlamıĢdılar.
Ticarət məqsədilə Dərbəndə gələn yadellilərdən hələ xəlifə Ömər ibn əl-
Xəttabın fərman ında nəzərdə tutulmuĢ gömrük haqqı alın ırdı. Bu fərmana görə
"torpaqlarımıza qədəm basan yadelli tacirlə rdən, baĢqa ölkələ rdə müsəlman lardan
alınan gö mrü k haqqı məb ləğində, 10 faiz haqq alınırdı. Zimmi (müsəlman o lmayan
yerli) tacirlərdən malının dəyərinin beĢdə birin i, müsəlman tacirlərdən isə ümu mi
dəyəri 200 d irhəmə bərabər olan malına görə 5 d irhəm, yerdə qalan hər 40
dirhəmlik malına görə 1 dirhəm gö mrük haqqı" alınırdı. "Dərbəndnamə‖n in
mə lu matına görə, xə zə rlə rin ölkəsində ticarət etmə k arzusunda olan hər hansı bir
Dərbənd sakini ya malın ın onda biri dəyərində haqq ödəməli, ya da alveri atmalı
idi. Ġd xal olunan malların, eləcə də qulların, mal-qaranın və hər cür baĢqa Ģeylərin
üzərinə qoyulan bu gömrü k haqları Xilafət xəzinəsinə hər il 100 mindən 1 milyon