Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   2   3   4   5   6   7   8   9   ...   27

 

həyata keçirən və ya həvəsləndirən amillərdən biri investisiya təminatıdır. Bununla 



əlaqədar  bazar  iqtisadiyyatlı  ölkələrin  iş  təcrübəsinin  öyrənilib  milli  iqtisadiyyatın 

xüsusiyyətlərini nəzərə almaqla iqtisadi fəaliyyət sahələrində tətbiqi vacibdir.  

Azərbaycanın  inkişaf  etmiş  ölkələrdən  elmi-texniki  geriliyini  aradan  qaldırmaq  və 

onun  tam  tərəfdaş  kimi  qlobal  innovasiya  mühitinə  daxil  olması  milli  innovasiya 

sisteminin tezliklə formalaşmasından çox asılıdır. Bununla əlaqədar müvafiq inkişaf 

proqramını  işlənilməsi  bir  çox  problemlərin  konstruktiv  həllini,  idarəetmə 

qərarlarının  qəbul  edilməsi  üçün  zəruri  olan  təsirli,  səmərəli  innovasiya  sistemi 

nəzəriyyəsinin  işlənilməsinin  vacibliyini  ön  plana  çəkir.  Ölkə  iqtisadiyyatının 

innovasiya inkişafı xəttinin düzgün müəyyənləşməsi həm də innovasiya inkişafının 

xarici  təcrübələrinin  çox  ətraflı  öyrənilməsini,  bu  təcrübələrin  Azərbaycan 

Respublikasında  tətbiqi  imkanlarının  araşdırılmasını  tələb  edir.  Ümumiyyətlə, 

iqtisadiyyatın davamlı və dinamik inkişafı innovasiya proseslərinin effektivliyindən 

birbaşa asılıdır və bu proseslərin effektivliyi isə məqsədyönlü idarəetməni tələb edir. 

Belə  bir  idarəetmə  isə  ayrı-ayrı  innovasiya  yönümlü  tədbirlərin,  makro  və  mikro 

səviyyədə  hazırlanan  və  reallaşdırılan  innovasiya  siyasətinin  ən  müxtəlif 

komponentlərinin  uzlaşdırılmasını,  birbirini  tamamlamasını,  bir  sözlə,  sistemli 

yanaşmanı  zərurətə  çevirir.  Buna  görə  dı  Milli  İnnovasiya  Sisteminin  (MİS) 

formalaşması innovasiya inkişafının ən zəruri mexanizmi hesab edilməlidir və bu 5 

zərurət  MİS-lərin  çevik  formalaşması  üçün  ən  müxtəlif  səviyyələrdə  müvafiq 

tədqiqatların  aparılmasını  tələb  edir.  Buna  görə  də  dissertasıyanın  mövzusu 

aktualdır.  

Mövzunun  öyrənilmə  səviyyəsi.Innovasiya  inkişafı,  milli  innovasiya  sistemlərnin 

formalaşması  məsələləri  və  innovasiya  inkişafının  xarici  təcrübələri  Y.Şumpeter, 

B.Tviss,  F.Aqion,  P.Xeovut,  D.Bell,  Y.B.Lençuk,  S.M.Valdaydev,  S.Y.Qlazyev, 

L.N.Vasilyeva, Y.A.Muravyova, N.D.Kondratyev, N.Nelson, innovasiya sisteminin 

inkişaf problemləri. 



 

Dissertasiya  işinin  strukturu: Dissertasiya  işi  mündəricat, giriş, 3  fəsil, nəticə  

və    təklif,  ədəbiyyat    siyahısından    ibarətdir.  Giriş    adlanan    hissədə    mövzunun  

aktuallığı    əsaslandırılmış,  tədqiqatın    predmeti    və    obyekti,  əsas    məqsəd    və  

vəzifələri,  tədqiqatın    informasiya    bazası    və    işlənməsi    metodları    göstərilməklə  

tədqiqatın  elmi  yeniliyi  əsaslandırılmışdır. 



          Dissertasiya  işinin  məqsəd  və  vəzifələri.  Tədqiqatın  məqsədi  innovasiya 

prosesləri,  müasir  dövrdə  innovasiyaların  inkişafı  və  tətbiqi  Dissertasiya  işinin 

məqədi– İnnovasiya anlayışı və innovasiya inkişafına aid nəzəri baxışların təhlili və 

bu  təhlillərlə  innovasiya  inkişafının  nəzəri  əsaslarını  araşdırmaq  –  Azərbaycan 

Respublikasında  innovasiya  inkişafının  müasir  vəziyyətini  dəyərləndirmək;– 

Azərbaycan  Respublikasında  innovasiya  inkişafını  dövlət  dəstəyi  səviyyəsində 

dəyərləndirmək;  –  İnnovasiya  inkişafının  xarici  təcrübələrinin  Azərbaycan 

Respublikasında  tətbiqi  imkanlarını  araşdırılması.  –  mikro  və  makro  səviyyədə 

innovasiya siyasəti, innovasiyanın inkişaf strategiyaları müəyyən etmək 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

FƏSİL  I:  İNNOVASİYA  FƏALİYYƏTİNİN  NƏZƏRİ-METODOLOJİ 



ƏSASLARI 

1.1.

 

İnnovasiya anlayışının nəzəri aspektləri 

"İnnovasiya"  anlayışı  "innovation"  ingilis  sözündən  yaranmışdır.  Bu  sözün 

mənası 


isə 

"yeniliklərin 

həyata 

keçirilməsi", 

"yeni 

qayda" 

deməkdir."İnnovasiya" anlayışı daxilində yeni qayda, yeni üsul, yeni məhsul və ya 

texnologiya, yeni hadisə nəzərdə tutulur. Yeni iqtisadi kateqoriya kimi “innovasiya” 

terminini  elmi  dövriyyəyə  XX  əsrin  ilk  onilliklərində  avstriya,  sonradan  amerika 

alimi  Jozef  Şumpeter  daxil  etmişdir.  J.  Şumpeter  özünün  “İqtisadi  inkişaf 

nəzəriyyəsi”(1911) işində ilk dəfə olaraq inkişafında dəyişikliklərin yeni innovasiya 

məsələlərinə baxmış və innovasiya prosesinin tam təsvirini vermişdir. 

J. Şumpeter inkişafda 5 dəyişikliyi ayırmışdır: 

1)  yeni  texnikanın,  texnoloji  proseslərin  istifadəsi  və  ya  istehsalın  yeni  bazar 

təminatı; 

2) yeni xüsusiyyətlərə məxsus məhsulların tətbiqi; 

3) yeni xammalın istifadəsi; 

4) istehsal dəyişikliyi və təşkili və onun maddi-texniki təchizatı; 

5) yeni satış bazarlarının meydana çıxması. 

J.  Şumpeterə  görə,  innovasiya-yeni  növ  istehlak  mallarının,  yeni  istehsal  və 

nəqliyyat  vasitələrinin,  bazarların  və  sənayedə  təşkilati  formaların  tətbiqi  və 

istifadəsi məqsədilə baş verən dəyişiklikdir. O sübut etdi ki, iqtisadiyyatda mərkəzi 

novator-sahibkar olacaqdır.. 

J. Şumpeter “Texniki inkişaf nəzəriyyəsi” əsərində innovasiyaya texniki dəyişiklik 

ilə  bağlı    iqtisadi  təsir  kimi  baxmışdır.  O,  istehsal  funksiyası  innovasiya 

sahibkarlığının  mahiyyətini  tapmağa  cəhd  etmiş  və  innovasiya  prosesləri 

nəzəriyyəsinin  əsaslarını  tədqiq  etmişdir.  Şumpeter    innovasiya  prosesində 

sahibkarın  rolunu  qeyd  etmiş  və  onu  ixtira  ilə  yenilik  arasında  əlaqələndirici 

adlandırmaqla Yeniliyə texnologiyanın və idarəetmənin dəyişməsi kimi baxmışdır . 

Lakin  bu  tərifdə  Şumpeter  innovasiyanın  imkanlarını,  kadrların  kəmiyyət  və 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə