Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

34 

 

Təsadüfi  deyildir  ki,  bu  istiqamətdə  ilk  addım  atan  ABŞ  hələ  də  İKT  sahəsində 



liderdir.  Bu  gün  tanınmış  İKT-lider  şirkətlərinin  70-80%-i  öz  fəaliyyətinə 

texnoparklardan  başlamışdır.Beynəlxalq  Elmi  Parklar  Assosiasiyasının  verdiyi 

statistikaya  görə  dünyada  260-dan  çox  elmi  texnopark  fəaliyyət  göstərir. 

Mahiyyətcə,  texnoparklar  konsepsiyasının  əsasını  elmi-texniki  nailiyyətlərin 

akademik  və  digər  tədqiqat  mərkəzlərindən  sənayeyə  ötürülməsi  prosesinin 

səmərəliliyinin  yüksəlməsini  və  onun  mənimsənilməsini  sürətləndirmək  məqsədilə 

elmi  tədqiqatların  və  zəruri  kapitalın  ərazi  cəhətdən  birləşməsi  ideyası  təşkil  edir. 

Məsələn,  Şərq  ölkələrində,  Rusiyada,  eləcə  də,  Azərbaycanda  “texnoloji  parklar” 

(texnoparklar)  və  ya  “elmi-texnoloji  parklar”,  “azad  iqtisadi  zonalar”  birləşmələri 

qəbul  olunduğu  halda,  ABŞ-da  bu  strukturları  “tədqiqat  parkları”,  Böyük 

Britaniyada  “elmi  parklar”,  Koreyada  “elmi-sənaye  parkları”,  Fransada  və 

Yaponiyada  onları  texnopolislər,  Almaniyada  -  innovasiya  və  texnoloji  mərkəzlər, 

Niderlandda  -  elmi  parklar,  Belçikada  -  tədqiqat  parkları  və  s.  adlandırırlar.Xarici 

ölkə  texnoparklarının  yaradılma  təcrübələrinin  təhlili  və  həmin  sahə  üzrə  aparılan 

ümumiləşdirilmələr  göstərir  ki,  ictimai-siyasi  reallıqları  və  təbii-iqtisadi  resursları 

nəzərə alan texnopark modelinin düzgün seçilməsi, eləcə də konkret regionun elmi-

texniki  və  innovasiya  potensialının  inkişaf  səviyyəsinin  nəzərə  alınması  ölkədə 

sosial-iqtisadi  məsələlərin  daha  uğurlu  həllinə  kömək  edir.  Bütün  bunları  nəzərə 

alaraq  qeyd  etmək  olar  ki,  ABŞ-da,  Böyük  Britaniyada,  Avropada  (Fransa, 

Almaniya, İspaniya, Finlandiya), Rusiyada, Belorusiyada, Ukraynada, Qazaxstanda, 

Hindistanda,  Çində,  Yaponiyada,  Türkiyədə,  Dubayda  və  s.  kimi  xarici  ölkələrdə 

texnoparkların  yaradılması  və  fəaliyyət  göstərməsi  təcrübələrinin  təhlilinə  ehtiyac 

vardır.  

Texnopolislər – universitetləri və ya digər ali məktəbləri, elmi-tədqiqat institutlarını, 

eləcədə  sosial  infrastruktur  ilə  təchiz  edilən  yaşayış  rayonlarını  ehtiva  edən  iri 

müasir  elmi-sənaye  kompleksidir.  Texnopolislərin  tikilməsində  məqsəd  elmi 

tədqiqatların  qabaqcıl  sahələrdə cəmləşməsi, bu  sahələrdə  yeni  elmtutumlu  istehsal 

növlərinin  inkişafı  üçün  əlverişli  mühitin  yaradılmasıdır.  Bir  qayda  olaraq, 




35 

 

texnopolisi  təmin  edən meyarlardan  biri  onun  mənzərəli  rayonlarda  yerləşməsi, 



təbii şəraitlə və yerli ənənələrlə uyğunlaşmasıdır.  1980-ci ildə Yaponiya tərəfindən 

texnopolislərin  yaradılması  nəzəriyyəsi  irəli  sürülüb.  Bu  nəzəriyyəyə  əsasən,  elmi-

texniki siyasətin sürətləndirilməsi, ölkədə elmtutumlu sahələrin inkişafı məqsədi ilə 

ixtisaslaşdırılmış  elmi-istehsal  şəhərciklərinin-texnopolislərin  yaradılması  nəzərdə 

tutulur  ki,  bu  da  texnopolislərdə  elmi-tədqiqatların  istehsal  ilə  üzvü  şəkildə 

birləşdirilməsi, elmi-texniki siyasətin ən son nailiyyətlərinin sənayeyə sürətli tətbiqi 

üçün  şərait  yaratmış  olur. Yaponiyada  yaradılmış  və  yaradılan  texnopolislər 

haqqında danışarkən, mütləq qeyd etmək lazımdır ki, Yapon höküməti elmi-texniki 

amili  dövlətin  ümumi  iqtisadi  və  regional  strategiyalarında  aparıcı  amillərdən  biri 

hesab  edir.  Texnopolislərin  formalaşdırılmasında  elmi-tədqiqat  fəaliyyətinin 

stimullaşdırılmasını və  qabaqcıl texnologiyaların  tətbiqini  prioritet  istiqamət  hesab 

edərək, hakimiyyət elmi-tədqiqat mərkəzlərinin, universitetlərin və labarotoriyaların 

yüksək  texnologiyalar  sahəsində  birgə  ETTKİ–ni  subsidiyalaşdıraraq  xərclərin 

təxminən 

1\3–ni 

öz 


üzərinə 

götürür.  

Texnoplislərə  vəsait  qoyuluşu  edən  firmalara  hakimiyyət  tərəfindən  həm 

avadanlığın  (istismarın  I  ilində  30%  dəyəri  ixtisar  etmək  olar),  həm  də  bina  və 

qurğuların 

(15%) 


amortizasiyası 

üçün 


güzəştli 

rejim 


yaradılır. 

Yapon  «texnopolisləşdirilməsinin»  diqqət  çəkən,  bir  qədər  gözlənilməyən  olan 

«ikinci 

dərəcəli 

(kənar)» 

nəticələrini 

də 

qeyd 


etmək 

lazımdır.  

Birincisi-texnopolislərin  tikilməsi  üzrə  Yaponların  daha  ixtisaslı  və  eyni  zamanda 

daha varlı ekspertlər kimi tanınmasının, təsdiq edilməsi. Məsələn: Avstraliya Yapon 

hakimiyyətinin  onun  ərazisində  bütün  Sakit  Okean  regionuna  elmi  nümayiş 

mərkəzinin olacağı yüksək texnologiyaların beynəlmiləl şəhəri və ya «çoxfunksiyalı 

polis»  yaratmaq  təklifinə  razılıqla  cavab  verdi. İkincisi-Fransa  və  Yaponiya 

texnopolislərinin  inkişafında  oxşarlıq,  uyğunluq  müşahidə  olunur.  Fransa 

iqtisadiyyatına  sənaye,  maliyyə  və  dövlət  sektorunun  iri  ölçülülüyü  xasdır.  Bunun 

nəticəsi  olaraq  elmdə  dövlətin  fransız  təsərrüfatının  planlaşdırılmasında  birbaşa 

iştirakı digər qərb ölkələri ilə müqayisədə daha genişdir. Hakimiyyətin sənayenin və 



36 

 

elmin  inkişafına  təsiri  Yapon  təsiri  ilə  oxşardır,  amma  bu  təsirinin  mənbələri 



fərqlidir.  Dövlət,  xüsusi  və  akademik  sektorlarla  bölgü  daha  az  nəzərə  çarpandır. 

Bundan  başqa,  Fransa  üçün  sənaye  tədqiqat  işləmələrinin  az  firmalarda 

mərkəzləşdirilməsinin  yüksək  səviyyəsi  xarakterikdir.  Elm  və  texnologiyalar 

nazirliyinin  məlumatlarına  görə  burada  tədqiqatlar  və  sınaqlarla  təxminən  1500 

sənaye  firması  məşğul  olur,  onlardan  1300-ü  az  və  ya  çox  dərəcədə  daimi  təşkil 

edilənlərdir.  Yalnız  100  müəssisənin  50-dən  çox  elmi  işçisi  vardır.  Eyni  zamanda 

qeyd  olunmuş  1300  firmadan  900-ü  əlavə  10  elm  adamından  istifadə  edir  və  bu 

firmalardan  ən  azı  7,5%-i  dövlət  sifarişlərinin  təxminən  2%-i  yerinə  yetirir.  Bütün 

sənaye  tədqiqatlarının  50%-dən  çoxu  milləşdirilmiş  şirkətlərin  payına  düşür. 

Sənayenin  ərazi  elmi  potensialı  Fransız  sənaye  müəssisələrinin  bütün  alimlərin 

60%-dən  çoxunu  işlədiyi  paytaxt  regionunda  cəmləşdirilmişdir.  Bu  da  yenə  də 

Yaponiyanın Tokio-Osaka elmi sənaye qurşağı ilə oxşardır. Bundan başqa Yapon və 

Fransız variantları üçün oxşar xüsusi cəhətləri qeyd etmək lazımdır. Bu cəhətlərdən 

biri vençur kapitalının rolunun azlığıdır. ABŞ-da adi bir şey sayılan risk kapitalının 

yaradılması və riskin səviyyəsi Fransız sənaye sektorunda mövcud deyil. Bu əsasən 

az  sayda  vençur  bank  firmalarında  və  ənənəvi  bankların  riskli  müəssisə 

maliyyələşdirmək istəməməsində özünü biruzə verir.  Nəhayət –bu bir neçə fransız 

ali  məktəbidir.  O  iki  tip  tədris  müəssisəsi:  universtitetlər  və  texniki  «böyük 

məktəblər»lə təmsil olunur. Hər iki tip ali təhsil müəssisəsi tətbiqi elm sahələrində 

nisbətən  zəif  hazırlanmış  alimlər  mühəndislər,  administratorlar  buraxır. 

80-ci  illərin  əvvəllərində  «texnopolisləşdirmə»  ümummilli  təkan  qazandı  və 

Fransanın  sosial-iqtisadi  inkişafının  dövlət  beşillik  planlarının  əsas  tərkib 

hissələrindən biri oldu.  

Texnopolislər  və  texnoparklar-iqtsadi  cəhətdən  inkişaf  etmiş  ölkələrin  ayrılmaz 

tərkib  hissəsidir  və  ölkənin  ayrı-ayrı  regionlarında  elmi-texniki  potensialın 

inkişafının 

həvəsləndirilməsinə 

və 


tənzimlənməsinə 

istiqamətlənir. 

20-ci əsrin ortalarından müasir dövrədək dünyada 400-dən çox texnopark yaradılıb. 

Asiyanın yeni sənaye ölkələrində texnoparklar kifayət qədər uğurla inkişaf edirlər. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə