Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə85/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   81   82   83   84   85   86   87   88   ...   217

179 

 

vermir. 



Ərəb - xəzər müharibələrinin qızıĢdığı 723-724-cü illərdə Azərbaycanın Ģimal 

vilayətlərinə  yürüĢlər  təĢkil  edən  ərəb  caniĢini  hərbi  əməliyyatların  gediĢindən  asılı 

olaraq tez-tez müvəqqəti iqamətgahlardan istifadə etdiyi üçün zərb yeri sadəcə olaraq 

"Azərbaycan" kimi qeyd edilmiĢ dirhəmlər meydana çıxdı. ġəmkir, Qəbələ, Beyləqan, 

hətta Ərdəbil və Marağa belə pulların kəsildiyi yer ola bilərd i. 

Zərbxanaların Əməvi pullarını kəsməsi Hicri 131 (748-749-ci)  ilədək davam 

etdi. Mü xtəlif siyasi dairələrin mübarizəsi baĢa çatana, Abbasi sülaləsi nümayəndələri 

Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirənədək məhəlli zərb xanalar fəaliyyət 

göstərmədi. Arran ərazisində zərb edilən ilk Abbasi sikkələri Hicri 140 (757-758-ci) ildə 

Yəzidiyyədə, iki il sonra isə Bərdədə kəsilən mis fəlslər o lmuĢdur. 

Ġlk Abbasi xəlifələri dövründə Azərbaycan ərazisində qızıl pul  kəsilməsə də, 

tədavülə  xeyli  gümüĢ  sikkə  buraxılmıĢ,  mis  sikkələrin  zərbi  artırılmıĢdı. 

Arxeoloqlarımız (Qara Əhmədov) Beyləqanda aparılan qazıntılar zamanı  VIII əsrə və 

IX əsrin I rübünə dair "Arran" adı ilə kəsilmiĢ çoxlu mis pul aĢkar etmiĢlər; bunlardan 

785-787-ci  illərdə  Hazin  ibn  Xuzeymənin,  788/789,  791/792-ci  illərdə  Ubeydallah  ibn 

əl-Mehdinin,  793/794-cü  ildə  Xalid  ibn  Yəzidin,  794/795-ci  ildə  Musa  ibn  Ġsanın, 

800-cü ildə Əsəd ibn Yə zid in,  802-ci ildə Məhə mməd  ibn  Yə zidin və b. -nın ad ına 

kəsilmiĢ mis pulları qeyd etmək olar. 

Kəsilən  dirhəm  və  fəlslər  öz  əvvəlki  ölçülərində  qalmıĢ,  lakin  dirhəmlərin 

çəkisi bir qədər düĢmüĢdü; sonralar ümumi gümüĢ böhranı ilə əlaqədar onların çəkisi 

gah artır, gah azalırdı. 

Abbasilər  dövründə  çox  vaxt  artıq  pul  kəsilən  yerin  konkret  adı  deyil, 

zərb xananın  yerləĢdiyi  vilayətin  (Azərbaycanın,  Arranın  və  ya  Ərminiyənin)  adı 

göstərilird i. A zərbaycan və Arranın zərb xanalarında kəsilən pulların  ġərqi və Qərbi 

Avropanın (Rusiya, Almaniya, Ġsveç, Norveç, Pribaltika ölkələri və b.), eləcə də ġərqin 

mü xtəlif  ö lkələrində  aĢkar  edilən  dəfinələrdə  tapılması  bu  ölkələrlə  Azərbaycan 

arasında gedən qızğın ticarət əlaqələrinin olduğunu sübut edir. Pul tədavülünün artması 

isə mövcud ticarət münasibətlərinin daha da canlanmasına səbəb olmuĢdu. 

  

 

 



 

 

 



 

 

 



 

 

 




180 

 

§ 3. XĠLAFƏTĠN TORPAQ VƏ VERGĠ SĠYASƏTĠ 

 

Yerli  feodal  cəmiyyəti  üzərində  hakim  mövqe  tutan  Xilafət  üsuli-idarəsi 



ərəblərin  iĢğal  dairəsinə  düĢmüĢ  bütün  becərilən  torpaqları  müsəlman  icmasının 

mülkiyyəti elan etdi. Bu torpaqlar, əsasən, öz rəiyyətlərinə qarĢı  münasibətdə bütün 

hüquq və imtiyazlarını qorumuĢ əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə 

bu sahibkarların  müsəlman icması  xəzinəsinə  (beytülmala) boyun olduqları vergilərlə 

kifayətlənirdilər.  Lakin  Azərbaycanda,  habelə  ərəblərə  qədər  Sasanilərə  tabe  olan 

bütün  baĢqa  ərazilərdə  əvvəllər  hökmdara,  onun  qohumlarına  və  saray  əyanlarına 

məxsus  olan  torpaqların  bir  hissəsi,  eləcə  də  döyüĢlərdə  öldürülmüĢ  və  ya  Sasani 

dövlətinin  devrilməsindən  sonra  öz  torpaqlarını  tərk  etmiĢ  knyaz  (iĢxan)  və 

dehqanların  malikanələri  iĢğaldan  sonra  sahibsiz  qalmıĢdı.  Bu  kateqoriyadan  olan 

torpaqlar  (savafi)  müsəlman  icmasının  baĢçısı  kimi  xəlifənin  ixtiyarına  keçir  və  ərəb 

istilaları  nəticəsində  artmıĢ  dövlət  fonduna  aid  edilirdi.  ĠĢğalın  ilk  illərində  vəzifəli 

Ģəxslərə,  döyüĢçülərə  və baĢqalarına  torpaq payı  bu  fonddan  verilirdi.  Əgər  "raĢidi" 

xəlifələr dövründə bu torpaq payları bilavasitə xəlifələrin özləri tərəfindən verilirdisə, 

artıq  Əməvilər  dövründə  bu  hüquq  hər  vasitə  ilə  torpaqları  yerli  sahibkarlardan 

qoparmağa  çalıĢan  caniĢinlərə  də  verilmiĢdi.  Mənbələrin  məlumatına  görə,  "ərəblər 

Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və ġamdan olan qohumları 

da  buraya  axıĢdılar.  Hər  biri  bacardığı  qədər  torpaq  zəbt  etdi,  bir  hissəsi  qeyri-

ərəblərdən torpaq satın aldı...". 

Beləliklə,  tabe  olunmuĢ  əhalinin  torpaqlarını  zor-xoĢ  əldə  edən  istilaçılar 

özləri torpaq sahiblərinə, kəndlilər isə bu torpaq sahələrinin icarəçilərinə çevrild ilər. 

Qaynaqlar  əvvəllər  Əməvilərin,  sonra  isə  Abbasilərin  ixtiyarında  olan 

aĢağıdakı torpaq kateqoriyaların ı müəyyənləĢdirməyə imkan verir: 

1.

 

Əməvilərdən Abbasilərə  keçmiĢ xəlifə ya soltan torpaqları -vəfat etmiĢ 



və ya vəzifəsindən çıxarılmıĢ  məmurların  mü lklərin in  müsadirə edilməsi hesabına 

və  ya satınalma  yolu  ilə  tədricən  artan  bu  torpaqlar  böyük  gəlirlər  gətirird i.  Belə 

torpaqların idarəsi üçün bir neçə divan təsis edilmiĢdi. 

2.

 

İqta (sözün ilkin  mənası - paylaĢdırma, kəsilib ayrılma, pay) torpaqları 

-  becərilən  torpaqların  əksəriyyətini  təĢkil  edən  bu  kateqoriya  torpaqlar  Abbasilər 

dövründə  daha  geniĢ  yayılmıĢdı.  Belə  torpaqlar  adamlara  onlardan  əldə  edilən 

gəlirlə b irlikdə  xid mət  müddətinə və ya ömürlük verilir, yəni torpaq iqta sahibinin 

mü lkünə çevrilirdi.  Lakin sahiblik hüququna heç də həmiĢə riayət olunmurdu; belə 

ki,  mənbələrdə  qeyd  olunduğu  kimi,  iqta  öz  sahibinin  əlindən  alına  və  yenidən 

xüsusi  divana  verilə  b ilərdi.  Ġqta  sahibləri  hərbi  mükəlləfıyyət  daĢımır,  əvəzində 

vergi ödəyirdilər.  Bununla yanaĢı, onlar öz torpaqlarında yerləĢən kanalları, yolları 

və körpüləri təmir etməli idilər. 

Sahiblik  hüququndan  asılı  olaraq  iqta  torpaqları  nəzəri  cəhətdən  iki 

kateqoriyaya bölünürdü: bağıĢlanan iqta (təmlik ) Ģəxsin tam  mü lkiyyətinə keç ir və 

irsən ötürülürdü. Bu növ iqta adətən becərilməmiĢ və ya varisi olmayan sahiblərin 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə