dini kitabların və əfsanələrin köməyi ilə əldə edə bilir. Bu
mənbələrə görə, ilk insan və ilk peyğəmbər sayılan Adəm
dən əvvəl yer üzündə pərilər və cinlər olmuşdur. Adəmin
Cənnətdən çıxması (qovulması) insan tarixinin başlanması
hesab edilərsə, Nuh peyğəmbər Adəm peyğəmbərin 8-ci
nəslindən olan Laməkin oğludur və Adəmdən sonrakı döv
rün 1642-ci ilində anadan olmuşdur.
Akademik Ziya Bünyatovun «Dinlər, təqirətlər, m əz
h ə b lə r^ adlı kitabında göstərilir ki, Allahın verdiyi bir ömür
müddəti min il imiş və Tanrı Adəmə min il yaşayacağını
bildirmişdi. Adəm isə 960 il yaşamış, ömrünün 40 ilini özü
ndən sonrakı Davud peyğbəmbərə bəxş etmişdir. Burada
eləcə də deyilir ki, Adəm Cənnətdən qovulduqdan sonra
Seylon adasına düşmüş və tövbə edərək, Həvvadan 200 il
ayrı yaşamışdır. Bundan sonra vəyh mələyi Həzrət Cəbrayıl
Adəmi Məkkə yaxınlığındakı Ərəfat adlı yerə gətirmiş və o
Həvva ilə görüşmüşdür.
Adəm və Həvvanın iki oğlu və iki qızı olmuşdur.
Oğlanları Qabil və Habilin hərəsi ilə bir qız (əkiz) dünyaya
göz açmışdır. Bəşərin bu ilk övladlarının evlənməsi haqqın
da da-həqiqətə oxşayan faciəvi əfsanə mövcuddur.
Yuxarıda göstərilən tarix ilə 2242-ci ildə Tanrıdan
vəyh gəlir ki, tufan olacaq. Bu tufanın olması haqqında Qu
ranın «Nuh» (71-ci) surəsinin 20-ci ayəsində belə deyilir:
«Nuh dedi: onlar mənə qulaq asmadılar...» Bundan sonra
Tanrı Tufan (daşqın) yaratdı və bəşəriyyətin yeni nəsli ya
randı.
Nuh insanların ikinci atası sayılır. İbrahim peyğəmbər
isə Nuh peyğəmbərin 8-ci nəslindən olan Tərikin oğludur və
yuxarıda deyilən başlanğıc tarixi üzrə 3020-ci ildə Babili
standa dünyaya gəlmişdir. İbrahim peyğəmbərə Həcər adlı
Ziya Bünyatov, «Dinlər, təqirətlər, məzhəblər» (arayış kitabı) B.,
1997
98
kənizi İsmayıl adlı oğlunu bəxş etmişdir. İsmayılın Reyliyə
adlı qadınından 12 oğlu olmuşdur. Məhəmməd peyğəmbər
İsmayılın ikinci oğlu Heydərin mənsub olduğu Qüreyş tayfa
sının nəslindəndir.
Həzrət İsmayıl 130 il ömür sürmüşdür. Bütün bunlar
haqqında şair və jurnalist Əliabbas Müznibin (1882-1938)
1917-ci ildə yazdığı «Müxtəsər Ənbiya və İslam tarixi» adlı
kitabında (1990-cı ildə Bakıda yenidən nəşr edilmişdir) mə
lumat verilir.
Qədim türk tayfalarından olan Şumerlərin eramızdan
əvvəl 2-ci minilliyin birinci yarısına aid əfsanəvi dastanla
rında dünya daşqını haqqında məlumatlar mövcuddur. Belə
məlumatlar akkadların «Astraxasis haqqında» dastanında da
verilir. Göründüyi kimi, bəşəriyyətin qədim tarixi haqqında
mövcud olan bu məlumatlar diqqətəlayiqdir.
İslama qarşı mübarizə onun əsas kitabı olan «Quran»m
tərcüməsinin saxtalaşdırılmasından başlanmışdır. «Qur’an»-
ın üçüncü surosinin («Ali İmran») ikinci ayəsi «Allahdan
başqa heç bir Tanrı (Allah) yoxdur...» müddəası rus dilində
«Nct Boqa, krome Allaxa» kimi tərcümə edilmişdir. Halbu
ki, «Net Allaxa, krome Allaxa» və ya «Net Boqa, krome Bo
qa» kimi tərcümə edilmədi idi. Ədalət naminə qeyd etmək
lazımdır ki, Amerika alimi Vaşinqton İrvinq 1849-cu ildə
yazdığı «Məhəmməd peyğəmbərin həyatı» adlı böyük
həcmli kitabının VIII fəslində bu tərcüməni «Net Boqa,
krome Boqa» məzmununda vermişdir.
* *
*
Müsəlman mədəniyyətinin bir qolu olan Azərbaycan
türklərinin mədəniyyəti qedim tarixə malikdir.
Qafqazda islamın yayılması Azərbaycandan başlan
mışdır. İslamın Qafqaza keçməsi Hicrətin 17-ci ilində Xəlifə
Ömərin dövründə başlanmış və 30-cu illərində əsasən qur
99
tarmışdır. Sasanilərin və Bizansın zülmünü görmüş Qafqaz
əhalisi ərəbləri xilaskar kimi qəbul etdilər. Ərəblərin A zer
baycana gəldiyi və islamı qəbul etdirdiyi VIII əsrin əvvəllə
rində burada mədəni inkişaf səviyyəsi yüksək olmuşdur.
Təkcə onu demək kifayətdir ki, Azərbaycanda həmin döv
rdə 35-dən çox musiqi alətindən istifadə olunduğu məlum
dur. İslami etiqada xidmət edən Qafqazın digər müsəlman
xalqlarından fərqli olaraq Azərbaycanda «qan davası» kimi
mürtəci ən’ənə (adət) olmamışdır. Bütün bunlar Azərbaycan
xalqının qədim mədəniyyətinin müsbət cəhətləri kimi diq
qətəlayiqdir.
1905-ci ildə Bakıda dünyaya göz açmış Məhəmməd
Əsəd bəy bütün Şərqi, Afrikanı, Avropanı və Amerikanı
gəzmiş, öz adını gizlədərək Avropada 3 ad altında (Əsəd
bəy, Qurban Səid, Leo Noissimbaum) əsərlərini nəşr etdir
mişdir. Məhəmməd Əsəd bəyin valideynlərindən biri Bakı
yəhudisi olmuş və özü kiçik yaşlarında islamı qəbul etmiş
dir. Yalnız alman dilində 14 əsəri nəşr olunmuşdur. Müəlli
fin 14-cü kitabı belə adlanır: «Allahu Əkbər. İslam dünyası
nın Əbdul Həmiddən İbn Sauda qədər çöküşü və qalxımı».
Bu əsərdə о, XIX əsrin axırından 1936-cı ilə qədərki dövrdə
dünyada islama qarşı aparılmış mübarizəni müxtəsər şərh
edilmişdir.
Məhəmməd Əsəd bəy (Volfqanq fon Vaysel) 1943-cü
ildə İtaliyada vəfat etmiş və Pozitano şəhərində müsəlman
qəbristanlığında dəfn edilmişdir.
* *
*
XX əsrin yalnız 30 ilində (1901-1920, 1991-2000) İs
lam dini Azərbaycanda qadağalarsız yaşamışdır. Halbuki,
İslam dini xalqın birlik və həmrəyliyinin, onun əxlaqının
saflığı və bu əxlaq normalarının qorunması üçün tarixən hə
mişə müsbət rol oynamışdır. İslamda əxlaq fəsləfəsi çox
100
güclüdür.
İslam və onun əsas kitabı «Qurani-Kərim» eyni za
manda müsəlmanların həyat tərzini və əxlaq normalarını
müəyyən və tənzim edən ilahi bir sənəddir. Quranın diger
dini kitablardan üstünlüyü Qərbin görkəmli şəxsiyyətləri
olan Volter (Fransa), Tomas Karleyl və Bertran Rassel (İng
iltərə), Höte (Almaniya), Lev Tolstoy, Vladimir Solovyov
(Rusiya), Vaşinqton İrvinq (ABŞ) xüsusi olaraq qeyd etmiş
və onu yaradan Məhəmməd peyğəmbəri dahi şəxsiyyət ad
landırmışlar. Puşkin və Lermontov «Qurani-Kərim»in şey-
riyyətinə heyran olduqların söyləmişlər.
İslamın matəm mərasimləri haqqında təsbit etdiyi qay
dalar son dərəcə ibrətamiz və qiymətlidir. Başqa xalqların
əksəriyyətində matəmin acılığı ilk günlərdə spirtli içkilərlə
«yaddan çıxarılırsa», islamda matəmin acılığı və acısı qo-
hum-əqraba və tanışların bu mərasimdə geniş iştirakı ilə tə
səlli tapdırır: əzizini itirmiş ailə bu böyük itki qarşısında tək-
tənha qalmasın deyə islam rəhmətə getmiş şəxsin xatirəsinə
həsr olunmuş «3-cii gün», «həftə», «qırx» və «il»in qeyd
edilməsini müəyyənləşdirmişdir.
Bu sotrlorin müəllifinin yadındadır ki, Azərbaycanın
Şirvan zonasında 20-30-cu illərdə dünyasını dəyişmiş şəxsin
evində «qırx» çıxana qədər hər cümə axşamı (əvvəllər adna
günü deyilərdi) «Aza» verilərdi. Bu «aza»ya kəndin hər bir
ailəsi bir döyrə (böyük boşqab) düyü xörəyi (aş, plov) gön
dərirdi. Bu «xörəklər» ayrı-ayrılıqda bir yerə toplandıqdan
sonra məclisə yığılanların hamısı tərəfindən yeyilərdi və ev
sahibinə yüngüllük olsun deyə bütün qabqacaq (döyrə, xö
rəklə gətirilmiş qaşıqlar) yuyulmadan xörəyi göndərən evin
süfrəsinə bağlanaraq aparılardı.
Göstərilən bu nəcib adət həm iqtisadi kömək cəhət
dən, həm də yas sahibini fiziki gərginlikdən azad etmək
mövqeyindən çox dəyərlidir. Bu qayda ilə hər cümə axşamı
«aza» keçirmək və yaxud da dəbdə olan «üç» və «qırx» gün-
101