Azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix07.04.2018
ölçüsü0,66 Mb.
#36425
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

52 

 

Bundan  əlavə,  əgər  yalnız  başqalarından  götürəcəyimiz  texnologiyalara  arxayın 



olsaq, onda biz texnoloji geriliyimizi aradan qaldırıb, texnologiya və elmi sonradan 

inkişaf etmiş ölkələrdən asılı vəziyyətə düşə bilərik. Ona görə də öz elmimizi inkişaf 

etdirmək vacibdir. Bundan ötrü biz ölkənin elmi-texniki potensialını səfərbər etməli, 

elmin  inkişafının  prioritet  istiqamətlərində  toplanmış  resursları  bir  yerə  yığmalı, 

onun nailiyyətlərini istehsala fəal tətbiq etmək üçün şərait yaratmalıyıq. 

Yeni elmi-texniki istiqamətlər -biotexnologiyalar, nanotexnologiyalar, informasiya-

kommunikasiya  texnologiyaları  -  bütün  bu  sahələrdə  bizim  vətən  və  transmilli 

bizneslə tərəfdaşlıq şəraitində konkret nəticələrə nail olmaq şansımız vardır. Yaxın 

gələcəkdə  məhz  bu  istiqamətlərdə  bizə  minlərlə  yüksək  ixtisaslı  mütəxəssis  və 

diplomlu alimlər lazım olacaqdır. 

İqtisadi  islahatların  aparıldığı  dövrlərdə  innovasiya  fəallığı  nəzərə  çarpacaq 

dərəcədə  aşağı  düşmüşdür.Bunun  da  əsas  səbəbi  yüksək  təhsilli  heyətin  olmaması, 

investisiya  resurslarının  məhdudluğu  və  innovasiya  infrastrukturunun  zəif  inkişaf 

etməsidir.Burada  elmlə  istehsalın,  sənaye  və  kənd  təsərrüfatının  bazarla,  külli 

miqdar  istehsal  olunan  məhsulların  rəqabət  qabiliyyətliliyinin  texnika  ilə  zəif 

əlaqəsini  əlavə  etsək,  onda  həqiqətən  görərik  ki,  innovasiya  fəallığının 

yüksəldilməsi  xeyli  maneələrlə  qarşılaşır.Mövcud  şərait  Azərbaycanın  beynəlxalq 

səviyyədə  elmi-texniki  proseslərdən  geri  qalmaq  təhlükəsini  törədir.Texniki  və 

texnoloji  cəhətdən  geri  qalmanı  sürətləndirən  amillərdən  biri  Qərbin  inkişaf  etmiş 

ölkələrinin iqtisadi inkişafın investisiyalı tipindən innovasiyalı tipinə keçididir.Məhz 

bu  səbəbdən  hal-hazırda  Azərbaycanda  iqtisadi  inkişafın  innovasiyalı  tipinə  keçid 

zəruriləşir  ki,  bu  da  bir  sıra  amillərlə  əlaqədardır.  Hər  şeydən  əvvəl  innovasiyalı 

məhsul  istehsalçılarının  sayını  artırmaq,  innovasiyalı  məhsul  istehlakçılarının 

davranışına  üstünlük  vermək,  innovasiyalı  məhsul  istehsalçıları  ilə  istehlakçıları 

arasında  qarşılıqlı  əlaqəni  gücləndirmək  lazımdır.    İnnovasiya  prosesi  əsasında 

davamlı  iqtisadi  inkişafa  nail  olmaq  üçün  elmi  bazaya  əsaslanan  məhsulların 

təklifini  irəli  sürmək,  innovasiyalı  məhsul  istehsal  edənlərin  birbaşa  innovasiya 

bazarına  sərbəst  daxil  olması  mexanizmini  daim  təkmilləşdirmək  vacibdir.Bunun 




53 

 

üçün  də  innovasiyalı  bazarın təşkilati-hüquqi bazasını  yaratmaq lazımdır.Bu da öz 



növbəsində intellektual mülkiyyətçilərin müdafiə olunmasına səbəb ola bilər.Əlbəttə  

ki,  innovasiya  tipli  inkişafa  keçid  və  mütərəqqi  struktur  dəyişikliklərinin 

formalaşdırılması məsələləri hazırda müəyyən tədbirlərin görülməsini tələb etsə də, 

qısa müddətdə onlar həll oluna bilməzlər. Bu məsələlər yalnız yaxın orta müddətli 

və uzun müddətli perspektivdə prioritet istiqamətlər kimi qoyula bilər.   

 

2.2. İnnovasiyaların inkişafının müasir vəziyyəti 

Davamlı  inkişaf  konsepsiyasına  əsaslanaraq  müxtəlif  ölkələr,  öz  iqtisadi  və  sosial 

vəziyyətlərindən  asılı  olaraq,  müxtəlif  artım  modelləri  işləyib  hazırlamışlar.  Bu 

modellər  içərisində  «Həyat  fəaliyyətinin  insanlara  dostluq  mühiti»(25.S.156). 

iqtisadi  artım  modeli  fikrimcə,  Azərbaycan  reallığına  daha  çox  uyğun  gəlir.  Bu 

model qarşıya əsas məqsəd kimi, əhalinin həyat səviyyəsinin yüksəldilməsini qoyur 

və  iqtisadi  inkişafın  əsası  kimi    insan  amilini    irəli  sürür.  Milli  iqtisadiyyatda 

struktur  dəyişiklikləri,  diversifikasiya,  innovasiyların  aktivliyinin  yüksəldilməsi, 

elmin  rolunun  artırılması  və  habelə  investisiyaların  çoxalması  olmadan  davamlı 

iqtisadi artım mümkün deyildir. Bunlar bir tərəfdən iqtisadiyyatın müəyyən sahəsinə 

investisiyaların  istiqamətləndirilməsini  nəzərdə  tutur,  digər  tərəfdən  isə  

innovasiyaların artımı  ilə  iqtisadiyyatın modernləşdirilməsinə, bazarın tələblərinə 

adekvat  investisiya  resurslarının  axınına  təminat  verir.  Bu  gün  əsas  məsələ 

Azərbaycanın  davamlı  iqtisadi  artımına  səmərəli  təsir  edəcək  innovasiya  tipli  

iqtisadi  inkişafın prioritet məsələlərinin müəyyən  edilməsidir. 

 “Sürətli    inkişaf  strategiyasından  çıxış  edərək  Azərbaycan  hökuməti  iqtisadiyyatın 

modernləşməsinin  beş  əsas  istiqamətini  müəyyən  etmişdir”  ki,  bu    istiqamətlərdən  

birincisi    Azərbaycan    iqtisadiyyatının  innovativ    inkişafıdır.  Bu  istiqamət 

Azərbaycan  şirkətləri  tərəfindən  müasir  texnologiyaların  mənimsənilməsini,  yeni, 

rəqabətədavamlı  məhsullar  istehsalının  təmin  edilməsini  və  ixrac  bazarlarının 

genişlənməsini  nəzərdə  tutur.    Bazar  iqtisadiyyatı  şəraitində  fəaliyyət  göstərən 



54 

 

ölkələrin  təcrübəsi  göstərir  ki,  maddi  istehsalın  inkişafında  innovasiya  fəaliyyəti 



mühüm rol oynayır.Bu, müstəqil respublikamız üçün daha önəmlidir, çünki hələlik 

ölkəmizdə  maddi-istehsal  sahələrinin  texnoloji  səviyyəsi  digər  inkişaf  etmiş 

ölkələrlə  müqayisədə  xeyli  aşağıdır.Məhz  bunun  nəticəsidir  ki,  ölkəmizdə  istehsal 

olunan  əksər  sənaye  məhsullarının  (o  cümlədən,  kimya  məhsullarının)  keyfiyyəti 

dünya standartlarının tələblərinə cavab vermir. 

«Neft Strategiyası»-nın nəticəsi 2006-cı il iyul ayının 13-də «Bakı-Tbilisi-Ceyhan» 

əsas  ixrac  boru  kəmərinin  təntənəli  açılışı  ilə  tarixə  yazıldı  və  ölkənin  iqtisadi 

inkişafına təkan verdi, onun beynəlxalq miqyasda nüfuzunu möhkəmləndirdi.Bütün 

bunların  əhəmiyyətini  azaltmadan  qeyd  etmək  lazımdır  ki,  ölkə  iqtisadiyyatının 

aparıcı bir  sıra  sahələrində (kimya  sənayesi, kənd  təsərrüfatı və  s.) investisiya 

çatışmazlığı  səbəbindən  innovasiya  prosesinin  təşkili  bazar  iqtisadiyyatının 

tələblərinə  hələ  də  uyğunlaşdırılmamışdır.Uzun  illər  ittifaq  nazirliklərinin 

tabeliyində  olan  kimya  müəssisələrində  istehsalın  texniki  və  texnoloji  səviyyəsi 

ildən-ilə pisləşmiş və əsas istehsal fondlarının (ƏİF) aşınma səviyyəsi 2011-ci  ildə  

51,5%  faizə çatmışdır.  

Azərbaycan  Respublikasında  iqtisadi  fəaliyyət  sahələrinin  innovasiya  fəallığının 

yüksəldilməsi, rəqabət qabiliyyətli iqtisadiyyatın təşəkkülü və onun dünya təsərrüfat 

sisteminə    səmərəli  inteqrasiya  olunması  müasir  dövrün    ən    aktual 

problemlərindəndir.  Bunun  üçün  ilk  növbədə  ölkədə  innovasiyalı  inkişafın 

qanunverici  bazası  və  innovasiya  infrastrukturu  formalaşdırılmalı,  bu 

istiqamətdəkonsepsiyalar  hazırlanmalı    və    həyata  keçirilməlidir.  Belə  bir 

konsepsiyanın    hazırlanması  Azərbaycan  iqtisadiyyatının  hazırda  dünyada 

yayılmaqda  olan  innovasiyalı  inkişaf  tendensiyasına  daha  tez  qoşulmasına  müsbət 

təsir  göstərəbilər.    Məlum  olduğu  kimi,  hazırda  Azərbaycan  iqtisadiyyatının 

innovasiya fəallığı, başqa sözlə iqtisadi inkişafda innovasiyaların rolu zəifdir. Bu da 

elm vəinnovasiya sahəsində infrastrukturun, eləcə də bu sahələrin inkişafına xidmət  

edən qanunvericilik bazasının formalaşmaması ilə əsaslandırıla bilər. Bu baxımdan 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə