Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə37/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

Millət vəkili akademik 

TOFİQ İSMAYILOV

(1933-1991)

Tofiq Kazım oğlu İsmayılov  Bakıda qulluqçu ailəsində 

dünyaya göz açmışdır.  Gənc yaşlarından texniki  elmlərə ma­

raq  göstərmiş  və  qısa  müddətdə  görkəmli  nailiyyətlər  eldə 

etmişdir.

Texnika  elmləri  doktoru,  professor  Tofiq  İsmayılov 

Ümumittifaq  mühəndislik  Akademiyasının  (Moskva)  aka­

demiki seçilmişdir.

Professor  T.İsmayılov  Azərbaycanda  kosmik  tədqiqat­

ların banisi hesab  edilir.  O,  eyni  zamanda  dövləti  idarəçilik­

də fəal işləmişdir.

SSRİ  Ali  Sovetinə  deputat  seçilmiş  Tofiq  İsmayılov 

Mixayıl  Qorbaçovun xəyanətilə  Bakıda  1990-cı  ilin  20  yan­

varında  törədilmiş  böyük  faciədə  onu  taxsırkar  sayaraq 

1990-ci  ilin  19  fevralında  SSRİ  Ali  Sovetində etdiyi çıxışın­

da  demişdi:  «Bütün  bunlar  üçün  Mixayıl  Sergeyeviç,  hamı­

dan  əvvəl  dövlətin  və  partiyanın  başçısı  kimi,  Siz  şəxsən 

məsuliyyət  daşıyırsınız».  Etiraf edək  ki,  belə  çıxış  etməyə 

siyasi cürət lazımdır.

1991-ci  ilin  əvvəlində  T.İsmayılov  Azərbaycan  Res­

publikasının  dövlət  katibi  vəzifəsinə  təyin  edildi  və  bu  işdə 

böyük əzmlə çalışmışdır.

SSRİ  Ali  Sovetinin  deputatı  və  Ali  Sovetin  üzvü  olan 

Tofiq  İsmayılov  Ali  Sovetin  sessiyasında  və  iclaslarında er­

məni  separatçılarının  Azərbaycana  qarşı  ərazi  iddialarının 

tamamilə  əsassız  olduğunu  özünün  çoxsaylı  kəskin  çıxışla­

rında sübut etmişdir.

Qarabağ  münaqişəsinin  dinc  yolla  həll  edilməsi  məsə­

ləsi  1991-ci  ildə  Rusiya  Dövləti  nümayəndələrinin  iştirakı 

ile  Jeleznovodskda  müzakirə  edilmişdi  və  orada  qəbul  edil­

miş  razılığa  əsasən  erməni  separatistləri  nümayəndələri  ilə



148

görüşdə  müzakirə  edilməli  idi.  Bu məqsədlə  1991-ci  ilin  20 

noyabrında  Azərbaycandan  22  nəfərdən  ibarət  vertolyotla 

göndərilən  mötəbər  nümayəndə  heyətinin  hamısı  Dağlıq 

Qarabağın Xocavənd rayonunun Qarakənd kəndi üstündə er­

məni  terrorçular  tərəfindən  raket  atəşilə  vuruldu  və  nümay­

əndə heyətinin hamısı vəhşicəsinə məhv edildi.

Beləliklə,  alovlu  vətənpərvər  Tofiq  İsmayılov  ömrü­

nün 58-ci ilində xain düşmən atəşi ilə əbədiyyata qoşuldu.

Ədliyyə generalı 



İSMƏT QAYIBOV

(1942-1991)

Azərbaycanın  qədim  şəhəri  olan  Gəncədə  dünyaya 

göz açmışdır.  İsmət  İsmayıl  oğlu  Qayıbov  Azərbaycan  Döv­

lət  Universitetinin  hüquq  fakültəsini  bitirdikdən  sonra  pro­

kurorluq  sistemində  işləmiş,  respublikanın  İsmayıllı  rayonu­

nun  və Sumqayıt şəhərinin  prokuroru olmuşdur.

1989-cu  ilin  avqustunda  respublikanın  baş  prokuroru 

təyin  edilən  İsmət Qayıbov qısa bir müddətdə ağır iş  şəraiti­

nə  baxmayaraq  prokurorluq  orqanlarına  xalqın  inamını  ya­

ratmaq  işində dönüş yarada bildi.  Baş prokurorun sadəliyi  və 

obyektivliyi,  digər insani  keyfiyyətləri  bu  dönüşdə  həlledici 

rol oynadı.

Dövlət  xadimi  səviyyəsinə  yüksəlmiş  İsmət  Qayıbov 

Respublikanın  baş  prokuroru  işlədiyi  15  ay  ərzində  erməni 

terrorizminə  qarşı  mübarizə  xeyli  güclənmişdi.  Təəssüflər 

olsun  ki,  baş  prokurorun  özü  erməni  terrorizminin  1991-ci 

ilin  20  noyabrında  təşkil  etdiyi  böyük  bir  cinayətin  qurbanı 

oldu.

Daşnak  başkəsənlərin  dığaları  80-ci  illərin  axırlarında 



Azərbaycan  türklərinə  qarşı  terrorçuluqda  öz  əjdadlarınm 

vəhşiliklərini  kölgədə  qoydular:  1988-ci  ilin  noyabrında Er-



149


mənistamn  azərbaycanlılar  yaşayan  29  rayonunun  hamısın­

dan  bütün  azərbaycanlıları,  300  mindən  çox  əhalini  öz  doğ­

ma yurdlarından  vəhşicəsinə  qovdular.  Həmin  əməliyyatlar­

da  300  nəfərdən  çox  dinc  ohali  erməni  faşistləri  tərəfindən 

güllələndilər.

1991-ci  ildə  erməni  faşistləri  Dağlıq  Qarabağda  yer­

ləşdirilmiş  rus  ordusunun  satqın komandirlərinin  köməyi  ilə 

(silah  vermə  yolu ilə) Azərbaycan  ərazisi  olan Dağlıq Qara­

bağdan  azəri  türklərinin  daha  vəhşi  üsullarla  qovulmasına 

başladılar:  iz  qoymamaq üçün qətlə  yetirdikləri  azərbaycan­

lıların  meyidlərini  yandırırdılar.  Bundan  başqa  cavan  qadın­

ların  və  uşaqların  kütləvi  halda  zorlanması,  erməni  qəbri 

üstündə  azəri  türkünün  başının  kəsilməsi,  əsirlərin  gözləri­

nin çıxarılması bu dövrdə erməni  dığaları üçün adi  mübarizə 

üsulu  idi.  Bu  hayasız  vəhşilər indi  Azərbaycanlılardan  guya 

müdafiə  olunmaq  üçün  təhlükəsizlik  haqqında  öhdəçilik  is­

təyirlər.

Millət vəkili professor 



VƏLİ MƏMMƏDOV

(1931-1991)

Lerikdə  dünyaya  göz  açmış  Vəli  Hüseyn  oğlu  Məm­

mədov Azərbaycan  Dövlət  Universitetini qurtardıqdan  sonra 

otuz ildən artıq bir dövrdə rəhbər partiya vəzifələrində uğur­

larla işləmişdir.

Elmi  fəaliyyətinin  ilk illərində  totalitar sovet idarəçili­

yinin  ğadağalanna  baxmayaraq,  Azərbaycan  xalqının  böyük 

oğlu Nəriman  Nərimanov  haqqında arxiv  sənədləri  əsasında 

elmi əsər və kinofılm çəkilməsinə böyük əmək sərf etmişdir 

(filmin  ssenarisini  də  o  yazmışdır).  Vəli  Məmmədov  hamı­

dan  əvvəl,  1957-ci  ildə  «Nəriman Nərimanov»  adlı samballı 

bir əsər nəşr etdirdi.

150

SSSRİ  xalq  deputatı  olan  Vəli  Məmmədov  erməni- 

daşnak şovinistlərinin törətdikləri  Dağlıq  Qarabağ faciəsinin 

dinc  yolla  həll  edilməsi  yolunda  bütün  imkanından  istifadə 

edirdi.  Bakının  mərkəz  rayonu  partiya  təşkilatına  rəhbərlik 

edəndə  də,  Dağlıq  Qarabağda  Azərbaycanın  məsul  nümay­

əndəsi  kimi  fəaliyyət  göstərdikdə  də,  SSSRİ  Ali  Soveti  ic­

laslarında  çıxış  etdikdə  də,  o,  həmişə  bütün  Qarabağın  tari- 

xinən  Azərbaycana  mənsubiyyəti  ideyasını  inadla  müdafiə 

etmişdir.

1990-cı  ilin  məşhur  «meydan»  hərəkatı  günlərində 

xalq  qarşısına  çıxaraq  tutarlı  söz  demək  bacarığına  malik 

olanlardan biri  də professor Vəli Məmmədov olmuşdur.

Vəli  Məmmədov  1990-cı  ilin yanvarında Dağlıq Qara­

bağ  üzrə  təşkilat  komitəsinin  (məıkəz  Xankəndində  idi) 

rəhbəri  təyin  edilmişdi  və  bu  gərgin  və  təhlükəli  işdə  o 

özünün böyük vətənpərvər olduğunu bir daha göstərdi.

Belə  gənc  siyasi  xadimlərin  1991-ci  ildə  erməni  ter­

rorçuları  tərəfindən  məhv  edilmələri  o  dövür  üçün  böyük 

itki  idi, və bu itginin yaratdığı boşluq indi də hiss olunur.

General

MƏMMƏD ƏSƏDOV

(1941-1991)

Məmməd  Nəbi  oğlu  Əsədov  Zəngilan  rayonunun  Ba­

harlı  kəndində dünyaya göz  açmışdır.  Bakı  Dövlət  Universi­

tetinin  İqtisadiyyat  fakültəsini  bitirdikdən  sonra  Sumqayıtda, 

Ağsuda  və  digər  rayonlarda  rəhbər  sovet  və  partiya  vəzifə­

lərində işləmişdir.

1989-91 -ci  illərdə  general-mayor  Məmməd  Əsədov 

Azərbaycan  respublikasının  Daxili  İşlər  naziri  vəzifəsində 

işləmişdir.

General  Məmməd  Əsədov  1991-ci  ilin  noyabrın əvvə­

151



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə