Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə34/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   30   31   32   33   34   35   36   37   ...   71

diyi  «Kremldə  mübarizə»  adlı  kitabın  müəllifləri  olan  iki 

görkəmli  sovetoloq  (Vladimir  Solovyov  və  Yelena  Klepko- 

va)  Heydər Əliyev haqqında belə yazmışlar:  «Kremldə Hey­

dər  Əliyevdən  qorxurdular.  Onun  dünya  görüşü,  siyasi  fəa­

liyyəti  Azərbaycana  sığmırdı.  Artıq  o,  əyalət  rəhbəri  kimi 

yox, İttifaq miqyaslı xadim kimi tanınırdı.»

Heydər Əliyev  1982-1987-ci  illərdə  Moskvada yüksək 

dövlət  və  partiya  vəzifələrində  işləyərkən  (Partiya  Siyasi 

Bürosu  üzvü və  Hökumət başçısının  I müavini)  Sovetlər  öl­

kəsinin şərq siyasətinin həyata keçirilməsində həlledici təsi­

rə  malik idi.  Hətta  1980-ci  ilin yayında Yəmən Xalq Demo­

kratik  Respublikasında  iki  siyasi  qruplaşma  arasında  vətən­

daş  müharibəsi  başlandığı  və  xalqın  50  minə  yaxın  şəhid 

verdiyi  bir  dövrdə  Sov.İKP  MK  Siyasi  Bürosüna  namizəd 

olan  Heydər  Əliyev  oraya  göndərildikdə  cəmisi  24  saat  ər­

zində  bu  müsəlman  ölkəsi  xalqının  faciəsinin  qarşısını  ala 

bilmişdi.  1990-ci  ilin  yanvarında  xain  Mixayıl  Qorbaçov  və 

onun ətrafında olan erməni mafiyası  belə bir xəyanəti  Azər­

baycan xalqı üçün hazırladı.

1990-cı  ilin  20  yanvarında  M.Qorbaçovun  şəxsi  göstə­

rişi  ilə  Bakıda  törədilən  faciə  zamanı  Moskvada faktiki  ola­

raq ev dustağı vəziyyətində yaşayan Heydər Əliyev yanvann 

21-də  Azərbaycanın  Moskvadakı  daimi  nümayəndəliyinə 

gələrək öz çıxışında dünyaya bəyan  etdi ki, Azərbaycan xal­

qına  qarşı  qırğın  törədilmişdir;  buna  göstəriş  verənlər  və 

icraedənlərin «hamısı layiqincə cəzalandırılmalıdır».

1990-1993-cü  illərdə  Heydər Əliyevin  siyasi  fəaliyyə­

tinin  Naxçıvan  dövründə  onun  Azərbaycanın  dövlətçiliyinin 

müqəddəratında  rolu  daha  əhəmiyyətli  olmuşdur.  Belə  ki, 

Ermənistan  ordusunun  işğalına  qarşı,  Azərbaycan  əraziləri­

nin  müdafiəsini  təşkil  etməyə  qadir  olmayan  fərsiz  rəhbər­

lərdən  fərqli  olaraq  Heydər  Əliyev  Naxçıvan  ərazisinin  bü­

tövlüyünü  qoruya  bildi  və  bu  sahədə  Naxçıvan  vilayəti 

müəyyən  mənada  Azərbaycanın  ərazi  bütövlüyünə  dayaq



136

oldu.


Naxçıvanın  blokada  vəziyyətində  və  xüsusilə  bu  və­

ziyyətin  ilk  illərində  Heydər  Əliyev  öz  şəxsi  hörməti  sayə­

sində  Türkiyə  və  İran  hesabına  əhalinin  ərzaq,  yanacaq  və 

elektrik  enerjisi  ilə  təmin  edilməsini  təşkil  edə  bildi  və  bu 

yardım  indi  də davam edir.

Azərbaycanda  vətəndaş  müharibəsi  ve  qardaş  qırğını 

real  bir  qorxu  kimi  geniş  miqyas  aldığı  1993-cü  ilin  iyun 

günlərində  Heydər  Əliyevin  Azərbaycan  xalqı  üçün  atalıq 

qayğısı,  ölkənin  real  fəlakətdən  qurtarmasında  xilaskarlıq 

missiyasının  tarixi  əhəmiyyəti  zaman  keçdikcə  daha  da  qa­

barıq görünür.

1993-cü  ilin  iyununda  Heydər  Əliyevin  Azərbaycanda 

siyasi  hakimiyyətə qayıdışı  Azərbaycanın  böhranlı  dövründə 

xilaskarlıq  missiyası  idi.  1993-cü  ilin  15  iyununda  Heydər 

Əliyev  Azərbaycan  Respublikasının  Ali  Sovetinin  Sədri  se­

çildi.


Azərbaycanın  pərakondə  silahlı  qüvvələrinin  1991-93- 

cü  illərdə  Ermənistan  işğalına  qarşı  müqavimətdə  uğursuz­

luqlarının  səbəblərini  göstərərək  Heydər Əliyev  1993-cü  ilin 

3  noyabrında  «Xalqa  müraciət»ində  demişdi:  «...əgər  insan­

ların  mənəviyyatında  dəyişiklik  olmasa,  pozulmuş  mənə­

viyyat  bərpa  edilməsə,  insanlarda  vətənpərvərlik,  namus, 

şərəf, qeyrət hissi  baş qaldırmasa, bir heç  nə edə bilmərik».

11.Əliyevin  1993-cü  ilin  3  noyabrında «Xalqa  müraciə­

ti»  proqram  xarakterli  bir  sənəddir.  Bu  müraciətlə  o,  bütün 

xalqı  Milli  ordu  quruculuğunda  fəal  iştiraka  çağıraraq,  or­

dumuzun  zabit  heyətində  mənəviyyatca saf adamların  olma­

sı  vacibliyini  xüsusi  olaraq qeyd etdi.

Azərbaycanın  müstəqil  dövləti  və  qüdrətli  ordusunu 

yaradarkən  müasir  Türkiyə  demokratik  dövlətinin  ilk  Prezi­

denti  Atatürkün hərbi  sərkərdəlik  irsindən geniş  istifadə edi­

lir.


Böyük  öndər  Mustafa  Kamal  Atatürkün  ən  böyük  xid-

137


mətlərindən  biri  bu  olmuşdur ki,  o  öz  qəhrəmanlığı  ilə  türk 

əskərini  qəhrəman  etdi.  Atatürk  demişdir:  «Hər  hansı  bir 

ordunun  dəyəri  zabit  və  komanda  heyətinin  dəyəri  ilə 

ölçülür».  Heydər Əliyev böyük ehtiram hissi ilə qeyd edir ki, 

«Türkiyənin  keçdiyi  Cümhuriyyət  yolu,  demokratiya,  iqtisa­

di inkişaf yolu bu gün Azərbaycan üçün böyük örnəkdir».

Heydər  Əliyevin  Azərbaycan  xalqı  qarşısında  tarixi 

xidmətlərindən  biri,  son  175  ildə  erməni  separatizminin 

Azərbaycana  vurduğu  zərbələrin  ifşa  edilməsi  və  Ermeni­

stan  separatçılarının  Azərbaycan  xalqına  qarşı  dəfələrlə  tö­

rətdikləri  soyqırımın  beynəlxal  miqyasda  işfa  edilməsidir. 

Bu soyqırım haqqında Prezidentin  1998-ci ilin 26 mart tarixli 

fərmanı Azərbaycan xalqı üçün tarixi  sənəddir.

Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər Jnstitu- 

tundakı  çıxışında Heydər Əliyev genişmiqyaslı coğrafiya xə­

ritəsində  1920-ci ildə Rusiya tərəfindən Ermenistana verilən 

Zəngəzuru  göstərərək,  Naxçıvanı  süni  olaraq  Azərbaycan­

dan  ayırmağın  mənasım  da  bütün  dünyaya  bildirdi  və  qeyd 

etdi  ki,  «tarixə  müraciət  etməli  olsaq,  onda  görərik  ki,  Er­

mənistan Azərbaycana çox şey qaytarmalıdır».

Heydər  Əliyevdən  əvvəlki  siyasi  xadimlərin  heç  biri 

Azərbaycanı  bütün  dünyada  indiki  səviyyodə  tanıda  bilmə­

mişdir.  Əlbəttə  bu  xidmət  eləcə  də  dövrün  tələbidir  və  bu 

tələbi görkəmli  siyasi xadim layiqincə yerinə yetirir.

Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Məclisinin  49-cu 

sessiyasındakı  çıxışında  Heydər  Əliyev  bütün  dünyaya  car 

çəkdi  ki,  Azərbaycan  «Şərq  və  Qərb  sivilizasiyasını  vəhdət 

halında birləşdirən ölkədir1».

Dünyanın  türkdili  xalqları  qarşısında  Heydər  Əliyevin 

böyük xidmətlərindən  biri,  strateji  vəzifə  olan  türkdilli  döv­

lətlər birliyinin yaradılması  vəzifəsinin qarşıya qoyulması  və 

bu sahədə bəlkə də hamıdan çox fəaliyyət göstərməsidir.

1

«Azərbaycan»  qəzeti, 30 sentyabr  1994

Azərbaycan Prezidenti  Heydər Əliyevin öz xalqı  qarşı­

sında  ən böyük  xidmətlərindən  biri,  hazırladığı neft  strateg­

iyasının  həyata  keçirməyə  başlaması  sayılmalıdır.  Azərbay­

canın neft  strategiyası möhtəşəm  bir sənəddir və  bir sıra öl­

kələrin  müəyyən  qüvvələrinin  mənafelərinə toxunur.  Bütün 

bu  maneələri  dəf  etmək  isə  böyük  uzaqgörənlik,  iradə  ve 

dözümlülük tələb edir.

Azərbaycan  nefti  yalnız  iqtisad  amil  (gəlir  mənbəyi) 

deyil,  eyni  zamanda  siyasi  faktordur.  Əlbəttə,  bu  sərvət  əv­

vəlki  dövrlərdə  bəzən  Azərbaycan  xalqına  «baş  ağrısı»  da 

vermişdir.

Məlumdur  ki,  1918-22-ci  illərdə  Azərbaycan  neftini 

xaricə  sataraq  əvəzində  ərzaq almağa,  əhalinin  ehtiyacını  bu 

yolla  təmin  etməyə  böyük  maneçiliklər  var  idi.  Azərbaycan 

hər  tərəfdən  düşmən  qüvvələrlə  əhatə  olunmuşdu  (daşnak 

Ermənistanı,  Denikin  ordusu  və  s.)  və  ölkə  iqtisadi  blokada 

vəziyyətində  idi.

Heydər  Əliyevin  Azərbaycan  üçün  hazırladığı  neft 

strategiyasında  neftin  istehsalı  ilə  yanaşı,  onun  xaricə  çıxa­

rılması  məsələsi  də,  bunun  üçün  əsas  ixrac  boru  xətti  olan 

Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinin  inşaası  məsələsi  də  nə­

zərdə tutulmuşdur və bu işə artıq  başlanmışdır1.

Heydər Əliyevin dövlətçilik fəaliyyəti müəllifin digər əsərlərində də 

şərh edilmişdir:

İ.Z.İsmayılov.  Dünya  Azərbaycanlıları  XX  əsrdə,  B.,  1997,  s.232- 

255;

Yenə də onun.  Türk dünyası XX əsrin 90-cı  illərində, B., 2001,  s.55- 

64.

139



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə