28
-Azərbaycanda elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, əhalinin
sağlamlığının qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində bu
potensialdan səmərəli istifadə edilməsi, dövlətin informasiya ehtiyatlarının
artırılması və innovasiya proseslərinin sürətləndirilməsi;
- Elmi müəssislərdə və ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyəti
əlaqələndirmək və istiqamətləndirmək üzrə işin daha da gücləndirilməsi;
- Elmdə inhisarçılıq imkanlarını istisna edən demokratik rəqabət və müsabiqə
formalarından geniş istifadə etməsi, respublika alimlərinin yaradıcılıq potensialının
tam aşılanması üçün şəraitin yaradılması;
- Elmi müəssisələrdə kompleks məqsədli proqramların işlənməsi və onların
maliyyələşdirilməsinin müsabiqə əsasında həyata keçirilməsi;
- Beynəlxalq elmi layihə və proqramları həyata keçirən mərkəzə çevrilməsi üçün
şəraitin yaradılması, elmi mübadilə çərçivəsində xarici alimlərin işə cəlb olunması
təcrübəsinin genişləndirilməsi;
- Yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində fəaliyyətinin inkişafı,
respublikanın ali məktəbləri ilə əməkdaşlığın gücləndirilməsi;
- Xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə yüksək ixtisaslı kadrların
hazırlanması.
Elm sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasına aşağıdakıları aid
etmək olar:
-Mühüm elmi istiqamətlərinə uyğun olaraq elmi müəssisələrin strukturunda və idarə
olunmasında dəyişikliklərin həyata keçirilməsi;
-Struktur və idarəetmə mexanizmində elmi maraqların və meyarların üstünlük təşkil
etməsi;
- elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin nəticələrinin istehsalatda tətbiqi
istiqamətində fəaliyyət göstərən ixtisaslaşmış kommersiya infrastrukturunun
inkişafı, elmtutumlu məhsulun yaradılması və satılması, informasiya, marketinq,
konsaltinq və servis xidməti yolu ilə bazar iqtisadiyyatına uyğunlaşması;
29
- fundamental tədqiqatların xüsusiyyətlərini, yaradıcı axtarışın müasir ənənələrini,
bu sahədə dövlət prioritetlərinin təşəkkülünü və elmi ictimaiyyətin mövqeyini
nəzərə alan elmi işlərin keyfiyyət və səviyyəsinin qiymətləndirmə meyarlarının və
mexanizminin müəyyənləşdirilməsi;
- intellektual mülkiyyətin beynəlxalq bazara çıxarılmasını təmin edən, texnopark
(texnopolis) və elmi birjanı (elmtutumlu və informasiya texnologiyalarının birjası)
özündə cəmləşdirən xüsusi iqtisadi zona çərçivəsində tətbiqi elmi tədqiqatların
nəticələrinin həyata yol açmasının yeni mexanizminin yaradılması;
- cəmiyyətdə elmi əməyin nüfuzunun artırılması, elmi işçilərin inkişaf etmiş
ölkələrdə olduğu kimi yüksək məvaciblə təmini;
- gənc alimlərin tədqiqatlarına himayə edilməsi məqsədilə müxtəlif fondların
yaradılması;
- elmi kadrların hazırlanması sisteminin elmi-texniki sahənin tələbatı və prioritetləri
ilə uyğunlaşdırılması;
- fundamental tədqiqatlar fondunun və bir sıra başqa fondların yaradılması;
- xarici müəssisələrin (firmaların, şirkətlərin, investisiya fondlarının və s.)
innovasiya layihələrinin müəyyən hissəsinin alim və mütəxəssislər tərəfindən yerinə
yetirilməsi, dünya bazarına çıxışı sürətləndirmək məqsədilə Azərbaycan
Respublikası ərazisində birgə müəssisələrin yaradılması;
- vasitəçi xarici firmaların köməyi ilə müəssisələrin elmi məhsulunun rəqabət
qabiliyyətli nümunələrə çevrilməsi, onun sertifikasiyası və dünya bazarına
çıxarılması.
Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı
ənənəvi rabitə sahələrinin daha intensiv şəkildə istismarı, habelə yeni xidmət
növlərinin yaranması ilə səciyyələndirilir. 2008-ci ildə rabitə sahəsində ümumi
buraxılışın həcmi 2003-cü ilin səviyyəsini 4,3 dəfə ötərək, 1075,3 milyon manat
təşkil etmişdir. Sahədə 708,7 milyon manat və ya 2003-cü ilə nisbətən 4,7 dəfə çox
əlavə dəyər yaranmışdır.
30
Ölkənin informasiya-kommunikasiya texnologiyaları sisteminin müasir dünya
standartları səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron
Azərbaycan) təsdiq edilmişdir. Proqrama uyğun mövcud telekommunikasiya
infrastrukturunun modernləş-dirilməsi, o cümlədən elektron rəqəmli ATS-lərin
quraşdırılması, telekommunikasiya qovşaqlarının yenidənqurulması, yeni ATS-
lərin, universal poçt xidmətinin təşkili üçün poçt şöbələrinin tikintisi,
yenidənqurulması və müasir avadanlıqlarla təmin olunması, radio-televiziya
yayımının təkmilləşdirilməsi və beynəlxalq rabitə trafikinin gücləndi-rilməsi, TAE
beynəlxalq kommunikasiya optik xəttinin Xəzər dənizaltı hissəsinin tikintisinə dair
layihələr həyata keçirilmiş, bir sıra rabitə müəssisələri özəlləşdirilmiş, yeni birgə
müəssisələr yaradılmışdır.
Görülmüş tədbirlər nəticəsində ölkənin ümumdünya elektron informasiya məka-nına
inteqrasiyası təmin olunmuşdur. Ümumi istifadədə olan telefon aparatlarının sayının
artım dinamikasına görə Azərbaycan MDB ölkələri arasında ön sıralardan birini
tutur.
1.3.
İnnovasiya inkişafının xarici təcrübələri
Təcrübə göstərir ki, inkişaf etmiş ölkələr öz milli mənafeyinə uyğun «Milli
innnovasiya sistemi» formalaşdırırlar. Bu zaman iqtisadiyyatın inkişafına xidmət
edən yeni texnologiyaların yaradılmasına və tətbiqinə, yeni istehsal proseslərinin
təşkilinə yönələn elmi biliklərə, stimullaşdırıcı tədbirlərin tətbiqinə üstünlük
verilir.Çünki innovasiya iqtisadi inkişafın əsas həlledici amilidir və onun tətbiqi ilə
iqtisadiyyatda və eyni zamanda elm sektorunda ciddi dəyişikliklər – texnoloji
proseslərin təkmilləşdirilməsi, elmi-tədqiqatların nəticələrinin reallaşması və s. baş
verir. Innovasiya iqtisadi inkişaf şəraitində sahələrarası əlaqələrin
optimallşadırılmasında milli innovasiya sisteminin formalaşdırılması mühüm
əhəmiyyətə malikdir.İEÖ-də Milli Innovasiya Sistemi (MİS) yeni texnologiyaların
Dostları ilə paylaş: |