148
Lay zanın, Filanın, Təbərsəranın, Lakzın və b. hökmdarlarını yanına çağırtdırdı.
Lakzın hökmdarından baĢqa dəvət edilmiĢ bütün dağlılar Mərvanın çağırıĢına səs
verdilər. ÇağırıĢa hay verməyən Lakz hökmdarının ö lkəsi dağıdılır, özü isə
öldürülür.
741-ci ildə Mərvan ġirvanı keçərək Muğan, Gilan və Talakana (Deylə mdə)
soxulur, ço xlarını q ırır, bir ço xların ı da əsir alır. Qayıdan baĢ Bərdəni də tutaraq,
beləliklə, ərəblərin Azərbaycandakı, eləcə də bütün Qafqazdakı hakimiyyətlərini
yenidən möhkəmləndirə bilir.
Sonrakı 20 il boyu xəzərlər ərəblərin nəzarəti altında oldular. Yalnız
Əməvilər sülaləsi devrildikdə Xilafətdə baĢ verən hadisələrdən istifadə edən xəzərlər
Bizansın təhrikilə Xilafətin xaqanlıqdakı nümayəndəsini öldürdülər və bu yolla
müvəqqəti müstəqillik qazandılar.
Xilafətdə baĢ verən qarıĢıqlıq və çəkiĢmələrdən istifadə edən Bizans da 752-
ci ildə sərhədyanı Suğur vilayətinə hücum edərək, onun bir sıra Ģəhərlərini iĢğal edir,
bununla yanaĢı Cənubi Qafqazda hərbi və diplomatik fəallığını gücləndirir. 754-cü ildə
hakimiyyətə gələn xəlifə əl-Mənsur (754-775) rəqib imperiyaya qarĢı əks tədbirlər
gördü, bizanslıların dağıtdıqları bəzi istehkamları bərpa etdirdi. 759-cu ildə xəlifə əl-
Mənsur, Yəzid ibn Useyd əs-Sulamini Azərbaycan və Ərminiyənin caniĢini təyin edir.
Xəzər hücumlarından ehtiyat edən yeni caniĢin Bab əl-Lan (Dəryal) keçidini ələ
keçirib, orada özünə sadiq xüsusi muzdlu qoĢun dəstəsi yerləĢdirir. Xəzərləri
təhlükəsizləĢdirmək üçün Yəzid, xəlifənin məsləhəti ilə, Xəzər xaqanının qızı Xatunla
evlənir. Əl-Kufinin dediyinə görə, caniĢin yüz min dirhəmlik baĢlıq verməli olur. Əl-
Kufi yazır: "Xatunu onun qohumlarından olan on min xə zər müĢayiət edirdi: ona dörd
min əla madyan, min qatır, min qul, on min "xəzəri" cinsindən olan alçaq dəvə, min baĢ
"türki" cinsindən olan ikihürgüclü dəvə, iyirmi min baĢ qoyun, qapıları və üstü qızıl və
gümüĢ lövhələrdən düzəldilmiĢ, içərisinə samur xəzi döĢənmiĢ və ipək çəkilmiĢ on
furqon, qızıl və gümüĢ əĢ yalar, qab-qacaq yüklənmiĢ iyirmi araba və baĢqa Ģeylər
qoĢulmuĢdu".
Təmtəraqla Bərdəyə gətirilən gəlin islamı qəbul etdi, Quranı öyrəndikdən
sonra Yəzidin arvadı olmağa razılıq verdi. Lakin iki il keçmiĢ onun özü və Yəziddən olan
iki oğlu vəfat etdi.
Xaqan qızının qəfil ölümü ərəblərə qarĢı yenidən inamsızlıq yaratdı. Bu iĢdə
Yəzidi və onun yaxın adamlarını günahlandıran xəzərlər 763-764-cü ildə böyük bir
qoĢunla Cənubi Qafqaz ərazisinə hücum edib, alban və gürcü vilayətlərini, o
cümlədən yerli salnaməçin in alban vilayətləri sırasında adlarını çəkd iyi Hecerini
(Ecerini), Kambehcanı (Kambisenanı), ġakeni (ġəkin i), Xozması (Xaçmazı),
Balasakanı və b. yerləri tutdular, saysız-hesabsız sürü və ilxıları apard ılar.
Xəzərlərin bu, dəfəki hücumları o lduqca güclü id i. Ço x keçmədən ġirvan
torpağında xəzərlərlə üzləĢən Yəzid, ona kö mək göndərilməsinə baxmayaraq,
məğ lub edilir və Bərdəyə qaçır.
Bu xəbər xəlifəyə çatanda o, Yəzidə bir daha kö mək göndərir. Yəzid yeni
149
qüvvələrlə Kürü adlayaraq Dərbəndə doğru istiqamət götürür və Ģəhərin
müdafiəsini təĢkil etmək qərarına gəlir. Az qala bütün Arranı fəth edən xəzərlər
ərəblərin Dərbənddəki müdafiə xətlərini yara bilməd ilər, qala ərəb lərin əlində
qaldı, xəzərlər isə Cənubi Qafqazı tərk etməli oldular.
O dövrün salnaməçiləri və tarixçiləri VIII əsrin 60-cı illərinin o rtalarında
xəzərlərin Cənubi Qafqaz ərazisinə daha bir neçə yürüĢü haqqında məlu mat
vermiĢlər. Bundan sonra VIII əsrin sonlarınadək xəzərlər bu ərazidə görünmədilər.
Yaln ız həmin yüzilin lap son ilində, xəlifə Harun ər-RəĢidin (786-809) hakimiyyəti
dövründə, xəzərlər Arran ərazisinə yenidən müdaxilə etdilər, kiçik ərəb hərbi
dəstələrin in müqavimətin i qıraraq, Kür çayının sahillərinədək irəlilədilər.
Mənbələrdəki məlu mata görə, xəzərlər burada 70 gün qaldılar, sonra isə ölkəni
talan edərək, 100 mindən artıq əsir apardılar. Ərəb tarixçisi əl-Kufi xəzərlərin bu
müdaxiləsini o zaman Dərbənddə baĢ verən hadisələrlə əlaqələndirir: Dərbənd
əhalisi Ģəhər hakiminin baĢçılığ ı ilə q iyam qaldırmıĢ, ərəblərə xərac verməkdən
imtina et miĢ, nəhayət xəzə rləri yardıma çağırmıĢdı. Dövrün digər mənbələ ri (ət -
Təbəri, Ġbn əl-Əsir və b.) bu rəvayəti baĢqa cür iĢıqlandırsalar da, fakt özlüyündə
qalır: VIII əsrin son ilində xəzərlər ərəblər ü zərində son ciddi qələbəyə nail ola
bilirlər.
Ġki gəlmədən biri üçün qələbə, digəri üçün məğlubiyyət olan belə qanlı
döyüĢlər torpaqları yağı tapdağı altında qalan yerli əhali üçün zülm, iztirab və
əziyyətdən baĢqa bir Ģey deyildi.
Bununla da xəzərlərin bir əsrdən çox ard ı-arası kəsilməyən soyğunçu
yürüĢlərinə demək olar son qoyulur. Yaln ız hələ də xəzərlərin qüdrətinə inanan
yerli hakimlər ara -sıra köhnə müttəfiq lərini ərəblərə qarĢı birgə mübarizəyə dəvət
edirdilər. Hətta IX əsrin sonları, X əsrin əvvəllərində, Cənubi Qafqaz ərazisində
müstəqil feodal dövlət qurumlarının yarandığı dövrdə də baĢ verən lokal xarakterli
bu çıxıĢlar nəticə etibarı ilə Xilafətin Qafqazdakı mövqeyini sarsıdan amillərdən
oldu. Beləliklə, obyektiv olaraq, müsəlmanların Ģimala doğru yollarını bağlamıĢ
Xəzər xaqanlığı, rusların və digər xalq ların da ġimali Qafqaz tərəfdən müsəlman
torpaqlarına müdaxilə etmələrinə mane olmuĢ, bufer dövləti ro lunu oynamıĢdır.