Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə84/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   80   81   82   83   84   85   86   87   ...   217

177 

 

iribuynuzlu ma l-qara  gətirirlər". 



Mənbələr  Ərdəbildən  sonra  o  dövr  üçün  Cənubi  Azərbaycan ın  ən böyük 

Ģəhəri kimi  Marağanın adını çəkirlər. Antik  mənbələrə görə hələ eramızdan əvvəl 

Fraata  (Fraaspa,  Praaspa,  ərəb  mənbələrində  Afraharu z)  adı  ilə  tanınan  bu  qədim 

Ģəhərin yeni dirçəliĢ dövrü ərəblərin Azərbaycan və Ərmin iyədəki hakimi Mərvan 

ibn Məhəmməd in adı  ilə bağlıdır. Mənbələrin  mə lu matına gorə, bu qədim yaĢayıĢ 

məskənin i  öz  h imayəsinə  alan  Mərvan  onu  bərpa  edib  geniĢləndirmiĢ,  bu  yerin 

daha  da  məskunlaĢması  üçün  hər  cür  Ģərait  yaratmağa  çalıĢmıĢdı.  Abbasilərin 

hakimiyyət baĢına gəlməsi  ilə Marağa  Əməvilərin baĢqa mülkləri  ilə birlikdə yeni 

sülalə  nümayəndələrinin  ixtiyarına  keçdi.  VIII  əsrdən  baĢlayaraq  Azərbaycanın 

əsas Ģəhərinə çevrilmiĢ Marağa qala divarları ilə  möhkəmləndirilmiĢ, burada çoxlu 

qoĢun  yerləĢdirilmiĢdi.  ġəhərə  gələn  səyyahlar  Marağanı  "sağlam  havalı,  bağları, 

çayları,  mədən  suları,  ləzzətli  meyvələri,  ərzağı  və  baĢq a Ģeyləri  bol  o lan"  Ģəhər 

adlandırırlar. 

Eyni ad lı gölün sahilində yerləĢən  Urmiya Ģəhəri dövrün mühü m yaĢayıĢ 

məntəqələrindən  biri  hesab  edilirdi.  Bir  ço x  orta  əsr  ərəb  müəlliflərin in  (Ġbn 

Xordadbeh,  əl-Balazu ri    və    b.)  "ZərdüĢtün  vətəni"  adlandırdıqları  "bu  əzəmətli 

qədim  Ģəhər"ə  gəlmiĢ  Ġbn  Havqəl  onun  haqqında  yazırdı:  "Urmiya  sağlam  havalı 

Ģəhərdir, üzümlüyü, Ģəhər içində axan bulaqları, əkin sahələri və rustaqları çoxdur. Hər 

cür malı və ticarət məhsulları da vardır". 

Artıq X əsrdən "Azərbaycanın ən məĢhur Ģəhəri"nə çevrilmiĢ  Təbriz (Tibriz) 

iĢğalın ilk illərində çox da böyük olmayan bir yaĢayıĢ məntəqəsi idi. VIII əsrin ortalarında 

xəlifənin  əmrilə  öz qəbiləsi  ilə Azərbaycana  köçmüĢ  yəmənli  Rəvvad  ibn Musanna  əl-

Əzdi Təbrizdən  Bəzzədək  bütün torpaqlara sahib olmuĢdu.  Əl-Balazurinin yazdığına görə, 

onun oğlu Vacnau ər-Rəvvad qardaĢları ilə birlikdə Təbrizdə  müxtəlif  binalar tikdirmiĢ, 

onu  qala  divarları  ilə  möhkəmlətmiĢdi.  VIII  əsrin  sonu,  IX  əsrin  əvvəllərində  Təbriz 

Məhəmməd  ibn  ər-Rəvvadın  əlində  idi.  Ölkədə  yaranmıĢ  siyasi  vəziyyət  onun  da 

Xilafətdən  ayrılmaq  cəhdlərini  gücləndirir.  Lakin  Mərənd  hakimi  Əbu-1-Bəis  ilk 

Rəvvadilərə məxsus bir çox yerləri, o cümlədən Təbrizi tutmuĢ, IX əsrin ortalarınadək 

öz  əlində  saxlaya  bilmiĢdi.  Təbrizin  IX  əsrin  II yarısından sonra baĢlanan  çiçəklənmə 

dövründə bu Ģəhərdə olmuĢ əl-Müqəddəsi onu ġərqin ən gözəl Ģəhərlərindən də üstün 

tutur: "Nədir  Təbriz?  O bir saf qızıldır,  nadir kimyadır, alınmaz qaladır, Mədinət əs -

Salamdan  (Bağdaddan)  üstündür.  Ġslam  əhli onunla  fəxr  edir.  Qiymətlərin ucuzluğu və 

meyvənin  bolluğu  haqqında  heç  soruĢma.  Came  məscidi  Ģəhərin  ortasındadır, 

gözəlliyinin həddi-hüdudu yoxdur". 

Mənbələr ərəb iĢğalından sonra Ģəhər həyatının nisbi inkiĢaf yoluna düĢdüyü 

IX yüzilin ortaları və ondan sonrakı dövr üçün güneyin əl-Məyanic (Miyanə), əl-Xunəc 

(Xunə), Ucan, Dəxərrəqan, Xuvey (Xoy), Səlamas (Salmas), Mərənd, Təbriz,  Varsan, 

Bərzənd, Muğan, Cabravan, ġiz, Sisər, Miməz, Əhər və s., quzeyin ġəki, Qəbələ, ġabran, 

ġirvan,  Abxaz,  (Layican?),  Bərdic  və  baĢqa  bu  kimi  "gözəl,  eyni  böyüklükdə"  orta 

Ģəhərlərin adlarını çəkirlər. Ġbn  Havqəl  Cənubun bütün Ģəhərlərini  onları  xarakterizə 




178 

 

edən ümunıi cəhətlərdə belə birləĢdirirdi; "bu Ģəhərlərin hamısını ağaclar bürümüĢ, hər 



yer  buğda  zəmiləri  və  xurma  ağacları  ilə  doludur.  Bu  yerlərdən  heç  biri  çaylarına, 

bağlarına və yaĢayıĢ məntəqələrinə görə o birisindən əskik deyil, əksinə, hər cür mal-

nemətlə zəngin və allahın  xey ir-bərəkəti  ilə doludur. Meyvələri ço x, yeməli Ģeyləri 

isə havayıdır". Arranın orta böyüklükdə olan Ģəhərlərini isə o, "gözəl, eyni böyüklükdə 

və məhsuldar, geniĢ, yararlı təsərrüfat sahələrinə malik" Ģəhərlər kimi  xarakterizə edir. 

Lakin  bu  ümumi  cəhətlərlə  yanaĢı,  mənbələr,  hər  bir  Ģəhərin  özünə  aid  olan  xüsu-

siyyətini də qeyd edir, onların hər birinin mövqeyini və əhəmiy yətini bu və ya  digər 

dərəcədə müəyyənləĢdirir. 

Bütün  bu  məlu matlar  ərəb  iĢğalı  və  baĢqa  siyasi  hadisələrlə  bağlı  nisbi 

tənəzzül  dövrü  keçirən  Azərbaycan  Ģəhərlərində  baĢ  verən  siyasi-iqtisadi 

dəyiĢiklikləri,  eləcə  də  IX  əsrin  sonlarından  baĢlayan dirçəliĢ  və  çiçəklən mən i  əks 

etdirir. 

ĠĢğaldan  sonrakı  ilk  yarım  əsrdə  yeni  ərəb  üsul-idarəsi  Azərbaycan  və 

Arranda  ərəblərdən əvvəlki  dövrdə  iĢlədilən  əski  pul  sistemini  saxlamıĢdı.  Əvvəllər 

Sasanilərin,  qismən  də  Bizansın  tabeliyində  olan  bu  yerlərdə  hələ  də  köhnə  pul 

vahidləri  -  Sasani drahması və  Bizans  miliarisiyi  qüvvədə  idi.  Qəribə  də  olsa,  ərəb -

lərin hakimiyyəti dövründə də əski Sasani vilayətlərində, o cümlədən Azərbaycanda - 

II  Xosrov və  II  Yəzdigərdin  surətləri,  eləcə də od  məbədlərinin  rəsmi  olan  sikkələr 

zərb  edilirdi.  Bunları  əvvəlkilərdən  fərqləndirən  yalnız  zərbolunma  tarixləri,  b ir  də 

ki,  kufi  xətti  ilə  bir  Quran  ayəsinin,  eləcə  də  ərəb  xəlifəsi  ilə  o  yerə  təyin edilmiĢ 

hakimin adlarının əlavə edilməsi idi. 

Xilafətdə  ilk  pul  islahatı  keçirmək  cəhdi  660-cı  ildə  xəlifə  Müaviyəyə 

mənsubdur.  Əməvilər  hakimiyyət  baĢına  gələn  kimi  o,  qızıl  və  gümüĢ  pullar  zərb 

etdirməyə  baĢladı.  Lakin  yeni  pul  vahidləri  əhalinin  inamını  qazana  bilmədiyi  üçün 

islahat cəhdi baĢ tutmadı. 

VII əsrin sonu, VIII əsrin əvvəllərində, xəlifə Əbdülməlikin  dövründə (685-

705)  həyata  keçirilən  yeni  pul  islahatı  Xilafətin  geniĢ  ərazisində vahid pul sistemini 

tətbiq  etdi.  Qızıl  Bizans,  gümüĢ  Sasani  sikkələri  ərəblərin  qızıl  dinarları  və  gümüĢ 

dirhəmləri  ilə  əvəz  olundu.  Yeni  pulların  üzərindəki  "Bismillah"dan  sonra,  həmin 

sikkənin  hansı  xəlifənin  dövründə  və  hansı  Ģəhərdə  zərb  edildiyi  gostərilirdi.  Lakin 

yeni  pullar  Azərbaycana  lazım  olduğundan  xeyli  az  gətirildiyinə  görə  tədavül  üçün 

zəruri  olan  gümüĢ  pula  tələbat  əski  Sasani sikkələri,  eləcə  də  yerli  sikkəxanalarda 

kəsilən pullar hesabına ödənilirdi.  Xilafətin ġimal v ilayətlərində bu sikkələr  yalnız 

caniĢinin daimi  iqamətgahlarında (əvvəl Dəbildə, sonra Bərdədə) deyil, eləcə də onun 

bu və ya digər səbəbə görə (ço x vaxt hərbi əməliyyatlarla bağlı) yerləĢdiyi müvəqqəti 

iqamətgahlarında da zərb olunurdu. Ərəb hakimiyyəti dövründə Arranda zərb edilən  və 

üzərində "Arran" möhürü olan ilk sikkə Hicri 89 (707-708-cu) ilə aiddir. Nu mizmatik 

və  yazılı  mənbələrə  görə  zərbxanalar  Bərdədə,  Dərbənddə  və  ya  ġamaxıda 

(Yəzidiyyə) fəaliyyət göstərə bilərdilər. Lakin  xəlifə caniĢininin baĢ verən hadisələrlə 

əlaqədar  tez-tez  yerdəyiĢməsi  zərbxananın o dövrdəki  yerini  dəqiqləĢdirmək  imkanı 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə