160
xristianlarla birlikdə Qafqazın ilk müsəlmanları oldular. ĠslamlaĢdırmanın ilk
mərhələsində xoĢ-güc qəbul edilmiĢ din yalnız müəyyən vaxt keçdikdən sonra, xüsusilə
islamın mədəni gücünün təsirilə sidq-ürəklə qavranılmıĢ və mənimsənilmiĢ inama
çevrild i.
Albaniya əhalisinin xey li hissəsi hakim sülalənin nü mayəndələri
Mihranilərlə birlikdə dövlət dini elan edilmiĢ xristianlığa etiqad edirdilər. QonĢu
xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara
çıxan mü xtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian
təriqətinə düĢmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban
kilsəsinin təqib olun masında, onun sərbəstlik və müstəqillik hüququnun
pozulmasında ermən i qriqorian kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz
nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün,
Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə d ə Xilafətin hərbi
qüvvələrinin kö məyinə əl atırdılar. Cənubi Qafqazda özlərinə arxa axta ran
Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək,
alban kilsəsinin ermən i kilsəsinə tabe olunması üçün Ģərait yaratdılar.
Sonralar diofiziliyə qarĢı hər yerdə mübarizə aparan erməni kilsəs i alban
ruhanilərini ö z mövqelərindən sıxıĢdırıb çıxartdı və ö lkən in ərəblər üçün əlçatmaz
dağ yerlərində yaĢayan alban əhalisini qriqorianlaĢdırmağa baĢladı. Bu proses
nəticəsində, ərəb müəlliflərinə görə, hələ X əsrdə də Bərdə və onun ətraflarında
iĢlədilən alban-arrani d ili, eləcə də alban ədəbiyyatı abidələri tədricən yo xa çıxd ı.
Ancaq qriqorianlaĢdırma prosesi və bunun nəticəsi olan erməniləĢdirmə
albanların kəskin müqaviməti ilə üzləĢdi. XIII əsrdə Gəncədə yaĢamıĢ, mənĢəcə
alban olan tarixçi Kirakos yazırd ı ki, yalnız alban "rəislərinin", yəni zadəganların
çoxu erməni dilini bilir və bu dildə danıĢırdılar. Deməli, hətta XIII əsrdə belə,
Albaniya əhalisinin hamısı erməni dilini b ilmir və ö z ana dilində danıĢırdı.
Ġ.P.PetruĢevskinin haqlı qeydinə görə, erməni kilsəsi Albaniyada "ölkəni
erməniləĢdirmək aləti olmuĢdu. Onun bu rolu VIII əsrin baĢlanğıcın dan etibarən,
yəni ermən i monofizi [kilsəsinin] katolikosu Yeqiya (Ġliya) xəlifənin kö məyi ilə
xalkidonçuluq (diofizilik) mövqeyində duran alban katolikosu Nersesi devirdikdən
və ermən ipərəstlər - monofizilər tərəfindən Albaniyada xalkidonçuluq (pravoslav
yunanpərəst və gürcüpərəst) hərəkatı yatırıld ıqdan sonra xüsusüə nəzərə çarpırdı,
bu hərəkat ruhanilər və knyazların bir hissəsi tərəfindən alban kilsəsinin erməni
kilsəsindən müstəqilliyini qoru maq cəhdini əks etdirirdi".
Bu vaxtdan etibarən, xristian qaydası ilə ruhanilərin baĢına əl qoyub,
onları keĢiĢliyə keçirmək hüququ alban katolikoslarından erməni katoli koslarına
keçir; Moisey Kalankatlının yazdığ ına görə, Albaniyada bundan sonra
xalkidonçuluğa rəğbət bəsləyən hər kəs "qılıncla və əsarətdə məhv edilməli" idi.
Bəzi tədqiqatlarda iĢlədilən "erməni A lbaniyası", "erməni albanları" ifadələri elə
buradan törənmiĢdir.
Beləliklə, keçmiĢ alban vilayətləri, o cümlədən Arsax (indiki Qarabağın
161
dağlıq hissəsi) Ġ.P.PetruĢevskinin gəldiyi nəticəyə görə, "heç bir zaman erməni
mədəniyyəti mərkəzlərinə mənsub olmamıĢdır". MəĢhur ermən i tədqiqatçısı
N.Adontsun fikrincə. "Arsax hə miĢə erməni nüfu z dairəsindən kənarda olmuĢd ur".
Ġ.P.PetruĢevskinin yazdığına görə, "erməni kilsəsi Arran xalqların ın erməniləĢmiĢ
nəsilləri arasında heç olmazsa Sünikdə Orbelyanların nahararlığ ı dövründə və
sonralar göstərdiyi mədəni təsiri göstərə bilmədi".
Beləliklə, ermən i kilsəsi, ərəb iĢğalçıların ın kö məy ilə, VIII əsrin
baĢlanğıcından etibarən ərəb vilayəti Arrana çevrilən keçmiĢ Albaniyanın xristian
əhalisini qriqorianlaĢdırmağa baĢladı. Ço x uzun sürən bu proses Eçmiadzin in
dəfələrlə müraciətindən sonra alban katolikosluğunun çar Rusiyası tərəfindən
1836-c ı ildə ləğv edilməsi ilə baĢa çatdı. Bu gün tarixi Azərbaycan ərazisin in
(tarixi Sünik, Arsax, Xaçın, eləcə də müasir Sisyan, Basarkeçər və s. yerlərin) bəzi
kəndlərinin köklü (sonradan köçüb gəlmə yo x) erməni əhalisi "ermən i kilsəsinin
etiqadına
qoĢulmuĢ və ermən ilərə qarıĢ mıĢ" (A.Ġoannesyan) albanların
nəsillərindəndir. Bu yaxın laradək onların qonĢuluğunda yaĢayan, indi isə erməni
təcavüzü nəticəsində qaçqına çevrilən azərbaycanlıların bir qis mi isə mü xtəlif
səbəblərdən islamı qəbul etmiĢ, hə min ermən ilərdən yalnız d illəri ilə fərqlənən
qədim alban soylarındandır.
162
VIII FƏSĠL
VII-X ƏSRLƏRDƏ AZƏRBAYCANDA SOSĠAL-
ĠQTĠSADĠ MÜNASĠBƏTLƏR
§1. ƏKĠNÇĠLĠK VƏ MALDARLIQ
Əkinçilik. VII əsrin II yarısı - X əsrdə Azərbaycanın iqtisadi həyatında
əkinçilik və maldarlıq aparıcı yer tutmaqda idi. Azərbaycanda əkinçiliyin daha da
inkiĢaf etməsində, onun məhsuldarlığının artmasında mü xtəlif quruluĢlu Ģum
alətləri böyük rol oynamıĢdır. Torpağın daha dərin və keyfiyyətli Ģumlan ması
təkmilləĢdirilmiĢ kotanların tətbiqi sayəsində mümkün olmuĢdu. Orta əsrlərdə
tətbiq olunan bəzi kotanların quruluĢu arxeoloji və etnoqrafik materialların yardımı
ilə bərpa edilir. Mütəxəssislər bu materiallar əsasında torpağın becərilməsi zamanı
ağac kotanın iĢ prosesini aydınlaĢdıra bilmiĢlər. Adətən kotan iki, bəzən isə dörd
öküzün qüvvəsi ilə hərəkətə gətirilird i. Torpaqdan asılı o laraq kotan vasitəsilə 0,25
hektaradək sahəni Ģumla maq olurdu. VII -X əsrlə rdə adi kotan torpağın becərilməsi
zaman ı baĢlıca alət idi və tarixi A zərbaycanın bütün ərazisində geniĢ surətdə
istifadə edilird i. Lakin torpağı daha dərin, daha yaxĢı Ģumlamağa imkan verən ağır
və yaxud qara kotanın meydana gəlməsi əkinçilik təsərrüfatında baĢ vermiĢ böyük
hadisə oldu. Dağlıq yerlərdə iq lim Ģəraiti, relyef xüsusiyyətləri, yumĢaq tor-
paqların olması ilə əlaqədar dərin Ģuma ehtiyac yox id i. Buna görə də qara kotan
daha çox dağətəyi və aran bölgələrində tətbiq edilird i. Belə kotanların kö məyi ilə
əkinçilər həmin bölgələrdə ço x böyük sahələri daha yaxĢ ı Ģumlamaq imkanı əldə
edirdilər. Ağır kotan xam torpaqların istifadə ed ilməsi zaman ı xüsusi əhəmiyyət
kəsb edirdi.
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda VIII-IX əsrlərdən məlu m
olan qara kotan əkinçilik alətlərinin in kiĢafı baxımından ən təkmilləĢ miĢ Ģum aləti
hesab edilir.
Orta əsr Azərbaycan Ģəhəri olan Beyləqanda (Örənqala Ģəhərgahında) aparılan
arxeoloji qazıntılar zamanı IX-X əsrlərə aid təbəqələrdə ağır kotanın kifayət dərəcədə
geniĢ gavahını, ağır kotanda kəsici vəzifəsini yerinə yetirən bəsit kotan önünün böyük
hissəsi aĢkar edilmiĢdi.
VII-X əsrlərdə əvvəlki dövrlərdən fərqli olaraq əkinçiliyin müxtəlif
sistemləri geniĢ surətdə yayılmıĢdı. Bu dövrdə Azərbaycanda torpağın dincə qoyulması
sistemi geniĢ tətbiq edilirdi. Yazlıq və payızlıq səpini keçirilən ikitarlalı və üçtarlalı
əkin sahələri mövcud idi. MeĢə bölgələrində əkin üçün ayrılmıĢ sahələr ağaclardan
təmizlənirdi. Aran yerlərində və qismən də dağlarda süni suvarma tətbiq olunurdu.
Dövrümüzədək qalmıĢ mürəkkəb sistemlər, suvarmanın mü xtəlif üsul və vasitələri,
qədim kanallar və digər suvarma qurğuları (quyular, kəhrizlər, su anbarları və s.),
habelə zəngin terminologiya, əfsanə və rəvayətlər Azərbaycanda suvarma sisteminin