Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə27/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

Qədim  Azərbaycan  eraziləri  olan  indiki  Ermənistan 

əraziləri  son  iki  əsrdə  tamamilə  ermənilərin  əlinə  keçdi  və 

indi  orada  bir  nəfər  də  olsa  azərbaycanlı  yaşamır.  1960-cı 

ildə  Ermənistan  KP  MK-nm  ikinci  katibi  işləyən  Hrand 

Martirosyan  (bu  illərdə  SSRİ-nin  bütün  respublikalarında 

MK-nm  ikinci  katibləri  ruslardan  ibarət olardı) həmin  1960- 

cı  ildə nəşr etdirdiyi «SSRİ  və Kommunist partiyası  erməni­

lərə nə  verdi?»  adlı  kitabında etiraf edir ki,  1829-cu  ildə  in­

diki Ermənistanda olan kənd  və  şəhərlərin 95  faizində azər­

baycanlılar yaşayırdı.

Rusiya  imperatorunun  Gürcüstan  çarlığında  nümayən­

dəsi  Bumaşovun  1793-cü  ildə  nəşr  etdiyi  «Azərbaycan  vi­

layətləri  haqqında  məlumat  kitab»mda  1786-cı  ile  aid  m ə­

lumatlarda göstərilir ki,  Xəzər dənizi  ilo  Türkiyə  arasındakı 

bütün ərazilər -  Dərbənd (Quba), Şəki, Şirvan, Şuşa,  Gəncə, 

İrəvan, Talış  xanlıqları, Qarabağ, Naxçıvan,  Ərdəbil, Təbriz, 

Urmiya torpaqları Azərbaycana mənsub ərazilərdir.

1813-cü ildən  sonrakı  185  ildə  ermənilər Azəri  türklə­

rinə  qarşı  dəfələrlə  soyqırım  təşkil  etmişlər:  bunlardan  en 

dəhşətliləri  və  genişmiqyaslıları  1905-ci  ildə  Bakıda,  1918- 

ci  ildə  Bakıda,  Şamaxıda və  Qubada;  1920-ci  ilin  may  ayın­

da  Gəncədə,  1988-ci  ilin  noyabr-dekabrında  Ermənistanda,

1992-ci ildə Xocalıda həyata keçirilmişdir.

Bu  soyqırımların birincisi  ilə  ikincisi  arasında  13-15  il, 

ikincilərlə sonuncular arasında orfhesabla 70 il keçmişdir.

1918-ci  ildə  ermənilər  tərəfindən  Azərbaycan  türklə­

rinə  qarşı  vəhşilik  səviyyəsində  aparılan  soyqırım  dövrü 

xalqımızı  bu  bəlanın  daha  əhatəli  və  dəhşətli  caynağından 

Osmanlı  Türkiyəsi  ordu  hissələrinin  Azərbaycana  daxil  ol­

ması  xilas  etdi.  Həmin  ordunun  geniş  miqyaslı  köməyi  ilə 

(Azərbaycanın hərbi  hissələrinin də geniş  iştirakı  olmuşdur) 

Bakı  şəhəri  1918-ci  ilin  15  sentyabrında  erməni-bolşevik 

ordu hissələrindən azad edildi.

Rusiyanın  XI  ordusunun  Azərbaycanı  1920-ci  ilin  ap­



106

rel-maymda işğal  etməsi  nəticəsində  sovet üsul-idarəsi yara­

dıldı  və  1922-ci  ilin sonunda Azərbaycan da Sovetlər İttifaqı 

adlanan federativ ittifaq dövləti  tərkibinə qatıldı.

Sovetlər  İttifaqında  əvvəlki  dövrlərdən  qalmış  milli 

ədavətlərə  qarşı  aparılan  qadağanlar  əsasında  milli  məsələ 

ölkədə «həll  edildi»  və xalqlar dostluğu siyasəti elan edildi.

Ermənilər isə  bu  qadağalara məhəl qoymayaraq  hakim 

rus  şovinizminin  gizli  köməyi  və  bəzən  də  bizim  biganəliy­

imiz  şəraitində  özlərinin  köhnə  antitürk  siyasətini  bütün  er­

mənilər arasında təbliğ etməyi davam etdirdilər.

Türklərə  qarşı  geniş  terror  hərəkatının  təşkilatçıların­

dan  olan  Akop  Ter-Hakopyan  (Şaxan  Natan)  1912-ci  ildə 

ABŞ-da  nəşr  olunan  «Hayrenik»  adlı  məcmuədə  çap  etdir­

diyi  «Türklər  və  biz»  adlı  məqalədə  yazmışdı:  «Erməninin 

türkdən  başqa  düşməni  yoxdur».  1918-1919-cu  illərdə  Qar- 

sda  yerləşən  rus  ordusu  alayının zabiti  Ovanes Apresyan eti­

raf edir  ki,  «biz,  ermənilər,  bacardığımız  qədər  türkləri  qır­

dıq.  Ancaq  bu  elə  bir  sonsuz  kin  və  intiqam  zənciridir  ki, 

get-gedə daha dərin şəkildə insanın varlığına hakim kəsilir1.

Göründüyü  kimi,  bütün  tükrləri  özlərinin  qəddar  düş­

məni  hesab  edərək,  onlara  qarşı  açıqcasına  geniş  soyqırım 

siyasəti  yeridən  ermənilər,  faşistlərdən  qat-qat  qəddar  və 

vəhşidirlər.  XX  əsrdə  Almaniyada  yetişdirilmiş  faşistlər 

SSRİ  ərazilərini  1941-42-ci  illərdə zəbt edərkən dinc əhalini 

öz  yaşayış  yerlərindən  çıxartmırdılar.  Erməni  faşistləri  isə 

Ermənistanda  yaşayan  bütün  azərbaycanlıları,  eləcə  də 

Azərbaycanda  zəbt  etdikləri  bütün  ərazilərdə yaşayan əhali­

nin  hamısını  qəddar  vəhşiliklə  öz  doğma  yurdlarından  qov­

dular.


Bütün  bunlar  xalqımız  tərəfindən  nə  üçün  unudulmuş­

dur və unudulur?

Görkəmli  publisist  Ömər  Faiq  Nemanzado  hələ  1915-

Bax.\ «Xalq qəzeti»,  27 aprel  1997

107



ci  ildə  nəşr  etdiyi  «İmtahan»  adlı  məqaləsində  yazır  ki,  bir 

çox  xalqlar  kimi  biz,  azərilər  də,  birinci  cahan  müharibəsi 

kimi  imtahana  hazır  deyildik;  bizdə  qardaşlıq,  birlik  hissi 

batıb  getmişdir».  Göründüyü kimi,  milli  mentalitetimizə  xas 

olan  bu  naqis  cəhət  hələ  XX  əsrin  əvvəllərində  var  idi  və 

davam edir.

XX  əsrin  70  illik  Sovet üsul  idarəsi  dövründə  təsərrü­

fat, elm və mədəniyyət sahəsində eldə edilmiş danılmaz nai­

liyyətlərlə  yanaşı  Azərbaycan  xalqının  mənəviyyatına,  dini 

ruhuna və milli hissiyyətinə  böyük zərbələr endirilmişdir və 

bütün  bunlar  mentalitetimizdə  yuxarıda  deyilən  aqressivsiz- 

liyi, mübarizsizliyi tərbiyə etmişdir.

Biz,  tolerantlılığımızm  (dözümlülüyümüzün)  nəticə­

sində  hələlik  Azerbaycan  mədəniyyətinə  erməni  təcavüzü­

nə de biganəyik.  Xalqımızın ayrı-ayrı musiqi  incilərini, milli 

xörəklərimizi,  milli  xalçalarımızı  ermənilər xarici  ölkələrdə 

erməni  mədəniyyəti inciləri kimi  təbliğ edirlər.  Bunlara qar­

şı-da bizim əks tədbirlərimiz çox zəifdir.

Beynəlmiləlçilik şüarı  altında  ümumi  Sovet mənafeyi­

nə  milli  mənafelərdən üstün  yer verən  Sovet  rəhbərliyi  fak­

tiki  olaraq  milli  mədəniyyətlərin  ümumi  sovet  mədəniyyəti 

içərisində  əriməsi  siyasətini  bütün gücü  ilə  həyata keçirirdi. 

Bu  isə  milli  mənsubiyyət  əhval-ruhiyyəsinin  sıxışdırılması 

üçün siyasi əsaslar verirdi.

Tarixi  ərazilərimizə  göz  tikmiş  və  zaman-zaman  bu 

ərazilərimizin  müəyyən  his'klərini  cürbəcür  yollarla  zəbt  et­

məyə  nail  olmuş  faşist xislətli  erməni  millətçiləri  milli  var­

lığımıza  böyük  zərbələr  vurmuşlar.  Bu  müvəqqəti  uğursuz­

luqlarımız  xoşbəxtlikdən  həm  gənclərimizdə,  həm  də  yaşlı 

nəsildə  ümidsizlik  yaratmadı.  Əksinə,  xalqımızda  milli  ruh 

getdikcə  yüksəlir və  bu  da Dağlıq  Qarabağ  və  ətraf ərazilə­

rin  erməni  işğalından  azad  edilməsi  üçün  böyük ümidlər ya­

radır.

Azərbaycan  2000-ci  ildə  Avropa  Şurasına  qəbul  olun­



108

muşdur və  bu  qitənin  xalqları  ilə  daha sıx mədəni  əlaqələr­

də  olacağımız  şəraitdə  qədim  Şərq  mədəniyyəti  ilə  bağlı 

milli  mentalitetimizdə  olan  «Şərq  köklərimiz»den  ayrılma­

maq qayğısı bizi həmişə düşündürməlidir.

Məsələnin  belə  qoyuluşu  heç  kəsi  qıcıqlandırmamalı­

dır. Biz hamımız öz millətimizin övladlanyıq və mədəniyyə­

timiz  də  milli  mədəniyyət  kimi  yaşamalı  və  inkişaf etməli­

dir.

Bakımızın konsert salonlarında  və  şadlıq  evlərində  ve­



rilən müsamirələrin  (bu  üslüb  30-cu  illərdə  çox  uğurla  işlə­

nirdi)  məzmunu  bunu  deməyə  haqq  verir  ki,  bizim  gənc 

müsiqi  ifaçılarımızın böyük bir hissəsi  Qərb meyllidir və be­

lə  davam  edərsə,  Azərbaycan xalqının  musiqi  mədəniyyəti­

nin «Şərq kökü» çox zəifləyəcəkdir.

Muğam ifaçılarımızın ara-sıra ekranda səslənən gileyə- 

rinə və etirazlarına məhəl  qoyan yoxdur. Bunun üçün Dövlət 

siyasəti  səviyyəsində  tədbir görülməsə, bu prosesin qarşısını 

almaq  mümkün  olmayacaqdır.  Bu  işə  milli  siyasətin  bir  sa­

həsi kimi rəhbərlik və nəzarət edən bir idarə yaradılmalıdır.

Eyni  sözləri  də  doğma  Azərbaycan  dilimizin  rusdilli 

gənclərimiz  tərəfindən  hörmətsizliklə  korlanması  haqqında 

demək olar.  Azərbaycan  Prezidenti Heydər Əliyevin 2001-ci 

ilin  avqustunda  milli-mənəvi  dəyərlərimizi  qorumaq  haq­

qında  xalqa  müraciəti  böyük  siyasəti  əhəmiyyəti  olan  bir 

tədbirdir;  milli  qeyrəti,  namusu  və vicdanı olan hər bir azər­

baycanlı  milli-mənəvi  dəyərlərimizin  əxlaq  normaları  çərçi­

vəsində  saxlanılmasına  və  inkişafına  çalışmalıdır.  Bu  iş  isə 

ilk növbədə ailələrdən başlanmalıdır.

109



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə