Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

43 

 

dövlətləri başçılıq edir. Dünya əhəmiyyətli vacib ixtiraların bir çox hissəsi Avropa 



ölkələrində,  əsasən  İsveçrədə  yaranmışdır.  Bununla  belə,  ölkədə  indiyə  qədər 

innovasiya  fəaliyyətinin  surəti  (xüsusən  2009-2012  illər  üçün)  yüksək  olaraq 

qalmaqdadır.  Buna  səbəb  dövlətin  elmitədqiqat  işlərinə  və  innovatorların 

rəğbətləndirilməsinə 

diqqət 

yetirilməsi, 



əsaslı 

investisiya 

ayırmasıdır. 

Kardiostimulyator,  kürəvipodşipnik,  təhlükəsiz  kibrit,  «Tetra-Pak»,  ortopedik 

inplantlar  və  əczaçılıqdakı  son  nailiyyətlər  İsveç  innovasiyasının  ixtiralarının 

məhsuludur.  Lissabon  strategiyasına  müvafiq  olaraq  Avropanın  «2010-cu  ilin  ən 

dinamik  elmli  və  yüksək  rəqabət  iqtidarlı  iqtisadiyyat»  mərkəzinə  çevrilməsi 

siyasətində  öndə  gedən  dövlətlərdən  biri  İsveçdir.  Müasir  texnologiyalar  üzrə 

dünyada  lider  dövlətlərdən  biri  olan  Almaniya  və  onun  sahibkarlıq  fəaliyyətində 

innovasiyanın  rolunu  qiymətləndirməyə  bilmərik.  Dünya  birinciliyi  uğrunda 

Almaniya, ABŞ və Yaponiya kimi dövlətlərlə innovasiya mühitində rəqabət aparır. 

Məlumdur  ki,  dünyada  baş  verən  böhran  əsasən  istehsalatın,  əməyin  keyfiyyətini 

dəyişir,  bu  da  innovativ  gedişlərə  təsir  göstərir.  Hazırda  Rusiya  iqtisadiyyatı, 

xüsusən  də  istehsal  və  ağır  sənayedə  baş  verən  böhran  nəticəsində  yaranmış 

durğunluq böyük narahatçılığa səbəb olur. Zəngin təbii ehtiyatlarına, elmi-istehsalat 

və  kadr  potensialına  malik  olmasına  baxmayaraq  yaşayış  səviyyəsinə,  məhsulun 

keyfiyyətinə,  əməyin  səmərəliliyinə  görə  Rusiya  inkişaf  etmiş  ölkələrdən  çox  geri 

qalır.  Ona  görə  də  ölkədə  innovasiya  biznesi  və  keyfiyyətli  məhsulların  istehsalı 

üçün  əlverişli  şərait  yaradılmalıdır.  Bunun  uçun  innovasiya  məhsuluna  tələbat  və 

uzunmüddətli  maliyyə  vəsaitin  olması  vacib  şərtdir.  Hələ  ki  Rusiyada  yüksək 

keyfiyyətli kütləvi istehlakın tətbiqini təmin edən innovasiya mexanizmləri və bunu 

həyata  keçirə  biləcək  investisiya  qoyuluşu  sistemi  zəifdir.  Belə  ki,  əsaslı  vəsait 

qoyuluşu  innovasiya  iqtisadiyyatının  inkişafı  üçün  zəmin  yaradan  daha  gəlirli 

sahəsində əksini tapır. Bu gün Rusiyada fəaliyyət göstərən vençur fondları kiçik də 

olsa  müəyyən  irəliləyişin  göstəricisidir  .  Hər  bir  dövlət  öz  innovativ-texnoloji 

inkişaf fəaliyyət modelini öz iqtisadi durum səviyyəsinə görə seçir. Nümunə olaraq 

deyə  bilərik  ki,  innovativ  texnoloji  inkişaf  fəaliyyətini  daha  çox  kosmos  və  hərbi 



44 

 

sahəyə  yönəldən  ABŞ  modeli  öz  mövcud  potensialı  və  xüsusiyyəti  ilə  tamamilə 



digərlərindən  fərqlənir.  Yaponiya  isə  əsasən  konkret  texnologiyalara  üstünlük 

verərək  hazırda  robot  istehsalı  ilə  irəlidədir.  ABŞ  dövləti  dünya  böhranından 

dayanıqlı  iqtisadi  inkişafda  çıxış  yolunu  innovasiya  sahəsinə,  əsasən  elmin 

inkişafına  ən  çox  investisiya  ayırmaqda  görür.  Burada  elmin  inkişafına  ayrılmış 

investisiya  daha  perspektivli  və  vacib  hesab  edilir,  Rusiyada  isə  əksinə,  bu  bir 

problemli  büdcədən  asılı  tam  təminat  tapmayan  sahə  olaraq  qalır.  Ölkədə 

investisiya,  istehlak  və  elmi  tədqiqatlarla  əlaqə  yaradan  ixtisaslı  kadr  problemi 

vardır. Aparılmış müşahidələr əsasında aşağıdakı qeydləri etmək olar: - ali məktəb 

innovasiya  quruluşunun  ilkin  bazası  olmalıdır;  -  innovasiya  inkişafının 

yaranmasında üstünlük təşkil edən fundamental elmi tədqiqatlar ölkədə elmi-texniki 

mənbə  və  ehtiyatların  fəallaşmasını  təmin  etməlidir;  -  Elmlər  Akademiyasının 

fundamental  tədqiqatlar  sahəsində  fəaliyyəti  ali  təhsil  müəssisələrinin  tədqiqat 

laboratoriyaları ilə inteqrasiya əsasında çevik innovasiya siyasətini həyata keçirərək, 

dövlət qurumları ilə xüsusi kapital və banklarla əməkdaşlıq edərək iqtisadi inkişafın 

innovasiya əsaslı formalaşması yollarını müəyyən etməlidirlər. 

 

 

 

 

 

 

 

 

 



45 

 

FƏSİL  II:  RESPUBLİKAMIZDA  DÖVLƏT  İNNOVASİYA  SİYASƏTİNİN 



MÜASİR VƏZİYYƏTİ 

2.1.    Azərbaycan Respublikasının innovasiya potensialı 

"Müxtəlif  ölkələrin  tarixinə,  keçmişinə,  təcrübəsinə  nəzər  salaraq  görürük  ki, 

ölkənin  inkişafını,  potensialını  elmin  inkişafı  müəyyən  edir....  İnkişaf  etmiş 

ölkələrin təcrübəsinə nəzər salsaq, onu da görəcəyik ki, nə təbii ehtiyatlar, nə coğrafi 

vəziyyət  yox,  məhz  intellektual  potensial,  elmin  səviyyəsi  o  ölkələrin  tərəqqisini 

müəyyən  və  təmin  edir,  ölkəni  inkişaf  etmiş  ölkəyə  çevirir".(19).  Cəmiyyətimizin 

sürətli  və  sabit  inkişafından  doğan  müvəffəqiyyətlər,  müasir  tarixin  və  zamanın 

tələbləri  bizi  artıq  innovasion  ictimai  sistem,  innovasion  (proqressiv)  iqtisadiyyat, 

nümunəvi  və  mütərəqqi  mənəvi  həyat  barədə  daha  dərindən  düşünməyə  və  əməli 

işlər  görməyə  vadar  edir.  Cəmiyyətin  və  dövlətin  innovasiyalara  olan  kütləvi  və 

kəskin  tələbatı  bu  gün  bir  fakt  olaraq  qalmaqdadır.  İçtimai  yeniləşmə  zərurətindən 

qaynaqlanan bu tələbat çoxşaxəli və çoxsəviyyəlidir. İnnovasion tələbat yeni iqtisadi 

üsul  və  formalardan  tutmuş  yeni  sosial  təşkilatlanma  və  idarəetmə  məsələlərinə 

qədər  problemləri  əhatə  edir.  Biz  bir  tərəfdən,  qabaqcıl  elmi-texniki  və  texnoloji 

nailiyyətləri  mənimsəməli,  müvafiq  iqtisadi,  təsərrüfat  sistemi  daxilində  bu 

nailiyyətlərdən  səmərəli  istifadə  etməli,  digər  tərəfdən,  fərdi  və  kollektiv 

yaradıcılığa,  daha  yüksək  birgə  yaşayış  və  birgə  fəaliyyət  mədəniyyətinə  yol  açan 

sosial-siyasi, hüquqi norma  və prinsiplər əsasında  təşkilatlanıb  tənzimlənən ictimai 

mühit  yaratmalıyıq.  Burada bir    məsələni    diqqətinizə    çatdırmaq  istərdim:  Dünya  

ölkələrin  təcrübəsi  göstərir  ki,  həqiqi  innovasion  tələbat  o  vaxt  etibarlı  surətdə 

ödənilir  ki,  yeniləşmə  istəyində  olan  cəmiyyətdə  pozitiv  mahiyyətli  mənəvi  (ruhi) 

çevriliş  baş  verir,  iqtisadiyyat,  idarəetmə,  siyasi  və  bütövlükdə  ictimai  həyat  elmi 

biliklərə, intellektual resurslara arxalanmaqla qurulur, fəalliyət göstərir. Əlbəttə  ki, 

bu    zaman    qabaqcıl    ölkələrin    təcrübələrindən    istifadə    etmək    lazımdır  (məs.: 

ABŞ,  Yaponiya,  Sinqapur,  İsrail    və    s.).  Qeyd    etdiyim      ölkələrin    elmi-texniki  

siyasətinin  təhlili  göstərir ki, elm, istehsal  və  sosial  həyatın  qarşılıqlı  əlaqəsi  bu  

ölkələrin    dövlət    siyasətinin    başlıca    vəzifəsidir.  Həm    də    bu    yeni    tipli  



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə