Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

22 

 

İnnovasiya texnologiyaları isə yeniliyin reallaşdırma mərhələlərinə kömək edən üsul 



və vasitələr toplumudur. İnnovasiya texnologiyalarının belə növlərini fərqləndirirlər: 

həyata  keçirmə,  təlim,  konsaltinq,  transfer  (köçürmə),  audit,  mühəndislik. 

İnnovasiya  texnologiyalarının  tətbiqi  üçün  müvafiq  innovativ  infrastruktur 

olmalıdır.İnnovasiya  infrastrukturu  innovasiya  fəaliyyətinin  reallaşdırılmasına 

xidmət  edən,  onları  təmin  edən  və  qarşılıqlı  əlaqədə  olan  strukturlar 

kompleksidir.İnnovasiya-investisiya  infrastrukturu  dedikdə  isə  innovasiya-

investisiya  proseslərinin  reallaşdırılmasına  xidmət  edən,  onları  təmin  edən  və 

qarşılıqlı əlaqədə olan strukturlar kompleksi başa düşülür. 

 

 

1.2.



 

Dövlət innovasiya siyasətinin nəzəri əsasları 

Dövlətin 

innovasiya 

siyasəti 

innovasiya 

fəaliyyətinin 

inkişafına 

və 


stimullaşdırılmasına  yönəldilmiş  sosial-iqtisadi  siyasətin  tərkib  hissəsi  olub,  elmi 

tədqiqatlardan, 

işləmələrdən, 

təcrübi 


konstruktor 

işlərindən,elmi-texniki 

nailiyyətlərdən  istifadə  etməklə  iqtisadi  dövriyyədə  reallaşdırılan  yeni  məhsulların, 

habelə texnoloji prosesin yaradılması deməkdir. Bu siyasət yerli məhsullara mövcud 

rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, dayanıqlı iqtisadi artımın təmin olunması, 

əhalinin  həyat  səviyyəsi  və  keyfiyyətinin,  ölkənin  müdafiə  texnoloji  və  ekoloji 

təhlükəsizliyinin 

təmin 


edilməsi 

üçün  innovasiya  fəaliyyəti  prioritetliyi 

razılaşdırılmaqla formalaşdırılır və həyata keçirilir. 

Dövlətin innovasiya siyasətinin əsas məqsədləri aşağıdakılardan ibarətdir: 

-yerli  məhsulların  rəqabətqabiliyyətliliyinin  artımını  təmin  edən  innovasiya 

fəaliyyəti  üçün  iqtisadi,  hüquqi  və  təşkilati  şəraitin  yaradılması  ilə  yanaşı  elmi-

texniki nəticələrin effektiv ifadəsi, sosial-iqtisadi məsələlərinin həlli; 

- elmi-texniki potensialın inkişafı səmərəli yerləşdirilməsi və effektiv istifadəsi onun 

strukturunun formalaşdırılması; 

-  elm  və  texnikanın  ölkə  iqtisadiyyatının  inkişafına,  ən  mühüm  sosial  vəzifələrin 

reallaşdırılmasına,  maddi  istehsal  sferasında  mütərəqqi  struktur  dəyişikliklərinin 



23 

 

təmin olunmasına təsirinin artırılması, onun effektivliyinin və rəqabətqabiliyyətinin 



yüksəldilməsi; 

-  ölkənin  müdafiə  qabiliyyətinin və şəxsiyyət, cəmiyyət  və dövlət  təhlükəsizliyinin 

möhkəmləndirilməsi. 

Məqsədə  nail  olmaq  üçün  dövlət  innovasiya  siyasətinin  aşağıdakı  vəzifələrini  həll 

etməlidir: 

-dövlət innovasiya siyasəti prioritetlərinin müəyyən edilməsi və reallaşdırılması; 

- iqtisadiyyatda mütərəqqi struktur dəyişikliklərinin təmin edilməsi; 

- innovasiya fəaliyyəti infrastrukturunun yaradılması və  onun inkişafı; 

-  beynəlxalq  bazarda  yerli  innovasiya  məhsullarının  qorunması  və  xarici  iqtisadi 

innovasiya fəaliyyətinin inkişafı üzrə tədbirlərin həyata keçirilməsi təmin edilməsi

-  innovasiya  fəaliyyətinin  inkişafında  elm,  təhsil,  istehsal  və  maliyyə-kredit 

sferalarının qarşılıqlı təsirinin təmin edilməsi; 

-  xalq  təsərrüfatının  inkişafı  strategiyasını, temp  və proporsiyalarını  müəyyən  edən 

başlıca istiqamətlərdə iqtisadiyyatın inkişafının stabilləşdirilməsi üçün elmi-texniki 

potensialın effektiv istifadəsinin və onun strukur tarazlığının təmin olunması. 

Innovasiya sferasında dövlət orqanlarının əsas funksiyalarına aşağıdakılardır: 

-dövlət innovasiya siyasətinin formalaşdırılması; 

-  innovasiya  proseslərinin  hüquqi  bazasının  yaradılması,  xüsusilə  innovatorların 

müəlliflik hüquqlarının qorunması və intellektual mülkiyyətin mühafizəsi; 

-  bu  sferada  innovasiyanın,  rəqabətin  stimullaşdırılması,  innovasiya  risklərinin 

sığortası, köhnəlmiş məhsulların buraxılışına görə dövlət sanksiyasının tətbiqi; 

- innovasiya sferası infrastrukturunun formalaşdırılmasında iştirak; 

-  innovasiyanın  sosial  və  ekoloji  yönümlüyü  təmin  olunmaqla  elm,  texnika  və 

texnologiyanın prioritet istiqamətlərinin müəyyən edilməsi; 

-prioritet elmi tədqiqatlara və innovasiyalara resursların ayrılması; 

- dövlət sektorunun təşkilatlarında innovasiya proseslərinin institusional təminatı; 

-  innovasiya  və  elmi-texniki  fəaliyyət  ilə  məşğul  olan  şəxslərin  ictimai  statusunun 

yüksəldilməsi; 




24 

 

- innovasiya sferası üçün kadrların hazırlanması; 



- Azərbaycan regionlarında innovasiya proseslərinin tənzimlənməsi

- innovasiya proseslərinin beynəlxalq aspektlərinin tənzimlənməsi; 

- milli innovasiya sahibkarlığının maraqlarının müdafiə edilməsi. 

Dövlətin innovasiya siyasətinin ən mühüm prinsipləri aşağıdakılardır: 

-milli elmi potensiala dayaq olmaq; 

-  elmi  yaradıcılıq  azadlığı,  elmi  sferanın  ardıcıl  demokratikləşdirilməsi,  elmi 

siyasətin formalaşması və reallaşması zamanı açıqlıq və aşkarlıq; 

- fundamental elmi tədqiqatların inkişafının stimullaşdırılması; 

- aparıcı milli elmi məktəblərin  inkişafı; 

- elm və texnika sferasında sağlam, rəqabət və sahibkarlıq üçün şərait yaradılması, 

innovasiya fəaliyyətinin stimullaşdırılması və ona köməklik göstərilməsi; 

-  ölkənin  zəruri  müdafiə  qabiliyyətinin  və  milli  təhlükəsizliyin  təmin  edilməsi 

məqsədilə elmi tədqiqatların və işləmələrin təşkili üçün şərait yaradılması; 

-  elm  və  təhsilin  inteqrasiyası,  bütün  səviyyələrdə  ixtisaslaşmış  elmi  kadrların 

hazırlanmasının bütöv sisteminin inkişafı; 

- tədqiqatçının, təşkilatın və dövlətin intellektual mülkiyyət hüquqlarının müdafiəsi; 

- açıq informasiyaya maneəsiz girişinin və onunla azad mübadilə hüququnun təmin 

olunması; 

-  müxtəlif  mülkiyyət  formasına  malik  elmi-tədqiqat  və  təcrübi-konstruktor 

təşkilatlarının inkişafı; 

-  elmin  nailiyyətlərindən  geniş  istifadə  üçün  iqtisadi  şəraitin  formalaşdırılması 

Azərbaycan iqtisadiyyatı üçün   əsas elmi-texniki nailiyyətlərin  yayılmasına yardım 

göstərilməsi; 

- elmi əməyin nüfuzunun yüksəldilməsi, alim və mütəxəssislər üçün layiqli həyat və 

iş şəraitinin yaradılması; 

-  müasir  elmi  nailiyyətlərinin,  onların  Azərbaycanın  gələcəyi  üçün  əhəmiyyətin 

tətbiqi. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə