Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə83/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   79   80   81   82   83   84   85   86   ...   217

175 

 

dirhəmədək gəlir gətirirdi. 



Dərbənd  tacirlərin in  alverində  yerli  istehsal  məhsulları  (kətandan 

hazırlan mıĢ  üst  paltarları,  zəfəran,  qırmızı  boyaq  və  s.)  xüsusi  yer  tuturdu.  Yerli 

tacirlər  Ģəhərdə  istehsal  olunan  məhsullarla  yanaĢı,  "kafirlərin  ölkələrindən" 

gətirilən  qulların  satıĢından da  xeyli  mən fəət  gotürürdülər.  ġimali  Qafqazın  bütün 

xammalı da (qoyun sürüləri, dəri və s.) Dərbənddən keçirdi.  

644-cü  ildən ərəblər tərəfindən iĢğal edilərək,  inzibati ba xımdan Xilafətin  

Arran  vilayətinin  tərkibinə  daxil  edilən,  u zun  müddət  müsəlman  Cəfərilər 

əmirliyinə  tabe  olan,  yalnız  1122-ci  ildə  gürcülər  tərəfindən  geri  qaytarılan  Tiflis 

ərəb mənbələrində Arranın üç böyük Ģəhəri sırasında s adalanır. 

Yazılı  mənbələrdəki  məlu mata  və  arxeo loji  tapıntılara  əsaslanan  alimlər 



Beyləqan  (Örənqala)  Ģəhərinin  eramızın  V  əsrin in  sonunda,  VI  əsrin in  əvvəlində 

təsis  edildiyin i  göstərirlər.  Azərbaycan  ərazisində  baĢ  verən  məlu m  hadisələr 

üzündən IX əsrə qədər Muğan düzündə olan bir ço x Ģəhər və qalaların sıradan çıx-

ması,  944-cü  ildə  rusların  Bərdə  Ģəhərini  dağıntı  və  talanlara  məru z  qoy ması  ilə 

Mil-Muğan  düzündə  Beyləqanın  rol  və  əhəmiyyəti  yüksəldi.  Bə rdəni  Ərdəbillə, 

oradan  isə  Xilafətin  digər  in zibati  ticarət  mərkəzləri  ilə  birləĢdirən  əsas  yollardan 

biri  üzərində  yerləĢən  bu  Ģəhər  tədricən  sənətkarlıq  və  ticarətin  əsas 

mərkəzlərindən  birinə  çevrildi.  Bu  tarixi  gerçəklik  Örənqala  Ģəhərgahı  ərazisində 

aĢkar  edilən  arxeo loji  materiallarla  yanaĢı,  X  əsrin  ərəb-fars  coğrafiyaĢünas-

səyyahlarının məlu matları ilə təsdiqlənir. 

Bərdə  düĢəndən sonra onun  yerini  X  əsrin  II  yarısında  Arran  vilayətinin  

mərkəzinə  çevrilən  Gəncə  tutdu.  Bərdə  -  Tiflis  yolu  üstündə  yerləĢən  Gəncə 

bölgənin  yalnız  siyasi  həyatında  deyil,  ticarətində  də  fəal  iĢtirak  etməyə  baĢladı. 

ġəhəri əhatə edən, qalınlığı orta hesabla iki  metrə çatan üç cərgə qala divarları  iri 

sənətkarlıq  və  gur  ticarət  mərkəzi  kimi  əhəmiyyəti  günü-gündən  artan  Gəncənin 

sürətli  inkiĢafını  təsdiq  edir.  Köhnə  Gəncənin  ərazisində  qazıntı  iĢləri  aparmıĢ 

arxeoloqlar  müəyyən  etmiĢlər  ki,  üç  cərgə  divarların  qalıqları  ilə  əhatə  olunmuĢ 

Ģəhərgahın  sahəsi  təqribən  250  hektara,  ü mu mi  sahəsi  isə  9-10  kvadrat  kilo metrə 

yaxın  olmuĢdur.  Bununla  yanaĢı,  Ģəhərgahda  aĢkara  çıxarılmıĢ  maddi-mədəniyyət 

qalıqları  onun  yaranma  tarixin i  mənbələrdə  göstərildiy i  kimi  VI -IX  əsrlərə  deyil, 

daha dərin dövrlərə aid edir (Ġ.Cəfərzadə). 

Bərdə-Tiflis  yolu  üzərində  yerləĢən  mühüm  Ģəhərlərdən  biri  də  ġəmkir 



(ġamkur) olmuĢdur. IX-X əsr ərəb  müəlliflərinin Arranın Ģəhərləri sırasında adını 

çəkdikləri  ġəmkir,  əl-Balazurinin  məlu matına  görə,  iĢğaldan  sonra,  təqribən  bir 

əsrə  yaxın,  yəni  VIII  yüzilin  ortalarınadək  (köçəri  savirlər  -  sevordiklər  onu 

dağıdıb viran qoyanadək) "gur və abad Ģəhər" idi. 854-cü ildə  xəlifə əl-Mutəsimin 

sərkərdəsi  Böyük  Buğa  Ģəhəri  bərpa  edib,  buraya  islamı  qəbul  etmək  istəyən 

xəzərlərdən və Ģəhər həyatını canlandırmaq,  xüsusilə ticarəti  inkiĢaf etdirmək üçün 

Bərdə tacirlərindən köçürtdü; bundan sonra ġəmkir o dövrdə hakimiyyətdə olan xəlifə 

əl-Mütəvəkkilin Ģərəfinə əl-Mütəvəkkiliyyə adlandırıldı. 




176 

 

IX  əsrin  ikinci  yarısında  Xilafətin  zəiflə məsi  nəticəsində  ġirvanĢahların 



hakimiyyətinin  bərpa  edilməsindən  s onra  yeni  hakim  sülalənin  Ģərəfinə  əl-Yəzidiyyə 

adını almıĢ qədim ġamaxı (ġamaxiyə) çox keçmədən, əl-Müqəddəsinin dili ilə desək, 

"binaları daĢdan və gildən, axar suları, bağları, seyrəngahları olan" bir Ģəhərə çevrildi. Bu 

dövrdə "ġirvan ölkəsinin baĢ Ģəhəri" kimi ad çıxarmıĢ ġamaxı beynəlxalq ipək ticarətində 

mühüm  mövqe  tutur,  Azərbaycanın  ən  iri  ticarət  mərkəzlərindən  biri  kimi  tanınırdı. 

MəĢhur ġamaxı ipəyi ġərq və Qərb bazarlarında layiqli yer tuta bilmiĢdi. 

Hələ  Sasanilər  dövründə  inzibati  mərkəz  mövqeyində  olan,  hərbi-strateji 

əhəmiyyətli  NəĢavə  (Naxçıvan)  Ģəhərində  ərəb  iĢğalından  sonra  hərbi  qarnizon 

yerləĢdirilmiĢ,  ilk  dövrdə  Ģəhər  Arana  məxsus  əl-Busfurrucan  vilayətinin  mərkəzi 

olmuĢdur. 

Artıq X yüzildə Xəzər dənizi sahilində "bütün iqlimin yeganə limanı olan" Bakı 

dövrün  mənbələrində  ən  keyfiyyətli  nefti  olan  Ģəhər  kimi  tanınırdı.  Hələ  VIII  -  IX 

əsrlərdə burada hasil edilən neft və duz mü xtəlif ölkələrə ixrac o lunudu. 

Ərəb iĢğalı dövründə Cənubi Azərbaycanın ən böyük və əsas Ģəhəri Ərdəbil 

idi. VIII əsrin ortalarında baĢ verən hadisələri qələmə alan əl-Balazuri yazırdı: "Xəlifədən 

hücum əmri alan Huzayfa Azərbaycanın baĢ Ģəhəri Ərdəbilə yola düĢdü; əhalidən vergi 

toplayan Sasani mərzbanının iqamətgahı da burada idi". 

Ġlk  vaxtlar  ərəblər  bu Ģəhərin siyasi  və  inzibati  mərkəz  statusunu saxladılar, 

hətta xəlifə Əli (656-661) dövründə Azərbaycan hakimi təyin edilmiĢ əl-ƏĢas ibn Qeys 

dövlətin  təminatı  hesabına  yaĢayan  ərəbləri  Ərdəbildə  yerləĢdirmiĢ,  bu  Ģəhəri 

abadlaĢdırmıĢ,  burada  məscid  tikdirmiĢdi.  Lakin  ərəb-xəzər  müharibələrinin 

baĢlanması ilə Ərdəbil və onun ətrafları da gərgin döyüĢ meydanına çevrildi. Məhz buna 

görə Ərminiyə və Azərbaycan hakimi Mərvan ibn Məhəmmədin (732 - 744) dövründə 

caniĢinin  iqamətgahı  və hərbi düĢərgəsi təzəliklə  möhkəmləndirilmiĢ  qədim  Marağaya 

köçürüldü.  IX  əsrin  sonu,  X  əsrin  əvvəllərində  Yusif  ibn  Əbu-s-Sac  Ərdəbili  Sacilər 

dövlətinin paytaxtı etdi. Elə bu dövrdə Ģəhər üç darvazası olan qala divarları  ilə əhatə 

edildi.  Burada  olmuĢ  Ġbn  Havqəl  yazırdı:  "Hal-hazırda  [Cənubi]  Azərbaycanın  ən 

mühü m  vilayəti  və  böyük  Ģəhəri  Ərdəbildir.  Hərbi  düĢərgə  və hökmdarlar  sarayı 

buradadır.  ġəhərin  havası  saf,  satıĢ  qiymətləri  ucuzdur...  ġəhər  ço x  gözəldir. 

Ġçindən  çaylar  axır,  su  quyuları  vardır.  Çörək  isə  demək  o lar  ki,  həmiĢə  bol 

olduğundan 1 dirhəmə 50 lavaĢ almaq olar.  Ətin 1,5  mannını (1  mann təqribən 831 

q-N. V.)  1 d irhə mə verirlə r.  Ba l, ərin miĢ yağ, yarma , qoz, fındıq, kiĢ miĢ və baĢqa 

yeməli  Ģeylər  ço x  ucuzdur,  demək  olar  ki,  havayı  verirlər.  Ucuzluğu  ilə  Ģöhrət 

qazanmıĢ bir ço x baĢqa yerlər,  xətrin istədiyin hər Ģeyin bolluğu və yaxĢı yaĢamaq 

imkanına görə Ərdəbilə güzəĢtə gedirlər". 

Ərdəbil  yaxın lığ ında  yaxĢı  möhkəmləndirilmiĢ  böyük  Kursura  qalası 

vardı.  Hər  təzə  Ay  çıxanda  burada böyük  ticarət  bazarı  açılırdı.  Hələ  gəncliyində 

bu  bazarda  olmuĢ  Ġbn  Havqəlin  təsvirinə  görə,  mü xtəlif  yerlərdən  gələn  adamlar 

buraya satmaq üçün "əmtəə və ticarət ma llarından bez, səqat, bərbəhar [parçaları], 

ətir və sirkə, sərrac və  misgərlərin  məhsullarını, qızıl, gü müĢ, at, qatır, u zunqulaq, 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə