37
Tayvanın iqtisadi inkişafına əsaslı qoyuluş 1980-ci ildə Sinçu adlanan yerdə
yaradılan texnopark edib. Bu texnoparkın yanında iki nəhəng milli universitet –
Tonqua və Çiatunq yerləşir. Parkda sənaye texnologiyasının elmi-tədqiqat institutu
mikroelektronika işləyib hazırlamaq üzrə birgə korporasiya, yarım keçiricilər üzrə
tayvan şirkəti, elektronika sahəsində tədqiqatlar üzrə təşkilat yerləşir. Əsas elmi –
tədqiat işləmələri elektron sənayesinin inkişafı ilə bağlıdır. Parkda 15 minə qədər
yüksək ixtisaslı mütəxəssis çalışır. Sinçu hər məşğul nəfərə düşən məhsul buraxılışı
həcminə görə məşhur amerikan Silikon vadisindən geri qalmır. Parkın ərazisindən
ixrac olunmuş məhsulun dəyəri 5 il ərzində 1989-cu ildə bir mlrd dollardan 1994-cü
ilə qədər 8 mlrd dollara çatıb, milli ixracda isə onun payı 2%-dən 4%-ə qalxmışdır.
Yaponiya kompaniyalarında aparılan tədqiqatlar innovasiya prosesinin idarə
edilməsinin təşkilində layihə qruplarından (müvəqqəti və daimi) istifadəyə üstünlük
verildiyini göstərir. Məlumdur ki, Yapon firmaları dünya bazarlarını yeni növ məh-
sullar işləyib hazırlamaqla əldə edirlər. Məsələn, «Seyko» kompaniyası ilk dəfə
olaraq maye kristallardan istifadə saatları işləyib hazırladı və bununla da dünya
bazarının böyük bir hissəsini öz əlinə aldı. «Honda» kampaniyası o, qədər də böyük
olmayan yüksək keyfiyyətli motosikl modeli işləyib hazırladı və tezliklə bu model
öz dərəcəsinə görə hakim mövqe tutdu. Bu «Kenon» kampaniyasına və gəmilər inşa
edən «Matsusita» firmasına da aiddir. Yapon firmaları öz kompaniyalarının
texnologiyası əsasında yeni əmtəələrin yaradıcılıqla işləyib hazırlanmasına böyük
əhəmiyyət verirlər. Onlarda yeni məhsullar işlənib hazırlanması xidməti adətən
kampaniyanın
fəaliyyətinin
bütün
sferalarını
əhatə
edir.
Qeyd etmək lazımdır ki, innovasiya proseslərinin həyata keçirilməsində Qərbin hər
bir inkişaf etmiş ölkəsinin özünə məxsus xüsusiyyətləri vardır. Məsələn, ABŞ-da
onu fərqləndirən başlıca cəhətlərdən biri, ümumiyyətləazad sahibkarlıq üçün
əlverişli iqtisadi mühitin mövcudluğudur.Məhz buna görə, hər il yaradılan yeni
müstəqil firmaların sayına görə (600 mindən çox) ABŞ bütün inkişaf etmiş Qərb
ölkələrini xeyli qabaqlayır, iqtisadiyyatda çalışan hər on adamdan biri isə rəsmi
cəhətdən qeydə alınmış sahibkarlıq statusuna malikdir.Bu ölkədə sahibkarlıq
38
fəaliyyətini, o cümlədən innovasiya fəaliyyətini şərtləndirən əlverişli iqtisadi mühitə
gəldikdə isə, onun fərqli cəhətləri kimi vençur kapitalın iri bazarının və bu sahədə
həvəsləndirici dövlət siyasətinin mövcudluğudur.Bura öz növbəsində sahibkarlığın
dövlət səviyyəsində geniş təbliği, yeni yaradılan firmalara dövlətin maliyyə
köməkliyi və vergi güzəştləri, onların fəaliyyətinin daha çevik şəkildə
tənzimlənməsi, müstəqil firmaların, iri korporasiyaların elmi-texniki tərəqqi, yüksək
texnoloji nəticələr və s. bu kimi proqramları üçün dövlətin maliyyə ehtiyatlarının
ayrılması və s. daxildir.Məhz bu və digər səbəblərə görə innovasiya prosesləri ABŞ-
ın iqtisadi inkişafının əsas amillərindən biridir.Əgər 50-60-cı illərdə bu ölkənin 2,5-
3 faiz səviyyəsində olan illik inkişaf tempinin təqribən yarısı bu innovasiya
proseslərinin və texnoloji dəyişikliklərin payına düşürdüsə, bu gün həmin
göstəricinin payı xeyli yüksəlmişdir.
Son dövrlərdə innovasiya proseslərinin inkişafı və tətbiqi sahəsində Yaponiya
dövləti ABŞ-dan xeyli irəli getmişdir və həmin proses 60-70-ci illərdən başlayaraq,
burada geniş vüsət almışdır.Hal-hazırda Yapon «möcüzəsinin», yəni 60-70-ci
illərdən başlayaraq bu ölkənin sürətli iqtisadi sıçrayışının əsl səbəbləri haqqında
müxtəlif mülahizələr söylənilir.Bu fikirlərdən ən geniş yayılanlarından biri, həmin
möcüzənin səbəbini məhz elmi-texniki tərəqqi və innovasiya sahəsindəki köklü
dəyişikliklərlə bağlayır.Konkret olaraq, bu özünü həmin dövrlərdən başlayaraq
elektron hesablama texnikasının, informatik idarəetmə sistemlərinin, texnoloji
proseslərin və layihələşdirmənin avtomatlaşdırılmasının geniş vüsət almasında
göstərir.Bu gün innovasiya proseslərinin qeyd edilmiş bu siyahısına
biotexnologiyadan və yüksək möhkəmliklə sintetik əvəzedicilərdən istifadəni,
konveyer xətlərinin robotlaşdırılmasını və s. əlavə etmək olar (3, səh.102-103).
Yaponiyada innovasiya mühitinin digər xüsusiyyətlərindən biri, iqtisadi fəaliyyətdə
xarici kəşflərdən, ideyalardan, layihələrdən və s. geniş istifadə edilməsidir.Belə ki,
son 30 ildə bu ölkə xarici texnologiyaların alınmasına 10 milyard dollardan çox
vəsait sərf etmişdir.Bu dövrdə Yapon firmaları tərəfindən təqribən 42 min lisenziya
əldə edilmişdir ki, bunların da təqribən yarısı ABŞ-ın payına düşür.
39
Bu ölkədə innovasiya proseslərinin ən fərqli cəhətlərinin birini ölkənin texnoloji
məqsədlərinin dövlət miqyasında müəyyən edilməsi, bu məqsədə çatmaq üçün
iqtisadiyyatın bütün imkanlarının səfərbərliyə alınması, xüsusi sahibkarlığın bu
sahədə geniş həvəsləndirilməsi və s. təşkil edir.Məsələn, 70-ci illərdə Yaponiya
dövləti xarici texniki-texnoloji layihələrin idxalını azaltmaq və əsasən yapon elmi
texniki və texnoloji nailiyyətləri bazasında iqtisadi artımı təmin etmək vəzifəsini
irəli sürmüşdü.Qeyd etmək lazımdır ki, müasir dövr üçün bu vəzifə əsasən yerinə
yetirilmiş və Yaponiya konsernləri özlərinin müstəqil elmi-texniki potensialını
yaratmışdır.Lakin buna baxmayaraq, xarici müasir lisenziyaların alınması təcrübəsi
yenə də əhəmiyyətli yer tutur.Məsələn, 1993-1994-cü maliyyə ilində xarici
lisenzyalardan istifadəyə görə 471 milyard ien vəsait ödənilmişdir.
Amerika və Yaponiya ilə müqayisədə Qərbi Avropa ölkələrində innovasiya mühiti
nisbətən az inkişaf etmişdir ki, bunun da əsas səbəblərindən biri risklə bağlı
əməliyyatlara zəif meyllilikdir.Böyük Britayanın və Italiyanın kiçik innovasiya
kompaniyaları əsasən iri korporasiyalarla çox möhkəm və sərt subpodrat əlaqələri
sistemində fəaliyyət göstərirlər və bir çox cəhətdən onlardan asılıdırlar. Qərbi
Avropada vençur kapitalının nisbətən geniş bazarı Ingiltərədə və Hollandiyada
mövcuddur və o, əsasən, 80-ci illərdən inkişaf etməyə başlamışdır.Həm də burada
bütün kapitalın təqribən yarısı tamamilə yeni yaradılmış yüksək texnoloji firmalara,
yerdə qalanı isə artıq mövcud olan kompaniyalara, (o cümlədən, əhəmiyyətli bir
hissəsi fəaliyyətdə olan amerikan kompaniyalarına) yönəldilir.
Innovasiya mühitinin müxtəlif ölkələrdə fərqli xüsusiyyətlərinə baxmayaraq, onları
bu sahədə ümumiləşdirən xeyli cəhətlər vardır.Bu gün bütün inkişaf etmiş Qərb
ölkələrində innovasiya mühiti və onunla bağlı olan proseslər elmi-texniki tərəqqi
şəraitində gələcək inkişafın və iqtisadi sistemin transformasiyasının əsası, milli
iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin, iqtisadi artımın təmin
edilməsinin vacib şərti kimi qəbul edilir. Nəhayət, göstərmək lazımdır ki, innovasiya
prosesləri təkcə ayrı-ayrı ölkələr səviyyəsində aparılmır.Bu gün vahid innovasiya
Dostları ilə paylaş: |