Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə82/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   78   79   80   81   82   83   84   85   ...   217

173 

 

birləĢmiĢ  qoĢununun  müqavimətini qıraraq, Ģəhəri tutmuĢ, onu talan  etmiĢ,  müqavimət 



göstərənləri  qılıncdan  keçirmiĢ,  arvad-uĢağı  əsir  almıĢdılar.  Bərdə  Ģəhərinin 

müqəddəratında həlledici rol oynamıĢ bu faciə haqqında XI əsrin əvvəllərində yaĢamıĢ 

Ġbn Misqəveyh, XIII əsr tarixçisi Ġbn əl-Əsir, eləcə də yerli alban müəllifi və b. məlumat 

vermiĢlər.  Bu  yürüĢ  və  onun  nəticəsi  olan  qırğın,  dağıntı  və  talan  Bərdə  Ģəhərinin 

tənəzzülünü  sürətləndirdi,  o  vaxtacan  tərifi  dillərdən  düĢməyən  Bərdə  tədricən 

əhəmiyyətini itird i. 

Rusların yürüĢündən bir neçə il sonra, 40-cı illərin axırlarında Bərdədə olmuĢ 

ərəb  coğrafiyaĢünas-səyyahı  Ġbn  Havqəl  ondan  əvvəl  bu Ģəhərdə  olmuĢ əl-Ġstəxrinin 

məlu matını  təsdiq etsə də  Bərdənin  hələ də  ağır  günlər  keçirdiyini  bildirir:  "Ruslarla 

müharibə zamanından baĢlayaraq hakim dairələrin təzyiqi, ölkəni ağılsız adamların idarə 

etməsi  nəticəsində vaxtaĢırı  baĢ  verən və bu günədək  davam  edən  basqınların  törətdiyi 

dağıntılara baxmayaraq  Bərdənin bazar, karvansara və hamamları çoxdur". Həmin əsrin 

sonlarında  Bərdədə  olmuĢ  baĢqa  bir  ərəb  səyyahı  əl-Müqəddəsi  isə  on  il  ərzində, 

mənbələrin  məlumatından  göründüyü  kimi,  yalnız  xarici  iĢğalçıların  deyil,  ara 

müharibələrinin də əziyyətini çəkən, bununla belə hələ də əzəmətini itirməyən Bərdəni 

"həmin iqlimin  Bağdadı" adlandırır. Lakin dağıntıların izləri artıq özünü göstərirdi: əl-

Müqəddəsi  bu  Ģəhərə  gələrkən  "onun  kənarları  artıq  dağılmıĢ,  əhalisi  azalmıĢdı. 

Bərdənin qalası isə nizamsız halda idi". 

Ərəb müəlliflərinin (əl-Ġstəxri, Ġbn Havqəl, Yaqut əl-Həməvi və b.) Bərdədə 

istehsal və buradan ixrac edilən mallar, eləcə də bu nahiyənin kənd təsərrüfatı məhsulları 

haqqında məlumatları da maraqlıdır; onların yazdıqlarına görə, Bərdədən "bir fərsəxdən 

də az aralı olan bir yer var, adına əl-Əndərab deyirlər, Kurrah, Lasub və Naftan arasında 

bir  günlük  yoldan  çox  məsafədə  olan  bu  yer  bağ  və  bostanlarla  örtülmüĢdür,  hər  yer 

meyvəlikdir.  Orada  əla  fındıq  (bunduk)  yetiĢir,  özü  də  Səmərqənd  fındığından  daha 

keyfiyyətlidir. Orada yetiĢən Ģabalıd (Ģahballut) ġam Ģabalıdından daha yaxĢıdır. Onların 

bir  meyvəsi  var,  adına  zoğal  deyirlər,  özü  üvəzin  meyvəsinə  (əl-ğubeyra)  oxĢayır, 

yetiĢdikdə dadı Ģirin, yetiĢmədikdə isə acı olur. Bərdəyə ənciri Lasubdan gətirirlər, bu, 

əncirin ən yaxĢı növüdür. Buradan çoxlu ipək aparırlar. Ġpəkqurdunu heç kəsə mənsub 

olmayan  tut  ağaclarında  yetiĢdirirlər.  Fars  və  Xuzistan  bu  ipəklə  geniĢ  təchiz  olunur. 

Bərdənin üç fərsəxliyində Kür çayı axır. Ondan tumları əĢ-Ģurmahı (Ģahmahı-Ģamayı) 

[balığını] duzlayıb, baĢqa yerlərə  aparırlar...  Kür çayından tutulan baĢqa balığı da  ixrac 

edirlər,  ona  əd-dəvakin  (əz-zərəqan  -  qızıl  balıq?)  və  əl-uĢub  (əl-iĢubət) deyirlər. 

Hər  iki  balıq  bu  yerlərdə  olan  ən  yaxĢı  balıq  növlərindəndir.  Bərdənin  Bab  əl-Əkrad 

(Kürdlər qapısı) adlı darvazası yanında bazar günü açılan əl-Kurkiy adlı bazar var. O, bir 

fərsəx  uzunluğunda,  bir  fərsəx  enindədir.  Hər həftənin bazar günləri hər yerdən, hətta 

Ġraqdan belə adamlar buraya axıĢır. Bu, hətta Ərdəbil yanındakı Kursurə bazarından da 

böyükdür. Əl-Kurkiy adı bazar gününün öz adına üstün gəlib, çoxları həftənin günlərini 

sayanda  deyirlər:  cümə,  Ģənbə,  əl-Kurkiy  (bazar),  bazar  ertəsi,  çərĢənbə  axĢamı  və 

beləliklə,  həftənin  günlərini  sayırlar.  Bərdənin  beytülmalı  (xəzinəsi),  ġamda  olduğu 

kimi,  came  məscidindədir.  Bərdə  beytülmalının  qurğuĢundan  damı,  dəmir  qapısı, 




174 

 

doqquz  sütunu vardır.  Hökmdarın evi Ģəhər  içində, came  məscidinin yanında,  baza rla r  isə 



Ģəhər kənarında - rabatdadır...". 

Xilafətin  Ģimal  ölkələri  ilə  ticarət  mübadiləsində  əhəmiyyətli  mövqe  tutan 

"Qapılar  qapısı"  Bab  əl-Əbvab  -  Dərbənd  Arranın  ikinci  böyük  Ģəhəri  idi.  Ərəb 

xəlifələri Dərbəndin strateji və ticarət-ötürücü məntəqə kimi xüsusi əhəmiyyətini nəzərə 

alaraq,  onun azad Ģəhər statusunu saxladılar,  Ģəhəri  əmirlər  və  ya  rəislər Ģurası  idarə 

etməyə  baĢladı.  Hələ  736-cı  ildə  xəlifə  HiĢamın  dövründə  Əsəd  ibn  Zafir  baĢda 

olmaqla,  Dərbəndə  göndərilmiĢ  400  dövlət  məmuru  bu  idarəçiliyin  əsasını  qoydu. 

ġəhərin idarəsinə rəhbərlik edən rəislər rəisi nizamnamə çərçivəsində onun mühafızəsini 

təĢkil  etməli,  qanun-qayda  və  təmizliyi  gözləməli  idi.  Dərbənd  qalasında,  eləcə də 

digər sərhəd  qalalarında  yerləĢdirilmiĢ  hərbi  hissələr  xid mət  müqabilində  xəzinədən 

maaĢ almır, yerli ehtiyatlar hesabına saxlanılırdılar. Xəlifənin sərəncamı ilə sərhədyanı 

bölgənin "kafir" düĢmənlə üz-üzə qalan döyüĢçü - qazi əhalisinə vəqf payı kimi bütöv 

vilayətlərlə yanaĢı, AbĢeronun neft və  duz  yataqlarından əldə  olunan gəlirlər  verilirdi. 

Xəlifə  Harun  ər-RəĢid  dövründə  Ģəhərlilərin  rifahını  yaxĢılaĢdırmaq  üçün  Dərbəndə 

Rubas  çayından  bir  neçə  kanal  çəkildi,  burada  bağ  və  bostanlar  salındı,  dəyirmanlar 

tikild i. 

Xilafətin  Ģimal  hüdudlarında sərhəd qalası  olan  Dərbənd  Xəzər  dənizinin  

ən  mühüm  limanı  idi.  ġəhər  dənizin  içərilərinə  doğru  uzanan  daĢ  hasarla  əhatə 

edilmiĢdi.  Bu  Ģəhərdə olmuĢ əl-Ġstəxri və  Ġbn Havqəlin  məlu matına görə "Bab əl-

Əbvab  sahil  Ģəhəridir.  Ortasında  gəmilərin  yan  alması  üçün  körpü  var.  Körpü  ilə 

dəniz arasında hər iki yandan qoĢa divar çəkilmiĢdir.  Belə  ki, gəmilərin giriĢ yolu 

dar  və  çox  girintili-çıxıntılıd ır.  GiriĢ...  zəncirlən miĢdir...  heç  bir  gəmi  icazəsiz 

buraya nə daxil olur, nə də çıxır". 

VIII-IX  əsrlə rdə  geniĢlənmiĢ  ticarət  Xila fət  xə zinəsinə  xeyli  gəlir  və 

mənfəət gətirird i.  Buna görə də Dərbəndin hakim dairələri ehtiyatı əldən vermədən 

Xilafətin  yalnız  hərbi-strateji  deyil,  ticarət  mənafelərinin  də  keĢiyində  dururdular. 

"Dərbəndnamə"dəki  məlu mata  görə,  ehtiyatlı  dərbəndlilər  Ģəhərin  müdafiə 

sisteminin  quruluĢunu  gizlətmək  məqsədilə  xəzər  xaqanının  Dərbəndə  göndərdiyi 

elçilərinin gö zlərin i bağlamıĢdılar. 

Ticarət  məqsədilə  Dərbəndə  gələn  yadellilərdən  hələ  xəlifə  Ömər  ibn  əl-

Xəttabın  fərman ında  nəzərdə  tutulmuĢ  gömrük  haqqı  alın ırdı.  Bu  fərmana  görə 

"torpaqlarımıza  qədəm  basan  yadelli  tacirlə rdən,  baĢqa ölkələ rdə  müsəlman lardan 

alınan gö mrü k haqqı məb ləğində, 10 faiz haqq alınırdı. Zimmi (müsəlman o lmayan 

yerli)  tacirlərdən  malının  dəyərinin  beĢdə birin i,  müsəlman  tacirlərdən  isə  ümu mi 

dəyəri  200  d irhəmə  bərabər  olan  malına  görə  5  d irhəm,  yerdə  qalan  hər  40 

dirhəmlik  malına  görə  1  dirhəm  gö mrük  haqqı"  alınırdı.  "Dərbəndnamə‖n in 

mə lu matına  görə,  xə zə rlə rin  ölkəsində  ticarət  etmə k  arzusunda olan  hər  hansı  bir 

Dərbənd  sakini  ya  malın ın  onda biri  dəyərində  haqq  ödəməli,  ya  da  alveri  atmalı 

idi.  Ġd xal olunan  malların, eləcə də qulların,  mal-qaranın və hər cür baĢqa Ģeylərin 

üzərinə qoyulan bu gömrü k haqları  Xilafət  xəzinəsinə hər il  100  mindən 1  milyon 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə