11
Bitirilməmiş istehsal - işlənib hazırlanma prosesində olan və ya iş yerində işlə-
nib hazırlanmağı gözləyən əmək cisimləridir.
Hazır məhsulu dövriyyə fondlarına aid etmək doğru deyil. Onlar tədavül
fondlarına aid olunur.
Dövriyyə fondlarının təxminən 70 %-ni istehsal ehtiyatları, 25 %-ni bitməmiş
istehsal və özünün istehsalı olan yarımfabrikatlar, 5 %-ni isə gələcək dövrün xərcləri
təşkil edir.
Hər bir müəssisənin tədavül prosesinə xidmət edən tədavül fondları da
vardır.Tədavül fondları məhsulun satışı ilə bağlı olan firmanın kommersiya
fəaliyyətinə çəkilən xərclərdir.Tədavül fondlarının bir hissəsi müəssisənin
anbarlarında
yerləşdirilərək,
qablaşdırmanı,
komplektləşdirməni,
alıcıya
göndərilməsini gözləyir. Qalan hissə isə alıcıya göndərilmiş, yolda olan və ya alıcıya
çatan ancaq hələlik haqqı ödənilməmiş hazır məhsullardır. Müəssisənin banklarda
olan hesablaşma hesablarındakı və müəssisənin kassasındakı pul vəsaitləri də tədavül
fondlarına daxil edilir. Tədavül fondlarının tərkibi Sxem 1.3-də göstərilmişdir.
Sxem 1.1.3. Tədavül fondlarının tərkib elementləri.
İstehsal prosesində dövriyyə fondları tədavül fondlarına çevrilir, onlar da
reallaşdırıldıqdan sonra pul formasını alır. Müəssisənin məhsul satışından əldə etdiyi
pulun xeyli hissəsi yenidən əmək predmetlərinin alınmasına, əmək haqqına sərf edilir
tədavül fondları
göndərilmiş,lakin
dəyəri
ödənilməmiş
mallar
anbarlardakı
hazır məhsul
hesablardakı
vəsait
kassa və
hesablaşma
hesablarında
olan pul
vəsaitləri
debitor borcları
12
və proses yenidən təkrar olunur. Yəni, dövriyyə fondları və tədavül fondları ardıcıl
şəkildə bir-birini əvəzləyir. Bu səbəbdən də bu fondlar dövriyyə vəsaitləri adı altında
birləşdirilir. Qeyd olunanlara əsasən dövriyyə vəsaitlərinə belə tərif vermək olar ki,
dövriyyə vəsaitləri - dövriyyə fondlarının və tədavül fondlarının dəyər göstəricisi ilə
ifadə olunmuş məcmusundan ibarət olub, həm istehsal, həm də tədavül prosesinə
xidmət edir.
Müxtəlif əlamətlərə görə dövriyyə vəsaitlərinin təsnifləşdirilməsi həm nəzəri,
həm də praktiki xarakter daşıyır. Dövriyyə aktivləri tərkibinə, mövcudluq formasına,
əmələgəlmə mənbələrinə, likvidlik səviyyəsinə, fəaliyyət növlərində iştirakına,
müəssisəyə mənsubiyyətinə görə təsnif oluna bilər. Bu təsnifləşdirmə əlamətlərinə və
onlara əsasən dövriyyə aktivlərinin necə qruplaşdırıldığına nəzər salaq.
İstehsal prosesində roluna görə dövriyyə vəsaitləri dövriyyə fondları və tədavül
fondlarına ayrılır ki, onların da təsnifatı yuxarıda Sxem 1.2 və Sxem 1.3-də
göstərilmişdir.
Dövriyyə aktivlərinin təsnifat əlamətlərindən biri də onların mövcudluq
forması ilə bağlıdır. Mövcudluq formasına görə dövriyyə aktivlərini qeyri-monetar
dövriyyə aktivləri (materiallar, bitməmiş istehsal, gələcək dövrün xərcləri, hazır
məhsul) və monetar dövriyyə aktivləri (verilmiş avanslar, debitor borcları,
qısamüddətli qiymətli kağızlar, qısamüddətli paylar, pul vəsaitləri və ekvivalentləri)
olmaqla 2 qismə ayırırlar.
Dövriyyə vəsaitləri normalaşdırma ilə əlaqədar olaraq aşağıdakı kimi təsnif
olunur:
Normalaşdırılan dövriyyə vəsaitləri – onlar üzrə normativlər qoyulur.
Normalaşdırılmayan dövriyyə vəsaitləri –dövriyyə vəsaitlərinin miqdarına
nəzarət normativlər üzrə yox, faktiki məlumatlar əsasında həyata keçirilir.
Formalaşma mənbələrinə görə dövriyyə aktivləri müəssisənin öz dövriyyə
vəsaitləri, onlara bərabər tutulan dövriyyə vəsaitləri, borc alınan dövriyyə vəsaitləri,
cəlb edilən dövriyyə vəsaitləri kimi qruplaşdırılır.
13
Likvidlik baxımından dövriyyə vəsaitləri yüksək likvidli, tez realizə olunan
vəsaitlər, zəif realizə olunan vəsaitlər kimi təsnif olunur.
Dövriyyə vəsaitlərinin digər bir təsnifat əlaməti isə kapital qoyuluşu riskidir.
Bu baxımdan dövriyyə vəsaitləri minimal riskli investisiyalar, az riskli investisiyalar,
orta riskli investisiyalar və yüksək riskli investisiyalara ayrılır.
Neft - kimya müəssisələrində dövriyyə vəsaitlərinin təxminən 65%-ni dövriyyə
fondları təşkil edir ki, onların da 60%-i istehsal ehtiyatlarından ibarət
olur.Maşınqayırma sahəsində isə dövriyyə vəsaitlərinin 80%-ni dövriyyə fondları
təşkil edir. Onun da 60%-i istehsal fondlarının payına düşür. Ümumiyyətlə, məhsul
istehsalı ilə məşğul olan müəssisələrdə dövriyyə vəsaitlərinin tərkibində istehsal
fondlarının payı daha çoxdur. Bunu ―Azərsun Holdinq‖ MMC misalında Cədvəl
1.1.1-də nəzərdən keçirə bilərik [23]:
Cədvəl 1.1.1. Azərsun Holdinq MMC və onun törəmə müəssisələrinin 31 dekabr 2014-cü il
tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına əsasən dövriyyə
vəsaitləri.
Azərsun Holdinq MMC-nin 31 dekabr 2014-cü
il tarixində başa çatan il üzrə
dövriyyə
aktivləri
Həcmi, AZN
Ümumi
həcmdə
nisbəti, %
Bioloji aktivlər
89,710
1
Mal-material ehtiyatları
174,461,667
63
Ticarət və digər debitor borcları
59,513,110
21
Əlaqəli tərəflərdən alınacaq məbləğlər
32,432,431
12
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 8,659,095
3
Cəmi
275,156,013
100