Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

46 

 

iqtisadiyyatın    -  innovativ    iqtisadiyyatın    mahiyyətini    təşkil    edir.  Innovasion 



iqtisadiyyat  dedikdə,  yalnız  elmin  nailiyyətlərini  öz  inkişafında  istifadə  edən 

iqtisadiyyat  nəzərdə  tutulmur. Bu, elə  iqtisadiyyatdır  ki, burada  intellektual  kapital 

istehsal sisteminin, korporasiya və şirkətlərin, müəssisə və firmaların dəyərinin əsas 

hissəsini  təşkil  edir.  Innovasion  iqtisadiyyatda  məhz  elmi  biliklərə,  intellektual 

kapitala həssas münasibət və qayğı milli daxili məhsulun əsas artımını təmin edir. 

Amerika    iqtisadçısı    R.Solou  öz  araşdırmalarında  sübut  edib  ki,  ABŞ-da  iqtisadi 

artımın  ən  azı  50%-i      ənənəvi  faktorlardan  olan  əmək  və  kapitalın  böyüməsi 

hesabına  yox,  elmi-texniki  tərəqqinin  nailiyyətləri  sayəsində  təmin  edilib  (o,  öz  

araşdırmalarını  XXI əsrin I yarısı  üçün  aparmışdır) . Bu gün artıq heç kim şübhə 

etmir  ki,  cəmiyyətin  bütün  həyat  sahələrinin  inkişafı  birbaşa  innovasion 

texnologiyaların  inkişafından  asılıdır  və  bu  bağlılıq  durmadan  artmaqdadır. 

Qabaqcıl  ölkələr  innovasion  silsilələri  yaşamaqdadır.  Belə  olduqda  intellektual 

istehsala və intellektual kapitala günbəgün artan diqqət də dərkolunandır.Innovasion 

silsilələr,  bir  qayda  olaraq,  fundamental  elmin  hesabına  yaranır.  Son  30-35  ilin 

təcrübəsi  buna  əyani  sübutdur.Fundamental  kəşf  innovasion  tsiklin  başlanğıc 

mərhələsidir.  Fundamental  tədqiqatların  və  konstruktor-layihələşdirmə  işlərinin 

yüksək riskli olmasını nəzərə aldıqda aydın olur ki, dövlət bu sahədə əsas sponsor 

kimi  qalmalıdır.  O  da  məlumdur  ki,  dövlət  etdiyi  qoyuluşun  müqabilində  kifayət 

qədər  yüksək  gəlir  götürür  (əgər  korrupsiya  və  rüşvətxorluğa  yol  verilmirsə). 

Məsələn, ABŞ-da bu gəlir 30 faizdən 80 faizə qədər təşkil edir. “Aparıcı ölkələrdə 

hökumət  müasir  proqressiv  iqtisadiyyatın  "vizit  vəsiqəsi"  sayılan  və  əsasən 

universitetlər nəzdində fəaliyyət göstərən "elmi parklar"ın maliyyələşməsini, demək 

olar  ki,  bütövlükdə  öz  üzərinə  götürür.  Nəticədə  həm  elm  və  innovasion  istehsal, 

həm də dövlətin özü böyük dividentlər əldə edir.Təsadüfi deyildir ki, elmi parklar və 

texnopolislər  müasir  Yaponiyanın  "iqtisadi  möcüzə"sinin  əsası  sayılır.Qabaqcıl 

ölkələrdə, bir qayda olaraq, dövlət bankları, fondlar və şirkətlər elm tutumlu məhsul 

istehsal  edən  firmalara  güzəştli  faizlərlə  uzunmüddətli  kreditlər  ayırır,  torpaq  və 

əmlakdan, bina və qurğulardan  istifadədə  güzəştli  rejimlər  yaradırlar.  Hökumət  və 




47 

 

yerli  hakimiyyət  orqanları  tərəfindən  yeni  ideya  və  ixtiralara  həssaslıqla  yanaşılır, 



onların "inkubasion dövrü"nə xüsusi diqqət yetirilir  - nəzərə alınır ki, hər bir yeni 

ideya, kəşf və ixtira, körpə uşaq kimi birdən-birə ayaq üstə durmur və ona görə də 

xüsusi qayğıya, səriştəli münasibətə ehtiyaclıdır” (20  S. 5).  

Azərbaycanın  innovasiya  sisteminin  yaradılmasını  və  innovasiya  fəaliyyətinin 

genişləndirilməsini şərtləndirən əsas amillər aşağıdakılardan ibarətdir: 

-

 



iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi,  yeni  texnologiyalar  sahəsində 

imkanların beynəlxalq iqtisadi əlaqələrdə istifadəsi; 

-

 

elmi-texniki və innovasiya sferalarında dövlət siyasətinin aparılması; 



-

 

elmi nəticələrin ənənəvi inzbati-amirlik metodları ilə tətbiqinin yenisi ilə əvəz 



edilməsinin labüdlüyü; 

-

 



ölkənin əmək potensialının bütün növləri və ilk növbədə yüksək ixtisaslı 

-

 



kadrlar üçün iş yerlərinin yaradılması zərurəti; 

-

 



elm tutumlu istehsal mədəniyyətinin yenidən bərpa edilməsi . 

Qeyd    edilənlərin    həyata    keçirilməsi    üçün    milli    innovasiya    sisteminin  

yaradılması  və  uğurlu  fəaliyyəti  mühüm  əhəmiyyət  kəsb  edir. 

Milli  innovasiya  sisteminin  yaranmasına  mane  olan  bir  sıra  amillər  də  vardır  ki, 

onları  aradan  qaldırmadan  bu  sistemin  yaradılması  mümkün  deyil.Belə  amillərdən 

biri  ölkədə  «mənimsəyici  təsərrüfatçılığın»  geniş  miqyasda  mövcudluğu  və  onun 

durmadan  inkişaf  etməsidir.Bu  təsərrüfatçılıq  «istehsalçı  təsərrüfatçılıqla»  yanaşı 

fəaliyyət  göstərərək  onun  «paraziti»  kimi  çıxış  edir,  bazar  münasibətlərinin 

formalaşmasını təmin edən bir sıra əhəmiyyətli proseslərin gedişinə mane olur, belə 

tədbirləri süni olaraq, hələ təşəkkül mərhələsində bahalaşdırır, istehsalın bərpasında 

çətinliklər törədir.Ikincisi, indiyədək ölkədə nə vahid innovasiya proqramları, nə də 

innovasiya 

layihələri 

üçün  güzəştli  şərait  müəyyən  edən  mexanizm 

yaradılmamışdır.Bu  sahədə  münasibətləri  tənzimləyən  qanunvericilik  sənədləri 

paketi  hələ  ki  yoxdur.Üçüncü  amil  kimi  respublikada  intellektual  mülkiyyət 




48 

 

obyektlərinin qiymətləndirilməsi sisteminin yaradılmamasını göstərmək olar. Bu da 



bir tərəfdən özəlləşdirilən obyektlərin qiymətinin süni olaraq aşağı  hesablanmasına 

gətirib  çıxarır,  digər  tərəfdən  də  elmi-tədqiqat  müəsisələrinin  innovasiya 

fəaliyyətində  iştirakını  çətinləşdirir,  ona  olan  marağı  zəiflədir.Daha  bir  amil  də, 

respublikada  intellektual  məhsul  bazarının  yaradılmamasıdır.Intellektual  məhsul 

bazarı  milli  innovasiya  sisteminin  yaradılmasının  ən  başlıca  şərtidir.Bunsuz 

texnologiyaların,  ideyaların  kommersiyalaşdırılması  mümkün  deyil.Keçid  şəraiti 

üçün  vacib  olan  konsaltinq  biznesinin  respublikada  lazımınca  təşəkkül  tapmaması 

da  məhz  intellektual  mülkiyyət  bazarının  lazımınca  formalaşmamasının 

göstəricisidir. 

Sxem  1.  Milli  innovasiya  sistemi  və  onun  digər    sahələrlə  qarşılıqlı 

əlaqələri

 

Azərbaycan  Respublikasının  innovasiyalı    inkişafı  əsaslı  surətdə  aşağıdakı 



amillərdən asılıdır:  

-

 



yeni  texnologiyaların,  yeni  texnikanın,  ideya  və  biliklərin  istehsalçısı  olan 

müəssisələr şəbəkəsinin mövcudluğu;  

Sosial-iqtisadi sistem 

Dövlət 


Bazar 

Milli innovasiya sistemi 

 

İstehsal 



İnnovasiya 

müəssisələri 

 

Elmi sistem 



Maliyyə 

institutları 

Elmi-texniki, innovasiya infrastrukturu 

İstehsal və sosial 

infrastruktur 

Sosial sfera 

Kadrların 

hazırlanması sistemi 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə