Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 84,63 Kb.

tarix23.11.2017
ölçüsü84,63 Kb.


AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ 

 

 

“TƏSDİQ EDİRƏM” 

ADNSU-nın Rektoru, professor 

    __________MUSTAFA BABANLI 

 

     “_____”______________2016-cı il 

 

 

 

 

 

 

 

 

 

 

2525.01- «Neft  və qaz yataqlarının işlənməsi və istismarı » ixtisası üzrə 

Doktoranturaya qəbul imtahanının 

 

P R O Q R A M I 

 

 

 

 

 

 

 

 

B A K I  –  2016 

 

 


 

TƏRTİB  EDƏNLƏR: 

 

AMEA-nın müxbir üzvü,   

professor    

 

 

 

 

 

 

Tulparxan Salavatov 

dosent 

 

 

 

 

 

 

 

Abidin Mustafayev 

dosent 

 

 

 

 

 

 

 

Rasim Pənahov 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


«Neft yataqlarının işlənməsi və istismarı» fənni 

1.  Giriş.  Azərbaycan  Respublikasının  inkişafına    yanacaq    və  energetika 

kompleksinin yeri və əhəmiyyəti. Dünyada və Azərbaycanda neft-qaz yataqlarının  

işlənməsində inkişaf mərhələləri. Kursun predmeti, əhəmiyyəti  və başqa fənlərlə 

əlaqəsi.  Neft-qaz    sənayesinin  inkişaf    prespektivləri.  Neft-qaz  sənayesi 

mütəxəssislərinin  qarşısında  qoyulan  müasir tələblər. 

2.  Neft-qaz  yataqlarının  kompleks    layihələndirilməsi  və  işlənməsi.  Neft 

yataqlarının işlənmə sistemlərinin  prinsipləri. Neft yataqlarının  səmərəli  işlənmə  

sistemlərinin  təyini.  Neft    yataqlarının    işlənmə    sxemləri,  işlənmənin    əsas 

parametrlərinin dinamikası. 

3.  Neft  yataqlarının  işlənməsinin  kompleks    layihələndirilməsi.  Neft  yataqlarının 

işlənməsinin layihələndirilməsinin  tətbiq olunmasının əsas mərhələləri. Yataqların 

ümumi    geoloji  xarakteristikalarının  öyrənilməsi.  Yataqların  ümumi  geoloji 

məlumatları. Neft, qaz  və suların  yataqda yatma şərtləri. Layihələndirmə  zamanı 

tələb    olunan  geoloji-mədən  məlumatları.  Layların    qeyri-bircinsliyinin  və 

çatlığının  nəzərə  alınması.  Layların   müxtəlif   modelləri.  Mədən   məlumatlarının 

seçilməsində  statistik  ehtimal  nəzəriyyə  üsulların  istifadə  olunması.İşlənmə  

layihəsinin  tərtibi.  Baş  işlənmə  layihəsinin  tərtibi  ,  səmərəli  işlənmə    variantının 

seçilməsi. 

4. Neft yataqlarının işlənmə  şəraitlərinin sxemləşdirilməsi. Yataqların formasının 

sxemləşdirilməsi  və  şərtləri.  Gətirilmiş    qidalanma    konturu.İşlənmə    prosesinin 

əsaslandırılması. 

5. Neft yataqlarında quyuların  yerləşdirilməsi. Quyuların sıralarla yerləşdirilməsi. 

Dairə və sıralar , üçbucaq , 5,7, 9 nöqtəli  sxemlərlə istismar  və vurucu quyuların  

yerləşdirilməsi. Quyuların yerləşdirilmə  sıxlığını neftvermə  əmsalına təsiri. 

6.  Qaz  və  qaz-kondensat  yataqlarının    işlənmə    sistemləri  .  İstismar  sistemlırinin 

seçilmə    prinsipləri  və  şərtləri  .Neft  yataqlarının  işlənmə  sistemlərindən  fərqi  və 

uyğunluğu.  Qaz  və  qaz-kondensat  yataqlarında  quyuların  yerləşdirilməsi  və 

yataqların  istismar prinsipləri. 

7.  Lay  enerji  mənbələri.  Layların    iş  rejimləri.  Layda  neftin,  qazın  və  suyun  

süzülmə    mexanizmləri.  Layların    işlənməsində  təbii    və  süni    enerji  mənbələri. 

Laylarda  müxtəlif  enerji mənbələri  yaranma  şərtləri . Layların iş rejimləri və hər 

rejimə uyğun  işlənmənin əsas amillərinin  dinamikası. 



8.  Sərt  su  basqı  rejimində  hidrodinamik  hesabat.Sərt  su    basqı  rejimində  

hesabatların  əsas quruluşu . Borisov  metodu. Zolaqvari  və dairəvi  yataqlar  üçün 

hesabatlar. 

9.  Elektrik  hidrodinamik  analogiya    metodundan  istifadə  etməklə    sərt  su    basqı  

rejimində debitlərin təyini. Ekvivalent müqavimət  metdou əsasında  sərt su basqı 

rejimində  hidrodinamik  hesabatlar.  Elektrik  hidrodinamik    analogiya    metodun 

mahiyyəti  və  debitlərinin    təyinində  tətbiqi.  Çoxsıralı    quyuları  olan  yataqların  

elektrik sxemlərin qurulması. 

10.  Layda  neftin  su  ilə  sıxışdırılmasında    suyun  və  neftin  özlülüklərində  fərqin 

nəzərə  alınması.  Hidrodinamiki  hesabatlarda    suyun  və  neftin    özlülüklərinin 

fərqini    nəzərə  alınmasının  zərurililiyi.  Doyma  əmsalın    layda  paylanması    və 

neftin  su ilə sıxışdırılma  zamanı dəyişməsi. Bakliey-Leverett nəzəriyyəsi. 

11.  Çatlı  mühitdə  ikifazalı    mayenin  süzülməsi.  Çatların  həndəsi    ölçülərinin  

suyun  və  neftin    faza  keçiriciklərinin  sıxışdırılma  prosesinə  təsiri.  İki  fazalı 

mayenin dairəvi və zolaqvari çatlı layda süzülməsinin özəllikləri. 

12.  Elastik  su  basqı  rejimində    hidrodinamik  hesabatlar    əsasında    işlənmənin  

göstəricilərinin  təyini.  Elastik  enerjinin    hesabına    çıxarıla  bilən    neft  həcminin 

qiymətləndirilməsi  .Lay  sisteminin  elastik  tutumu.  Elastik    rejimin  differensial 

tənliyi.  Təzyiq  dalğasının  layda  hərəkət  qanunu.  Təzyiqlər    depressiyasının  və 

debitlərin təyini. Furye  parametri, anlayışı. 

13.  Laya  kontur  xarici  və  kontur    daxili  su  vurduqda    hidrodinamik  hesabatlar. 

Vurucu  quyuların    yerləşdirilməsi.  Suvurma    şərtləri.  Vurucu  agentin    həcmi  , 

vürücü təzyiqi, vürücü quyuların  sayı və layın  qəbul etməsinin  təyini. Material  

balansı tənliyindən  suyun həcmini təyin etmək  üçün istifadə edilməsi. 

14.  Layların    sahə    sulaşdırılmasında    hesabatlar.  Sahə  sulaşdırılma  sistemləri. 

Təzyiq  və  debitlərin    sadələşdirilmiş    təyin  metodları.  Quyuların    müxtəlif  

yerləşdirilməsi halllarında  hidrodinamik  hesabatlar. 

15. Həll olmuş qaz rejimində hidrodinamik  hesabatlar. Məsaməli  mühitdə  qazlı 

mayenin    stasionar    və  qeyri-stasionar    hərəkəti.Xristianoviç    funksiyası.  Kontur  

təzyiqilə    layın    doyma    əmsalı  arasında    asılılıq.  Sareviç  şərti.  Qazın    və  neftin  

real xassələrinin nəzərə alınması. 

16.  Həll  olmuş    qaz  rejimində    material  balansı  tənliyindən  istifadə    olunması. 

Volyumetrik rejim anlayışı. Material  balansı tənliyinin çıxarılışı – Şilzius  tənliyi. 

Həll  olmuş   qaz  rejimində    material balansı tənliyini   tətbiq   etməklə   işlənmənin  

əsas amillərinin müəyyən olunması. 



17.Həll olmuş  qaz rejimində işlənmənin  parametrlərinin təyinində riyazi üsullar. 

Material  balansı tənliyinin  differensial forması. Sonuncu fərqlər  üsulun  tətbiqi. 

Qərarlaşmış vəziyyətlərin  ardıcıl  dəyişən  üsulunun  baxılan  rejimdə tətbiqi. 

18. Qaz yataqlarının tükınmə  rejimində işlənməsi. Tükənmə  rejimində qaz yataqı 

üçün    material  balansı  tənliyi.  Yataqdan  çıxarılan  qazın    sabit    debiti  hasilində 

differsial  tənliyin  həlli  və    işlənməsinin  əsas  parametrlərin  təyin  olunması.  Qazın  

debitinin  dəyişən    halında    işlənmənin  əsas  parametrlərinin  təyini  .  Qaz 

yataqlarında  layarası axınların  və laya suyun  daxil olmasının təyini. 

19. Qaz yataqlarının su basqı rejimində işlənməsi. Qazın  real xassələrin material 

balansı tənliyində nəzərə alınması. Qalıq qazın  həcmini nəzərə almaqla laya daxil 

olan  suyun  həcminin  təyin  olunması.  Su  basqı  rejimində  qaz  yataqının 

işlənməsinin  əsas parametrlərin təyin  olunma alqoritmi. 

20. Qaz və qaz-kondensat yataqlarının işlənməsində hidrodinamik hesabatlar. Qaz-

kondensat  yataqların    xüsusiyyətləri.  Qaz-kondensat    yataqlarında  ,  retroqrad 

proseslərin  təhlili.  Qaz-kondensat  yataqlarının  işlənməsində  lay  təzyiqinin  sabit 

saxlaması məqsədilə laya  su vurma tədbirləri. 

21. Qaz-kondensat  yataqlarının  işlənməsində Sayklinq prosesin tətbiqi. Sayklinq 

prosesin  mahiyyəti.  İstismar  və  vurucu  quyuların  yerləşdirilməsinin  işlənmə 

prosesinə  təsiri. 

22.  Qaz-kondensat    yataqlarının  suvurma  yolu  ilə  işlənməsi.  Qaz-kondensat  

yataqlarına    suyun  vurulmasının  məqsədi.  İşlənmə    prosesində  vurulan  suyun 

həcminin  təyini.  Laylara    suvurma  nəticəsində  qazın  layda    itkiləri.  Qaz  və 

kondensat  vermə əmsallarının təyini və təhlili. 

23.  Neft  yataqlarının  işlənməsində  üfüqi  quyuların    istifadəsi.  Üfuqi  quyular  

haqqında  ümumi məlumat. Üfuqi quyuların  işlənməsində dünya  təcrübəsi. Üfuqi 

quyuların    istifadə  ,  işlənmə    və  istismarında  Azərbaycan  və  xarici    alimlərin  

tədqiqatları. 

24. Kənar  və daban  sularının basqı enerjisi; qaz papağında  olan sərbəst, sıxılmış 

qazın  enerjisi; neft və suda  həll olmuş  və təyiq  azalanda  ayrılan  qazın enerjisi; 

sıxılmış    süxur    və  mayenin  enerjisi;  qravitasiya    enerjisi  –  yəni  ağırlıq  

qüvvəsindən  yaranan enerji; məsaməli  mühit və maye  fazaların  daxili səthlərinin 

diferensial    enerjisi.  Quyularda  mayenin  hidrostatik  basqı  hesabına    qaldırılması. 

Mayenin genişlənən qazın  enerjısi hesabına  qaldırılması. Şaquli  borularda maye-

qaz  qarışığının  hərəkət  nəzəriyyələri.  Qaldırıcı  borularda  maye-qaz  qarışığının 

strukturları ( rejimlər).Süzülmə , süzülmə itgiləri. Quyu debitinin  düsturu. 



25.  Layların  açılması,  ilkin  və  təkrar    açılma.  Layların    perforatorlarla    açılması. 

Quyuların    istismara  hazırlanması.  Quyuların    mənimsənilməsi.  Müxtəlif 

mənimsənilmə üsulları. 

26.  Qərarlaşmış  rejimdə  quyuların  tədqiqatı;  indikator  əyriləri,  məhsuldarlıq  

əmsalı,  keçiricilik,  pyezo  keçiricilik  əmsalları  və  onların    tapılması.  Qərarlaşmış 

rejimdə  quyuların    qədqiqatı.  Təzyiqin  bərpası  əyrisi.  Təzyiqin  düşmə  əyrisi. 

Tədqiqat nəticələrinin işlənmə üsulları. 

27. Quyularda enerji balansı. Fontan  qaldırıcısının hesablanması. Qeyri-tarazlıqlı 

proselər.  Henri  qanunu.  Təzyiqin  dəyişmə  tempi.  Fontan  quyusunun    işinin 

avtorəqs  rejimi. Fontan quyusunun işinin tənzimlənmə üsulları. Fontan quyusunun 

tədqiqatı və iş rejiminin edilməsi. Fontan quyusunda baş verən  çatişmazlıqlar. 

28. Neft hasilatının kompressor üsulunun ümumi  xarakteristikası. Qazlift, erloft. 

Qazlift üsulunun müxtəlif  növləri və onların texnoloji  sxemləri. Qazlift istismar  

üsulunun  üstünlükəri  və  çatışmayan  cəhətləri.  Qazlift    quyularının  quyuağzı 

avadanlığı. Parafin və duz  çöküntülərinə qarşı mübarizə. İşəsalma təzyiqinin aşağı 

salınma  üsulları.  Qazlift  klapanları  və  onların  yerləşdirilməsi.  Qazlift 

qaldırıcılarının konstruksilarının və işinin rejim parametrlərinin müəyyən edilməsi  

üzrə  əsas  hesabatlar.  Qazlift  quyularının  tədqiqatı  və  onların    iş  rejimlərinin  

müəyyən    edilməsi.  İşçi  agentin    sərfinin  operativ  nəzarəti.Vaxtaşırı  istismar. 

Plunjerli qaldırıcı. Əvəzetmə  lifti. 

29. Dərinlik nasos istismar üsulu. Nasos quyularının quyuağzı avadanlıqı. Dərinlik 

nasosunun    məhsuldarlığı.  Ştanqlı  nasos    qurğusunun    işinə  təsir    edən 

amillər.Ştanqlara  və  manacanaq    dəzgahına  düşən  yükün  təyin  edilməsi.  Nasos 

quyularının tədqiqatı və nasos  qurğularında dinamometrik ölçülər. Ştanqlı nasosun  

işinə  qazın  zərərli təsiri və onunla mübarizə. Qum təzahürlü  nasos qurğularının 

istismarı.  Mayelərdə  yaranan  mənfi  təzyiqin  nasosun  işinə  təsiri.  Parafin 

çöküntüləri ilə mübarizə. Dərinlik nasos  quyularına xidmət edilməsi. 

Ştanqsız  nasos  qurğuları.  Elastik,  hidravlik  və  pnevmatik    enerji  formalarının 

verilməsi.  Mərkəzdənqaçma  elektrik  nasosları.  Hidroporşenli      nasos  qurğuları. 

Nasosun  xarakteristikası.  Texnoloji  sxem.  İstifadə    olunan  avadanlıq.  Quyuların 

işinin tənzimlənməsi . 

30. Çoxlaylı yataqların eyni zamanda ayrıca istismarı. 

31. Quyularda aparılan  təmir işlərinin  növləri: planlı-xəbərdarlıqlı ( profilaktik) , 

bərpa  edici.Təmirlərarası  müddət  (TAM).  İstismar  əmsalı.  Endirmə-qaldırma 




əməliyyatları. Quyuların boğulması. Quyularda  qum  tıxacının  ləğvi. Düz və əks  

yuma, onların  hidravlik hesabatı. 

32.  Əsaslı  təmirin    növləri.  Təmir  –  bərpa  işləri.  Kəmərdə  defektlərin  ləğvi. 

Kəmərin  zədələnmiş hissəsinin əvəz  edilməsi. Quyuda qalan boruların  sonunun 

bərpası. Quyuların  sementlənməsi. Təzyiq  altında sementlənmə. Təzyiq  olmadan 

sementlənmə.  Pakerlərdən    istifadə    etməklə  sementlənmə.  Təcrid  işləri.  Yuxarı, 

aşağı  və  daban  sularının  təcrid  edilməsi.  Layın    quyudibi  zonasının  süxurlarının 

möhkəmləndirilməsi.İstifadə  olunan  üsullar.  Qaytarılma-bərpa  işləri.  Yuxarı 

horizontla qaytarılma. Aşağı horizonta  qaytarılma. Tutulmuş boruların çıxarılması. 

İkinci gövdənin  qazılması. Quyuların  əsaslı təmirində istifadə edilən  avadanlıq 

və alətlər.İstismar  kəmərinin əyilməsi  və sınması. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


ƏDƏBİYYAT 

1.

 



Neft və qaz yataqlarının işlənməsi və istismarı Bakı:, Azərnəşr 1960, səh.- 

455, A.X.Mirzəcanzadə və b. 

2.

 

Neft və qaz yataqlarının işlənməsi  və istismarının nəzəri əsasları. 



3.

 

Технология и техника  добычи  нефти. М:, Недра 1986, 382 с. 



А.Х.Мирзаджанзаде и др. 

4.

 



Разработка нефтяных меторождений: учебник для вузов. М:, Недра 

1986, 322 с. Ю.П.Желтов 

5.

 

Технология и техника  добычи  нефти :  : учебник для вузов. М:, Недра 



1983, 510 с., В.И.Щуров 

6.

 



Эксплуатация  морских нефтяных месторождений. М: , Недра 1986 , 

185 с., А.Б.Сулейманов и др. 

7.

 

Neft layının fizikası. Bakı:, Maarif nəşriyyatı 1983, səh – 331Ş 



A.X.Mirzacanzadə ,Z.M.Əhmədov, R.Qurbanov 

8.

 



Разработка газо-конденсатных месторождений: М:, Недра 1967, 356 с., 

А.Х.Мирзаджанзаде и др. 

9.

 

Quyuların məhsuldarlığının artırılması. Bakı: , 2008, ADNA, səh – 187. 



T.Ş.Salavatov, B.A.Osmanov 

 

 



 

 

 



 

 

 



 


«Neft-qaz mühəndisliyi» kafedrası 

Doktoranturaya qəbulun 2525.01 -«Neft  və qaz yataqlarının işlənməsi və 

istismarı»  ixtisası üzrə 

SUALLAR 

1.

 



Quyudibi zonaya təsir üsulları. 

2.

 



Layın iş rejimləri. 

3.

 



Qərarlaşmış rejimdə quyuların tədqiqatı. 

4.

 



Quyudibi zonaya turşu ilətəsir üsullu. 

5.

 



Həllolmuş qaz rejimində hidrodinamik hesabatlar. 

6.

 



Darsi qanunu ( xətti və radial axın üçün) . 

7.

 



Lay təzyiqin saxlanılması  üsulları. 

8.

 



Həllolmuş qaz rejimində işlənmənin parametrlərinin təyinində riyazi 

üsullar. 

9.

 

Dərinlik nasosu ilə istismar üsulu. 



10.

 

Qərarlaşmamış rejimdə quyuların tədqiqatı. 



11.

 

Fontan qaldırıcısının hesablanması. 



12.

 

Layın hidravliki yarılması . 



13.

 

Neftçıxarmada kompressor üsulunun ümumi xarakteristikası. 



14.

 

Quyudibi zonanın turşu ilə işlənməsi. 



15.

 

Neft yataqlarında quyuların  yerləşdirilməsi 



16.

 

Qazın həcm əmsalı və onun fiziki mənası 



17.

 

Süxurların termiki xüsusiyyətləri, əsas parametrləri və fiziki mənası 



18.

 

Təbii qazın əsas parametrləri. Təbii qazın komponentlərinin böhran 



parametrləri. 

19.


 

Təbii qazların  sıxlığı və özlülüyü. Onların  təzyiq və temperaturdan  

asılılığı. 

20.


 

Neftin həcm əmsalı, həcmi yığılma əmsalı və onlara təsir edən amillər. 

21.

 

Natamam quyuların  növləri və natamamlığın quyunun hasilatına təsiri. 



22.

 

Əsas perforasiya növləri və onların qısa xarakteristikası. 




23.

 

Quyuya  qaz axınının yaradılması və quyuların  mənimsənilməsi üsulları. 



24.

 

Qaz laylarının açılması  mərhələləri və onun qısa izahı. 



25.

 

Qaz quyularının  tədqiqatı və onun nəticələrinin araşdırılması. 



26.

 

Yatağın cari və son qazverim əmsalı və ona təsir edən amillər. 



27.

 

Qaz rejimində yataqların işlənmə xüsusiyyətləri. 



28.

 

Su basqılı rejimdə  yataqların işlənməsinin təhlili və ona nəzarət. 



29.

 

Qaz quyuları  üçün optimal texnoloji rejimlərin seçilməsi. 



30.

 

Qazkondensat quyularının  istismarında yaranan  əngəllər və onlara qarşı 



mübarizə üsulları. 

 

«Neft-qaz mühəndisliyi»  

kafedrasının  müdiri,  

 

 

professor    

 

 

 

 

 

 

Tulparxan Salavatov 

 

 



 

 

 



 

 

 



 

 

 




Азербайджанский Государственный Нефтяной и Промышленный 

Университет  

Кафедра «Нефтегазовая  инженерия» 

 ВОПРОСЫ 

 для вступления в докторантуру по специальности 2525.01 – 

«Разработка и эксплуатация нефтяных и газовых месторождений» 

1.

 



Методы воздействия призабойной зоны скважина. 

2.

 



Режимы работы пластов. 

3.

 



Исследования скважин в стационарном режиме. 

4.

 



Кислотная воздействия призабойной зоны. 

5.

 



Гидродинамические расчеты в режиме растворенного газа. 

6.

 



Закон Дарси (для линейного и радиального режима). 

7.

 



 Методы поддержания пластового давления. 

8.

 



Математические  методы  определения  параметров  разработки  при 

режиме растворенного газа. 

9.

 

Методы эксплуатации глубинными насосами. 



10.

 

Исследования скважин в нестационарном режиме. 



11.

 

Расчеты фонтанного подъемника. 



12.

 

Гидравлический разрыв пласта. 



13.

 

Общая характеристика компрессорной методы в нефтедобыче. 



14.

 

Кислотная обработка призабойной зоны. 



15.

 

Размещения скважин в нефтяных месторождениях. 



16.

 

Объемный коэффициент газа и его физический смысл. 



17.

 

Термические  характеристики  породы,  основные  параметры  и 



физические смысли.  

18.


 

Основные  параметры  природного  газа.  Критические  параметры 

компонентов природного газа. 

19.


 

Плотность и вязкость природного газа. Их зависимость от давлении и 

температуру. 



20.

 

Объемный  коэффициент  нефти,  коэффициент  объемного  сжатия  и 



факторы влияющие на них. 

21.


 

Виды несовершенности скважин и их влияния на добычи скважин. 

22.

 

Основные виды перфорации и их короткие характеристики. 



23.

 

Создание потока газа в скважину и методы освоение скважин. 



24.

 

Этапы перфорации газовых пластов и ее короткое объяснения. 



25.

 

Исследования газовых скважин и анализ его результатов. 



26.

 

Текущий  и  конечный  коэффициент  газоотдачи  залежи,  и  факторы 



влияющих на них. 

27.


 

Особенности разработки месторождений в газовом режиме. 

28.

 

Анализ  и  мониторинг  разработки  месторождений  в  водонапорном 



режиме. 

29.


 

Выбор оптимального технологического режима для газовых скважин. 

30.

 

Препятствия,  возникающие  при  эксплуатации  газоконденсатных 



скважин и методы борьбы с ними. 

 

Зав.кафедрой «Нефтегазовая инженерия»    



профессор   

 

 

 

 

 

 

Тулпархан Салаватов 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə