Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix


§ 3. Prezident Heydər Əliyev Azərbaycanın



Yüklə 1,94 Mb.
səhifə35/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   31   32   33   34   35   36   37   38   ...   71

§ 3. Prezident Heydər Əliyev Azərbaycanın 

XX əsr tarixi haqqında1

Beş  il  ə w ə l  Azərbaycan  Prezidenti  Heydər  Əliyev 

Respublika  Elmlər  Akademiyası  qarşısında  Azərbaycanın 

XX  əsr  tarixinin  tezliklə  yazılması  vəzifəsini  qoymuşdur. 

Təssüf  ki,  tapşırığın  yerinə  yetirilməsi  gecikdirilir.  Dövlət 

başçısının 2000-ci  il  dekabrın  30-da mətbuatda  dərc  edilmiş 

«2001-ci  il,  yeni  əsr və  üçüncü  minillik münasibətilə  Azər­

baycan  xalqına  müracıəti»ndə  Azərbaycanın  XX  əsr  tarixi 

haqqında  prinsipial  məsələlərə  bir  daha  toxunulmuş  və 

mübahisəli məqamlara aydınlıq gətirilmişdir.

Ölkə  Prezidenti  Azərbaycanın  XX  əsr  tarixini  dörd 

mərhələyə bölür:

1)  Azərbaycan Xalq  Gümhuriyyətinin  yaranması  üçün 

zəmin yaradılması mərhələsi;

2)  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurulması  və 

fəaliyyəti  mərhələsi;

3)  Azərbaycan  Sovet  siyasi  sistemi  tərkibində  olduğu 

mərhələ  (bu  mərhələyə  Azərbaycanın  SSRİ  tərkibinə  daxil 

olduğu  (dekabr,  1922)  dövrə  qedərki  təxminən  ilyarımlıq 

müddəti əhatə edən nisbi müstəqillik də daxilidir);

4)  Azərbaycanın  öz  dövlət  müstəqilliyinin  bərpa  edə­

rək,  onu  möhkəmləndirmək  uğrunda  apardığı  mübarizələr 

mərhələsi  (1991-ci  ilin  oktyabrından  XX  əsrin  sonuna  qə- 

dərki mərhələ).

Bu mərhələ  daxilində  iki  dövr mövcuddur;  1991-ci ilin 

18  oktyabrında «Müstəqillik haqqında  Konstitusiya aktı»  nın 

qəbul  olunmasından  1993-cü  ilin  iyununa  qədərki  dövr  və 

bərpa edilmiş müstəqil dövlətçiliyin ikinci dövrü.

Bu  mərhələdə Azərbaycan üçün  nəzəri  və  əməli  plan-

MüəlJifin  bu  bu yazısı «Xalq» qəzetinin 2001-ci  il  13 yanvar sayında 

çap olunmuşdur.

da  siyasi  əhəmiyyət  kəsb  edən  əsas  ideya  azərbaycançılıq 

ideologiyası  idi.  Bu  ideologiya  Azərbaycan  xalqının  birliyi 

və birliyin reallaşması ilə bilavasitə əlaqədardır.

Azərbaycançılıq  ideologiyası  haqqında  son  on  ildə 

mətbuatda  ara-sıra  yazılar  verilsə  də,  məsələnin  mahiyyəti 

tam açılmamışdır.  Belə ki, son vaxtlara qədər həmin məsələ 

məhdud dairədə  şərh edilir və xaricdə yaşayan azərbaycanlı­

ların  problemlərindən  sanki  ayrı  düşmüşdür.  Azərbaycan 

Respublikası  Prezidenti  bu  məsələ  ilə  əlaqədar  deyir:  «Bü­

tün  dünyaya  səpələnmiş  azərbaycanlılar  müstəqil  Azərbay­

can  Respublikasını  öz  vətəni  sayır,  onu  milli  dövlətçiliyin, 

milli  dəyərin,  milli  mənəviyyatın  və  mədəniyyətin  məbədi 

kimi  yüksək  qiymətləndirirlər.  Bu,  XX  əsrdə  təşəkkül  tap­

mış  azərbaycançılıq  ideyalarının  böyük  vüsət  almasının 

məntiqi  nəticəsidir.  Müstəqillik  illərində  biz  əslində  milli- 

mədəni  irsimizi,  tariximizi,  milli  sərvətimizi  bir  daha  təhlil 

edərək,  onu  ideoloji  buxovlardan  və  qadağalardan  xilas  edi­

rik».

Müstəqil  dövlətimiz  üçün  taleyüklü məsələlərinin  həy­



ata  keçirilməsi  tariximizin  bir  çox  qaranlıq  sahifələrini  aç­

maqla kimliyimizi  tam müəyyən etməyi, milli  köklərlə bağlı 

yeni  təfəkkürlü  gənc  nəsil  yetişdirilməsini  zəruri  edir.  Bu 

sahədə  uğurlarla yanası,  bir sıra çatışmayan  cəhətlər də  var­

dır:  gənc tarixçi  alimlərimiz Azərbaycan tarixinin yazılmsına 

geniş  miqyasda  cəlb  olunmur.  Bu  gün  istedadlı  gənclərin 

qayğısına qalmalı,  onların  əcnəbi  dilləri  öyrənməsinə  və  di­

gər  ölkələrin  arxivlərində  işləyərək  lazımi  sənədləri  topla­

malarına şərait yaradılmalıdır.

XX  əsrin  70  ilini  Şimali  Azərbaycan  Sovet  siyasi  sis­

temində yaşamışdır.  Həmin  dövrə  düzgün  siyasi qiymət ver­

mək  ən vacib  məsələlərdən biridir.  Dövlət başçısı  qeyd  edir 

ki, bu illirdə Azərbaycanda çox zəngin  iqtisadi və intellektu­

al  potensial  yaranmışdır.  Bununla  belə,  1937-38-ci  illərin 

repressiayalan  Azərbaycan  elminə  və  mədəniyyətinə  böyük

141



zərbələr vurmuşdur:  50 mindən  artıq insan güllələnmiş,  100 

mindən çox Sibirə və Qazaxıstana sürgün edilmişdir.

Buna  baxmayaraq  həmin  illərdə  respublikada  dinc  qu­

ruculuq  işləri  davam etdirilmişdir və böyük nailiyyətlər əldə 

olunmuşdur.  «Bu  gün  tam  əminliklə  söyləmək  olar  ki, 

Azərbaycanın  dövlət  suverenliyi  və  iqtisadi  müstəqillliyi, 

sistemli  şəkildə  artan  xarici  iqtisadi  əlaqələri  dünya  iqtisa­

diyyatına  get-getə  daha  dərindən  inteqrasiya  olunması  hələ 

1970-1985-ci  illərdə  təməli  qoyulmuş  xalq  təsərrüfatı  po­

tensialına əsaslanır» (H.Əliyev).

Hazırda  Azərbaycan  Respublikası  üçün  böyük  siyasi 

əhəmiyyət kəsb  edən ikinci  məsələ  respublikanın milli  neft 

strategiyasının  və  konsepsiyasının  işlənib  həyata  keçirilmə­

sidir.  1920-22-ci  illərdə,  Azərbaycan nisbi  müstəqilliyə  ma­

lik  olduğu  dövrdə  Azərbaycan  hökuməti  böyük  iqtisadi  sı­

xıntılar  keçirməsinə  baxmayaraq  öz  xam  neftini  xaricə  çı­

xarmaq və satmaq imkanın malik deyildi.

Azərbaycan  Prezidenti  neft  strategiyasını  hazırlayar­

kən,  onun  geniş  istehsalı  ilə  yanaşı,  xarici  bazarlara  çıxarıl­

ması  və  satılması  üçün  real  imkanları  da  müəyyənləşdirdi, 

beynəlxalq  nəqliyyat  yollarının  inşasına  başlanmasını  təmin 

etdi.  Hazırda  Azərbaycan  xalqı  üzün  illər  böyü  ürəyində 

gəzdirdiyi  arzusuna  çatmışdır  və  öz  təbii  sərvətlərinin,  o 

cümlədən neftinin tam sahibidir.

Azərbaycan  Prezidenti  xalqa  müraciətində  göstərir  ki, 

müstəqilliyin  qorunması  onun əldə  edilməsindən qat-qat çə­

tindir.  SSRİ-nin  dağılması  ilə  Azərbaycan  da  hüquqi  cəhət­

dən  müstəqillik  əldə  etdi.  Lakin  bu müstəqillik  dövrü  Azər­

baycan  üçün  çox  ağır  bir  şəraitdə  başlandı.  Heydər  Əliyev 

bu  şəraiti  belə  şərh  edir:  «Azərbaycan  xalqı  20-ci  ildən  in­

diyədək bu cür ağır, çətin və çıxılmaz vəziyyətdə olmayıb... 

SSRİ  tərkibində  olan  heç  bir  müttəfiq  respublikanın  başına 

belə  bəla  gəlməyib.  Heç  bir müttəfiq  respublika başqa müt­

təfiq respublikanın təcavüzünə məruz qalmayıb».



142

Məlumdur ki, bu təcavüzün başlanğıcında özünü xalqın 

mənafeyinin  qarantı  elan  etmiş  Azərbaycan  Xalq  Cəbhəsi 

hakimiyyətdə  idi.  AXC-nin  1991-1992-ci  ildəki  fəaliyyəti 

haqqında  Prezident  heydər  Əliyev  deyir:  «Azərbaycan  Xalq 

Cəbhəsi hərəkatı qısa bir müddətdə özünü Azərbaycan ziya­

lılarının  əsas  kütləsindən  təcrid  etdi,...  populist çıxışlara  və 

meydan  əhval-ruhiyyəsinə  üstünlük  verdi...  özlərini  böyük 

siyasətçi  sayan  bu  şəxslər  şəriştəsiz  hərəkətləri  ile  vətən­

daşlarımızı bu oyunun qurbanlarına çevirdilər....» Əgər Dağ­

lıq  Qarabağ  faciəsinin  bir qütbündə  erməni  seperatçıları,  er­

məni  terrorizmi,  Azərbaycana  qarşı  torpaq  iddiaları  durur­

dusa,  digər qütbündə,  nə qədər acılı olsa da,  etiraf etmək  la­

zımdır ki,  bizim bəzi  siyasətçilərimizin hakimiyyət hərisliyi, 

hədsiz-hüdüdsuz şəxsi ambisiyaları  dururdu.

Prezident  Heydər  Əliyev  müstəqil  Azərbaycanın  XX 

əsrin  son  on  illiyində  mühüm  üğürlarmdan  biri  olan beynəl­

xalq  əlaqələrimizin  genişlənməsini  böyük  nailiyyət  hesab 

edərək  bildirir ki,  son  illordə  ölkəmiz bütün  beynəlxalq  təş­

kilatlara  qəbul  edilmiş  və  hazırda  Azerbaycan  dünyanın  137 

ölkəsi  ilə diplomatik  əlaqə  yaratmışdır.  Respublikada  63  xa­

rici  dövlətin  səfirlikləri  fəaliyyət göstərir.  Azərbaycanın  isə 

21  xarici  ölkədə  səfirliyi,  baş  konsulluğu  və  daimi  nümay­

əndəliyi  vardır.  Xarici  ölkələrlə  diplomatik  əlaqələr  çərçi­

vəsində Türkiyə  və  ABŞ  ilə,  Avropa  və  Asiya dövlətləri  ilə 

son  illərdə  yaradılmış  tərəfdaşlıq  və  dostluq  münasibətləri 

ölkəmizin  daxili  iqtisadi  və  beynəlxalq  problemlərinin  həll 

olunmasında xüsusi  əhəmiyyət kəsb edir.

Prezident  Heydər  Əliyev  başa  vurduğumuz  XX  əsrdə 

Azərbaycanda  görülmüş  işlərə  ümumi  qiymət  verərək  de­

mişdir:  «Biz  fəxr  edirik  ki,  itirilmiş  dövlətçilik  ənənələrini 

XX  əsrin  sonlarında  bərpa  etmək  fürsəti  bizim  nəslo  nəsib 

olmuşdur...  Gərok  hər bir insan  və xüsusən gənc nəsil  müs­

təqilliyin  nə  qədər  müqəddəs  olduğunu  bütün  varlığı  ilə 

dərk  etsin,  onu  qorumaq  və möhkəmləndirmək üçün hər cür

143



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə