Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

31 

 

yaradılmasında  və  yayılmasında  iştirak  edən  müxtəlif  institutların  (firma,  elmi 



müəssisələr,  ali  məktəblər  və  s.)  məcmusudur.  Milli  İnnovasiya  Sistemi  dövlətin 

innovasiya  siyasətini  həyata  keçirən  əsas  mənbədir.  Ayrı-ayrı  ölkələrin  timsalında 

dünya  təcrübəsi  göstərir  ki,  texnoloji  zonalar  iqtisadi  inkişafda  rol  oynaya  bilir. 

Lakin milli innovasiya sisteminin formalaşması daha effektli nəticələrə gətirə bilər. 

Texnoloji  zonalar  isə  bu  sistemin  əsas  elementi  kimi  özünü  artıq 

təsdiqləmişdir.Təhlillər  göstərir  ki,  kiçik  innovasiya  müəssisələri  vahid  məkanda 

fəaliyyət  zamanı  daha  effektli  nəticələr  əldə  edirlər.  Və  belə  fəaliyyət  formasında 

iqtisadi  inkişafa  daha  çox  töhfələr  verə  bilirlər.  Təcrübə  göstərir  ki,  bu  forma 

texnoparkdır və onun formalaşması üçün kompleks yanaşma prinsipi inkişafın əsas 

prinsiplərindən  biridir.  Bütün  innovasiya  strukturlarının  yeni növləri  arasında  elmi 

texnoloji  parklar  özünün  çoxfunksionallığı,  həll  etdiyi  məsələlərin  müxtəlifliyi  ilə 

seçilir. 

Texnoparkların yaradılmasının əsas məqsədləri bunlardır:  

-

 



Biliklərin və ixtiraların texnologiyalara çevrilməsi;  

-

 



həmin  texnologiyanın  kommersiya  məhsuluna  çevrilməsi  və  bu  səbəbdən, 

tədqiqatlara olan milli xərclərin səmərəliliyinin yüksəlməsi;  

-

 

kiçik  elmtutumlu  sahibkarlıq  sektoru  vasitəsilə  texnologiyaların  sənayeyə 



ötürülməsi;  

-

 



elmtutumlu firmaların formalaşması və onların bazarda təşəkkülü;  

-

 



elmtutumlu biznes sahəsində müəssisələrin dəstəklənməsi, sənayenin struktur 

yenidənqurulması, regional qeyri-mütənasib inkişaf səviyyəsinin azalması;  

-

 

məşğulluq  probleminin  qismən  həlli,  yüksək  texnologiyalar  sahəsində  elmi-



texniki nailiyyətlərin sürətli tətbiqi.  

Texnoparklar  əsasən  3  qrupa  bölünürlər:  1)  İnkubatorlar;  2)  Texnoparklar;  3) 

Texnopolislər.  



32 

 

İnkubator – kiçik elm tutumlu firmaların yaradılması və inkişafına maddi, maliyyə, 

təşkilati  idarəetmə  və  tədris-pedoqoci  kömək  göstərən  strukturdur.  Bu  strukturun 

üstünlüyü ondadır ki, o   büdcə xərcləri tələb etmir. Başqa sözlə, biznes inkubatorlar 

yeni innovasiya müəssisələrinin  formalaşması, informasiya, məsləhət xidmətləri və 

avadanlığın icarəyə verilməsi, digər xidmətlər göstərmək yolu ilə onların inkişafının 

başlanğıcında  yardım  göstərilməsi  üçün  nəzərdə  tutulmuşdur.     Öz  xərclərini 

ödəmə innovasiya firmalarının gələcək gəlirlərində iştirak hesabına həyata keçirilir. 

Onların  ali  müəssisələrinin  yanında  və  ya  nəzdində  yaradılması  yüksək  ixtisaslı 

mütəxəssislərin məşğulluğu probleminin həllinə şərait yaradır. .İnnovasiya fəaliyyəti 

sferasında  «yaradıcı kommunalar»  adlanan  memarlar,  dizaynerlər,  rəssamlar  və  ya 

xalq  sənəti  ustaları  əsas  inkubatorlar  hesab  olunur.  Vətəni  Böyük  Britaniya  hesab 

edilən bu kommunaların fərqləndirici xüsusiyyəti  ondan ibarətdir ki, onlar kollektiv 

istifadə  üçün  müəyyən  xidmət  dəstinə  malik  olurlar.Sahibkarlar  alimlər  və 

ixracatçılar  öz  ideyaları  əsasında  1  kommersiya  fəaliyyətini  gerçəkləşdirmək 

istədikdə  biznes  inkubatorlar  onlara  lazımi  informasiya,  injinirinq  və  məsləhət 

xidmətlərini  göstərirlər.Beynəlxalq  təcrübədə  ilk  biznes  inkubatorlar  1959-cu  ildə 

ABŞ-da yaranmışdır. Dünyada 1985-ci ildə 70, 1992-ci ildə 470, 2004-cü ildə 1100 

biznes-inkubator  fəaliyyət  göstərmirşdi. Hazırda  onların sayı  1500-ə  çatır. Statistik 

proqnozlara görə yaxın beş il ərzində biznes-inkibatorlarınin sayı 5-6 miniötəcəkdir. 

Avropa  Birliyi  ölkələrində  biznes  inkubatorlarını  «İnnovasiya  və  sahibkarlıq 

mərkəzləri» («Business anc İnnovation Centre» - BIC) adlandırırlar.Yeni innovasiya 

şirkətlərinə dəstək verilməsi, innovasiya sahibkarlığına kömək göstərməsi məqsədilə 

yaradılan  və  fəaliyyət  göstərən  bütün  inkubatorları  iki  əsas  növə  bölmək  olar. 

Birinci növ  inkubatorlara  müstəqil təşkilat kimi  fəaliyyət  göstərənlər  aiddir.  İkinci 

növ  inkubatorlar  isə  texnoparkın  tərkibinə  daxil  olan  inkubatorları  əhatə  edir.Son 

zamanlar  elektron  biznesin  inkişafı  ilə,  internetin  və  digər  növ  informasiya-

kommunikasiya  texnologiyalarının  tətbiqi  ilə  əlaqədar  istehsal  və  idarəetmə 

təcrübəsində  ayrıca  növ  kimi  virtual  inkubatorlar  və  ya  «divarsız  inkubatorlar» 

fərqləndirilir. Belə inkubatorlar aşağıdakılara kömək edir: 




33 

 

-



 

yeni  şirkətin  yaradılması  üçün  əsas  kimi  nəzərdən  keçirilən  innovasiya 

layihəsinin kommersiya potensialını qiymətləndirməyə; 

-

 



müvafiq marketinq tədqiqatlarını aparmağa; 

-

 



əqli mülkiyyət məsələləri üzrə «ana» təşkilatlarla (universitetlə, elmi-tədqiqat 

institutu ilə və s.) münasibətləri tənzimləməyə; 

-

 

innovasiya  məhsulunun göndərəni və istehlakçısı rolunda çıxış edən tərəfdaş 



təşkilatları tapmağa və s. 

Texnoparklar  -  kiçik  və  orta  elmtutumlu  innovasiya  şirkətlərinin  inkişafı  üçün 

maksimum  əlverişli  mühitin  formalaşdığı  elmi-istehsalat  kompleksidir  və  əsasən 

elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılmasının təşkili ilə 

məşğul  olurlar.  Texnoparkların  əsas  struktur  vahidi  mərkəzlər  hesab  olunur  və 

aşağıdakı  mərkəzlər  burada  özünə  yer  tapır:  1)  innovasiya-texnoloji  mərkəz;  2) 

tədris mərkəzi; 3) məsləhət mərkəzi; 4) informasiya mərkəzi; 5) marketinq mərkəzi; 

6)  sənaye  mərkəzi;  7)  maliyyə-sığorta  mərkəzi;  8)  mühasibat-audit  mərkəzi;  9) 

strateji-tədqiqat mərkəzi.  

Dünya  iqtisadiyyatında  texnoparklar  innovasiyalı  iqtisadiyyatın  əsas  hərəkətverici 

qüvvəsi  hesab  edilir.  Milli  iqtisadiyyatın  yeni  sahələrinin  formalaşmasında  və 

rəqabətqabiliyyətli  olmasında  texnoparkların  böyük  rolu  vardır.  ABŞ-ın, 

Hindistanın,  Çinin  və  s.  ölkələrin  İKT  sahəsinin  dünya  səviyyəsində  qabaqcıl 

olmasında  texnoparklar  əsas  yerlərdən  birini  tutmuşdur.  Texnoparkların 

yaradılmasının təşəbbüskarları dövlətin iştirakı ilə yerli hökumət orqanları olmuşlar. 

Texnopark  strukturlarının  yaradılmasına  lazım  olan  vəsaitin  75%-indən  çoxunu 

dövlət  vermişdir.  Dünya  təcrübəsi  göstərir  ki,  texnoparkların  yaradılması  üçün 

qanunvericilik  bazasının  formalaşdırılması,  dövlət  dəstəyi,  vergi  və  gömrük 

güzəştləri, kadr hazırlığı kimi bir sıra şərtlərin yerinə yetirilməsi vacibdir. Hazırda 

dünyada  inkişaf  səviyyəsi  müxtəlif  olan  ayrı-ayrı  ölkələr  də  texnoparkların 

yaradılması  və  inkişaf  etdirilməsi  üçün  yeni-yeni  layihələr  həyata  keçirilir. 

Texnoparkların  yaradılması  həmin  ölkədə İKT-nin  sıçrayışlı inkişafına  səbəb  olur. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə