31
yaradılmasında və yayılmasında iştirak edən müxtəlif institutların (firma, elmi
müəssisələr, ali məktəblər və s.) məcmusudur. Milli İnnovasiya Sistemi dövlətin
innovasiya siyasətini həyata keçirən əsas mənbədir. Ayrı-ayrı ölkələrin timsalında
dünya təcrübəsi göstərir ki, texnoloji zonalar iqtisadi inkişafda rol oynaya bilir.
Lakin milli innovasiya sisteminin formalaşması daha effektli nəticələrə gətirə bilər.
Texnoloji zonalar isə bu sistemin əsas elementi kimi özünü artıq
təsdiqləmişdir.Təhlillər göstərir ki, kiçik innovasiya müəssisələri vahid məkanda
fəaliyyət zamanı daha effektli nəticələr əldə edirlər. Və belə fəaliyyət formasında
iqtisadi inkişafa daha çox töhfələr verə bilirlər. Təcrübə göstərir ki, bu forma
texnoparkdır və onun formalaşması üçün kompleks yanaşma prinsipi inkişafın əsas
prinsiplərindən biridir. Bütün innovasiya strukturlarının yeni növləri arasında elmi
texnoloji parklar özünün çoxfunksionallığı, həll etdiyi məsələlərin müxtəlifliyi ilə
seçilir.
Texnoparkların yaradılmasının əsas məqsədləri bunlardır:
-
Biliklərin və ixtiraların texnologiyalara çevrilməsi;
-
həmin texnologiyanın kommersiya məhsuluna çevrilməsi və bu səbəbdən,
tədqiqatlara olan milli xərclərin səmərəliliyinin yüksəlməsi;
-
kiçik elmtutumlu sahibkarlıq sektoru vasitəsilə texnologiyaların sənayeyə
ötürülməsi;
-
elmtutumlu firmaların formalaşması və onların bazarda təşəkkülü;
-
elmtutumlu biznes sahəsində müəssisələrin dəstəklənməsi, sənayenin struktur
yenidənqurulması, regional qeyri-mütənasib inkişaf səviyyəsinin azalması;
-
məşğulluq probleminin qismən həlli, yüksək texnologiyalar sahəsində elmi-
texniki nailiyyətlərin sürətli tətbiqi.
Texnoparklar əsasən 3 qrupa bölünürlər: 1) İnkubatorlar; 2) Texnoparklar; 3)
Texnopolislər.
32
İnkubator – kiçik elm tutumlu firmaların yaradılması və inkişafına maddi, maliyyə,
təşkilati idarəetmə və tədris-pedoqoci kömək göstərən strukturdur. Bu strukturun
üstünlüyü ondadır ki, o büdcə xərcləri tələb etmir. Başqa sözlə, biznes inkubatorlar
yeni innovasiya müəssisələrinin formalaşması, informasiya, məsləhət xidmətləri və
avadanlığın icarəyə verilməsi, digər xidmətlər göstərmək yolu ilə onların inkişafının
başlanğıcında yardım göstərilməsi üçün nəzərdə tutulmuşdur. Öz xərclərini
ödəmə innovasiya firmalarının gələcək gəlirlərində iştirak hesabına həyata keçirilir.
Onların ali müəssisələrinin yanında və ya nəzdində yaradılması yüksək ixtisaslı
mütəxəssislərin məşğulluğu probleminin həllinə şərait yaradır. .İnnovasiya fəaliyyəti
sferasında «yaradıcı kommunalar» adlanan memarlar, dizaynerlər, rəssamlar və ya
xalq sənəti ustaları əsas inkubatorlar hesab olunur. Vətəni Böyük Britaniya hesab
edilən bu kommunaların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onlar kollektiv
istifadə üçün müəyyən xidmət dəstinə malik olurlar.Sahibkarlar alimlər və
ixracatçılar öz ideyaları əsasında 1 kommersiya fəaliyyətini gerçəkləşdirmək
istədikdə biznes inkubatorlar onlara lazımi informasiya, injinirinq və məsləhət
xidmətlərini göstərirlər.Beynəlxalq təcrübədə ilk biznes inkubatorlar 1959-cu ildə
ABŞ-da yaranmışdır. Dünyada 1985-ci ildə 70, 1992-ci ildə 470, 2004-cü ildə 1100
biznes-inkubator fəaliyyət göstərmirşdi. Hazırda onların sayı 1500-ə çatır. Statistik
proqnozlara görə yaxın beş il ərzində biznes-inkibatorlarınin sayı 5-6 miniötəcəkdir.
Avropa Birliyi ölkələrində biznes inkubatorlarını «İnnovasiya və sahibkarlıq
mərkəzləri» («Business anc İnnovation Centre» - BIC) adlandırırlar.Yeni innovasiya
şirkətlərinə dəstək verilməsi, innovasiya sahibkarlığına kömək göstərməsi məqsədilə
yaradılan və fəaliyyət göstərən bütün inkubatorları iki əsas növə bölmək olar.
Birinci növ inkubatorlara müstəqil təşkilat kimi fəaliyyət göstərənlər aiddir. İkinci
növ inkubatorlar isə texnoparkın tərkibinə daxil olan inkubatorları əhatə edir.Son
zamanlar elektron biznesin inkişafı ilə, internetin və digər növ informasiya-
kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar istehsal və idarəetmə
təcrübəsində ayrıca növ kimi virtual inkubatorlar və ya «divarsız inkubatorlar»
fərqləndirilir. Belə inkubatorlar aşağıdakılara kömək edir:
33
-
yeni şirkətin yaradılması üçün əsas kimi nəzərdən keçirilən innovasiya
layihəsinin kommersiya potensialını qiymətləndirməyə;
-
müvafiq marketinq tədqiqatlarını aparmağa;
-
əqli mülkiyyət məsələləri üzrə «ana» təşkilatlarla (universitetlə, elmi-tədqiqat
institutu ilə və s.) münasibətləri tənzimləməyə;
-
innovasiya məhsulunun göndərəni və istehlakçısı rolunda çıxış edən tərəfdaş
təşkilatları tapmağa və s.
Texnoparklar - kiçik və orta elmtutumlu innovasiya şirkətlərinin inkişafı üçün
maksimum əlverişli mühitin formalaşdığı elmi-istehsalat kompleksidir və əsasən
elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılmasının təşkili ilə
məşğul olurlar. Texnoparkların əsas struktur vahidi mərkəzlər hesab olunur və
aşağıdakı mərkəzlər burada özünə yer tapır: 1) innovasiya-texnoloji mərkəz; 2)
tədris mərkəzi; 3) məsləhət mərkəzi; 4) informasiya mərkəzi; 5) marketinq mərkəzi;
6) sənaye mərkəzi; 7) maliyyə-sığorta mərkəzi; 8) mühasibat-audit mərkəzi; 9)
strateji-tədqiqat mərkəzi.
Dünya iqtisadiyyatında texnoparklar innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici
qüvvəsi hesab edilir. Milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və
rəqabətqabiliyyətli olmasında texnoparkların böyük rolu vardır. ABŞ-ın,
Hindistanın, Çinin və s. ölkələrin İKT sahəsinin dünya səviyyəsində qabaqcıl
olmasında texnoparklar əsas yerlərdən birini tutmuşdur. Texnoparkların
yaradılmasının təşəbbüskarları dövlətin iştirakı ilə yerli hökumət orqanları olmuşlar.
Texnopark strukturlarının yaradılmasına lazım olan vəsaitin 75%-indən çoxunu
dövlət vermişdir. Dünya təcrübəsi göstərir ki, texnoparkların yaradılması üçün
qanunvericilik bazasının formalaşdırılması, dövlət dəstəyi, vergi və gömrük
güzəştləri, kadr hazırlığı kimi bir sıra şərtlərin yerinə yetirilməsi vacibdir. Hazırda
dünyada inkişaf səviyyəsi müxtəlif olan ayrı-ayrı ölkələr də texnoparkların
yaradılması və inkişaf etdirilməsi üçün yeni-yeni layihələr həyata keçirilir.
Texnoparkların yaradılması həmin ölkədə İKT-nin sıçrayışlı inkişafına səbəb olur.
Dostları ilə paylaş: |