165
baĢqa meyvələrin tu mları aĢkara çıxarılmıĢdır.
Bağçılıqla yanaĢı, Azərbaycanda bu dövrdə üzümçülü k də inkiĢaf etmiĢdi.
Yayılmaqda olan islam d ini Ģərabçılığın tərəqqisinə yerlərdə ləngidici təsir göstərsə
də, azərbaycanlıların təsərrüfat fəaliyyətlərinin mühü m sahəsi olan üzü mçü lüyün
inkiĢafını saxlaya bilməd i.
X yüzildə buraya gələn səyyahlar Azərbaycanın, demək o lar, bütün
Ģəhərlərində üzümün bol olduğunu göstərir, onun yaĢ və qurusunun Yaxın ġərq
ölkələrinə aparıldığ ını qeyd edirlər.
Arxeoloji dəlillər də ü zü mün bolluğu barədəki mənbə məlu matlarını
təsdiq edir. Bir ço x abidələrin arxeolo ji tədqiqatı zaman ı aĢkar ed ilmiĢ üzü m
tumları, Ģərabın hazırlan ması və saxlan mas ı üçün zəruri olan gil qablar, tuluq lar,
Ģərab çöküntüsü və s. həmin dövrdə üzü mçülü k və Ģərabçılığ ın xey li inkiĢaf
etdiyini bir daha sübut edir.
Maldarlıq. VII-X əsrlərdə Azərbaycanda maldarlığ ın oturaq və köçmə
formaları yayılmıĢdı. Lakin bununla yanaĢ ı, bu dövrdə yarımköçəri maldarlıq da
meydana gəlmiĢ və tədricən inkiĢaf etməyə baĢlamıĢdı. Qeyd etmək lazımd ır ki,
Azərbaycanda yarımköçəri maldarlığ ın yayılmasında mü xtəlif vaxtlarda ölkəyə
gəlmiĢ köçəri tayfaların mühüm ro lu olmuĢdur. Düzənlik bölgələrdə əlveriĢli
Ģəraitin olması da Azərbaycanda yarımköçəri maldarlığ ın formalaĢ masında mühüm
rol oynamıĢdır. Bə zi tədqiqatçıla rın fikrincə, erkən orta əs rlər dövründə meydana
gəlmiĢ yarımköçəri maldarlıq XI-XII əsrlərdə bitkin Ģəklə düĢmüĢdür.
Yarımköçəri ma ldarlar təsərrüfatın yalnız bir sahəsi - ma ldarlıqla, daha
çox qoyunçuluqla məĢğul olurdular. Lakin təsərrüfatın bu forması Azərbaycanda
geniĢ intiĢar tapa bilməmiĢ, yalnız ġirvan və Qarabağ, Muğan və Mil düzləri
əhalisinin müəyyən qismində qeydə alın mıĢdı. Bununla yanaĢı, Böyük və Kiçik
Qafqazın dağ və dağətəyi yerlərin in əhalisi q ıĢda öz sürülərini Mu ğan, Mil, ġirvan
düzlərində otarır, yayda isə həmin sürüləri dağlara, zəngin alp çəmənliklərinə
qovurdular. Bəzi orta çağ mənbələrin in məlu matlarına əsaslanaraq erkən orta əsrlər
dövründə Azərbaycanda olan yaylaqlara qonĢu vilayətlərdən böyük sürülər gətirildiyini
mülahizə etmək olar.
VII-X əsrlərdə əkinçiliyin intensiv təkamülü maldarlığın inkiĢafına xüsusi
təsir göstərir. Arxeoloji materiallar Azərbaycanda o zaman çoxsaylı xırdabuynuzlu mal-
qara sürülərinin olduğunu təsdiq etməyə imkan yaradır. Azərbaycanda qoyunçuluğun
yüksək inkiĢaf səviyyəsi Ġbn Havqəlin məlumatı ilə bir daha təsdiqlənir; onun yazdığına
görə, Ərdəbil yaxınlığındakı Kulsurə bazarında eyni va xtda 100 min qoyun satılırdı.
Bu dövrdə atçılığın inkiĢafı yazılı mənbələrdəki məlu matla təsdiq edilir.
Həmin məlu mata görə, 764-cü ildə xəzərlər ölkədən çoxsaylı at ilxıları aparmıĢdılar. IX-
X yüzil ərəb müəllifləri Azərbaycanın qıvraq davamlı at cinsləri ilə məĢhur olduğu
haqqında məlumat vermiĢlər. Bu atlara Ġraq və ġamda daha yüksək qiymət verilirdi. Yerli
cinslər arasında Qarabağ atları daha geniĢ Ģöhrət qazanmıĢdı. Ərəblər Azərbaycanı iĢğal
etdikdən sonra burada ərəb atlarının bəslənilib-yetiĢdirilməsi baĢlandı. Cins ərəb atlarının
166
yerli at cinsləri ilə cütləĢdirilməsi nəticəsində daha yüksək keyfiyyətlərə malik yeni at
cinsi meydana gəldi.
Ticarətin inkiĢafı əsas nəqliyyat vasitəsi kimi dəvəçiliyin yüksəliĢinə də xeyli
təsir etdi. Dəvə ağır Ģeylərin daĢınması üçün əvəzolunmaz yük heyvanı idi. Arxeoloji və
yazılı mənbələr Azərbaycanın yarımköçəri maldarlıq formasının hakim olduğu düzən
yerlərində təkhörgüclü və ikihörgüclü dəvə cinslərinin geniĢ yayıldığını təsdiq edir.
Azərbaycanın dağlıq bölgələrində inkiĢaf edən heyvandarlıq təsərrüfatı ailəvi
tələbatı ödəməklə yanaĢı, satıĢ bazarını da malla təmin edirdi. Kəndlinin Ģəxsi
təsərrüfatında qoyun, keçi, inək, öküz, at, ev quĢları vardı. Bahqçılıq, ovçuluq, arıçılıq
kənd təsərrüfatının yardımçı sahələri idi. X əsrdə Azərbaycanda olmuĢ ərəb coğrafiyaçı-
səyyahları (əl-Ġstəxri, Ġbn Havqəl və b.) Kür və Araz çaylarından tutulan balıqların çox
dadlı olduğunu qeyd edir, "Ģahmahı" adlanan, o zamanlar hətta qurudulmuĢ halda xarici
ölkələrə daĢınan balıq növünü yüksək qiymətləndirirdilər.
VII-X əsrlərdə istehsal məhsullarının ümumi inkiĢafı nəticəsində maldarlıq
məhsulları istehsah da artdı. Bu dövrdə müxtəlif süd məhsullarının istehsalı və
saxlanılması üçün istifadə edilən qabların keyfiyyəti yaxĢılaĢır. Gil süd badyaları ilə
yanaĢı, mis sərniclər istifadə olunmağa baĢlanır. Yağın hazırlanması üçün gil, tuluq və
ağac nehrələrdən istifadə olunurdu. O dövrə aid nehrələr əvvəlkilərdən yalnız böyük
ölçüsü ilə deyil, eləcə də quruluĢu ilə seçilird i.
Bu dövrdə xırda buynuzlu mal-qaranın sayının artması daha çox yun, dəri, süd
və süd məhsulları əldə etməyə imkan yaratmıĢdı.
Beləliklə, mövcud material, tədqiq edilən dövrdə Azərbay canda nəinki
Qafqaz ölkələrinə, eləcə də bütün Ön Asiyaya xas olan yüksək mədəniyyətli əkinçilik
və maldarlıq təsərrüfatlarının olduğunu təsdiq edir.
§ 2. ƏRƏB HAKĠMĠYYƏTĠ DÖVRÜNDƏ ġƏHƏRLƏR VƏ ġƏHƏR
HƏYATI
Ərəb müdaxiləsindən sonra Xilafət qoĢunlarının itaətə gəlməyən Ģimal
vilayətlərinə etdikləri vaxtaĢırı yürüĢləri, eləcə də xəzərlərin və baĢqalarının bu yerlərə
ardı-arası kəsilməyən hücumları ilə əlaqədar Azərbaycan ərazisində baĢ verən hərbi
əməliyyatlar bu ölkənin Ģəhərlərinə və Ģəhər həyatına təsir göstərməyə bilməzdi. Yaxın
ġərqin ərəblər tərəfindən "tez bir zamanda və çox vaxt sülh yolu ilə, iqtisadiyyata ciddi
zərər yetirmədən" iĢğal edilən bir çox Ģəhərlərinə nisbətən Azərbaycanın xüsusilə
xaricdən daha çox müdaxiləyə məruz qalan Ģimal hissəsi uzun sürən hərbi əməliy -
yatlar zamanı ciddi çətinliklərlə üzləĢmiĢ, bəzi hallarda isə dağıdılmıĢdı. Bütün bunlar
Ģəhər təsərrüfatının böyük zərər çəkməsinə, hətta bir sıra Ģəhərlərin müvəqqəti